Məhkəmə qərarları › İş №2(060)-195/2021

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-195/2021

28.10.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-195/2021 28.10.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Qoşqarlı Rəşad Nizami oğlunun sədrliyi Məhkəmə iclasının katibi X6 İddiaçılar İddiaçı1 və İddiaçı2 Əmili oğlunun nümayəndəsi və vəkili Vəkil2 və cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi və vəkili Vəkil1 iştirakları ilə İddiaçılar İddiaçı1 və İddiaçı2 Əmili oğlunun Cavabdehnə qarşı «vurulmuş maddi ziyanın və mənəvi ziyanın ödənilməsi tələbinə dair» mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçılar İddiaçı1 və İddiaçı2 Əmili oğlu iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, o, İddiaçı1 məxsus Abşeron rayonu, Xırdalan şəhəri, 28-ci məhəllədə yerləşən qeyri-yaşayış sahəsinə vurulmuş maddi zərərin əvəzi kimi 3741 (üç min yeddi yüz qırx bir) manat məbləğində pulun cavabdehdən alınıb ona ödənilməsi, o, İddiaçı2 Əmili oğluna dəymiş maddi zərərin əvəzi olaraq 33350 (otuz üç min üç yüz əlli) manat məbləğində pulun cavabdehdən alınıb ona ödənilməsi, mənəvi zərərin əvəzi olaraq 5000 manat pulun cavabdehdən alınaraq o, İddiaçı2 Əmili oğluna və 3000 manat məbləğində pulun isə o, İddiaçı1 ödənilməsi və məhkəməyə ödədiyi 30 manat dövlət rüsumunun əvəzinin cavabdehdən alınaraq 15 manat o, İddiaçı1, 15 manat isə o, İddiaçı2 Əmili oğluna ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. İddiaçılar İddiaçı1 və İddiaçı2 Əmili oğlunun nümayəndəsi və vəkili Vəkil2 iddia tələbinə dəqiqləşmə verərək, İddiaçı1 məxsus Abşeron rayonu, Xırdalan şəhəri, 28-ci məhəllədə yerləşən qeyri-yaşayış sahəsinə vurulmuş maddi zərərin əvəzi kimi 3741 (üç min yeddi yüz qırx bir) manat məbləğində pulun cavabdehdən alınıb ona ödənilməsi, İddiaçı2 Əmili oğlunun əmlakına dəymiş maddi zərərin əvəzi olaraq 29600 (iyirmi doqquz min altı yüz) manat məbləğində pulun cavabdehdən alınıb ona ödənilməsi, 2017-ci ilin 13 aprel tarixindən 2017-ci ilin noyabr ayının 15nə kimi mağazanın işləməməsi nəticəsində əldən çıxmış qazancın qarşılığı olan 3750 (üç min yeddi yüz əlli) manat pulun cavabdehdən alınıb İddiaçı2 Əmili oğluna ödənilməsi, mənəvi zərərin əvəzi olaraq 5000 manat pulun cavabdehdən alınaraq İddiaçı2 Əmili oğluna və 3000 manat məbləğində pulun isə İddiaçı1 ödənilməsi və məhkəməyə ödədikləri 30 manat dövlət rüsumunun əvəzinin cavabdehdən alınaraq 15 manat İddiaçı1, 15 manat isə İddiaçı2 Əmili oğluna ödənilməsi qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmədə iddiaçılar İddiaçı1 və İddiaçı2 Əmili oğlunun nümayəndəsi və vəkili Vəkil2 iddia tələbini müdafiə edərək göstərdi ki, Abbşeron rayonu, Xırdalan şəhəri, 28-ci məhəllə, 26/6 ünvanında yerləşən, ümumi sahəsi 58,2 kv.m olan qeyri-yaşayış sahəsi Hüquqların dövlət qeydiyyatı haqqında 16.08.2016-cı il tarixli, ******* nömrəli Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarışa əsasən İddiaçı1 məxsusdur. Həmin qeyri-yaşayış sahəsini 12 sentyabr 2011-ci il tarixli icarə müqaviləsinə əsasən İddiaçı2 Əmili oğlu icarəyə götürmüş və həmin mağazada ayaqqabı satışı ilə məşğuldur. İddiaçı2 Əmili oğlu 13 aprel 2017-ci ildə Qazax rayonunda olarkən, qardaşı X8 ona zəng edərək icarəyə götürdüyü mağazada yanğın baş verdiyini, yanğın nəticəsində həm mağazanın, həm də mağazada olan ayaqqabı mallarının yanaraq yararsız hala düşdüyünü bildirmişdir. Yanğına səbəb mağazanın qonşuluğunda, yəni bitişiyində yerləşən obyektdə icarə əsasında fəaliyyət göstərən Cavabdeh MMC-yə məxsus 135 saylı "xxxx" marketə məxsus elektrik lövhəsinin naqillərinin açıq vəziyyətdə olması, onlara məxsus mağazanın arxasına "xxxx" marketin işçiləri tərəfindən boş karton qutularının üst-üstə, onlara məxsus mağazanın damına qədər yığılması, elektrik naqillərinin qısa qapanma nəticəsində alışması və bunun nəticəsində boş karton qutuların alışaraq yanması olmuşdur. Mağazanın arxasından çıxan yanğın onlara məxsus mağazanın damından içəri keçərək mağazanın tavanında olan plastik lanbirin örtüyü tamamilə yandırmış və bununda nəticəsində İddiaçı2 Əmili oğluna məxsus 30000 manat dəyərində ayaqqabı yanaraq yararsız hala düşmüşdür. Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin X14 Xidmətinin 1-ci ərazi X15 Xidməti gələrək yanğını söndürmüşdür. Bundan başqa Fövqəladə Hallar Nazirliyinin Əməliyyat-İstintaq İdarəsi tərəfindən baş vermiş yanğın hadisəsi, hadisənin törədilmə səbəbləri ilə bağlı təhqiqat araşdırma aparılmış, iş üzrə məhkəmə yanğın texniki ekspertizası, Məhkəmə tikintitexniki ekspertizası və məhkəmə əmtəəşünaslıq ekspertizası təyin edilmiş və müvafiq ekspertiza rəyləri alınmışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 21 iyul 2017-ci il tarixli, 14515 nömrəli rəyinə əsasən müəyyən olunmuşdur ki, yanğının mənbəyi hadisə baş vermiş ayaqqabı mağazasının arxasında dəmir barmaqlı hasarla çəpərlənmiş açıq sahədə yerləşmiş və oradan tavan dam hissəsi ilə mağazanın içərisinə keçmişdir. Yanğın, ayaqqabı mağazasının arxasında dəmir barmaqlı hasarla çəpərlənmiş açıq sahədə divarda quraşdırılmış elektrik lövhəsində olan elektrik naqillərində yaranmış elektrik təbiətli qəza halının təsirindən, yaxınlığında yerləşən yanan materialların alışmasından baş vermişdir. Baş vermiş hadisə ilə əlaqədar, Cavabdeh MMC-nin rəhbərliyi "xxxx" marketi ilə qonşuluqda olan yanğın baş vermiş ayaqqabı mağazasının arxasında, dəmir barmaqlı hasarla çəpərlənmiş və divarın üzərində qapısı olmayan elektrik lövhəsi quraşdırılmış açıq sahədə yığılan tullantılardan və qablaşdırma materiallarından təmizlənməsi həyata keçirilmədiyinə görə Cavabdeh MMC tərəfindən “Azərbaycan Respublikası Yanğın təhlükəsizliyi qaydaları”nın 1.9, 3.1, 6.1-ci bəndlərinin və “Ticarət və ictimai iaşə müəssisələri, yarmarkalar, baza və anbarlar üçün yanğın təhlükəsizliyi qaydaları”nın 1.2, 2.2.1,3.19.1-ci bəndlərini pozmuşlar. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 11 sentyabr 2017-ci il tarixli, 14515 nömrəli rəyinə əsasən müəyyən olunmuşdur ki, Abşeron rayonu, Xırdalan şəhəri, 28-ci məhəllədə yerləşən qeyri-yaşayış sahəsində baş vermiş yanğın nəticəsində yaranmış qüsurların aradan qaldırılması üçün görülməli təmir-bərpa işlərinin mövcud bazar qiymətlərinə uyğun olaraq ümumi dəyəri təqribən 3741 manat məbləğində müəyyən edilmişdir. İddiaçı2 Əmili oğlunun təqdim etdiyi siyahıya əsasən müəyyən olunur ki, 13 aprel 2017-ci ildə Abşeron rayonu, Xırdalan şəhəri, 28-ci məhəllədə yerləşən ayaqqabı mağazasında baş vermiş yanğın nəticəsində, ona məxsus müxtəlif çeşidli 29600 manat dəyərində 1120 cüt ayaqqabı yanğın və yanğının söndürülməsi zamanı istifadə edilən suyun təsirindən yararsız vəziyyətə düşmüşdür. Baxış protokoluna əsasən, yanğın nəticəsində yararsız hala düşmüş ayaqqabıların sayı, qiyməti və markası müəyyən edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin əmtəəşünaslıq ekspertizasının rəyində ekspertiza təqdimatına təqdim edilmiş yalnız 10 çeşiddə və 10 cüt normal vəziyyətdə olan ayaqqabıya dəymiş zərərin 170 manat olduğu göstərilmişdir. Belə olan halda, ekspertiza rəyində Çində istehsal olunmuş “KKMEY” markalanma yazısı olan uşaq üçün nəzərdə tutulmuş uşaq qış ayaqqabısının bir cütünün qiyməti 15 manat olduğu halda, siyahıdakı 140 cütünün qiyməti 149*15=2235 manat, Çində istehsal olunmuş üzərində heç bir markalanma yazısı olmayan süni dəridən hazırlanmış uşaq qış ayaqqabısının bir cütünün qiyməti 15 manat olduğu halda, siyahıdakı 49 cütünün qiyməti 49*15=735 manat, Çində istehsal olunmuş üzərində “CA-EL” markalanma yazısı olan süni dəridən hazırlanmış kişi ayaqqabısının bir cütünün qiyməti 20 manat olduğu halda, siyahıdakı 69 cütünün qiyməti 69*20=1380 manat, Çində istehsal olunmuş “Kristal” markalanma yazısı olan süni tərkibli dəridən tikilmiş qadın üçün nəzərdə tutulmuş ayaqqabının bir cütünün qiyməti 20 manat olduğu halda, siyahıdakı 99 cütünün qiyməti 99*20=1980 manat, Çində istehsal olunmuş “Airgirl” markalanma yazısı olan süni tərkibli dəridən tikilmiş qadın üçün nəzərdə tutulmuş ayaqqabının bir cütünün qiyməti 15 manat olduğu halda, siyahıdakı 89 cütünün qiyməti 89*15=1335 manat, Çində istehsal olunmuş “Bellissimo” markalanma yazısı olan süni tərkibli dəridən tikilmiş qadın üçün nəzərdə tutulmuş ayaqqabının bir cütünün qiyməti 25 manat olduğu halda, siyahıdakı 197 cütünün qiyməti 197*25=4925 manat, Çində istehsal olunmuş “Dubay” markalanma yazısı olan süni tərkibli dəridən tikilmiş qadın üçün nəzərdə tutulmuş ayaqqabının bir cütünün qiyməti 15 manat olduğu halda, siyahıdakı 49 cütünün qiyməti 49*15=735 manat, Çində istehsal olunmuş “Kolobok” markalanma yazısı olan süni tərkibli dəridən tikilmiş qadın üçün nəzərdə tutulmuş ayaqqabının bir cütünün qiyməti 10 manat olduğu halda, siyahıdakı 59 cütünün qiyməti 59*10=590 manat, Çində istehsal olunmuş “Hand made” markalanma yazısı olan süni tərkibli dəridən tikilmiş kişi üçün nəzərdə tutulmuş ayaqqabının bir cütünün qiyməti 25 manat olduğu halda, siyahıda qeyd olunan yerdə qalan 596 cütünün qiyməti 569*25=14225 manat, “Vizion” markalanma yazısı olan süni tərkibli dəridən tikilmiş qadın üçün nəzərdə tutulmuş ayaqqabının bir cütünün qiyməti 10 manat olduğu halda, siyahıdakı 129 cütünün qiyməti 129*10=1290 manat, ümumilikdə əmtəə üzrə ziyan 29600 manat qəbul edilməlidir. Beləliklə Cavabdeh MMC-nin təqsiri ucbatından İddiaçı1 məxsus Abşeron rayonu, Xırdalan şəhəri, 28-ci məhəllədə yerləşən qeyri-yaşayış sahəsinə 3741 manat məbləğində ziyan dəymişdir. İddiaçı2 Əmili oğlunun isə 29600 manat dəyərində olan ayaqqabı malları yanaraq məhv olmuşdur. Bundan başqa İddiaçı2 Əmili oğlu ayaqqabı satışından 500 manat gəlir əldə edirdi və ailəsini həmin pulla dolandırırdı. Lakin cavabdehin təqsiri nəticəsində ayaqqabı dükanı yandığı üçün 2017-ci ilin 13 aprel tarixindən 2017-ci ilin noyabr ayının 15-nə kimi mağaza işləməmiş və o, 7 ay üçün 3750 manat qazancından məhrum olmuşdur. Göstərilənləri nəzərə alaraq, İddiaçı1 məxsus Abşeron rayonu, Xırdalan şəhəri, 28ci məhəllədə yerləşən qeyri-yaşayış sahəsinə vurulmuş maddi zərərin əvəzi kimi 3741 (üç min yeddi yüz qırx bir) manat məbləğində pulun cavabdehdən alınıb ona ödənilməsi, İddiaçı2 Əmili oğlunun əmlakına dəymiş maddi zərərin əvəzi olaraq 29600 (iyirmi doqquz min altı yüz) manat məbləğində pulun cavabdehdən alınıb ona ödənilməsi, 2017-ci ilin 13 aprel tarixindən 2017-ci ilin noyabr ayının 15-nə kimi mağazanın işləməməsi nəticəsində əldən çıxmış qazancın qarşılığı olan 3750 (üç min yeddi yüz əlli) manat pulun cavabdehdən alınıb İddiaçı2 Əmili oğluna ödənilməsi, mənəvi zərərin əvəzi olaraq 5000 manat pulun cavabdehdən alınaraq İddiaçı2 Əmili oğluna və 3000 manat məbləğində pulun isə İddiaçı1 ödənilməsi və məhkəməyə ödədikləri 30 manat dövlət rüsumunun əvəzinin cavabdehdən alınaraq 15 manat İddiaçı1, 15 manat isə İddiaçı2 Əmili oğluna ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmədə cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi və vəkili Vəkil1 iddia tələbini qismən qəbul edərək göstərdi ki, 13 aprel 2017-ci il tarixdə saat təxminən 04:00 radələrində Abşeron rayonu, Xırdalan şəhəri, 28-ci məhəllədə fəaliyyət göstərən "X19" MMC-yə məxsus olan "xxxx" marketin kənarında yanğın hadisəsi baş vermiş, yanğın sonradan "xxxx" marketə keçmiş və bunun nəticəsində yanğın qonşuluqda yerləşən İddiaçı1 məxsus olan obyektə keçmişdir. FHN-nin DYNX- nin əməkdaşları tərəfindən yanğın söndürülmüşdür. Yanğın hadisəsi Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Əməliyyat İstintaq İdarəsinin təhqiqatçısı X10 tərəfindən araşdırılmışdır və buna dair 23 sentyabr 2017-ci il tarixdə cinayət işinin başlanılmasımn rədd olunması barədə qərar əsassız və qanunsuz qəbul edilmişdir. Təhqiqat qərəzli, birtərəfli, qeyriobyektiv, qanunun tələblərinə zidd aparılmışdır. Araşdırma zamanı Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzində əmtəəşünaslıq ekspertizası keçirilmişdir. Ekspert öz rəyində bildirmişdir ki, dəymiş zərəri müəyyən etmək mümkün deyil. Lakin təhqiqatçı ekspertiza rəyinə əhəmiyyət verməyərək, öz təşəbbüsü ilə mənbəyi müəyyən olmayan ayaqqabıları ekspertə təqdim edərək, 10 cüt ayaqqabı üçün həqiqəti əks etdirməyən rəy almışdır. Bu rəydən sonra təhqiqatçı şikayətçinin yalan izahatı əsasında özünün müəyyən etdiyi metod ilə riyazi hesablama apararaq, 29600 manat dəyərində zərər vurulması qənaətinə gəlmişdir. Təhqiqatçının bu hərəkəti qanunun tələblərinə ziddir. Belə ki, zərər məbləğinin müəyyən edilməsi təhqiqatçının səlahiyyətindən kənardır. Bundan başqa, təhqiqatçı qəbul etdiyi qanunsuz qərarında qərəzli olaraq qeyd edir ki, guya 18 iyul 2017-ci il tarixdə tərtib olumnuş baxış protokolunda yanğın zamanı 1120 cüt müxtəlif çeşidli ayaqqabı yanaraq yararsız vəziyyətə düşmüşdür. Bu, tamamilə yalandır. Təhqiqatçı bu sayı şikayətçinin sözləri əsasında onun iradəsinə uyğun olaraq qeyd etmişdir. Əgər belə olmasaydı, təhqiqatçı obyektivliyi təmin etmək üçün hadisə yerinə baxış keçirilən zaman hazırki iş üzrə cavabdehin iştirakını təmin edər, izahatlarını alar, sübutlarını iş materiallarına əlavə edərdi. Bütün bunlar onu göstərir ki, ümumiyyətlə yanğının baş verməsinin əsl səbəbi təhqiqatçı tərəfindən obyektiv araşdırılmamış və cavabdehin gətirdiyi faktlara ümumiyyətlə qiymət verilməmişdir. Həmçinin iddiaçıya dəymiş maddi zərər məbləği İddiaçı2 Əmili oğlunun malın alış qiymətlərini təsdiq edən hər hansı bir sənəd olmadan və öz mülahizəsinə əsasən tərtib edilmiş və yalnız özü tərəfindən imzalanmış siyahıya əsasən müəyyən edilmişdir. İddia ərizəsindən belə nəticəyə gəlmək olar ki, İddiaçı2 təqdim etdiyi siyahıdakı məlumatlar şişirdilib və həqiqəti əks etdirmir. Bu da əsas verir ki, iddiaçının özü tərtib etdiyi və imzaladığı siyahıda olan rəqəmlər tez-tez dəyişdirilmişdir. Hazırkı halda iş üzrə qanuni qüvvəyə minmiş qətnamə olmasa da, cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar mövcuddur və həmin qərarda yalnız iki məsələdə mülki işə baxan məhkəmə üçün preyudisiallıq daşıyır: yanğın hadisəsinin olub-olmaması faktı və bu yanğının baş verməsində kimin məsuliyyət daşıması. Hazırkı halda da yalnız yanğın hadisəsinin baş verməsi və yanğının Cavabdeh MMC-nin rəhbərliyinin “Azərbaycan Respublikasında yanğın təhlükəsizliyi qaydaları”nm 1.9, 3.1, 6.1 və “Ticarət və ictimai iaşə müəssisələri, yarmarkalar, baza və anbarlar üçün yanğın təhlükəsizliyi qaydaları”nın 1.2, 2.1.1, 3.19.1-ci bəndinin tələblərini pozması nəticəsində baş vennəsi faktı iş üzrə preyudisial əhəmiyyətə malikdir. Cinayət işinin bağlanılmasının rədd qərarında müəyyən edilən digər hallar, o cümlədən yanğın hadisəsi nəticəsində iddiaçılara vurulmuş zərərin məbləğinin müəyyən edilməsi mülki iş üçün preyudisial əhəmiyyətə malik deyildir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 25.09.2019-cu il tarixli 19172 nömrəli ekspert rəyində qeyd edilmişdir ki, “X16 və Hüquq şirkəti” MMC tərəfindən tərtib edilmiş 16.09.2019-cu il tarixli mütəxəssis rəyindən istifadə edilməklə, Abşeron rayonu, Xırdalan şəhəri, 28-ci məhəllə, 26/6 ünvanda yerləşən ayaqqabı satışı üzrə ümumi sahəsi 58,2 kv.m deyil, faktiki 36,4 kv.m olan mağazaya yanğın zamanı dəyən ziyanın ümumi məbləği 11830 manat müəyyən edilir. O cümlədən: tinkintiyə dəymiş ziyanın məbləği -2030 manat, ayaqqabı məmulatlarına dəymiş ziyan - 9800,00 manat. Sahəsi 58,2kv.m, deyil faktiki 36,4 m2 (faydalı satış sahəsi 28,4 m2) olan mağazaya satış üçün ticarət qaydalarına riayət edilməklə, təxminən 7000 cüt ayaqqabı yerləşdirmək olar. Nəzəri hesablama yolu ilə, yanğın zamanı yararsız vəziyyətə düşmüş ayaqqabıların sayı təxminən 700 cüt müəyyən edilir. “X16 və Hüquq şirkəti” MMC tərəfindən tərtib edilmiş 16.09.2019-cu il tarixli 52 saylı mütəxəssis aktında göstərilənlərdən əlavə qeyd olunmuşdur ki, 13.04.2017-ci il tarixdə baş vermiş yanğın zamanı Abşeron rayonu, Xırdalan şəhəri 28-ci məhəllə 26/6 ünvanda yerləşən ayaqqabı satışı mağazasının konstruktiv elementlərinə yanğın nəticəsində dəymiş maddi ziyanın (təmir-bərpa xərci) məbləği orta bazar qiymətinə uyğun olaraq 2030,0 manat müəyyən edilir. Hadisə yeri saxlanılmadığına görə, nəzəri və təxmini hesablama yolu ilə, 2.5 il əvvəl, yəni 13.04.2017-ci il tarixdə baş vermiş yanğın zamanı ayaqqabı satışı üçün nəzərdə tutulmuş zalının sahəsi 28,4 kv.m (köməkçi sahələr daxil edilməklə 36,4 kv.m) olan Abşeron rayonu, Xırdalan şəhəri 28-ci məhəllə 26/6 ünvanda yerləşən mağazada cəmi 700 cüt 9800,00 manat dəyərində ayaqqabılara ziyan dəyməsi müəyyən edilir ki, bu barədə 16.05.2021-ci il tarixli ekspert rəyi vardır ki, iddia tələbini də yalnız bu hissədə qəbul edirlər. Qətnamə çıxarılarkən göstərilənləri nəzərə almağı məhkəmədən xahiş etdi. Məhkəmə İddiaçılar İddiaçı1 və İddiaçı2 Əmili oğlunun nümayəndəsi və vəkili Vəkil2 və cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi və vəkili Vəkil1 dinləyib, iş materiallarını tam, hərtərəfli və obyektiv tədqiq edərək belə hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. İş materiallarında olan 12.09.2011-ci il tarixli “İcarə müqaviləsi”nin surətindən görünür ki, Abşeron rayonu, Xırdalan şəhəri, 28-ci məhəllə, 26/6 ünvanında yerləşən 58,2 kv.m qeyri-yaşayış sahəsi xüsusi mülkiyyət hüququ əsasında İddiaçı1 məxsusdur. O, həmin qeyri-yaşayış sahəsini 5 (beş) il müddətinə İddiaçı2 Əmili oğluna icarəyə verilmişdir. İş materiallarında olan 15.07.2016-cı il tarixli “Daşınmaz Əmlakın Bağışlanması Müqaviləsi”nin surətindən görünür ki, X7 mülkiyyətində olan Abşeron rayonu, Xırdalan şəhəri, 28-ci məhəllə, 26/6 ünvanında yerləşən ümumi sahəsi 58.2 kv/m olan qeyriyaşayış binasını Hədiyyə olaraq İddiaçı1 bağışlamışdır. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən RX seriyalı, № ******* saylı “çıxarış”ın surətindən görünür ki, ünvan 3 qeyri-yaşayış binası xüsusi mülkiyyət hüququ əsasında İddiaçı1 adına 16.08.2016-cı il tarixdə, ********** nömrə ilə qeydiyyata alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikasının Vergilər Nazirliyinin 2 saylı Ərazi vergilər Departamentinin 30 noyabr 2017-ci il tarixli məktubundan görünür ki, Cavabdeh MMC (VÖEN: **********) hüquqi ünvanı ünvan 2 qeydiyyatdadır. İş materiallarında olan 23.09.2017-ci il tarixli “Cinayət işinin başlanmasının rədd edilməsi barədə” qərarın surətindən görünür ki, cinayət işinin başlanmasının rədd edilməsinin əsası kimi yanğın nətcisəndə hər hansı şəxsin sağlamlığına az ağır və ya ağır zərər vurulmadığı, yanğının ölümə və ya digər ağır nəticələrə səbəb olmadığı, X2, İddiaçı1, İddiaçı2 Əmili oğluna və X2 dəymiş ziyanın ağır nəticə kimi qiymətləndirilmədiyi göstərilərək, X3 əməlində cinayət tərkibi olmadığı üçün barəsində cinayət təqibinin başlanmasının rədd edilməsi qərara alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 21.07.2017-ci il tarixli 0857 saylı ekspert rəyinin surətindən görünür ki, yanğının mənbəyi hadisə baş vermiş ayaqqabı mağazasının arxasında dəmir barmaqlı hasarla çəpərlənmiş açıq sahədə yerləşmiş və oradan tavan-dam hissəsi ilə mağazanın içərisinə keçmişdir. Yanğın ayaqqabı mağazasının arxasında dəmir barmaqlı hasarla çəpərlənmiş açıq sahədə divarda quraşdırılmış elektrik lövhəsində olan elektrik naqillərində yaranmış elektrik təbiətli qəza halının təsirinin yaxınlığda yerləşən yanan materialların alışmasından baş vermişdir. Baş vermiş hadisə ilə əlaqədar "xxxx" MMC-nin rəhbərliyi "xxxx" marketi ilə qonşuluqda olan, yanğın baş vermiş ayaqqabı mağazasının arxasında, dəmir barmaqlı hasarla çəpərlənmiş və divarın üzərində qapısı olmayan elektrik lövhəsi quraşdırılmış açıq sahədə yığlan tullantılardan və qablaşdırma materiallarından təmizlənməsi həyata keçirilmədiyinə görə, onlar tərəfindən “Azərbaycan Respublikasında yanğın təhlükəsizliyi qaydaları”nın 1.9, 3.1, 6.1 və “Ticarət və ictimai iaşə müəssisələri, yarmarkalar, baza və anbarlar üçün yanğın təhlükəsizliyi qaydaları”nın 1.2, 2.1.1, 3.19.1-ci bəndinin tələblərini pozmuşlar. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 18.08.2017-ci il tarixli 19805 saylı ekspert rəyinin surətindən görünür ki, ekspertiza tədqiqatına təqdim edilmiş 10 cüt ayaqqabının normal vəziyyətdə ümumi qiymətinin 170 manat müəyyən olunduğu qeyd edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 12.09.2017-ci il tarixli 20601 saylı ekspert rəyinin surətindən görünür ki, Abşeron rayon, Xırdalan şəhəri 28-ci məhəllədə yerləşən qeyri-yaşayış sahəsində baş vermiş yanğın nəicəsində yaranmış qüsurların aradan qaldırılması üçün görülməli təmir-bərpa işlərinin mövcud bazar qiymətlərinə uyğun olaraq ümumi dəyərinin təqribən 3741 manat məbləğində olduğu müəyyən edilir. İş materiallarında olan Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 2-2(85)-106\2018 saylı, 05.04.2018-ci il tarixli qətnaməsindən görünür ki, iddia qismən təmin edilərək, İddiaçı1 məxsus Abşeron rayonu, Xırdalan şəhəri, 28-ci məhəllədə yerləşən qeyri-yaşayış sahəsinə vurulmuş maddi zərərin əvəzi olaraq 3741 (üç min yeddi yüz qırx bir) manat məbləğində pul vəsaiti Cavabdeh MMC-dən tutularaq İddiaçı1 ödənilməsi, İddiaçı2 Əmili oğlunun əmlakına dəymiş maddi zərərin əvəzi olaraq 29600 (iyirmi doqquz min altı yüz) manat məbləğində pul vəsaiti Cavabdeh MMC-dən tutularaq ona ödənilməsi, 2017-ci ilin 13 aprel tarixindən 2017-ci ilin 15 noyabr tarixinə kimi mağazanın işləməməsi nəticəsində 625 manat əldən çıxmış fayda Cavabdeh MMC-dən tutularaq İddiaçı2 Əmili oğluna ödənilməsi, Cavabdeh MMC-dən mənəvi zərərin əvəzi olaraq 500 manat məbləğində pul vəsaiti İddiaçı2 Əmili oğlunun və 300 manat məbləğində pul vəsaiti isə İddiaçı1 xeyrinə tutulması, ödənilmiş 30 manat dövlət rüsumunun əvəzi olaraq Cavabdeh MMC-dən 15 (on beş) manat pul vəsaiti İddiaçı1, 15 (on beş) manat pul vəsaiti isə İddiaçı2 Əmili oğlunun xeyrinə ödənilməsi və ümumilikdə Cavabdeh MMC-dən 4056( dörd min əlli altı) manat pul vəsaiti tutularaq İddiaçı1, 30740 (otuz min yeddi yüz qırx) manat pul vəsaiti tutularaq İddiaçı2 Əmili oğluna ödənilməsi qət edilmişdir. İş materiallarında olan Sumqayıt Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-2(105)-64/2018, 05.11.2018-ci il qətnaməsindən görünür ki, Cavabdeh MMc tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməməsi və Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin qəbul etdiyi 2- 2(85)-106/2018 saylı, 05 aprel 2018-ci il tarixli qətnamə dəyişdirilmədən saxlanılması qət edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-2(102)-161\2019 saylı qərarından görünür ki, Cavabdeh MMC tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilərək Sumqayıt Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-2(105)-64/18 saylı, 05 noyabr 2018-ci il tarixli qətnaməsi ləğv edilməsi və iş yenidən baxılması üçün həmin məhkəməyə göndərilməsi qərara alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 25.09.2019-cu il tarixli 19172 saylı ekspert rəyindən surətindən görünür ki, “X16 və Hüquq Şirkəti” MMC tərəfindən tərtib edilmiş 16.09.2019-cu il tarixli mütəxəssis rəyindən istifadə edilməklə, ünvan 3 ünvanda yerləşən ümumi sahəsi 58,2 kv.m olan mağazaya yanğın zamanı əmtəə üzrə dəymiş zərərin məbləği 9800 (700 cütx 14m) manat müəyyən olunur. O, cümlədən sahəsi 58.2 kv.m, deyil faktiki 36.4 kv.m (faydalı satış sahəsi 28.4 kv.m) olan mağazaya satış üçün ticarət qaydalarına riayət edilməklə, təxminən 7000 cüt ayyaqabı yerləşdirmək olar; Nəzəri hesablama yolu ilə yanğın zamanı yararsız vəziyyətə düşmüş ayaqqabıların sayı təxminən 700 cüt müəyyən edilir. İş materiallarında olan X16 və Hüquq Şirkətinin 16.09.2019-cu il tarixli, 52 nömrəli mütəxəssis aktından görünür ki, Abşeron rayonu, Xırdalan şəhəri, 28-ci məhəllə, 26/6 ünvanda yerləşən ayaqqabı satış üzrə ümumi sahəsi 58.2 kv.m deyil, faktiki 36.4 kv.m olan mağazaya yanğın zamanı dəyən ziyanın ümumi məbləği 11830 manat müəyyən edilir; O cümlədən tikintiyə dəymiş ziyanın məbləği-2030 manat, ayaqqabı məmulatlarına dəymiş ziyan-9800 manat, hazırki iş üzrə sahəsi 58.2 kv.m, deyil faktiki 36.4 kv.m (faydalı satış sahəsi 28.4 kv.m) olan mağazaya satış üçün ticarət qaydalarına riayət edilməklə, təxminən 7000 cüt ayaqqabı yerləşdirmək mümkün hesab edilir. Nəzəri hesablama yolu ilə yanğın zamanı yararsız vəziyyətə düşmüş ayaqqabıların sayı təxminən 700 cüt müəyyən edilir. 13.04.2017-ci il tarixdə baş vermiş yanğın zamanı Abşeron rayonu, Xırdalan şəhəri, 28-ci məhəllə, 26/6 ünvanda yerləşən ayaqqabı satışı mağazasının konstruktiv elementlərinə yanğın nəticəsində dəymiş maddi ziyanın (təmir-bərpa xərci) məbləği orta bazar qiymətinə uyğun olaraq 2030 manat müəyyən edilir. Hadisə yeri saxlanılmadığına görə nəzəri və təxmini hesablama yolu ilə 2.5 iləvvəl, yəni 13.04.2017-ci il tarixdə baş vermiş yanğın zamanı ayaqqabı satışı üçün nəzərdə tutulmuş zalının sahəsi 28.4 kv.m (köməkçi sahələr daxil edilməklə 36.4 kv.m) olan Abşeron rayonu, Xırdalan şəhəri, 28-ci məhəllə 26/6 ünvanda yerləşən mağazada cəmi 700 cüt 9800 manat dəyərində ayaqqabılara ziyan dəyməsi müəyyən edilir. İş materiallarında olan Sumqayıt Apelyasiya Məhkəməsinin 2-2(105)-106\2019 saylı, 28.10.2019-cu il tarixli qətnaməsindən görünür ki, Cavabdeh MMC-nin apelyasiya şikayəti qismən təmin edilərək, Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 2-2(85)-106/2018 saylı, 05 aprel 2018-ci il tarixli qətnaməsi maddi zərərin əvəzinin tutulması hissəsində dəyişdirilərək, Cavabdeh MMC-dən İddiaçı1 xeyrinə tutulması qət edilən maddi zərərin məbləği azaldılaraq 2030 (iki min otuz) manat məbləğində müəyyən edilməsi, Cavabdeh MMC-dən İddiaçı2 Əmili oğlunun xeyrinə tutulması qət edilən maddi zərərin məbləği azaldılaraq 9800 (doqquz min səkkiz yüz) manat məbləğində müəyyən edilməsi, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılması qət edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının 2-2(102)-64/2020 saylı qərarından görünür ki, iddiaçılar İddiaçı1 və İddiaçı2 Əmili oğlunun kassasiya şikayəti qismən təmin edilərək, Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati- İqtisadi Kollegiyasının 28 oktyabr 2019-cu il tarixli qətnaməsi ləğv edilərək, iş aiddiyyəti üzrə baxılmaq üçün Sumqayıt Şəhər Məhkəməsinə göndərilməsi qərara alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 18.08.2017-ci il tarixli 19805 saylı ekspert rəyinin surətindən görünür ki, sahəsi 58.2 kv.m deyil faktiki 36,4 kv. (faydalı satış sahəsi 28.4 kv.m) olan mağazaya satış üçün ticarət qaydalarına riayət edilməklə, təxminən 7000 cüt ayaqqabı yerləşdirmək olar, nəzəri hesablama yolu ilə yanğın zamanı yararsız vəziyyətə düşmüş ayaqqabıların sayı təxminən 700 cüt müəyyən edilir. Nəzəri və təxmini hesablama yolu ilə 2.5 iləvvəl, yəni 13.04.2017-ci il tarixdə baş vermiş yanğın zamanı ayaqqabı satışı üçün nəzərdə tutulmuş zalının sahəsi 28.4 kv.m (köməkçi sahələr daxil edilməklə 36.4 kv.m) olan Abşeron rayonu, Xırdalan şəhəri, 28-ci məhəllə 26/6 ünvanda yerləşən mağazada cəmi 700 cüt 9800 manat dəyərində ayaqqabılara ziyan dəyməsi müəyyən edilir. İş materiallarında olan AZE seriyalı, № ******** saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı1 Bakı şəhəri, Nəsimi rayonu, 3-cü mikrorayon, H.B.Əliyev küçəsi, ev 22, mənzil 1-də qeydiyyatdadır. İş materiallarında olan AZE seriyalı, № 06878931 saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Abbasov X9 rayonu, Xırdalan şəhəri, məhəllə 28, ev 21, mənzil 9-da qeydiyyatdadır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə görə, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 21.3-cü maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.2-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1115-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. Qanunvericiliyin qeyd edilən müddəalarının tələblərinə əsasən, mülki hüquqi məsuliyyətin yaranması üçün bir sıra məcburi şərtlərin olması tələb olunur. İlkin olaraq zərər başqa şəxsə vurulmalıdır. Digər şərtlərə zərərvuranın hüquqa zidd davranışı, həmin davranış ilə vurulmuş zərər arasında səbəbli əlaqə və borclunun təqsiri aiddir. Hazırki işdə yuxarıda qeyd olunan Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Əməliyyat-İstintaq İdarəsi tərəfindən “13 aprel 2017-ci ildə tarixdə 04:18 radələrində Abşeron rayonu, Xırdalan şəhəri, 28-ci məhəllədə fəaliyyət göstərən X1 məxsus Cavabdeh MMC-yə icarəyə verilən tikilinin elektrik lövhəsində baş vermiş yanğına dair toplanmış” 0857 nömrəli materialları, ekspert rəyləri və həmin iş üzrə 23 sentyabr 2017-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarla Cavabdeh MMC tərəfindən iddiaçılara iddia tələbi həcmində maddi ziyan dəydiyi sübut olunur. Lakin cinayət işinin bağlanılmasının rədd qərarında müəyyən edilən digər hallar, o cümlədən yanğın hadisəsi nəticəsində iddiaçılara vurulmuş zərərin məbləğinin müəyyən edilməsi mülki iş üçün preyudisial əhəmiyyətə malik deyildir. Bu səbəbdən məhkəmə hesab edir ki, iddiaçıların maddi ziyanın ödənilməsi ilə bağlı tələbləri qismən təmin olunmalıdır. Belə ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 25.09.2019-cu il tarixli 19172 nömrəli ekspert rəyində qeyd edilmişdir ki, “X16 və Hüquq şirkəti” MMC tərəfindən tərtib edilmiş 16.09.2019-cu il tarixli mütəxəssis rəyindən istifadə edilməklə, Abşeron rayonu, Xırdalan şəhəri, 28-ci məhəllə, 26/6 ünvanda yerləşən ayaqqabı satışı üzrə ümumi sahəsi 58,2 kv.m deyil, faktiki 36,4 kv.m olan mağazaya yanğın zamanı dəyən ziyanın ümumi məbləği 11830,00 manat müəyyən edilir. O cümlədən: tinkintiyə dəymiş ziyanın məbləği - 2030,00 manat, ayaqqabı məmulatlarına dəymiş ziyan - 9800,00 manat. Sahəsi 58,2kv.m, deyil faktiki 36,4 m2 (faydalı satış sahəsi 28,4 m2) olan mağazaya satış üçün ticarət qaydalarına riayət edilməklə, təxminən 7000 cüt ayaqqabı yerləşdirmək olar. Nəzəri hesablama yolu ilə, yanğın zamanı yararsız vəziyyətə düşmüş ayaqqabıların sayı təxminən 700 cüt müəyyən edilir. “X16 və Hüquq şirkəti” MMC tərəfindən tərtib edilmiş 16.09.2019-cu il tarixli 52 saylı mütəxəssis aktında yuxarıda göstərilənlərdən əlavə qeyd olunmuşdur ki, 13.04.2017-ci il tarixdə baş vermiş yanğın zamanı Abşeron rayonu, Xırdalan şəhəri 28-ci məhəllə 26/6 ünvanda yerləşən ayaqqabı satışı mağazasının konstruktiv elementlərinə yanğın nəticəsində dəymiş maddi ziyanın (təmir-bərpa xərci) məbləği orta bazar qiymətinə uyğun olaraq 2030,0 manat müəyyən edilir. Hadisə yeri saxlanılmadığına görə, nəzəri və təxmini hesablama yolu ilə, 2.5 il əvvəl, yəni 13.04.2017-ci il tarixdə baş vermiş yanğın zamanı ayaqqabı satışı üçün nəzərdə tutulmuş zalının sahəsi 28,4 kv.m (köməkçi sahələr daxil edilməklə 36,4 kv.m) olan Abşeron rayonu, Xırdalan şəhəri 28-ci məhəllə 26/6 ünvanda yerləşən mağazada cəmi 700 cüt 9800,00 manat dəyərində ayaqqabılara ziyan dəyməsi müəyyən edilir. Məhkəmə iddianın mənəvi zərərin əvəzi olaraq 5000 manat məbləğində pulun cavabdehdən alınaraq İddiaçı2 Əmili oğluna və 3000 manat məbləğində pulun isə İddiaçı1 ödənilməsi ilə bağlı hissəsinə münasibətdə qeyd edir ki, “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin plenumunun 03 noyabr 2008-ci il tarixli qərarına əsasən, Azərbaycan Respublikası qanunvericiliyinin, “İnsan Hüquqlarının və Əsas Azadlıqların Müdafiəsi Haqqında Konvensiya”nın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibbi sirlərinin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü büruzə verə bilər. Mənəvi sarsıntı və iztirabın ağırlıq dərəcəsi mənəvi zərərin ödənilməsi tələbinin rədd edilməsi üçün əsas deyildir. Məhkəmə razılaşır ki, qonşu müəssisədə baş vermiş yanğınla əlaqədar olaraq daşınmaz əmlaka və oradakı mallara dəymiş zərərə və müəyyən dövürdə iş fəaliyyətinin bərpa olunmamasına görə, iddiaçılar müəyyən mənəvi ziyana məruz qalıb. Lakin məhkəmə hesab edir ki, iddiaçıların tələb etdiyi mənəvi ziyanın məbləği həddən artıq yüksəkdir. Bu səbəbdən məhkəmə hesab edir ki, mənəvi ziyan qismində İddiaçı2 Əmili oğluna 500 manat, İddiaçı1 300 manat məbləğində pul vəsaiti cavabdeh tərəfindən ödənilməlidir. Məhkəmə iddianın 2017-ci ilin 13 aprel tarixindən 2017-ci ilin noyabr ayının 15-ə kimi mağazanın işləməməsi nəticəsində əldən çıxmış qazancın qarşılığı olan 3750 manat pulun cavabdehdən alınıb ödənilməsinə dair hissəsinə münasibətdə qeyd edir ki, İddiaçı2 Əmili oğlunun həmin məbləğdə faydanın əlindən çıxmasının əsası kimi 2 saylı Ərazi Vergilər Departamenti tərəfindən təqdim edilmiş dövriyyə və ödənişlər barədə məlumatın verilməsi haqqında məlumatı təqdim etmişdir ki, həmin məlumatda, onun 2017-ci ilin aprel-dekabr ayları arasında dövrüyyəsinin olmadığı, ondan əvvəlki dövrlərdə isə ortalama 500 manat dövrüyyəsinin olması və ona uyğun ödənişlər etdiyi görsənir. Məhkəmə qeyd edilən dövrlərə analoji olaraq İddiaçı2 Əmili oğlunun 3750 manat dövrüyyədən məhrum olduğunu qəbul etməyi ədalətli hesab edir. Lakin həmin məbləğin hamısını əldən çıxmış fayda kimi qəbul etməyi düzgün hesab etmir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 mart tarixli 55 nömrəli qərarı ilə vergi ödəyicisinin əldə etdiyi mənfəəti (gəliri) birbaşa müəyyən etmək mümkün olmadığı hallarda mənfəətin (gəlirin) hesablanması Qaydaları ilə vergi ödəyicisinin əldə etdiyi mənfəəti (gəliri) birbaşa müəyyən etmək mümkün olmadığı halda mənfəətin hansı qaydada hesablanması müəyyən edilmişldir. Həmin qaydaların 6.1-ci maddəsinə əsasən Vergi ödəyicisinin əldə etdiyi mənfəəti (gəliri) birbaşa müəyyən etmək mümkün olmadığı halda vergi orqanı şərti rentabellik norması əsasında onun mənfəətini (gəlirini) vergi ödəyicisinin fəaliyyəti ilə əlaqədar əldə etdiyi gəliri (ƏDV nəzərə alınmadan) əsasındamüəyyən edir. (M1 = G1 : ( 100 + R) x R, burada M1 — vergi ödəyicinin mənfəəti, G1 — vergi ödəyicisinin fəaliyyətindən əldə etdiyi gəlir, R — şərti rentabellik normasıdır.) Hazırki işdə də, iddiaçının mənfəətini yuxarıda qeyd olunmuş düsturla hesabladıqda mənfəəti 625 manat məbləğində müəyyən oluna bilər. Bu səbəbdən məhkəmə hesab edir ki, iddia həmin hissədə qismən təmin edilməli iddiaçıdan əldən çıxmış fayda qismində 625 manat məbləğində pul vəsaiti tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 124.1. maddəsinə görə, işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. İşdə olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin ekspertiza xərcinə dair bildirişindən görünür ki, aparılmış ekspertiza tədqiqatının dəyəri 100 (bir yüz) manat təşkil edir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, ekspertiza tədqiqatının dəyəri 100 (bir yüz) manat Cavabdehndən alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Az.MEM, VÖEN **********, AZ34CTRE********************, X5, KOD 210005, VÖEN 140155071, m/h AZ 41 NABZ 013601**********3944 SWİFT Bik: CTREAZ22 hesabına ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 220.5-ci maddəsinə əsasən qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir; işə qiyabi baxıldığı halda qətnamənin nəticə hissəsində cavabdehin qətnamənin ləğvi üçün ərizə vermə qaydası da əks olunmalıdır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, İddiaçı1 məxsus Abşeron rayonu, Xırdalan şəhəri, 28-ci məhəllədə yerləşən qeyri-yaşayış sahəsinə vurulmuş maddi zərərin əvəzi olaraq 2030 (iki min otuz) manat məbləğində pul vəsaitinin Cavabdeh MMC-dən tutularaq İddiaçı1 ödənilməli, İddiaçı2 Əmili oğlunun əmlakına dəymiş maddi zərərin əvəzi olaraq 9800 (doqquz min səkkiz) manat məbləğində pul vəsaiti Cavabdeh MMC-dən tutularaq ona ödənilməli, 2017-ci ilin 13 aprel tarixindən 2017-ci ilin 15 noyabr tarixinə kimi mağazanın işləməməsi nəticəsində 625 (altı yüz iyirmi beş) manat əldən çıxmış fayda Cavabdeh MMC-dən tutularaq İddiaçı2 Əmili oğluna ödənilməli, mənəvi zərərin əvəzi olaraq Cavabdeh MMC-dən 500 (beş yüz) manat məbləğində pul vəsaitinin İddiaçı2 Əmili oğlunun və 300 (üç yüz) manat məbləğində pul vəsaitinin isə İddiaçı1 xeyrinə tutulmalı, ödənilmiş 30 manat dövlət rüsumunun əvəzi olaraq Cavabdeh MMC-dən 15 (on beş) manat pul vəsaiti İddiaçı1, 15 (on beş) manat pul vəsaiti isə İddiaçı2 Əmili oğluna ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ : İddia qismən təmin edilsin. İddiaçı1 məxsus Abşeron rayonu, Xırdalan şəhəri, 28-ci məhəllədə yerləşən qeyriyaşayış sahəsinə vurulmuş maddi zərərin əvəzi olaraq 2030 (iki min otuz) manat məbləğində pul vəsaiti Cavabdeh MMC-dən tutularaq İddiaçı1 ödənilsin; İddiaçı2 Əmili oğlunun əmlakına dəymiş maddi zərərin əvəzi olaraq 9800 (doqquz min səkkiz yüz) manat məbləğində pul vəsaiti Cavabdeh MMC-dən tutularaq ona ödənilsin; 2017-ci ilin 13 aprel tarixindən 2017-ci ilin 15 noyabr tarixinə kimi mağazanın işləməməsi nəticəsində 625 (altı yüz iyirmi beş) manat əldən çıxmış fayda Cavabdeh MMC-dən tutularaq İddiaçı2 Əmili oğluna ödənilsin; Cavabdeh MMC-dən mənəvi zərərin əvəzi olaraq 500 (beş yüz) manat məbləğində pul vəsaiti İddiaçı2 Əmili oğlunun və 300 (üç yüz) manat məbləğində pul vəsaiti isə İddiaçı1 xeyrinə tutulsun; Ödənilmiş 30 manat dövlət rüsumunun əvəzi olaraq Cavabdeh MMC-dən 15 (on beş) manat pul vəsaiti İddiaçı1, 15 (on beş) manat pul vəsaiti isə İddiaçı2 Əmili oğlunun xeyrinə ödənilsin. Ümumilikdə Cavabdeh MMC-dən 2345 (iki min üç yüz qırx beş) manat pul vəsaiti tutularaq İddiaçı1, 10940 (on min doqquz yüz qırx) manat pul vəsaiti tutularaq İddiaçı2 Əmili oğluna ödənilsin. İddia qalan hissədə rədd edilsin. Ekspertiza tədqiqatının dəyəri 100 (bir yüz) manat Cavabdehndən alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Az.MEM, VÖEN **********, AZ34CTRE********************, X5, KOD 210005, VÖEN 140155071, m/h AZ 41 NABZ 013601**********3944 SWİFT Bik: CTREAZ22 hesabına ödənilsin. Qətnamədən, qətnamə rəsmi qaydada verildiyi gündən, bir ay müddətinə Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Rəşad Qoşqarlı

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar