Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-2307/2024 22.04.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Tanrıverdiyeva Günel Cəbrayıl qızının sədrliyi, Atakişiyev Atakişi Nizami oğlunun katibliyi, İddiaçı, Cavabdeh, İddiaçı Cavabdeh qarşı sabit pul məbləğində aliment tələbinə dair mülki işə Sumqayıt Şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı sabit pul məbləğində aliment tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, birgə nikahlarından anadan olmuş 15 may 2022-ci il təvəllüdlü X2 üçün Cavabdeh hər ay 235 (iki yüz otuz beş) manat sabit pul məbləğində alimentin tutularaq İddiaçı ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, Cavabdeh qızı ilə rəsmi nikaha daxil olmaqla ailə həyatı qurmuşdur. Birgə nikahlarından 15 may 2022-ci il təvəllüdlü X8 anadan olmuşdur. Cavabdehlə bir müddət mehriban yaşasalar da, sonradan münasibətləri pozulmuş, ailə faktiki olaraq dağılmışdır. Hazırda uzun müddətdir ki, cavabdehlə ayrı yaşayırlar. Ayrı yaşadıqları müddət ərzində cavabdeh uşağın saxlanması üçün hər hansı bir maddi yardım etməmişdir. Bu səbəbdən də hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət edir. Bildirmək istəyir ki, aralarındakı nikah rəsmi qaydada pozulmamışdır. Ayrı yaşamaqlarına baxmayaraq övladına görə boşanmaq barədə iddia qaldırmaq istəmir. Lakin yuxarıda da qeyd etdiyi kimi cavabdeh uşağın saxlanması üçün heç bir maddi yardım göstərmir. Yuxarıda qeyd etdiklərinə əsasən, o, iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş etmişdir. Cavabdeh məhkəməyə etiraz təqdim edərək bildirmişdir ki, o, xx.xx.2021-ci il tarixdə X3 ailə həyatı qurub, rəsmi nikaha daxil olublar. Sumqayıt şəhəri 9-cu mkr, Zülfü Hacıyev 152, mənzil-19 ünvanında o, Mətanət xanım və hazırda hərbi xidmətdə olan o vaxtlar tələbə olan qardaşı X4 birgə yaşayıblar. Bir ay keçməmiş aralarında xırda söz-söhbət olub və anasının təkidi ilə əsəblərini müalicə elətdirmək adı ilə ata evinə gedib. Bir neçə gündən sonra onun və valideynlərinin xahişi ilə evlərinə qaytarıblar. Bir müddət mehriban yaşasalar da, 2-3 ay keçməmiş xırda mübahisə nəticəsində yenə də valideynləri o, evdə oldu ya olmadı müalicə adı ilə gəlib ata evinə aparıb. Xatırladır ki, evlilik müddətində o, iddiaçını təhqir eləsə də əl qaldımamış amma əl də qaldırıb təhqiri də qaytarıb. Yenə də bəlkə düzələr deyilib bir müddətdən sonra evə gətiriblər. Bu yersiz küsüb getmələr bu üç il tamam olmamış bəlkə də ona qədər çox təkrarlanıb. xx.xx-2022-ci il tarixində birgə nikahdan oğlu X8 anadan olmuşdur. Bu vaxtdan söz-söhbət, küsüb getmələr, valideyinlərinin gəlib aparmaları daha da artmışdır. Həttda uşağı onsuz və valideyinləri olmadan sünnət elətdirmələr, sonradan o, evdə olan vaxt valideyinləri səs-küylə uşağı da zorla ondan alıb aparmalar adət halını almışdır. Həmin yersiz mübahisələrdən sonuncusu xx.xx.2024-ci il tarixində olmuşdur. Yenə də əvvəl olduğu kimi atası əsəblərini müalicə adı ilə 3-5 gün müddətində uşağla birlikdə aparmış və bir müddət sonra mediasiyaya alimentlə bağlı müraciət etmişdir. O, bu müddət ərzində düzdü uşağa pampers bir dənə də olsun almayıb fikirləşib ki, burda alsa arxayın qalarsan ata evində evə gedək maaşı onsuzda ailəsinə uşağına xərclənir, demək olar ki, hər həftənin 5-ci günü Raulu evə gətirib və bazar günü qaytarıb verib. Raulu anasına verəndə 30-40 manatlıq şirniyyat, peçenya, dərman alıb verib, hər səfər də Mətanət xanıma evə qayıtmasını söyləyib amma, o rədd cavabı verib. Hətta dəfələrlə atası, anası, əmisi, qardaşı evlərinə gedib evə gəlməsini xahiş etsələr də valideynləri (anası) razılaşmayıb. Mediasiya onu çağırmış, o da razılaşmamışdır. Yenə o, və valideynləri nə qədər xahiş etsələr də evə gəlməmişdir. Bir müddət sonra aliment iddiası ilə bağlı (sabit məbləğ 235 manat) Sumqayıt şəhər məhkəməsinə müraciət etmişdir. O, baş verənlərə baxmayaraq boşanmaq istəmir, ailəsi və uşağı ilə bir olmaq istəyir. Raulsuz nələr çəkir onu Allah bilir. Mətanət xanıma hətta maaş kartını belə təklif etsə də, o razı olmur. Ekologiya və Təbbi Sərvətlər Nazirliyinin Nəqliyyat idarəsində 523.73 manat maaş alır. Himayəsində heç bir gəliri olmayan işsiz, müavinətsiz şəkər xəstəsi olan atası, anası və hərbi xidmətdə olan əsgər qardaşı var. Aliment kəsilərkən maddi durumumun nəzərə alınmasını məhkəmədən xahiş edir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbini müdafiə etdiyini bildirdi və əlavə olaraq bildirdi ki, hal hazırda rəsmi nikahdadırlar. 3 aydır ki, ayrı yaşayırlar. Lakin 5 gündür ki, barışıblar. Ayrı olduqları müddətə cavabdeh uşaqla demək olar ki, maraqlanmayıb. Bu səbəbdən məhkəmə yolu ilə aliment müəyyən edilməsini istəyir. Cavabdeh barışıq təklifi irəli sürüb, o, aralarında olan problemlərin bir daha təkrarlanmayacağı halda gələcəkdə alimentdən imtina edəcəyini bildirmişdir. İddiaçı qeyd edilənlərə əsasən iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddia tələbinə dair izahat verərək bildirdi ki, iddiaçı ilə barışıq əldə etmək istəyir və uşağa da özü baxmaq istəyir. Hesab edir ki, onların 3 ay ayrı yaşamaqları faktiki olaraq boşanmaqdır. Uşağın xərclərindən də qaçmır. Uşağına baxmaq onun borcudur. O, hər həftənin 5-ci günü uşağını götürüb həftənin bazar günü anasına qaytarır. Hər dəfə də evlərinə getdikdə barışıq təklif edir. Qarşı tərəf uşağın bəzi xərclərini ondan istəyib, lakin o, həmin xərcləri ödəyə bilməyib. Belə ki, onun maaşı 523 manatdır. Göründüyü kimi, maddi imkanı o qədər də yüksək deyil. Bundan başqa anası, atası və qardaşı da onun himayəsindədir. Bir daha qeyd edir ki, ailəsinin dağılmasını, iddiaçı ilə boşanmağı qətiyyən istəmir. Lakin hesab edir ki, məhkəmə yolu ilə aliment müəyyən ediləcəyi halda heç bir barışıq olmayacaqdır. Cavabdeh qərar qəbul edilərkən qeyd edilənlərin nəzərə alınmasını məhkəmədən xahiş etdi. Məhkəmə tərəfindən işin halları müəyyən edilərkən aşağıdakı sübutlara istinad olunmuşdur. İşdə olan ilkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi barədə xx.xx.2024-ci il tarixli arayışdan görünür ki, ilkin məcburi mediasiya sessiyası üçün 50 (əlli) manat məbləğində mediasiya xərci İddiaçı tərəfindən ödənilmişdir. İş materiallarına əlavə olunmuş AZ-İV 752300 saylı doğum haqqında şəhadətnamənin surətinə əsasən tərəflərin birgə nikahlarından 15 may 2022-ci il təvəllüdlü X8 adlı övladları anadan olmuşdur. Elektron məhkəmə informasiya sistemindən əldə edilmiş gəlir məlumatlarından görünür ki, Cavabdeh Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Nəqliyyat İdarəsində böyük mütəxəssi işləyir və 607 manat əmək haqqı alır. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin: - 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. - 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. - 78.1-ci maddəsinə görə valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa…habelə alimentin valideynin qazancından müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağının əhəmiyyətli pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edə bilər. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 19-cu maddəsinə əsasən uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifəsidir. Göründüyü kimi, qanunverici uşaqların saxlanmasını, onların maddi-məişət tələbatının ödənilməsini uşaqla birgə yaşayıb-yaşamamasından asılı olmayaraq uşağın hər iki valideyninin üzərinə bir vəzifə olaraq qoymuşdur. Uşaqların saxlanılmasından boyun qaçıran valideynlər bu vəzifəni həyata keçirməyə məhkəmə qaydasında məcbur edilə bilərlər. Ailə Məcəlləsinin 78.2-ci maddəsinə əsasən, sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanılması əsas tutularaq müəyyən edilir. Qanunverici bu maddədə alimentin miqdarı müəyyən olunarkən məhkəmənin üzərinə bir sıra məsələlərin araşdırılması vəzifəsini qoymuşdur: tərəflərin maddi və ailə vəziyyəti; diqqətəlayiq digər hallar; uşağın əvvəlki təminatının səviyyəsi. Məhkəmə tərəfindən tərəflərin maddi vəziyyətinin araşdırılması zamanı, onların gəlirləri (məsələn, vergi ödəyicisi kimi ödənilən verginin məbləği və s.), digər qazanc mənbəyi, təhsili, hansı peşəyə sahib olması, əvvəlki iş yeri, yaşayış səviyyəsi (hansı şəraitdə yaşaması və s.), əmlak vəziyyəti (daşınar və daşınmaz əmlaklarının olubolmaması), özünün saxlanılması üçün minimum tələbatını ödəyə bilməsi və s. qanunvericiliyə müvafiq olaraq müəyyən edilməlidir (“Аzərbаycаn Respublikası Аilə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 27 iyul 2016-cı il tarixli qərarı). “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016-cı il tarixli qərarında göstərilmişdir ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır (“Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsi). Nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatın aliment kimi digər valideyndən tutulmasına əsas verir. Aliment ödəyən əmək qabiliyyətli valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və qazanca malik olmaması onu uşağı saxlamaq, qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir. Məhkəmə uşaqları saxlamaq vəzifəsinin hər iki valideynin üzərinə düşdüyünü və işin hallarını nəzərə alaraq hesab edir ki, 15 may 2022-ci il təvəllüdlü X1 üçün hər ay 200 (iki yüz) manat sabit pul məbləğində aliment müəyyən edilməlidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsinə görə aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Ona görə məhkəmə hesab edir ki, alimentin tutulması xx.xx.2024-cü il tarixdən hesablanmalıdır. Azərbaycan Respublikası MPM-nin 112.1.3-cü maddəsinə əsasən aliment alınması haqqındakı iddialarda iddianın qiyməti bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. Hazırda iddiaçı cavabdehdən 235 manat olmaqla aliment tutulmasını xahiş etmişdir. Beləliklə iddianın qiyməti ən çoxu 2820 (235 x 12 ay) manatdır. Belə iddiaya görə isə dövlət büdcəsinə 48.2 manat dövlət rüsumu ödənilməli idi. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.2-ci maddəsinə görə aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Azərbaycan Respublikası MPM-nin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-1-ci maddəsinə görə “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Bu Qanunda nəzərdə tutulmuş dövlət rüsumunun məbləği çəkilmiş xərclərdən artıq olduqda, tərəf çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilir. “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununun 36.5-ci maddəsinə əsasən “mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. İş materiallarında olan ilkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi barədə xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, hər iki tərəf ilkin mediasiya sessiyasında iştirak etmiş, ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı 50 manat məbləğində mediasiya xərci iddiaçı tərəfindən ödənilmişdir. İddiaçı tərəfindən ödənilmiş 50 manat mediasiya xərci hazırki iddia ərizəsinin verilməsinə görə ödənilməli olan dövlət rüsumunu əhatə edir. Məhkəmə hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş mediasiya xərcinin yarısı - 25 manat Cavabdeh tutularaq İddiaçı ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutub, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. xx.xx.2024-cü il tarixdən başlayaraq 15 may 2022-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 200 (iki yüz) manat sabit pul məbləğində aliment Cavabdeh tutularaq İddiaçı verilsin. Cavabdeh 25 (iyirmi beş) manat mediasiya xərci tutularaq İddiaçı ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Günel Tanrıverdiyeva
Məhkəmə qərarları › İş №2(060)-2307/2024
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-2307/2024
22.04.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver