Məhkəmə qərarları › İş №2(060)-1913/2023

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-1913/2023

27.04.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin azaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-1913/2023 27.04.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Abdullayev Emin Ağamusa oğlunun sədrliyi, X5 oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı alimentin miqdarının azaldılması tələbinə dair mülki işə Sumqayıt Şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı (bundan sonra - iddiaçı) Cavabdeh (bundan sonra - cavabdeh) qarşı iddia ərizəsi və iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-2530/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsinə əsaəsn ondan tutulan alimentin formasının dəyişdirilərək, hər ay 280 manat sabit pul məbləğində alimentin cavabdehin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçının cavabdehlə rəsmi qeydə alınmış nikahları Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-702/2020 saylı, 25 fevral 2020-ci il tarixli qətnaməsinə ilə pozulmuşdur. Birgə nikahlarından xx.xx.2018-ci il təvəllüdlü X2 anadan olmuşdur. Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-2530/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsinə əsasən Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-702/2020 saylı, 25 fevral 2020-ci il tarixli qətnaməsi ilə təyin edilmiş alimentin forması dəyişdirilərək, xx.xx.2018-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay iddiaçının qazancının və başqa gəlirlərinin 1/4 hissəsi miqdarında alimentin tutularaq iddiaçıya ödənilməsi qət edilmişdir. İddiaçının himayəsində yaşlı anası və atası var. X4 İkram qızı Sumqayıt 2 nömrəli xəstəxananın poliklinika şöbəsinin endikrinoloji kabinetində “Şəkərli diabet, İİ tip ağır forma” diaqnozu ilə dispanser qeydiyyatındadır. Anasının müailəcəsi hər ay kifayət qədər xərc tələb edir. Onun şəkər dərmanın qiyməti 450 manat dəyərindədir. İddiaçının valideynlik borcundan başqa valideynləri qarşısında da öhdəlikləri vardır. İddiaçı evlənmək niyyətindədir. Yəni yaxın gələcəkdə himayəsində olan şəxslərin sayının artması və bunun iddiaçının maddi vəziyyətinə mənfi təsir etməsi başa düşülməlidir. İddiaçı məhkəmə iclasında iddia ərizəsinin məzmununa uyğun izahat verdi, həmçinin bildirdi ki, hazırda övladının bütün ehtiyaclarını qarşılayır, lakin onun başqa öhdəlikləri də var. Himayəsində yaşlı valideynləri var. Anası ağır şəkərli diabet xəstəliyindən əziyyət çəkir. Anasının bütün ehtiyaclarını qarşılayır. Özü DƏDRX-nin Sumqayıt Ərazi İdarəsində “baş məsləhətçi” vəzifəsində işləyir və hazırda aylıq əməkhaqqı 1091 manat təşkil edir. Alimentin tutulması onun aylıq əmək haqqı ilə yanaşı digər gəlirlərinə də yönəldilir. Yəni, hər dəfə mükafat və digər formada pul gəlirləri olduqda, həmin məbləğlərin də ¼ hissəsi aliment tutulmasına yönəldilir. O, hal-hazırda yeni nikaha daxil olmayıb, lakin yenidən ailə qurmaq niyyəti var. Qeyd edilənlərə əsasən iddiaçı iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmə iclasında bildirdi ki, iddia tələbi ilə razı deyil. İddiaçı 1000 manatdan artıq əmək haqqı alır. Onun özü isə ayda 450 manat maaş alır və əlavə gəliri yoxdur. Özünün səhətində problemlər var. Qeyd edilənlərə əsasən cavabdeh iddianın rədd olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iddiaçının və cavabdehin izahatlarını dinləyib, iş materiallarını və iddia ərizəsinin dəlillərini araşdıraraq aşağıdakı nəticəyə gəlir. İş materialları ilə müəyyən edilir ki, iddiaçı xx.xx.1987-ci ildə anadan olmuşdur. Cavabdeh isə xx.xx.1995-ci ildə, ünvan 1 ünvanında qeydiyyatdadır. Doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X2 xx.xx.2018-ci ildə anadan olmuşdur. Uşağın atası İddiaçı, anası isə Cavabdehdır. Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-2530/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-702/2020 saylı, 25 fevral 2020-ci il tarixli qətnaməsi ilə təyin edilmiş alimentin forması dəyişdirilərək, xx.xx.2018-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay iddiaçının qazancının və başqa gəlirlərinin 1/4 hissəsi miqdarında aliment tutularaq iddiaçıya ödənilməsi qət edilmişdir. Tibbi Ərazi Bölmələrinin İdaretmə Birliyi “Sumqayıt Tibb Mərkəzi” X7 2 nömrəli xəstəxana poliklinka şöbəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli arayışda göstərilmişdir ki, 1960-cı il təvəllüdlü, Sumqayıt şəhəri, 17-ci mikrorayon, ev 16, mənzil 65də yaşayan Sadıxova Xuraman İkram qızı həqiqətən Sumqayıt 2 nömrəli xəstəxananın poliklinika şöbəsinin endokrinoloji kabinetində “Şəkərli diabet, İİ tip ağır forma.” diaqnozu ilə dispanser qeydiyyatına götürülüb. Azərbaycan Respublikası Ailə Məcəlləsinə (bundan sonra – Ailə Məcəlləsi) əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar (75.1.). Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur (75.4.). Aliment ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üçün onların valideynlərindən məhkəmə tərəfindən hər ay aşağıdakı miqdarda aliment tutulur: 1 uşağa görə—qazancın və (və ya) valideynlərin başqa gəlirlərinin dörddə bir hissəsi; 2 uşağa görə—qazancın (başqa gəlirlərin) üçdə bir hissəsi; 3 və daha çox uşağa görə—qazancın (başqa gəlirlərin) yarısı (76.1.). Bu payların miqdarı məhkəmə tərəfindən tərəflərin ailə və maddi vəziyyəti, eləcə də diqqətəlayiq olan başqa hallar nəzərə alınmaqla azaldıla və artırıla bilər (76.2.). Valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyrimüntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər (78.1.). Ailə Məcəlləsində həmçinin nəzərdə tutulmuşdur ki, aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər (112.1.). Hazırkı iddiada iddiaçı ondan cavabdehin xeyrinə tutulan alimentin formasının dəyişdirilərək hər ay 280 manat sabit pul məbləğində müəyyən olunmasını xahiş edir. İddiaçı hesab edir ki, həmin məbləğ onun aylıq əmək haqqının ¼ hissəsindən çoxdur və ondan 1 uşağa görə qazancının ¼ hissəsi miqdarında alimentin tutulması, onun əmək haqqı kartına köçürülən digər məbləğlərin də ¼ hissəsinin aliment tutulmasına yönəldilməsinə səbəb olur. Eyni zamanda iddiaçı tələbin digər əsası kimi yaşlı və xəstə valideynlərinin onun himayəsində olmasına, anasının şəkərli diabet xəstəsi olmasına əsaslanmışdır. İddiaçının özünün bildirdiyinə və elektron məhkəmə informasiya sistemindən çıxarışa əsasən iddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında X3 Xidmətində “aparıcı məsləhətçi” vəzifəsində çalışır və aylıq əmək haqqı 1041,5 manatdır. İddiaçının sabit qazancı olduğundan Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-2530/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə ondan aliment qazancının (digər gəlirlərinin) ¼ hissəsi miqdarında tutulmuşdur. Ailə Məcəlləsinin yuxarıda qeyd edilən normalarında da alimentin hissəvi tutulması zamanı alimentin məhz əmək haqqından deyil, bütün qazancdan (digər gəlirlərdən) tutulması nəzərdə tutulmuşdur. İddiaçı maddi vəziyyətində geriləmə olması, xərclərinin artması halında yalnız qazancından tutulan payın miqdarının dəyişdirilməsi barədə iddia qaldıra bilərdi. Lakin, göründüyü kimi Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsinin qəbul olunmasından bir ildən də az vaxt keçmişdir və bu müddət ərzində iddiaçının maddi vəziyyətində hər hansı geriləmə olmamışdır. Bu səbəbdən iddia əsaslı sayıla və təmin edilə bilməz. Göstərilənlərə əsasən və MPM-in 119, 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-2530/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsinə əsasən ondan tutulan alimentin formasının dəyişdirilərək, hər ay 280 manat sabit pul məbləğində alimentin iddiaçıdan cavabdehin xeyrinə tutulması barədə iddiası təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsilə Sumqayıt Şəhər Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Emin Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar