Məhkəmə qərarları › İş №2(060)-2086/2024

Sumqayıt Şəhər Məhkəməsi Qərardad — İş №2(060)-2086/2024

14.02.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(060)-2086/2024 14.02.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Sumqayıt Şəhər Məhkəməsinin hakimi Tanrıverdiyeva Günel Cəbrayıl qızı, İddiaçı cavabdeh “Azərkimya” X1 Polietilen zavodunun direktoru Oqtay Nifteliyevə qarşı şərəf və ləyaqətin müdafiəsi, mənəvi zərərin ödənilməsi tələbinə dair iddia ərizəsini nəzərdən keçirib, müəyyən etdi: İddiaçı cavabdeh “Azərkimya” X1 Polietilen zavodunun direktoru Oqtay Nifteliyevə qarşı şərəf və ləyaqətin müdafiəsi, mənəvi zərərin ödənilməsi iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Oqtay Nifteliyevdən başına gələnlərdən ötrü ondan rəsmi şəkildə üzr istəməsi və ona dəymiş mənəvi zyana görə cavabdehdən xeyrinə 10000 manat məbləğində pul tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, iddia ərizəsi Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 149-cu maddəsinin tələblərinə riayət edilmədən verildiyindən geri qaytarılmalıdır. Azərbaycan Respublikası MPM-nin 149.2.2-ci maddəsinə əsasən iddiaçının, onun nümayəndəsinin (əgər iddia ərizəsini nümayəndə təqdim edirsə), cavabdehin və işdə iştirak edən digər şəxslərin, şahidin və məhkəmə iclasına dəvət etmək istədiyi digər şəxslərin soyadı, adı, atasının adı (hüquqi şəxsə münasibətdə adı), şəxsiyyəti eyniləşdirməyə imkan verən digər məlumatlar, yaşayış yeri və ya olduğu yer (həm faktiki, həm də rəsmi qeydə alındığı ünvanı), yazışmaların aparılmasının istənildiyi digər ünvan, olduğu halda – iş yerinin ünvanı, telefon nömrələri, o cümlədən mobil telefon nömrələri, elektron poçt ünvanı, cavabdehin və işdə iştirak edən digər şəxslərin eyniləşdirmə məlumatları (şəxsiyyət vəsiqəsinin seriya nömrəsi və ya VÖEN, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin, xarici hüquqi şəxslərin və ya onların nümayəndəsinin eyniləşdirmə məlumatları) işdə iştirak edən şəxslərin adları, onların poçt ünvanları iddia ərizəsində göstərməlidir. Lakin, İddiaçı cavabdehin yuxarıda qeyd edilən məlumatlarını (şəxsiyyət vəsiqəsinin seriya nömrəsi, ata adı, şəxsiyyəti eyniləşdirməyə imkan verən digər məlumatları və s.) ərizəsində göstərməmişdir. Bununla əlaqədar elektron məhkəmə informasiya sistemində də “Oqtay Nifteliyev” adlı şəxsi və ona aid məlumatları müəyyən etmək mümkün olmamışdır. Məhkəmə hesab edir ki, iddiaçı iddia tələbini yönəltdiyi cavabdehi ərizəsində dəqiq müəyyən etməlidir. Belə ki, cavabdehin dəqiq müəyyən edilməsi iddia ərizəsinin ərazi aidiyyatı üzrə hansı məhkəməyə aid olması məsələsinin həlli üçün də zəruridir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, İddiaçı cavabdeh “Azərkimya” X1 Polietilen zavodunun direktoru Oqtay Nifteliyevə qarşı şərəf və ləyaqətin müdafiəsi, mənəvi zərərin ödənilməsi tələbinə dair iddia ərizəsi və ona əlavə olunmuş sənədlər geri qaytarılmalıdır. Azərbaycan Respublikası MPM-nin 152.4-cü maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 152, 263, 264-cü maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı cavabdeh “Azərkimya” X1 Polietilen zavodunun direktoru Oqtay Nifteliyevə qarşı şərəf və ləyaqətin müdafiəsi, mənəvi zərərin ödənilməsi tələbinə dair iddia ərizəsi və ona əlavə olunmuş sənədlər geri qaytarılsın. İddiaçıya, iddia ərizəsinin qaytarılmasına səbəb olmuş hallar aradan qaldırıldıqdan sonra ümumi qaydada yenidən məhkəməyə müraciət etmək hüququ izah edilsin. Qərardaddan, rəsmi qaydada verildiyi (və ya alındığı) gündən 10 gün müddətinə Sumqayıt Şəhər Məhkəməsinə şikayət verilə bilər. Hаkim Günel Tanrıverdiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar