Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-2091/2023 05.07.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ X4 Behbudovanın sədrliyi Mehriban Hüseyn qızı Həsənlinin katibliyi, İlkin iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh nümayəndəsi Nümayəndə iştirakı ilə, İlkin iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı ilkin iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh qarşı “cehiz əşyalarının çıxarılması” tələbinə dair mülki iş üzrə ilkin iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh ilkin iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı qarşı “cehiz və şəxsi əmlakların” tələbinə dair qarşılıqlı iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi : İddiaçı Cavabdeh qarşı “cehiz əşyalarının çıxarılması” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh məxsus cehiz əşyalarının (divan 1 ədəd, 2 ədəd kreslo, 4 ədəd yastığı ilə birlikdə, 8 lampalı lüstur, güzgülü kamot – 1 ədəd, güzgülü şkaf – 1 ədəd, günclük şkaf (bar) – 1 ədəd, stol – 1 ədəd, stul – 6 ədəd, televizor altığı (tumba) – 1 ədəd, serviz dəsti (altı persol) xörək üçün, çay dəsti serviz – 1 ədəd, 4 ədəd bogema, rumkalar, şirniyyat qabları ilə birlikdə, 1 dəst bogema, 6 ədəd rumka, 6 ədəd qulplu xrustal rumka, 6 ədəd xrustal rumka içki üçün – 2 dəst, konfet qabları xrustal – 2 cüt, mürəbbə qabı xrustal – 1 cüt, göy rəngli meyvə qabı – 1 cüt, şamdan 1 ədəd, 1 ədəd divar saatı, xalça – 1 ədəd, güldan (xrustal) – 1 ədəd, xrustal qrafinka rumkaları ilə, 1 ədəd şfoner, taxt – 1 ədəd, tumba – 2 ədəd, güzgülü kamot ( yataq otağı üçün ), lüstur 6 lamplalı – 1 ədəd, 1 pəncərə üçün pərdə, taxt üçün 1 ədəd örtük, yun ədyal – 1 ədəd, taxt döşəyi, tək döşək – 3 ədəd, taxt yorğanı – 1 ədəd, tək yorğan – 2 ədəd, 1 ədəd sinfon yorğan, yastıq – 2 ədəd, döşəkçə 2 ədəd, uşaq ədyalı – 1 ədəd, uşaq yorğanı – 1 ədəd, ütü – 1 ədəd, tozsoran – 1 ədəd, pol üçün kiçik ölçülü palazlar – 3 ədəd, yorğan-döşək-balınc üzləri, əl-üz dəsmalları, hamam dəsmalları, çay dəsmalları, stol üstü süfrələr, paltaryuyan maşın (Samsung), ət maşını (tokla), tok samovarı – 1 ədəd, tok çayniki – 1 ədəd, qaşıq dəstləri və s., ərzaq qabları komplekt ( pesok, qənd, çay), iri qazan (nerj), qazan dəsti (aliminum) – 3 ədəd, qazan dəsti nerj, ləyən – 2 ədəd, meyvə qabı (farfor) – 1ədəd göy rəngli, çaşka-nəlbəki – 6 ədəd, böyük tava – 1 ədəd, xırda qab-qaşıqlar və s) Sumqayıt şəhəri, Yaşıldərə massivi, 2-ci məhəllə ünvanında yerləşən, 214 saylı fərdi evdən çıxarılması və mediasiya xərcinin əvəzi olaraq 25 (iyirmi beş) manatın Cavabdeh tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İlkin iddia üzrə iddiaçı qarışılıqlı iddia üzrə cavabdeh İddiaçı iddiasını onunla əsaslandırmışdır ki, o, Cavabdeh ilə 02 oktyabr 2009-cu il tarixdə rəsmi nikaha girərək ailə həyatı qurmuşdur. Rəsmi nikahlarından 26 noyabr 2010-cu il təvəllüdlü X5 və 24 fevral 2013-cü il təvəllüdlü X6 anadan olmuşdur. Sumqayıt Şəhər Məhkəməsinin qətnaməsi ilə Cavabdeh iddia tələbi qismən təmin edilmiş, onunla Cavabdeh arasında xx.xx.2019-cu il tarixində bağlanmış nikahın pozulması, birgə nikahdan anadan olmuş 26 noyabr 2010-cu il təvəllüdlü X5 və 24 fevral 2013-cü il təvəllüdlü X6 anası Cavabdeh yanında qalması və ondan 26 noyabr 2010-cu il təvəllüdlü X2 və 24 fevral 2013-cü il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay hər uşaq üçün 170 (yüz yetmiş) manat olmaqla, ümumillikdə 340 (üç yüz qırx) manat sabit pul məbləğində aliment tutulub Cavabdeh verilməsi qət edilmişdir. Sumqayıt Şəhər Məhkəməsinin həmin iş üzrə qəbul edilmiş qətnaməsi ona verilməmişdir. İddia ərizəsində qeyd edilən cehiz əşyaları halhazırda onun yaşadığı Sumqayıt şəhəri, Yaşıldərə massivi, 2-ci məhəllə ünvanında yerləşən, 214 saylı fərdi evdədir. Qeyd edir ki, Mediasiya haqqında qanunun 3.4-cü maddəsinə əsasən mediasiya prosesi zamanı o dövlət rüsumunu ödəmişdir. Bunu ilkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi barədə xx.xx.2023-cü il tarixli, MŞS/MT030/00271 saylı arayış təsdiq edir. İlkin iddia üzrə cavabdeh qarışılıqlı iddia üzrə iddiaçı Cavabdeh xx.xx.2023-cü il tarixdə qarışılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh İddiaçı ilkin iddia tələbində qeyd etdiyi əmlaklarla yanaşı, göstərilən və ona məxsus olan əmlakların – 2 ədəd oturacaq stulu ( siyahıda 6-sı qeyd olunmuş, faktiki 8 ədəddir) – 200 manat, 1 ədəd şirəçəkən maşın – 80 manat, 1 ədəd mikser – 35 manat, 1 ədəd blender – 30 manat, qonaq otağı pərdəsi – 350 manat, boşqablar, böyük bulud (3 və 4 cür çeşiddə 48 ədəd) – 220 manat, bakallar cəmi 24 ədəd (sarı,qırmızı,yaşıl) – 240 manat, tefal qazan dəsti – 90 manat, 1 şirəli vedrə - 30 manat, 1 böyük meyvə qabı- 40 manat, 3 ədəd güldan (billur,saxsı və yaşıl) – 110 manat, 12 stəkan, 12 nəlbəki və 2 hündür mürəbbə qabı – 120 manat, 2 tort üçün dəst və 1 güldan – 80 manat, qızıl-zinət əşyaları, 2 ədəd sırğa dəsti – 900 manat, 2 ədəd bilərzik – 1100 manat, 2 ədəd müxtəlif formalı üzüklər – 1000 manat olan əmlakların və dövlət rüsumu kimi ödədiyi 66 manatın cavabdehdən alınaraq ona qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İlkin iddia üzrə cavabdeh qarışılıqlı iddia üzrə iddiaçı Cavabdeh qarşılıqlı iddia ərizəsini onunla əsaslandırmışdır ki, cavabdeh İddiaçı məhkəmədə ona qarşı cehiz əmlaklarının çıxarılması barədə iddia qaldırmış, lakin həmin iddia tələbində ona məxsus olan əmlakların siyahısı tam qeyd olunmamışdır. O bütün əmlaklarını qaytaracağı təqdirdə həmin əmlakları çıxarmağa etiraz etməmiş, lakin cavabdeh ona əmlaklarını tam olaraq qaytarmadığı üçün onun təklifini qəbul etməmişdir. Hazır ki, iddia tələbindən də aydın olur ki, cavabdeh onun əmlaklarını tam olaraq qaytarmır və yalnız bir qismini etiraf edərək həmin əmlakların çıxarılmasını iddia edir. Bu səbəbdən də o həmin əmlakların siyahısına daxil edilməyən əmlakların da qaytarılmasını iddia edir. Onlar - 2 ədəd oturacaq stulu ( siyahıda 6-sı qeyd olunmuş, faktiki 8 ədəddir) – 200 manat, 1 ədəd şirəçəkən maşın – 80 manat, 1 ədəd mikser – 35 manat, 1 ədəd blender – 30 manat, qonaq otağı pərdəsi – 350 manat, boşqablar, böyük bulud (3 və 4 cür çeşiddə 48 ədəd) – 220 manat, bakallar cəmi 24 ədəd (sarı,qırmızı,yaşıl) – 240 manat, tefal qazan dəsti – 90 manat, 1 şirəli vedrə - 30 manat, 1 böyük meyvə qabı- 40 manat, 3 ədəd güldan (billur,saxsı və yaşıl) – 110 manat, 12 stəkan, 12 nəlbəki və 2 hündür mürəbbə qabı – 120 manat, 2 tort üçün dəst və 1 güldan – 80 manat, qızıl-zinət əşyaları, 2 ədəd sırğa dəsti – 900 manat, 2 ədəd bilərzik – 1100 manat, 2 ədəd müxtəlif formalı üzüklər – 1000 manat, cəmi 4625 (dörd min altı yüz iyirmi beş) manatdır. İlkin iddia üzrə iddiaçı qarışılıqlı iddia üzrə cavabdeh İddiaçı xx.xx.2023-cü il tarixdə etiraz ərizəsi ilə müraciət edərək, o ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia tələbi üzrə iddiaçının qarşılıqlı iddia ərizəsinə etiraz etdiyini bildirmişdir. Etiraz ərizəsini onunla əsaslandırmışdır ki, qarşılıqlı iddia ərizəsində Cavabdeh tərəfindən göstərilən 2 ədəd stul onlar 2016-cı ildə Sumqayıt şəhəri, 5-ci mikrorayon ünvanında yerləşən 1 otaqlı mənzildə yaşayarkən stulun döşəkçəsi çirkab və biri tamamilə sınmış, digəri isə tam yararsız halda olduğundan zibilə atmışlar. Şirəçək maşını Cavabdeh özü sərt davrandığından matoru yanmış, bir neçə usta yanına apardıqdan sonra düzəlməyəcəyini görüb atmışdır. Mikser hal-hazırda da onun yaşadığı evdədir. Blender özü var, lakin alt şüşə qabını özü sındırdığına görə ərizədə qeyd etməmişdir. Qonaq otağının pərdəsi, boşqablar, böyük bulud mövcuddur. O iddia ərizəsində cehiz əşyalarının siyahısında 11-ci sırada 4 ədəd bakallar qeyd etmişdir. Texniki səhvə yol vermişdir. Bakallar 4 dəstdir (4x6=24). Tefal Cavabdeh tərəfindən xarab edildiyi üçün atılmışdır. Şirəli vedrə deşildiyindən atılmışdır. Meyvə qabı, güldan xrustal, bir cür mürəbbə qabı tort üçün vardır. Gündəlik işlənmə üçün nəzərdə tutulmuşdur. Bundan əlavə ilkin iddia üzrə cavabdehin, qarşılıqlı iddia üzrə iddiaçının qarşılıqlı iddia ərizəsində qeyd etdikləri 2 ədəd sırğa dəsti-900 manat, 2 ədəd bilərzik-1100 manat, 2 ədəd müxtəlif formalı üzüklər-1000 manat olan qızıl əmlakları Cavabdeh özündədir. Cavabdeh sonuncu dəfə mənzili tərk edərkən o evdə olmamışdır. Həmçinin qarşılıqlı iddia ərizəsində Cavabdeh tərəfindən ondan dövlət rüsumu kimi ödənilmiş 66 manatın da qaytarılmasına etiraz etdiyini bildirmişdir. Məhkəmə iclasında iştirak edən: İlkin iddia üzrə cavabdeh qarışılıqlı iddia üzrə iddiaçı Cavabdeh nümayəndəsi Nümayəndə izahatında bildirdi ki, işə mahiyyəti üzrə baxılmasını xahiş etmişdir. İlkin iddianı qəbul etmişdir. Qarşılıqlı iddianı müdafiə etdiyini bildirmişdir. Bir sırğa və bir bilərzik onun qızına məxsusdur. Bir sırğa, iki üzük, bir bilərzik, bir boyunbağı isə onların aldıqlarıdır. Şəkillərdə vardır. Sonradan olan toylarda qızının üzərində bilərzik olmamışdır. Çünki onun əlindən almışlar. Cavabdeh yazmamış, lakin həmin əmlaklar olmuş, o isə əsaslanmış və yazmışdır. Onlar qızına nə soyuducu nə də televizor verməmişlər. Qayınana gəlmiş, soyuducunu açmış, orada ərzaqların olduğunu görmüş, daha sonra isə hamısını çölə tökmüşdür. Soyuducunu da öz otağına çəkmişdir. Məhkəmə iş materiallarını araşdırıb, ilkin iddia üzrə cavabdeh qarışılıqlı iddia üzrə iddiaçı Cavabdeh nümayəndəsi Nümayəndə izahatını dinləyib, məhkəmə iclasında tədqiq edilən sübutlara hüquqi qiymət verərək hesab edir ki, ilkin və qarşılıqlı iddia tələbləri təmin edilməlidir. İş materiallarında olan: 05 may 2023-cü il tarixdə məhkəmənin hazırlıq iclasında iştirak edən ilkin iddia üzrə İddiaçı izahatında bildirdi ki, 2016-cı il tarixdə boş otağa köçmüşlər. Özləri ilə birgə yataq dəsti və 2 stul aparmışlar. 2 stul yararsız vəziyyətdə olduğundan atılmışdır. Birgə yaşadıqları zaman atmışlar. 2016-cı il tarixdə köçmüşlər. Lakin hal-hazırda 2023-cü ildir. 2020-ci il tarixdə nikahları pozulmuşdur. Cehizlər ona siyahı ilə verilməmişdir. Uşaqla ünsiyyət tələbi və cehiz əşyalarının çıxarılması barədə iddia tələbləri təqdim etmişdir. 14 il ailəli olmuşlar. Bu müddət ərzində bir neçə dəfə yer dəyişmişlər. 2016-cı il tarixdə 5-ci mikrorayona köçmüşlər. Yoldaşına demişdir ki, bağ evində hər cürə şərait vardır. Bu səbəbdən də orada yaşamaq istəmişdir. O isə istəməmişdir. Qızıl-zinət əşyaları 2016-cı il tarixdə onun özündə olmuşdur. Yeni ili bacısı gildə olmuşlar. Gəldikdən sonra anası və bacısı pandemiya dövrünə düşdüyü üçün xəstələnmişdir. 2 həftə ağır vəziyyətdə olmuşlar. Anasını gətirmiş, o isə ona baxmamışdır. Anası isə getmiş və bacısı gildə qalmışdır. Fevral ayının 29-u qardaşı bacısı gilə getmiş və anasını gətirmişdir. O zamana kimi yoldaşı uşaqları ilə birgə yaşamışlar. Anası gəldiyi zaman yoldaşı evdə olmamış, işdə olmuşdur. İşdən gəldikdən sonra uşaqları analarına demişdir ki, nənə gəlmişdir. 2016-cı ildə altı,yeddi dəfə getmiş və gəlmişdir. Həmin ildə onların büdcəsi də ayrılmışdır. Özlərinə aid hər şeyi aparmışlar. Qızılları anası saxlamışdır. 05 may 2023-cü il tarixdə məhkəmənin hazırlıq iclasında iştirak edən ilkin iddia üzrə cavabdeh qarışılıqlı iddia üzrə iddiaçı Cavabdeh nümayəndəsi Nümayəndə izahatında bildirdi ki, 2009-cu ildə tərəflər ailə həyatı qurmuşlar. Cehiz 9-cu mikrorayona getmişdir. Uşaq doğularkən onlar iddiaçını çağırmış və bildirmişlər ki, atadır. Bu səbəbdən sevincə şərik olsun. Güzəş etmiş və demişlər ki, ailə dağılmasın. İddiaçı ilə danışmış və demişlər ki, əgər belə söz-söhbətlər varsa, köməklik etsinlər, ev alsınlar. Uşaq getdikdən 1 həftə sonra anası zəng etmiş və bildirmişdir ki, cehizləri pəncərədən atacaqdır. Onlar da məcbur olmuş və 6-cı mikrorayonda təmirsiz ev tapmışlar. Cehizi yığıb oraya gətirmişlər. Birinci və ikinci aylar kirayə haqqını ödəmişlər. Üçüncü ayda isə qızı anasına demişdir ki, həyat yoldaşı kirayə haqqını ödəmir. Qızını razılığa gətirmiş və aparmışdır. Cehizlərin hamısını da o zaman aparmışdır. Balaca maşın ilə hamısını daşımışlar. Kirayə haqqını verməmək üçün birlikdə Yaşıldərə massivinə getmişlər. Hər şeyi aparmış lakin, mebelləri aparmamışdır. Onlar da məcbur olmuş 500 manata maşın tutmuş və aparmışlar. Qarşı tərəf deyirdi ki, “gəlməyin”. Onlar da getməmişlər.İkinci uşaq dünyaya gələndə qızına demişlər ki, məzuniyyət pulun ilə mətbəx mebeli düzəldəcəkdirlər. Baldız 2015-ci ildə getmişdir. Baldız iki aydan sonra qayıtmış və gəlmişdir. Nə deyirmişlərsə, onlar da əməl edirmişlər ki, ailə dağılmasın. Nə onun üçün nə də qızı üçün qızıl olması maraqlı deyildir. Gedən gündən qızılı əlindən almışlar. İkinci qızılı da onlar almışlar. Qızıllar getdikdən 3-4 ay sonra əlindən alınmışdır. Bilərzik və sırğa özlərində olmuşdur. Sonra isə şillə vurmuş, bu səbəbdən də sırğa qırılmışdır. Müstəqil qiymətləndiricinin rəyinin alınmasına etiraz etmir. Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1980-ci il tarixində Azərbaycan Respublikası, ünvan 2 ünvanında qeydiyyatdadır. İlkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi barədə xx.xx.2023-cü il tarixli, MŞS/MT030/2023-00271 №-li arayışdan görünür ki, İddiaçı və Cavabdeh etibarnamə üzrə nümayəndəsi Nümayəndə ilkin mediasiya sessiyasında iştirak etmişlər. Mediasiya prosesini İddiaçı davam etdirməyə razılıq verməmişdir. İlkin mediasiya üçün 50 manat məbləğində mediasiya xərcini İddiaçı ödəmişdir. Azərbaycan Respublikası DİN-in BPQMİ-nin MAPS şöbəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, Cavabdeh xx.xx.1984-cü il tarixdə Azərbaycan Respublikası, ünvan 3 ünvanında qeydiyyatdadır. Doğum haqqında şəhadətnamələrin surətindən görünür ki, tərəflərin xx.xx.2010-cu il təvəllüdlü X5 və xx.xx.2013-cü il təvəllüdlü X6 adlı iki övladları vardır. Sumqayıt Şəhər Məhkəməsinin e-2(060)-7398/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə iddiaçı Cavabdeh ilə cavabdeh İddiaçı arasında Sumqayıt şəhər qeydiyyat şöbəsində xx.xx.2009-cu il tarixdə bağlanmış, 1451 nömrəsi ilə qeydə alınmış nikahın pozulması, xx.xx.2010-cu il təvəllüdlü X5 və xx.xx.2013-cü il təvəllüdlü X6 yetkinlik yaşına çatana qədər anaları Cavabdeh yanında qalmaları, xx.xx.2010-cu il təvəllüdlü X5 və xx.xx.2013-cü il təvəllüdlü X3 yetkinlik qədər saxlanması üçün hər ay hər uşağa görə 170 manat olmaqla, hər ay üçün 340 manat sabit pul məbləğində alimentin cavabdeh İddiaçı tutularaq iddiaçı Cavabdeh ödənilməsi qət edilmişdir. Daşınar və Daşınmaz Əmlakların Qiymətləndirilməsi Xidməti MMC-nin 37 nömrəli, xx.xx.2023-cü il tarixli hesabata əsasən rəydən görünür ki, 2 ədəd oturacaq stulu ( siyahıda 6-sı qeyd olunmuş, faktiki 8 ədəddir) – 180 manat, 1 ədəd şirəçəkən maşın – 75 manat, 1 ədəd mikser – 35 manat, 1 ədəd blender – 30 manat, qonaq otağı pərdəsi – 330 manat, boşqablar, böyük bulud (3 və 4 cür çeşiddə 48 ədəd) – 200 manat, bakallar cəmi 24 ədəd – 220 manat, tefal qazan dəsti – 80 manat, 1 şirəli vedrə - 30 manat, 1 böyük meyvə qabı- 40 manat, 3 ədəd güldan (billur,saxsı və yaşıl) – 100 manat, 12 stəkan, 12 nəlbəki və 2 hündür mürəbbə qabı – 110 manat, 2 tort üçün dəst və 1 güldan – 80 manat, qızıl-zinət əşyaları, 2 ədəd sırğa dəsti – 900 manat, 2 ədəd bilərzik – 1100 manat, 2 ədəd müxtəlif formalı üzüklər – 1000 manat, ümumillikdə cəmi 4500 manat dəyərində qiymətləndirilmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 225.2-ci maddəsinin tələbinə əsasən nikaha girənədək ər-arvaddan hər birinə mənsub olmuş əmlak, habelə onlardan birinin nikah dövründə hədiyyə kimi və ya vərəsəlik qaydasında aldığı əmlak onun mülkiyyətidir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 34.1-ci maddəsinə əsasən nikaha daxil olanadək onlara məxsus olan əmlak, habelə nikah dövründə hədiyyə şəklində və ya vərəsəlik qaydasında, digər əvəzsiz əqdlər üzrə əldə etdikləri əmlak ər-arvadın hər birinin ayrıca mülkiyyətindədir (ər-arvadın hər birinin əmlakıdır). Həmin Məcəllənin 34.2-ci maddəsinə əsasən zinət əşyaları istisna olmaqla, fərdi istifadə şeyləri (geyim, ayaqqabı və s.) nikah zamanı ər-arvadın ümumi vəsaiti hesabına əldə edilsə də, ər-arvaddan kimin istifadəsində olubsa, ona məxsusdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Maddənin məzmunundan göründüyü kimi, vindikasiya iddiasının irəli sürülməsi üçün müəyyən şərtlərin eyni vaxtda olması zəruridir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, ilkin iddia üzrə iddiaçı qarışılıqlı iddia üzrə cavabdeh İddiaçı ilə ilkin iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh xx.xx.2009-cu il tarixdə rəsmi nikaha daxil olaraq ailə qurmuş, tərəflər arasında ailə münasibətləri pozulduğundan Sumqayıt Şəhər Məhkəməsinin 22 dekabr 2022-ci il tarixli qətnaməsi ilə aralarında bağlanmış nikah pozulmuşdur. Hazırda ilkin iddia üzrə iddiaçı qarışılıqlı iddia üzrə cavabdeh İddiaçı Cavabdeh məxsus cehiz əşyalarının fərdi evdən çıxarılmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Ümumiyyətlə hüquqi həqiqət prinsipinin realizəsi mexanizmi bu cürdür: iş üzrə sübutetmə predmetinə daxil olan halların təqdim edilməsi yükü tərəflərin üzərinə düşür; məhz tərəflər bu halların mövcud olub-olmamasını sübut etməyə borcludurlar; prosesdə həqiqəti isə ədalət mühakiməsi orqanı olaraq məhkəmə müəyyən edir. Nəticədə hüquqi həqiqət prinsipi mülki prosesdə tərəflər və məhkəmə arasında müəyyən iş bölgüsünə gətirib çıxarır: tərəflər işin faktiki hallarını təqdim edir, məhkəmə isə sübutları qiymətləndirir və sonda hüququ tətbiq edir. Belə iş bölgüsü Roma hüququnun “da mihi factum, dabo tibi ius” (“mənə faktları ver, mən sənə uyğun hüququ verəcəm”) prinsipinə əsaslanır. (“Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiyası Məhkəməsinin Plenumunun xx.xx.2019-cu il tarixli Qərarı) Avropa Məhkəməsi Van de Huk Niderlanda qarşı iş üzrə 1994-cü il 19 aprel tarixli Qərarında sübutların qiymətləndirilməsi və onların aidiyyəti və mümkünlüyü məsələsinin həllində milli məhkəmələrin səlahiyyətini nəzərə alaraq göstərmişdir ki, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndi ədalət mühakiməsi orqanının üzərinə tərəflərin təqdim etdiyi mülahizələri, dəlilləri və sübutları hərtərəfli araşdırmaq vəzifəsini qoyur. Məhkəmə həmçinin iş materiallarında olan sübutlar, tərəflərin məhkəmə iclaslarında verdikləri izahatları nəzərə alaraq hesab edir ki, verilmiş ilkin və qarşılıqlı iddia tələbləri birbirini tamamlayaraq işin mübahisə edilməyən halı olaraq İddiaçı cehiz əmlaklarının bir hissəsinin yararsız hala salınmasında cavabdehin davranışları nəticəsində olmasını və qızıl əşyalarının cavabdehin özü ilə gedərkən aparmasını sübuta yetirə bilməmiş, qarşılıqlı iddiaçının bildirdiyi mülahizə olaraq “qızıl əşyalarının iddiaçının anasında olmasına” dair bildirdikləri dəlilləri təqzib edən mötəbər sübutları məhkəməyə təqdim edə bilməmişdir. Belə ki, məhkəmə iş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunan hallara əsasən ilkin və qarşılıqlı iddia tələbinin təmin edilməsi qənaətinə gəlməklə cavadehə məxsus əmlaklar (cavabdehə hədiyyə şəklində verilmiş), ona aid olmaqla müəyyən edilməsini işin araşdırılan hallarına uyğun, məqsədə uyğun hesab edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 22 yanvar 2019-cu il tarixli qərarında qeyd olunur ki, Konstitusiyanın 29-cu maddəsinin İ və İİ hissələrinə əsasən, hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə görə, mülkiyyət hüququnun məhdudlaşdırılması və ya xitam verilməsi ilə bağlı məsələlərin həllində məhkəmələr formal mülahizələrdən çıxış etməmək, bu cür məsələləri qanunvericiliyin onlara verdiyi bütün mümkün vasitələrdən istifadə edərək tam və hərtərəfli araşdırmaq vəzifəsi daşıyırlar. Azərbaycan Respublikası Konstitusiyasında ədalət mühakiməsinin həyata keçirilməsinin əsas prinsipləri kimi işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxılması (127-ci maddənin İİ hissəsi), məhkəmə icraatının çəkişmə prinsipi əsasında həyata keçirilməsi (127-ci maddənin Vİİ hissəsi) təsbit olunmuşdur. İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndində hər kəsin onun mülki hüquq və vəzifələri müəyyən edilərkən qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə işinin ədalətli araşdırılması hüququna malik olması təsbit edilmişdir. Bu müddəalara uyğun olaraq ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır (MPM-in 9.1, 9.3, 217.1 və 217.3-cü maddələri). Bundan başqa “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunun 36.5-ci maddəsinə əsasən “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. Beləliklə, məhkəmə hesab edir ki, 25 manat məbləğində mediasiya xərci ilkin iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh tutularaq ilkin iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı ödənilməlidir. Beləliklə məhkəmə, yuxarıda göstərilənləri ümumiləşdirib məhkəmə iclasında tədqiq edilən sübutları qiymətləndirərək və müstəqil qiymətləndiricinin rəyini nəzərə alaraq hesab edir ki, ilkin və qarışılıqlı iddia tələbləri təmin edilərək, ilkin iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh məxsus cehiz əşyaları (divan 1 ədəd, 2 ədəd kreslo, 4 ədəd yastığı ilə birlikdə, 8 lampalı lüstur, güzgülü kamot – 1 ədəd, güzgülü şkaf – 1 ədəd, günclük şkaf (bar) – 1 ədəd, stol – 1 ədəd, stul – 6 ədəd, televizor altığı (tumba) – 1 ədəd, serviz dəsti (altı persol) xörək üçün, çay dəsti serviz – 1 ədəd, 4 ədəd bogema, rumkalar, şirniyyat qabları ilə birlikdə, 1 dəst bogema, 6 ədəd rumka, 6 ədəd qulplu xrustal rumka, 6 ədəd xrustal rumka içki üçün – 2 dəst, konfet qabları xrustal – 2 cüt, mürəbbə qabı xrustal – 1 cüt, göy rəngli meyvə qabı – 1 cüt, şamdan 1 ədəd, 1 ədəd divar saatı, xalça – 1 ədəd, güldan (xrustal) – 1 ədəd, xrustal qrafinka rumkaları ilə, 1 ədəd şfoner, taxt – 1 ədəd, tumba – 2 ədəd, güzgülü kamot ( yataq otağı üçün ), lüstur 6 lamplalı – 1 ədəd, 1 pəncərə üçün pərdə, taxt üçün 1 ədəd örtük, yun ədyal – 1 ədəd, taxt döşəyi, tək döşək – 3 ədəd, taxt yorğanı – 1 ədəd, tək yorğan – 2 ədəd, 1 ədəd sinfon yorğan, yastıq – 2 ədəd, döşəkçə 2 ədəd, uşaq ədyalı – 1 ədəd, uşaq yorğanı – 1 ədəd, ütü – 1 ədəd, tozsoran – 1 ədəd, pol üçün kiçik ölçülü palazlar – 3 ədəd, yorğan-döşək-balınc üzləri, əl-üz dəsmalları, hamam dəsmalları, çay dəsmalları, stol üstü süfrələr, paltaryuyan maşın (Samsung), ət maşını (tokla), tok samovarı – 1 ədəd, tok çayniki – 1 ədəd, qaşıq dəstləri və s., ərzaq qabları komplekt ( pesok, qənd, çay), iri qazan (nerj), qazan dəsti (aliminum) – 3 ədəd, qazan dəsti nerj, ləyən – 2 ədəd, meyvə qabı (farfor) – 1ədəd göy rəngli, çaşka-nəlbəki – 6 ədəd, böyük tava – 1 ədəd, xırda qab-qaşıqlar və s) Sumqayıt şəhəri, Yaşıldərə massivi, 2-ci məhəllə ünvanında yerləşən, 214 saylı fərdi evdən çıxarılmalı və mediasiya xərcinin əvəzi olaraq 25 (iyirmi beş) manat ilkin iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh tutularaq ilkin iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı ödənilməli, ilkin iddia üzrə cavabdeh qarışılıqlı iddia üzrə iddiaçı Cavabdeh məxsus əmlaklar- 2 ədəd oturacaq stulu ( siyahıda 6-sı qeyd olunmuş, faktiki 8 ədəddir) – 180 manat, 1 ədəd şirəçəkən maşın – 75 manat, 1 ədəd mikser – 35 manat, 1 ədəd blender – 30 manat, qonaq otağı pərdəsi – 330 manat, boşqablar, böyük bulud (3 və 4 cür çeşiddə 48 ədəd) – 200 manat, bakallar cəmi 24 ədəd – 220 manat, tefal qazan dəsti – 80 manat, 1 şirəli vedrə - 30 manat, 1 böyük meyvə qabı- 40 manat, 3 ədəd güldan (billur,saxsı və yaşıl) – 100 manat, 12 stəkan, 12 nəlbəki və 2 hündür mürəbbə qabı – 110 manat, 2 tort üçün dəst və 1 güldan – 80 manat, qızıl-zinət əşyaları, 2 ədəd sırğa dəsti – 900 manat, 2 ədəd bilərzik – 1100 manat, 2 ədəd müxtəlif formalı üzüklər – 1000 manat, ümumillikdə cəmi 4500 manat İddiaçı alınaraq Cavabdeh qaytarılmalı, həmin əmlaklar aşkar olunmadıqda isə onların dəyəri müstəqil qiymətləndiricinin rəyi nəzərə alınmaqla, yəni 2 ədəd oturacaq stulu ( siyahıda 6-sı qeyd olunmuş, faktiki 8 ədəddir) – 180 manat, 1 ədəd şirəçəkən maşın – 75 manat, 1 ədəd mikser – 35 manat, 1 ədəd blender – 30 manat, qonaq otağı pərdəsi – 330 manat, boşqablar, böyük bulud (3 və 4 cür çeşiddə 48 ədəd) – 200 manat, bakallar cəmi 24 ədəd – 220 manat, tefal qazan dəsti – 80 manat, 1 şirəli vedrə - 30 manat, 1 böyük meyvə qabı- 40 manat, 3 ədəd güldan (billur,saxsı və yaşıl) – 100 manat, 12 stəkan, 12 nəlbəki və 2 hündür mürəbbə qabı – 110 manat, 2 tort üçün dəst və 1 güldan – 80 manat, qızıl-zinət əşyaları, 2 ədəd sırğa dəsti – 900 manat, 2 ədəd bilərzik – 1100 manat, 2 ədəd müxtəlif formalı üzüklər – 1000 manat, həmin əmlaklar olmadıqda isə onların dəyəri müstəqil qiymətləndiricinin rəyi nəzərə alınmaqla ümumillikdə cəmi 4500 manat məbləğində olan pul və dövlət rüsumu kimi ödənilmiş 66 manat İddiaçı alınaraq Cavabdeh ödənilməlidir. Azərbaycan Respublikası MPM-in 77-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələbinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Ona görə də ilkin və qarşılıqlı iddia tələbləri təmin edildiyindən ilkin iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh tərəfindən ödənilmiş 66 (altmış altı) manat məbləğində dövlət rüsumu ilkin iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı tutularaq ilkin iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh ödənilməlidir. Məhkəmə eyni zamanda hesab edir ki, iddia tələbi təmin edildiyindən ekspertiza xərci ilkin iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı tutulmalıdır. Belə ki, ekspert rəyindən göründüyü kimi, ekspertiza tədqiqatının dəyəri 200 manat məbləğindədir. Məhkəmə hesab edir ki, ilkin və qarşılıqlı iddia tələbləri təmin edildiyindən, işə baxılması ilə əlaqədar məsrəflər də – ekspertiza tədqiqatının dəyəri olaraq 200 manat məbləğində pul vəsaiti ilkin iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı alınaraq "xxxx" MMC-nin hesabına ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosesual Məcəllənin 217.3-cü maddəsində göstərilir ki, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Yuxarıdakılara əsasən Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İlkin və qarışılıqlı iddia tələbləri təmin edilsin. İlkin iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh məxsus cehiz əşyaları (divan 1 ədəd, 2 ədəd kreslo, 4 ədəd yastığı ilə birlikdə, 8 lampalı lüstur, güzgülü kamot – 1 ədəd, güzgülü şkaf – 1 ədəd, günclük şkaf (bar) – 1 ədəd, stol – 1 ədəd, stul – 6 ədəd, televizor altığı (tumba) – 1 ədəd, serviz dəsti (altı persol) xörək üçün, çay dəsti serviz – 1 ədəd, 4 ədəd bogema, rumkalar, şirniyyat qabları ilə birlikdə, 1 dəst bogema, 6 ədəd rumka, 6 ədəd qulplu xrustal rumka, 6 ədəd xrustal rumka içki üçün – 2 dəst, konfet qabları xrustal – 2 cüt, mürəbbə qabı xrustal – 1 cüt, göy rəngli meyvə qabı – 1 cüt, şamdan 1 ədəd, 1 ədəd divar saatı, xalça – 1 ədəd, güldan (xrustal) – 1 ədəd, xrustal qrafinka rumkaları ilə, 1 ədəd şfoner, taxt – 1 ədəd, tumba – 2 ədəd, güzgülü kamot ( yataq otağı üçün ), lüstur 6 lamplalı – 1 ədəd, 1 pəncərə üçün pərdə, taxt üçün 1 ədəd örtük, yun ədyal – 1 ədəd, taxt döşəyi, tək döşək – 3 ədəd, taxt yorğanı – 1 ədəd, tək yorğan – 2 ədəd, 1 ədəd sinfon yorğan, yastıq – 2 ədəd, döşəkçə 2 ədəd, uşaq ədyalı – 1 ədəd, uşaq yorğanı – 1 ədəd, ütü – 1 ədəd, tozsoran – 1 ədəd, pol üçün kiçik ölçülü palazlar – 3 ədəd, yorğan-döşək-balınc üzləri, əl-üz dəsmalları, hamam dəsmalları, çay dəsmalları, stol üstü süfrələr, paltaryuyan maşın (Samsung), ət maşını (tokla), tok samovarı – 1 ədəd, tok çayniki – 1 ədəd, qaşıq dəstləri və s., ərzaq qabları komplekt (pesok, qənd, çay), iri qazan (nerj), qazan dəsti (aliminum) – 3 ədəd, qazan dəsti nerj, ləyən – 2 ədəd, meyvə qabı (farfor) – 1ədəd göy rəngli, çaşka-nəlbəki – 6 ədəd, böyük tava – 1 ədəd, xırda qab-qaşıqlar və s) Sumqayıt şəhəri, Yaşıldərə massivi, 2-ci məhəllə ünvanında yerləşən, 214 saylı fərdi evdən çıxarılsın və mediasiya xərcinin əvəzi olaraq 25 (iyirmi beş) manat ilkin iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh tutularaq ilkin iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı ödənilsin. İlkin iddia üzrə cavabdeh qarışılıqlı iddia üzrə iddiaçı Cavabdeh məxsus əmlaklar - 2 ədəd oturacaq stulu ( siyahıda 6-sı qeyd olunmuş, faktiki 8 ədəddir) – 180 manat, 1 ədəd şirəçəkən maşın – 75 manat, 1 ədəd mikser – 35 manat, 1 ədəd blender – 30 manat, qonaq otağı pərdəsi – 330 manat, boşqablar, böyük bulud (3 və 4 cür çeşiddə 48 ədəd) – 200 manat, bakallar cəmi 24 ədəd – 220 manat, tefal qazan dəsti – 80 manat, 1 şirəli vedrə - 30 manat, 1 böyük meyvə qabı- 40 manat, 3 ədəd güldan (billur,saxsı və yaşıl) – 100 manat, 12 stəkan, 12 nəlbəki və 2 hündür mürəbbə qabı – 110 manat, 2 tort üçün dəst və 1 güldan – 80 manat, qızıl-zinət əşyaları, 2 ədəd sırğa dəsti – 900 manat, 2 ədəd bilərzik – 1100 manat, 2 ədəd müxtəlif formalı üzüklər – 1000 manat, ümumillikdə cəmi 4500 manat İddiaçı alınaraq Cavabdeh qaytarılsın, həmin əmlaklar aşkar olunmadıqda isə onların dəyəri müstəqil qiymətləndiricinin rəyi nəzərə alınmaqla, yəni 2 ədəd oturacaq stulu ( siyahıda 6-sı qeyd olunmuş, faktiki 8 ədəddir) – 180 manat, 1 ədəd şirəçəkən maşın – 75 manat, 1 ədəd mikser – 35 manat, 1 ədəd blender – 30 manat, qonaq otağı pərdəsi – 330 manat, boşqablar, böyük bulud (3 və 4 cür çeşiddə 48 ədəd) – 200 manat, bakallar cəmi 24 ədəd – 220 manat, tefal qazan dəsti – 80 manat, 1 şirəli vedrə - 30 manat, 1 böyük meyvə qabı- 40 manat, 3 ədəd güldan (billur,saxsı və yaşıl) – 100 manat, 12 stəkan, 12 nəlbəki və 2 hündür mürəbbə qabı – 110 manat, 2 tort üçün dəst və 1 güldan – 80 manat, qızıl-zinət əşyaları, 2 ədəd sırğa dəsti – 900 manat, 2 ədəd bilərzik – 1100 manat, 2 ədəd müxtəlif formalı üzüklər – 1000 manat, həmin əmlaklar olmadıqda isə onların dəyəri müstəqil qiymətləndiricinin rəyi nəzərə almaqla ümumillikdə cəmi 4500 manat məbləğində olan pul İddiaçı alınaraq Cavabdeh ödənilsin. İlkin iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı 66 (altmış altı) manat məbləğində ödənilmiş dövlət rüsumu alınıb ilkin iddia üzrə cavabdeh qarışılıqlı iddia üzrə iddiaçı Cavabdeh ödənilsin. İlkin iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı ekspertiza tədqiqatının dəyəri qismində 200 (iki yüz) manat tutularaq "xxxx" MMC-nin (icraçının VÖENi **********, H/h:AZ66AİİB********************, Kapital Bank ASC-nin Nərimanov filialı, KOD 200093, S.W.İ.F.T AİİBAZ2X, VÖEN **********, Hesab AZ37NABZ********************) hesabına keçirilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə (MPM-nin 361-363-cü maddələrinə və əlavə 2 uyğun olaraq) elektron qaydada apellyasiya şikayəti verilə bilər. Hakim Aynur Behbudova
Məhkəmə qərarları › İş №2(060)-2091/2023
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-2091/2023
05.07.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver