Məhkəmə qərarları › İş №2(060)-2121/2021

Sumqayıt Şəhər Məhkəməsi Qərardad — İş №2(060)-2121/2021

19.02.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi ilə bağlı digər mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(060)-2121/2021 19.02.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Aynur Mirzalı qızı Behbudovanın sədrliyi, Mehriban Hüseyn qızı Həsənlinin katibliyi ilə, İddiaçı1 və qeyrilərinin Cavabdeh BOKT ASC-nə qarşı ipoteka müqaviləsinin etibarsız hesab edilməsi tələbinə dair mülki iş üzrə Cavabdeh BOKT ASC-nin nümayəndəsi X2 tərəfindən verilmiş vəsatətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçılar İddiaçı1, İddiaçı3 və İddiaçı2 Cavabdeh BOKT ASC-nə qarşı ipoteka müqaviləsinin etibarsız hesab edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək xx.xx.2019-ci il tarixli ipoteka müqaviləsinin etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh BOKT ASC-nin nümayəndəsi X2 məhkəməyə vəsatət verərək İddiaçı1, İddiaçı3 və İddiaçı2 Cavabdeh BOKT ASC-nə qarşı ipoteka müqaviləsinin etibarsız hesab edilməsi tələbinə dair 2(060)-2121/2021 saylı mülki işi Sumqayıt Şəhər Məhkəməsinin hakimi Rəşad Qoşqarlının icraatında olan iddiaçı Cavabdeh BOKT ASC-nin cavabdeh İddiaçı1 qarşı borc tələbi və tələbin ipoteka predmetinə yönəldilməsi tələbinə dair e- 2(060)-5552/2020 saylı mülki iş ilə eyni icraatda baxılması üçün Sumqayıt Şəhər Məhkəməsinin hakimi Rəşad Qoşqarlının icraatına verilməsini xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmiş iddiaçılar İddiaçı1, İddiaçı3, İddiaçı2 və Cavabdeh BOKT ASC məhkəmə iclasına gəlməmişlər. Tərəflərin məhkəmə iclasına gəlməməsi vəsatətə baxılmasına maneçilik törətmədiyindən məhkəmə vəsatətə baxılmasını mümkün hesab etdi. Məhkəmə vəsatəti və iş materiallarını araşdırıb hesab edirki, İddiaçı1, İddiaçı3 və İddiaçı2 Cavabdeh BOKT ASC-nə qarşı ipoteka müqaviləsinin etibarsız hesab edilməsi tələbinə dair 2(060)-2121/2021 saylı mülki iş Sumqayıt Şəhər Məhkəməsinin hakimi X1 icraatında olan iddiaçı Cavabdeh BOKT ASC-nin cavabdeh İddiaçı1 qarşı borc tələbi və tələbin ipoteka predmetinə yönəldilməsi tələbinə dair e-2(060)-563/2021 saylı mülki işə birləşdirilməsi məqsədə müvafiqdir. Hazırda e-2(060)-5552/2020 saylı mülki e-2(060)- 563/2021 saylı nömrəyə keçmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 169.3-cü maddəsinə əsasən hakim həmin məhkəmənin icraatında eyni tərəflərin iştirak etdiyi eyni növlü bir neçə işin, yaxud bir iddiaçının müxtəlif cavabdehlərə, yaxud müxtəlif iddiaçıların eyni cavabdehə iddiaları üzrə bir neçə işin olduğunu müəyyən etdikdə, bu işlərin birləşdirilməsini məqsədə müvafiq hesab edərsə, onları birlikdə baxılmaq üçün bir icraatda birləşdirməyə haqlıdır. Həmin Məcəllənin 169.4-cü maddəsinə bu Məcəllənin 169.1-169.3-cü maddələrində göstərilən hərəkətləri hakim çəkişmə prinsipinə əməl etməklə həmin məsələ üzrə işdə iştirak edən şəxsləri dinlədikdən sonra edə bilər. Yuxarıda göstərilənlərə əsasən Azərbaycan Respublikasının MPM-nin 263, 268 və 169-cu maddələrini rəhbər tutaraq, qərar verdi: İddiaçılar İddiaçı1, İddiaçı3 və İddiaçı2 Cavabdeh BOKT ASC-nə qarşı ipoteka müqaviləsinin etibarsız hesab edilməsi tələbinə dair 2(060)-2121/2021 saylı mülki iş Sumqayıt Şəhər Məhkəməsinin hakimi X1 icraatında olan iddiaçı Cavabdeh BOKT ASCnin cavabdeh İddiaçı1 qarşı borc tələbi və tələbin ipoteka predmetinə yönəldilməsi tələbinə dair e-2(060)-563/2021 saylı mülki işə birləşdirilsin. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Sumqayıt Şəhər Məhkəməsinə şikayət verilə bilər. Hakim Aynur Behbudova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar