Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-1930/2023 25.04.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hüseynov Elmir Xoşbəxt oğlunun sədrliyi, Rüstəmli Aytən Kamil qızının katibliyi, İddiaçı nümayəndəsi-Vəkil iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı mənzilə köçürülmə tələbinə dair iddia ərizəsinə Sumqayıt Şəhər Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək, İddiaçı Sumqayıt şəhəri, 18-ci məhəllə, ev 1/34, mənzil 31, Yeni qaydalarla: AZ5000, Sumqayıt şəhəri, Polad Həşimov küçəsi, 188, m3, 1 nömrəli mənzilə dair 1/3 payının naturada ayrılması, həmin mənzilə köçürülməyi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bundan sonra İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək Sumqayıt şəhəri, 18-ci məhəllə, ev 1/34, mənzil 31, Yeni qaydalarla: AZ5000, Sumqayıt şəhəri, Polad Həşimov küçəsi, 188, m3, 1 nömrəli mənzilə köçürülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Sumqayıt şəhəri, 18-ci məhəllə, ev 1/34, mənzil 31, Yeni qaydalarla: AZ5000, Sumqayıt şəhəri, Polad Həşimov küçəsi, 188, m3, 1 nömrəli mənzil ümumilikdə 60.80 kv.m təşkil edir. Sözügedən mənzilin 17.4 kv.m 1 yaşayış otağı paylı mülkiyyət hüququ ilə X2 oğluna məxsusdur. Sözügedən otağın ayrı giriş və çıxışı vardır. Yerdə qalan mənzilin 30.5 kv.m olan 2 yaşayış otağının 1/3 hissəsi iddiaçıya, 1/3 hissəsi Cavabdeh1, 1/3 hissəsi Cavabdeh2 məxsusdurr. Cavabdeh2 Cavabdeh1 qızıdır. Onlar iddiaçını sözügedən 2 yaşayış otağına buraxmayaraq qanunvericiliklə iddiaçıya verilmiş mülkiyyət hüququnu pozurlar. Məhkəmə iclasında İddiaçı nümayəndəsi-Vəkil iddia tələbini müdafiə edərək iddia ərizəsinin məzmununa uyğun izahat verdi iddia tələbinin təmin edilməsi barədə qətnamə qət edilməsini xahiş etdi. Cavabdehlərə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmişlər. Azərbaycan Respublikasının MPM-nin 185.5-ci maddəsinin tələblərinə əsasən məhkəmə hazırki mülki işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iddiaçının nümayəndəsi- vəkilinin izahatlarını dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, aşağıdakılara əsasən iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan: - Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsinin verdiyi çıxarışın surətindən görünür ki, Sumqayıt şəhəri, 18-ci məhəllə, ev 1/34, mənzil 31, Yeni qaydalarla: AZ5000, Sumqayıt şəhəri, Polad Həşimov küçəsi, 188, m3, 1 nömrəli mənzil xüsusi mülkiyyət hüququ ilə Cavabdeh1 məxsusdur. X2 oğlunun payı yaşayış sahəsi 17.4 kv.m oln 1 yaşayış otağı, Cavabdeh1 payı yaşayış sahəsi 30.5 kv.m olan 2 yaşayış otağının 1/3 hissəsi, Cavabdeh2 payı yaşayış sahəsi yaşayış otağının 1/3 hissəsi, X1 payı yaşayış sahəsi 30.5 kv.m olan 2 yaşayış otağının 1/3 hissəsidir. Məhkəmə araşdırması zamanı müəyyən olunanlara əsasən məhkəmə qeyd edir ki; Sumqayıt şəhəri, 18-ci məhəllə, ev 1/34, mənzil 31, Yeni qaydalarla: AZ5000, Sumqayıt şəhəri, Polad Həşimov küçəsi, 188, m3, 1 nömrəli mənzil ümumilikdə 60.80 kv.m təşkil edir. Sözügedən mənzilin 17.4 kv.m 1 yaşayış otağı paylı mülkiyyət hüququ ilə X2 oğluna məxsusdur. Sözügedən otağın ayrı giriş və çıxışı vardır. Mənzilin yerdə qalan 30.5 kv.m olan 2 yaşayış otağının 1/3 hissəsi iddiaçıya, 1/3 hissəsi Cavabdeh1, 1/3 hissəsi Cavabdeh2 məxsusdurr. Cavabdeh2 Cavabdeh1 qızıdır. Onlar iddiaçını sözügedən yaşayış otağına buraxmayaraq qanunvericiliklə iddiaçıya verilmiş mülkiyyət hüququnu pozurlar. Məhkəmə hesab edir ki, iddiaçı ilə cavabdehin mübahisəli evə olan hüquqları eyni dərəcəlidir. Ona görə də iddia tələbi təmin edilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin 1-ci hissəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 43-cü maddəsinin 1-ci hissəsinə görə, heç kəs yaşadığımənzildən qanunsuz məhrum edilə bilməz. Azərbaycan Respublikasının tərəfdar çıxdığı “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasına 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən “hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz.” Maddi nemətlərin fərdi mənsubiyyətini təsbit edən mülkiyyət hüququ insan hüquqlarının ümumi nəzəriyyəsində iqtisadi hüquq və azadlıqlar sistemində, Azərbaycan Respublikasının Konstitusiyasında (13 və 29-cu maddələr) və ölkəmizin qoşulduğu beynəlxalq-hüquqi aktlarda (İnsan hüquqları haqqında Ümumi Bəyannamənin 17-ci maddəsi, İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyaya 1 saylı əlavə protokolun 1-ci maddəsi və s.) nəzərdə tutulmuş fundamental insan hüquqları sırasında mühüm yer tutur. Mülkiyyət hüququ hamılıqla qəbul edilmiş ali insani dəyərləri özündə əks etdirən demokratik cəmiyyətin, hüquqi dövlətin təməl daşlarından biri hesab edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə görə mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. Həmin Məcəllənin 157.4-cü maddəsinə əsasən isə əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsi ilə tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 213.2.-ci maddəsinə əsasən - Əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər. Həmin Məcəllənin 215.1-ci maddəsinə əsasən- Paylı mülkiyyətdə olan əşyaya sahiblik və ondan istifadə onun bütün mülkiyyətçilərinin razılaşması əsasında, razılaşma əldə edilmədikdə isə məhkəmənin müəyyənləşdirdiyi qaydada həyata keçirilir. Həmin Məcəllənin 215.2-ci maddəsinə əsasən- Paylı mülkiyyətin mülkiyyətçisi ümumi əşyanın öz payına uyğun hissəsinin onun sahibliyinə və istifadəsinə verilməsi hüququna malikdir, bu mümkün olmadıqda isə onun payına düşən əşyaya sahiblik və ondan istifadə edən digər mülkiyyətçilərdən müvafiq əvəz ödəməyi tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 9.1-ci maddəsinə əsasən- Mənzil hüquqlarının müdafiəsi qanunvericiliklə nəzərdə tutulmuş qaydada və hallarda məhkəmə qaydasında həyata keçirilir. Həmin Məcəllənin 9.2-ci maddəsinə əsasən- Mənzil hüquqlarının müdafiəsi aşağıdakı üsullarla həyata keçirilir: - mənzil hüququnun pozulmasınadək mövcud olan vəziyyətin bərpası və bu hüququ pozan və ya onun pozulması təhlükəsini yaradan hərəkətlərin qarşısının alınması; Həmin Məcəllənin 29.1-ci maddəsinə əsasən Yaşayış sahəsinin mülkiyyətçisi ona mülkiyyət hüququ əsasında məxsus olan yaşayış sahəsi barəsində onun təyinatına uyğun olaraq və bu Məcəllə, həmçinin digər qanunlarla müəyyən edilmiş hüdudlarda sahiblik, istifadə və sərəncam vermək hüquqlarını həyata keçirir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməli, İddiaçı Sumqayıt şəhəri, 18-ci məhəllə, ev 1/34, mənzil 31, Yeni qaydalarla: AZ5000, Sumqayıt şəhəri, Polad Həşimov küçəsi, 188, m3, 1 nömrəli mənzilə köçürülməlidir. Şərh olunanlara və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233 və 360-cı maddələrinə əsasən, məhkəmə qət etdi : İddia tələbi təmin edilsin. İddiaçı Sumqayıt şəhəri, 18-ci məhəllə, ev 1/34, mənzil 31, Yeni qaydalarla: AZ5000, Sumqayıt şəhəri, Polad Həşimov küçəsi, 188, m3, 1 nömrəli mənzilə köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Elmir Hüseynov
Məhkəmə qərarları › İş №2(060)-1930/2023
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-1930/2023
25.04.2023 · Mənzil mübahisələri - Mənzilə köçürmə - Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver