Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-2026/2022 08.04.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Süleymanova Almaz Məhərrəm qızının sədrliyi, İsmayılov Əli Seyran oğlunun katibliyi, İddiaçı nümayəndəsi və vəkili X11 oğlunun, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “aliment tələbinə dair» iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Cavabdeh qarşı “aliment tələbinə dair» iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 17.04.2015-ci il təvəllüdlü X3, 15.05.2016-cı il təvəllüdlü X1, 05.11.2019-cu il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay 193 (bir yüz doxsan üç) manat olmaqla, cəmi 579 (beş yüz yetmiş doquz) manat sabit pul məbləğində alimentin Cavabdeh tutulub ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh ilə 14.04.2015-cı il tarixdə Sumqayıt “ASAN Xidmət” mərkəzinin qeydiyyat şöbəsi tərəfindən 808 saylı nikahları qeydə alınmışdır. Birgə nikahlarından 17.04.2015-ci il təvəllüdlü X6, 15.05.2016-cı il təvəllüdlü X4, 05.11.2019-cu il təvəllüdlü X5 anadan olmuşdur. Cavabdeh xeyli müddətdir ki, ailəsi ilə maraqlanmır, uşaqların maddi ehtiyaclarını ödəmir və hətta başqa xanıma qoşularaq evi belə tərk etmişdir. Hazırda 3 azyaşlı övladı onun himayəsindədir və onların bütün maddi ehtiyaclarını tək başına qarşılamaq məcburiyyətində qalmışdır. Bu səbəbdən də məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili X7 eyni məzmunlu izahat verərək iddia tələbinin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdeh izahatında göstərdi ki, iddia tələbini tam həcmdə qəbul edir. Cavabdeh iddianı etirafa dair məhkəməyə ərizə təqdim etdi. Məhkəmə tərəflərin izahatını, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Mülki iş materiallarında olan: AZ-İİİ seriyalı, 569261 saylı doğum haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, X6 17.04.2015-ci il tarixdə Abşeron rayonu, Xırdalan şəhərində anadan olmuş, atası Cavabdeh, anası İddiaçıdır. AZ-İİİ seriyalı, 776077 saylı doğum haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, X4 15.05.2016-cı il tarixdə Abşeron rayonu, Xırdalan şəhərində anadan olmuş, atası Cavabdeh, anası İddiaçıdır. AZ-İV seriyalı, 382863 saylı doğum haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, X5 05.11.2019-cu il tarixdə Abşeron rayonu, Xırdalan şəhərində anadan olmuş, atası Cavabdeh, anası İddiaçıdır. Beləliklə, məhkəmə iclasında müəyyən edildi ki, tərəflərin 14.04.2015-cı il tarixdə nikahları qeydə alınmışdır. Birgə nikahlarından 17.04.2015-ci il təvəllüdlü X6, 15.05.2016cı il təvəllüdlü X4, 05.11.2019-cu il təvəllüdlü X5 anadan olmuşdur. İddiaçı birgə nikahdan olan uşaqların saxlanılması üçün aliment tələbi ilə çıxış edir, cavabdeh iddianı etiraf etmişdir. Məhkəmə işin hallarına Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1, 75.4, 78.1 və 78.2-ci maddələrinə istinadən qiymət verərək hesab edir ki, 75.1-ci maddəsinə əsasən valideynlər öz uşaqlarını saxlamağa borcudurlar. 75.4-cü maddəyə əsasən valideynlər uşaqları saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. 78.1-ci maddəsinə əsasən, aliment verməyə borclu olan valideynin qazancı qeyrimüntəzəm, dəyişən olarsa, ya da qazancın hamısını və ya bir hissəsini xarici valyuta ilə alarsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən edilə bilər. 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikası Qanunun 13-cü maddəsinə əsasən - Uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Azərbaycan Respublikasında 2022-ci il üçün yaşayış minimumu haqqında Azərbaycan Respublikasının Qanununa görə 2022-ci il üçün yaşayış minimumu uşaqlar üçün 193 manat məbləğində müəyyən edilmişdir. Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən, aliment məhkəməyə müraciət edilən vaxtdan tutulur. Məhkəmə hesab edir ki, valideynlər uşaqları saxlamağa borclu olduğundan cavabdehdən birgə nikahdan olan uşaqların yetkinlik yaşına çatanadək saxlanılmaları üçün aliment tutulmalıdır. Məhkəmə iddianın cavabdeh tərəfindən etirafını nəzərə alaraq hesab edir ki, iddia təmin edilməklə 16 fevral 2022-ci il tarixdən başlayaraq Cavabdeh 17.04.2015-ci il təvəllüdlü X3, 15.05.2016-cı il təvəllüdlü X1 və 05.11.2019-cu il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay hər uşağa görə 193 (bir yüz doxsan üç) manat olmaqla, cəmi 579 (beş yüz yetmiş doquz) manat sabit pul məbləğində aliment İddiaçı xeyrinə tutulmalıdır. MPM-nin 234.2, 234.2.1-ci maddəsinə əsasən şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. MPM-nin 119, 112, 113-cü maddəsinin tələblərinə əsasən iş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməli, 39,48 manat cavabdehdən dövlət nəfinə tutulmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 112, 119, 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. 16 fevral 2022-ci il tarixdən başlayaraq Cavabdeh 17.04.2015-ci il təvəllüdlü X3, 15.05.2016-cı il təvəllüdlü X1 və 05.11.2019-cu il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay hər uşağa görə 193 (bir yüz doxsan üç) manat olmaqla, cəmi 579 (beş yüz yetmiş doquz) manat sabit pul məbləğində aliment İddiaçı xeyrinə. Məhkəmə qətnaməsi dərhal icra olunsun. İş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Cavabdeh 39,48 manat dövlət rüsumu tutularaq dövlət nəfinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Almaz Süleymanova
Məhkəmə qərarları › İş №2(060)-2026/2022
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-2026/2022
08.04.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver