Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-1900/2023 08.06.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ X6 Behbudovanın sədrliyi, Mehriban Hüseyn qızı Həsənlinin katibliyi, İddiaçı nümayəndəsi Nümayəndə, Cavabdeh nümayəndəsi və vəkili Vəkil iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “mənəvi ziyanın ödənilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: İddiaçı Cavabdeh qarşı “mənəvi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh Ağsu Rayon Məhkəməsinə iddiaçı qismində ona qarşı müraciət edərək iddia ərizəsində göstərmişdir ki, o və oğlu X4 tərəfindən guya Azərbaycan Respublikasının Birinci Vitse Prezidentinə, Daxili İşlər Nazirliyinə şikayət ərizəsi ilə müraciət edərək onun şərəf və ləyatəqini alçaltmışdır. Ona dərin psixoloji, mənəvi iztirab verməklə işgüzar nüfuzuna xələl gətirmişdir. Ağsu Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsi ilə Cavabdeh iddiası təmin olunmamışdır. Cavabdeh məhkəmədə qaldırdığı iddianın təfərrüatları ilə bağlı onu tanıyan insanların yanında danışmış, onların yanında onun nüfuzunu aşağı salmağa çalışmışdır. Onun barəsində “işverən” kəliməsi işlətmişdir. Nəticə etibarı ilə cavabdehin hərəkətləri ona psixoloji zərbə vurmuş, onun sarsıntılar keçirməyinə səbəb olmuşdur. Ona görə də hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Qeyd olunanlara əsasən məhkəmədən Cavabdeh üzərinə məlumatların təkzib edilməsi və mənəvi ziyana görə ona 10000 manat ödəmək öhdəliyinin qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh məhkəməyə iddia tələbinə etirazla müraciət edərək etirazını onunla əsaslandırmışdır ki, iddiaçının iddia ərizəsində göstərilənlər tam əsassızdır. Belə ki, iddiaçının göstərdiyi məhkəmə işində iddiaçı tərəf olmamış, ümumiyyətlə onun arasında bu vaxta qədər hər hansı bir mübahisə və ya narazılıq olmamışdır. Əslində iddiaçının həyat yoldaşı Nümayəndə və oğlu Əmirov Yusif onun barəsində müxtəlif orqanlara şər və böhtan dolu ərizələrlə müraciət etmiş, bütün orqanlarda araşdırma aparılaraq onun göstərdiklərinin həqiqət olmadığı öz təsdiqini tapmış, Sumqayıt Şəhər prokurorluğu tərəfindən isə rədd qərarı qəbul edilmişdir. Bütün bunlardan sonra o iddiaçının oğlu Əmirov Yusif Gülbəy oğlu barəsində xüsusi ittihamlı ərizə ilə məhkəməyə müraciət etmiş, ərizəsi qəbul edilməmişdir. Bundan sonra o şərəf və ləyaqətin müdafiəsi üçün məhkəməyə müraciət etmişdir. Ağsu Rayon məhkəməsinin qətnaməsi ilə iddiası təmin edilməmiş, Şəki Apellyasiya Məhkəməsinin qətnaməsi ilə iddiası təmin edilmiş, AR Ali Məhkəməsinin qərarı ilə göstərilən faktlar öz təsdiqini tapsa da Ali Məhkəmə bu şikayətləri onun şərəf və ləyaqətinin alçaldılması kimi qəbul etməmiş və bununla da aralarında olan mübahisələr bitmişdir. Amma indi iddiaçının hazırki iddia ilə müraciət etməsi, qarşı tərəfin ona qarşı apardığı qəsdi-qərəzliyin davamıdır. Onun həmin qadınla hər hansı bir əlaqəsi və mübahisəsi olmamış, onun oğluna qarşı olan məhkəmə zamanı iddiaçı barədə hər hansı bir söz işlətməmişdir. Sünni ona böhtan atan, onun barəsində şər dolu ərizələr yazan iddiaçının oğlu və həyat yoldaşı olmuşdur. Əgər nə isə demiş olsa idi, onlar barədə deyə bilərdi. Lakin onlar barədə bir söz işlətməmişdir. Onlara qarşı mübarizəsini və etirazını qanuni yollarla, məhkəmələrə şikayətlər vermək yolu ilə bildirmiş və məhkəmə qərarları da mövcuddur. Belə olan halda üzünü heç vaxt görmədiyi və bu mübahisədə hər hansı bir iştirakı olmayan qadın barədə o digər insanların yanında hər hansı bir söz danışa bilməzdi. Bütün bunlar bütün şikayət mərhələləri bitib öz şər və böhtanlarını sübuta yetirə bilməyən bir ailənin ona qarşı növbəti şəri və böhtandır ki, bu da iş sənədləri ilə tam sübuta yetir. O belə hesab edir ki, şər dolu böhtanlarla ona qarşı çoxsaylı şikayətlər etmiş və nəticədə şikayətləri əsassız hesab edilmiş bir ailə üzvləri bu dəfə yeni bir yola əl ataraq bu mübahisələrin heç bir iştirakçısı olmayan qadını irəli verərək, hazırki iddianı məhkəmə vermişlər. İddiaçının iddiasının heç bir əsası yoxdur. Əsassız olduğu üçün bütün bu hallar nəzərə alınaraq rədd edilməlidir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi Nümayəndə iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək, iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Əlavə olaraq qeyd etdi ki, Yusifi intihara sövq elətdirmişlər. X14 Hüseynovun atası olmuşdur. X10 Bəyimə qarşı nalayiq ifadələr işlətmişdir. 17 min manat pulun 5 min manatı Rasim Hüseynovda, 12 mini isə Rauf Hüseynov almışdır. Oğlunun 32 yaşı vardır. Ərizəni o yazmışdır. Bəyim xanım ərizə yazmamışdır. xx.xx.2021-ci il tarixdə Rasim və Rauf Yusif haqqında iddia qaldırmışlar. O yoldaşı ilə orada olmuşdur. Daha sonra mübahisə düşmüş və onları “işverən” adlandırmışdır. Polis həmin zaman onları aralamışdır. İddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh nümayəndəsi və vəkili Vəkil izahatında bildirdi ki, etiraz ərizəsində qeyd etdikləri kimi, iddia tələbini qəbul etmirlər. Cavabdehin həmin qadınla hər hansı bir mübahisəsi olmamışdır. Uzun sürən məhkəmə prosesləri ilə əlaqədar cəmi bir dəfə məhkəməyə getmişdir. İddiaçı ilə hər hansı mübahisə üçün əsas belə olmamışdır. Cavabdeh ona qarşı hər hansı kəlmə işlətmədiyini bildirmişdir. Cavabdeh həmin qadını görməmişdir. Onu tanımır. İddiaçının nümayəndəsi və oğlu cavabdehin rəsmi ünvanında poçt vasitəsilə hədə mesajları göndərmişdir. İddiaçının adından əri gəlmiş və ərizələr o yazmışdır. Belə bir hadisə baş verməmişdir. Şahidlərin ifadələrində ziddiyətlər mövcuddur. İddianın hansı mənəvi sarsıntı keçirməsi və bunun nə ilə sübut olunması baş verməmişdir. İddia tələbi əsaslı deyil və bütün qeyd olunanlara əsasən iddia tələbinin rədd olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iş üzrə İddiaçı nümayəndəsi Nümayəndə və Cavabdeh nümayəndəsi və vəkili Vəkil izahatlarını dinləyib, iş materiallarını araşdırıb, məhkəmə baxışında tədqiq edilən sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Məhkəmə iclasında şahid qismində iştirak edən X1 izahatında bildirdi ki, İddiaçı tanıyır. Əvəllər sürücü işləmişdir. Onu Ağsu rayonuna aparmışdır. 2021-ci ilin aprel ayının 23-ündə Ağsu Rayon Məhkəməsinə aparmışdır. Qıraqda siqaret çəkilən zaman birdən mübahisə düşmüşdür. Görmüşdür ki, bir nəfər həmin qadını söyür. Ona yaxınlaşmış və nə üçün söydüyünü soruşmuşdur. Daha sonra onlar arasında da mübahisə düşmüşdür. İddiaçı Lökbatan dairəsindən götürmüşdür. Bəyim xanımı bir nəfər ağsaqqal ilə götürmüşdür. Sonra əri yolda düşmüşdür. İddiaçı Ağsuya qədər getmişdir. 1 çanta var idi. Onu çatdırmalı olmuşdur. Neçə dəqiqə sonra mübahisənin başladığı barədə dəqiq məlumat verə bilmir. Onları aralamışlar. 5-10 dəqiqə dayanmış, özünə gəlmiş və daha sonra isə getmişdir. Ağsu, Tərtər, Bərdə, Yevlax rayonuna, hər yerə işləmişdir. Qohumluq əlaqələri yoxdur. Məhkəmə iclasında şahid qismində iştirak edən X9 izahatında bildirdi ki, 2021-ci il tarixdən zavodda işləyir. Bəyim xanımla heç bir qohumluq əlaqələri yoxdur. xx.xx.2021-c il tarixdı məhkəməyə getmişdir. Görmüşdür ki, Rasim, atası, Bəyim xanımı mübahisə edən yerdə görmüşdür. İşlədilən ifadələri burada işlədə bilməz. Bəyim xanımın həmin zaman yanında yoldaşı və oğlu olmuşdur. Mübahisə başladıqda orada olmuşdur. Oğlu ilə həyat yoldaşı sonradan gəlmişdir. Polislər yaxınlaşmış və tədbirlər görmüşdür. O nömrəsini vermişdir ki, şahidlik edəcəkdir. Belə ki, mülki iş materiallarında olan: Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı Azərbaycan Respublikası, Ağsu rayonu, Gəgəli kəndində xx.xx.1962-ci il tarixdə anadan olmuşdur. Ağsu Rayon Məhkəməsinin 2(016)-457/2022 saylı, 06 iyun 2022-ci il tarixli qətnaməsi ilə iddiaçı Cavabdeh İddiaçı qarşı “şərəf və ləyaqətin müdafiəsi” tələbinə dair iddiasının rədd edilməsi qət edilmişdir. Azərbaycan Respublikası Ağsu rayonun İcra Hakimiyyəti Başçısının Gəgəli kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyinin 11 oktyabr 2022-ci il tarixli, 431 nömrəli arayışından görünür ki, İddiaçı Ağsu rayonunun Gəgəli kəndində qeydiyyatdadır. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-2575/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarı ilə kassasiya şikayətinin təmin edilməsi, Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının hazırkı iş üzrə olan 9 dekabr 2021-ci il tarixli qətnaməsi ləğv edilməsi, iddiaçı X3 cavabdeh Əmirov Yusif Gülbəy oğluna qarşı şərəf və ləyaqətin müdafiəsi tələbinə dair iddiasının təmin edilməməsi qərara alınmışdır. Sumqayıt Şəhər Prokurorluğunun 14 aprel 2021-ci il tarixli, 219-c-21 nömrəli məlumatına əsasən Şəhər prokurorluğunda aparılan 291-c-21 saylı toplanmış material üzrə xx.xx.2021-ci il tarixdə Azərbaycan Respublikası CPM-nin 39.1.2-ci maddəsinə əsasən cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar qəbul edilmişdir. Qərarla razılaşmadığı təqdirdə, Azərbaycan Respublikası CPM-nin 212-ci maddəsin əsasən ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora, yuxarı prokurora yaxud məhkəməyə şikayət etmək hüququnun olduğu izah edilmişdir. Sumqayıt Şəhər prokurorunun köməkçisi tərəfindən qəbul edilmiş 14 aprel 2021-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, Əmirov Yusif Gülbəy oğlunun özünü öldürməyə cəhd etməsi barədə toplanmış 219-c-21 saylı ilkin yoxlama materialı üzrə cinayət işinin başlanmasının rədd edilməsi qərara alınmışdır. Ağsu Rayon Məhkəməsinin 2(016)-926/2021 saylı, 20 sentyabr 2021-ci il tarixli qətnaməsi ilə iddiaçı Sumqayıt Şəhər İcra Hakimiyyəti başçısının tabeliyində "xxxx" MMCnin cavabdeh Əmirov Yusif Gülbəy oğluna qarşı “dəymiş maddi ziyanın əvəzinin ödənilməsi” tələbinə dair iddiasının təmin edilməməsi qət edilmişdir. Ağsu Rayon Məhkəməsinin 1(016)-21/2021 saylı, 23 aprel 2021-ci il tarixli qərarı ilə Əmirov Yusif Gülbəy oğlunun Azərbaycan Respublikası CM-nin 147.1-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilməsinə dair Cavabdeh və X7 tərəfindən verilmiş xüsusi ittiham qaydasında şikayətin məhkəmənin icraatına qəbul edilməsindən imtina edilməsi qərara alınmışdır. Ağsu Rayon Mərkəzi Xəstəxanası Publik Hüquqi şəxsin xx.xx.2023-cü il tarixli arayışından görünür ki, Ağsu rayonunun Gəgəli kənd sakini, 1962-ci il təvəllüdlü, İddiaçı, ondan ötəri ki, o həqiqətən xx.xx.2021-ci il tarixdən hal-hazıra kimi sabit gərginlik stenokardiyası FS İİİ-İV, hipertonya xəstəliyi İİB st diaqnozu ilə “Ağsu RMX” PHŞ-də ambulator müalicə alır. Arayışın verildiyi tarixdə xəstənin vəziyyəti orta ağır kimi qiymətləndirilmişdir. Əmək qabiliyyətinin olmaması vərəqəsindən görünür ki, Əmirov Yusif Gülbəy oğlu Sumqayıt Psixiatriya Xəstəxanasında stresə qarşı reaksiya diaqnozu ilə qeydiyyatda olmuşdur. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, iddiaçının ailə üzvləri ilə cavabdeh arasında olan mübahisənin nəticəsi olaraq iddiaçının mənəvi iztirab keçirməsinə səbəb olan ifadələrin işlədilməsi üçün əsasların haradan yaranması, ümumiyyətlə, ifadələr işlətməsi üçün mübahisənin yaranması vaxtı və yeri barədə iddiaçı tərəindən gətirilmiş dəlillər (şahid ifadələri və sair) işin tədqiq olunan hallarına uyğun olmadığı və təsdiqi üçün inandırıcı sayılmamışdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 1097.1-ci maddəsinin tələbinə görə, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Mülki Məcəllənin 560.3.2-ci maddəsinə əsasən şəxsin öz vəzifələrini kobudcasına pozmasına baxmayaraq hüquqlarının həyata keçirməsi hüquqdan sui-istifadə hesab edilməlidir. Həmin maddəyə əsasən hüquqdan sui-istifadə yolverilməzdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 82.4-cü maddəsinə əsasən məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Mülki Məcəllənin 21.3-cü maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. Məhkəmə mənəvi zərərin ödənilməsi ilə bağlı iddia tələbini iş materiallarında olan sübutlar əsasında qiymətləndirərək hesab edir ki, İddiaçı mənəvi zərər tələb edərkən, onun əsasının hansı hüquqlarının pozulması nəticəsində onda mənəvi sarsıntı keçirməsi və bununla bağlı dəlilləri məhkəmədə öz təsdiqini tapmamışdır. «Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2008-ci il tarixli 7 №-li qərarında Plenum izah edir ki, Azərbaycan Respublikası qanunvericiliyinin, “İnsan Hüquqlarının və X2 Haqqında Konvensiya”nın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibbi sirlərinin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və sair hallarda özünü büruzə verə bilər. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qeyd olunan qərarından görünür ki, şəxsə mənəvi zərərin vurulması mənəvi sarsıntı və iztirablara səbəb olan istənilən xarakterli qeyri-hüquqi hərəkət və ya hərəkətsizlikdə (mülki, cinayət, inzibati və s. hüquq pozmalarda) ifadə oluna bilər. Zərərvuran şəxsin eyni əmələ görə mülki, inzibati və yaxud cinayət məsuliyyətinə cəlb edilməsi zərərçəkənin ondan həm də mənəvi zərərin ödənilməsini tələb etmək hüququnu istisna etmir. Lakin Plenum izah edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. “Şərəf və ləyaqətin müdafiəsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 may 1999-cu il tarixli 7 №-li qərarının 3-cü bəndinə əsasən Məhkəmələr şərəf və ləyaqətin müdafiəsi barədə işlərə baxılarkən üç halı aydınlaşdırmalı və onlara məcmu halında hüquqi qiymət verilməlidir: məlumatın vətəndaşların və təşkilatların şərəf və ləyaqətini ləkələməsi; həmin məlumatların doğru olmaması; bu məlumatların yayılması. Məhkəmələrə izah edilsin ki, məlumat əxlaqi prinsiplər, istehsal-təsərrüfat, xidmət və ictimai fəaliyyətlə əlaqədar cəmiyyət, kollektiv və yaxud ayrı-ayrı şəxslər arasında vətəndaş barəsində mənfi rəy yaradırsa o, şərəf və ləyaqəti ləkələyən məlumat hesab edilir. Yol verdiyi nöqsanlara görə vətəndaşın tənqid edilməsi onun şərəf və ləyaqətinin ləkələnməsi kimi qiymətləndirilə bilməz. Məlumatın doğru olmaması dedikdə onun həqiqətə uyğun olmaması, yəni yalan olması anlaşılır. Məlumat başqa şəxsə, bir neçə və yaxud qeyri-müəyyən şəxslər dairəsinə bildirildikdə yayılmış hesab edilir. Məlumat mətbuatda dərc edilməklə, radio və televiziya verilişlərində səsləndirilməklə, kinoxronikal proqramlarda nümayiş etdirilməklə, əsərlərdə təsvir edilməklə, yığıncaq və toplantılarda deyilməklə, məktub, ərizə və şikayətləndə göstərilməklə, idarə, müəssisə və təşkilatlardan çıxan sənədlərdə qeyd edilməklə və s. üsullarla yayıla bilər. Məlumatın ona aid olan şəxsə təklikdə bildirilməsi həmin məlumatın yayılması sayılmır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair» 31 may 2012-ci il tarixli qərarında göstərilmişdir ki, Mülki Məcəllənin 23-cü maddəsində nəzərdə tutulmuş zərər dedikdə şərəfin, ləyaqətin və işgüzar nüfuzun ləkələnməsi ilə bağlı şəxsə dəymiş mənəvi zərər (fiziki və mənəvi iztirablar) və maddi zərər başa düşülür. Hər bir hüquq pozuntusu sosial mənada ictimai münasibətlərə mənfi təsir göstərdiyindən zərər (ziyan) törədir. Zərər yetirmə şəxsin və ya təşkilatın subyektiv hüququnu pozur. Bununla yanaşı mülki hüquqda zərər ona görə sosial məna kəsb edir ki, subyektiv hüququn pozulması müəyyən edilmiş və qanunla qorunan obyektiv hüquqların pozulması ilə müşayiət olunur. Şəxsin şərəfi, ləyaqəti və işgüzar nüfuzu təhqir olunursa, o sarsıntı, iztirab keçirir və bununla da mənəvi təhqirə məruz qalır. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərər çəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23-cü maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 24 aprel 2020-ci il tarixli qərarında Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, məhkəmədə mənəvi zərərlə bağlı işə baxılarkən zərərçəkmiş şəxsin mənəvi və fiziki iztirablar keçirməsi ilə əlaqədar zərərin hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində vurulması, zərər vuranın təqsirinin dərəcəsi və mübahisənin həlli üçün əhəmiyyət kəsb edən digər hallar ətraflı araşdırılaraq müəyyən edilməlidir. Konstitusiya Məhkəməsinin Plenumu qeyd etməyi zəruri hesab edir ki, məhkəmələr tərəfindən mənəvi zərərə görə təzminatın miqdarı müəyyən edilərkən hüquqazidd əməlin növü, dərəcəsi, davam etdiyi müddət, hansı şəraitdə, mühitdə baş verməsi və digər amillər nəzərə alınmalıdır. Avropa Məhkəməsi Varnava və digərləri Türkiyəyə qarşı iş üzrə 2009-cu il 18 sentyabr tarixli Qərarında mənəvi zərəri şəxsin fiziki və ya psixoloji ağrı və əzabı, sıxıntı, narahatlıq, məyusluq, ədalətsizlik və ya alçalma hissi, uzun müddət davam edən qeyrimüəyyənlik, həyatın pozulması və ya real imkansızlıqdan əziyyət çəkən vəziyyəti kimi müəyyən etmiş və qeyd etmişdir ki, maddi zərərin müəyyən edilməsi zamanı məhkəmənin əsaslandığı obyektiv hallardan fərqli olaraq, mənəvi zərərin müəyyən edilməsində subyektiv və hissi ünsürlərə əsaslanaraq qərar qəbul edildiyindən məhkəmə təcrübəsi baxımından nəzərə alınmalı olan ümumi qiymətləndirmə meyarlarının müəyyən edilməsi vacibdir. Mənəvi zərər müəyyən edildikdə məhkəmələr tərəfindən hüquqazidd əməlin növü, dərəcəsi, şiddəti, davam etdiyi müddət nəzərə alınmalıdır. Bu zaman hüquqazidd hərəkətin hansı şəraitdə, mühitdə baş verməsinin müəyyən edilməsi də zəruridir. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, «affirmanti, non neganti incumbit probation» (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Məhkəmə iş materiallarını tədqiq edərək bu qənaətə gəlir ki, iddiaçı mənəvi ziyan tələb edərkən onun əsasının nədən ibarət olmasını sübuta yetirə bilməmişdir. İddiaçı ona 10000 manat mənəvi ziyanın Cavabdeh alınması tələbinin əsası kimi istinad etdiyi halları Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə müvafiq qaydada sübut edə bilməmiş, işin tədqiq olunan hallarına əsasən iddia tələbi öz təsdiqini tapmamışdır. Beləliklə, məhkəmə işin məhkəmə iclasında tədqiq edilən sübutlarla müəyyən edilən hallarını qiymətləndirərək hesab edir ki, İddiaçı Cavabdeh qarşı “mənəvi ziyanın ödənilməsi” tələbinə dair iddiası əsassız olduğundan təmin edilməməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 124.2-ci maddəsinin tələbinə görə iddia rədd edildikdə işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər dövlət mədaxilinə məhkəmə xərclərindən azad edilməyən iddiaçıdan alınır. Həmin Məcəllənin 217.3-cü maddəsində göstərilir ki, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə, QƏTETDİ: İddiaçı Cavabdeh qarşı “mənəvi ziyanın ödənilməsi” tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə (MPM-nin 361-363-cü maddələrinə və əlavə 2 uyğun olaraq) elektron qaydada apellyasiya şikayəti verilə bilər. Hakim Aynur Behbudova
Məhkəmə qərarları › İş №2(060)-1900/2023
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-1900/2023
08.06.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver