Məhkəmə qərarları › İş №2(060)-2309/2024

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-2309/2024

23.04.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-2309/2024 23.04.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Behbudova Aynur Mirzalı qızının sədrliyi, Həsənli Mehriban Hüseyn qızının katibliyi, İddiaçı Ələsgər oğlu və Cavabdeh iştirakları ilə, İddiaçı Ələsgər oğlunun Cavabdeh qarşı “sabit pul məbləğində aliment” tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: İddiaçı Ələsgər oğlu Cavabdeh qarşı “sabit pul məbləğində aliment” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək tələbini onunla əsaslandırmışdır ki, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-14274/2017 saylı, xx.xx.2017-ci il tarixli qətnaməsi ilə iddia tələbi qismən təmin edilərək, İddiaçı ilə X7 arasında Sumqayıt Şəhər nikah evində 20 oktyabr 2003-cü il tarixdə 1007 nömrəsi ilə qeydə alınmış nikahın pozulması, birgə nikahdan doğulmuş xx.xx.2007-ci il təvəllüdlü X8, xx.xx.2004-cü il təvəllüdlü X3 və xx.xx.2009-cu il təvəllüdlü X9 yetkinlik yaşına çatana qədər atası İddiaçı yanında qalması, qarşılıqlı iddia tələbinin qalan hissədə təmin edilməməsi qət olunmuşdur. Lakin həmin vaxtı xx.xx.2009-cu il təvəllüdlü X9 və xx.xx.2007-ci il təvəllüdlü X1 üçün aliment tutulmamışdır. Bununla bağlı mediasiya şurasına müraciət etsə də, Cavabdeh ilkin mediasiya prosesində iştirak etməmişdir. Ona görə də hazırda alimentin təyin olunması ilə bağlı Sumqayıt Şəhər Məhkəməsinə müraciət etmək məcburiyyətindədir. Qeyd olunanlara əsasən məhkəmədən Cavabdeh birgə nikahdan doğulmuş xx.xx.2009-cu il təvəllüdlü X5 və xx.xx.2007-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay hər uşağa 235 manat olmaqla 470 manat sabit pul məbləğində alimentin və mediasiya üçün ödənilmiş 50 manat rüsumun tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı Ələsgər oğlu izahatında bildirdi ki, barışıq mümkün deyildir. Ortada xəyanət vardır. Qarşı tərəf bildirmişdir ki, altı il ərzində ailə büdcəsinə köməklik etmişdir. Lakin o da bildirir ki, ailə olaraq yüklüdür. Onun aylıq xərci 2 min manatı keçir. İşi ilə əlaqədar infliyasiyaya uğramışdır. Beş ay uşaqlarının məktəb pulunu vermişdir. Hər həftə üç və yaxud dörd sifarişi o aparmışdır. Xanım işləyir. Özü fərdi işlə məşğul olur. Elə olur ki, dörd ay heç nə qazanmır. Qazandığı vaxtlar isə 800,1000 bəzən isə 1000 manatdan yuxarı qazancı olur. Məhkəmə iclasında Cavabdeh izahatında bildirdi ki, anasının səs yazısıdır. Sifarişləri və firma pulu olmuşdur. Anası da deyir ki, onda olan pulun üstünə qoysunlar. Sifarişlər olmuş, anasının evinə vermiş, sifariş oradan götürülmüş, pul oradan yığılmış, orada qalmışdır. Onda 200-300 manatdan çox pul olmamışdır. Bu kənarda yığılıb-saxlanılan pullardır. İddianı qəbul etmir. Belə ki, işləmir. Gəliri də yoxdur. Onun heç bir dəlili yoxdur. Onun adamı yoxdur ki, kiməsə nəsə satsın. Məhkəmə, iş materiallarını araşdıraraq və sübutları tədqiq edərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi qismən təmin edilməlidir. İş materiallarında olan: Sumqayıt şəhər Qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İİİ seriyalı, 315972 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X8 xx.xx.2007-ci il tarixdə Sumqayıt şəhərində anadan olmuşdur. Bu barədə doğum haqqında akt qeydləri kitabında 2007-ci ilin dekabr ayının 25-ci günündə 4698 nömrə ilə qeyd edilmişdir. Atası İddiaçı, anası isə X2r. Sumqayıt şəhər Qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İİ seriyalı, 307198 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X9 xx.xx.2009-cu il tarixdə Sumqayıt şəhərində anadan olmuşdur. Bu barədə doğum haqqında akt qeydləri kitabında 2009-cu ilin iyul ayının 21-ci günündə 3521 nömrə ilə qeyd edilmişdir. Atası İddiaçı, anası isə X2r. Sumqayıt Şəhər Qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İ seriyalı, 283528 nömrəli, 21 dekabr 2017-ci il tarixli nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı ilə X6 arasında olan nikah ləğv edilmişdir. Bu barədə nikahın ləğv edilməsi haqqında akt qeydləri kitabında 2017-ci ilin dekabr ayının 21-ci günündə 424 nömrə ilə qeyd edilmişdir. Nikah ləğv olunandan sonra kişiyə Osmanov soyadı verilmişdir. Sumqayıt Şəhər Məhkəməsinin 16 noyabr 2017-ci il tarixli, 2(060)-14274/2017 saylı qətnaməsinin surətindən görünür ki, ilkin iddianın təmin edilməsi, qarşılıqlı iddianın qismən təmin edilməsi, İddiaçı ilə X6 arasında Sumqayıt Şəhər Nikah evində 20 oktyabr 2003-cü il tarixdə 1007 nömrə ilə qeydə alınmış nikahın pozulması, birgə nikahdan doğulmuş xx.xx.2007-ci il təvəllüdlü X8, xx.xx.2004-cü il təvəllüdlü X3 və xx.xx.2009-cu il təvəllüdlü X5 yetkinlik yaşına çatana qədər atası İddiaçı yanında qalmaları, qarşılıqlı iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. İlkin mediasiya sessiyasında iştirak edilməməsi barədə MŞS/MT030/2024-00264 nömrəli, xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, mediasiya sessiyasında Cavabdeh mediasiya sessiyasında iştirak etməmişdir. İddiaçı ilkin mediasiya sessiyasında iştirak etmiş və 50 manat İMS xərci və 10 manat poçt xərci onun tərəfindən ödənilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikası Qanununun 19-cu maddəsinə əsasən valideynlərin uşaqların barəsində bərabər hüquq və vəzifələri vardır. Uşaq qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi hüquqlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərinin əsas vəzifəsidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin: 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. 75.1 və 75.4-cü maddələrinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsində göstərilir ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77-ci maddəsinin tələbinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 234.2.1-ci maddəsinə əsasən alimentin alınması haqqında qətnamə dərhal icra edilməlidir. 217.3-cü maddəsində göstərilir ki, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Məhkəmə hesab edir ki, iddiaçı yalnız aliment öhdəliyinin olması baxımından iddia tələbini müdafiə etməsinə baxmayaraq tələbini təsdiq edən sübutları məhkəməyə təqdim etməmiş, həmçinin Cavabdeh iddia tələbinə dair etiraz və mülahizələrinin əsasları ilə bağlı heç bir mötəbər sübutu məhkəmə mübahsəsinin predmeti olmamışdır. Bu baxımdan işdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər. Tərəflər təqdim etmədiyi təqdirdə işdə olan mövcud sübutlar əsasında işə baxmağa haqlıdır. Belə ki, iddiaçının hər uşaq üçün 235 manat məbləğində tələb etməsinə baxmayaq onu təsdiq edən sübutları təqdim etməməsi, eyni zamanda cavabdehin hər uşaq üçün 470 manat ödəmək iqtidarında olmamasını qeyd etməsinə baxmayaraq qeyd olunanlar təsdiq olunmadığından məhkəmə bu qənaətə gəlir. Məhkəmə qanunvericiliyin qeyd edilən tələblərini rəhbər tutub məhkəmə iclasında tədqiq edilən sübutları qiymətləndirərək yetkinlik yaşına çatmayan uşaqların mənafeyini, tərəflərin diqqətəlayiq maraqlarını və maddi vəziyyətlərini, cavabdehin gəlirlərinin müntəzəm olmamasını, buna baxmayaraq aliment ödəmək öhdəliyinin olması baxımından, həmçinin bütün qeyd olunanlar yetkinlik yaşına çatmayan uşaqların mənafeyinə xidmət etməsini nəzərə alaraq hesab edir ki, iddia tələbi qismən təmin edilərək, xx.xx.2007-ci il təvəllüdlü X8 və xx.xx.2009-cu il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər uşaq üçün 100 manat olmaqla, ümumillikdə 200 manat sabit pul məbləğində aliment Cavabdeh İddiaçı Ələsgər oğlunun xeyrinə tutulmalı, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair 27 iyul 2016-cı il tarixli qərarı ilə müəyyən edilmişdir ki, məhkəmə tərəfindən tərəflərin maddi vəziyyətinin araşdırılması zamanı, onların gəlirləri (məsələn, vergi ödəyicisi kimi ödənilən verginin məbləği və s.), digər qazanc mənbəyi, təhsili, hansı peşəyə sahib olması, əvvəlki iş yeri, yaşayış səviyyəsi (hansı şəraitdə yaşaması və s.), əmlak vəziyyəti (daşınar və daşınmaz əmlaklarının olub-olmaması), özünün saxlanılması üçün minimum tələbatını ödəyə bilməsi və sair qanunvericiliyə müvafiq olaraq müəyyən edilməlidir. Konstitusiya Məhkəməsi yuxarıda qeyd olunan qərarına əsasən müəyyən edilmişdir ki, ailə vəziyyətinin araşdırılması zamanı, tərəflərin yenidən ailə qurub-qurmaması, yeni ailədə uşaqların olub-olmaması, başqa aliment ödəmələrinin olub-olmaması, tutulacaq alimentin miqdarının digər uşaqların təminatının əsaslı dərəcədə aşağı düşməsinə səbəb ola biləcəyinə və sair məsələlərə diqqət yetirilməlidir. Həmin qərarla diqqətəlayiq digər halların araşdırılması zamanı məhkəmə, tərəflərin əmək qabiliyyətini və sağlamlıq vəziyyətini, öhdəsində digər şəxslərin (əmək qabiliyyəti olmayan valideynlər və sair) olub-olmamasını və sair məsələlərin nəzərə alması zərurəti göstərilmişdir. Məhkəmə hesab edir ki, aliment iddiaçının məhkəməyə müraciət etdiyi vaxtdan, yəni 23 fevral 2024-cü il tarixdən başlayaraq tutulmalıdır. «Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında» Azərbaycan Respublikası Qanununa əsasən ölkə üzrə uşaqlar üçün 2024-cü ildə yaşayış minimumu 235 manat məbləğində müəyyən edilmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.1-ci maddəsinə əsasən aliment almaq hüququ olan şəxs, aliment ödənilməsi barədə saziş üzrə əvvəllər ona aliment ödənilməmişsə, aliment almaq hüququnun yarandığı vaxtdan asılı olmayaraq istənilən müddətdə məhkəməyə aliment tutulması barədə ərizə ilə müraciət etmək hüququna malikdir. Aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur (AM 100.2-ci maddəsi). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 108.1-ci və 108.1.1-ci maddəsinə əsasən iddia ərizəsi verildikdə dövlət rüsumu ödənilməlidir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci və 9.1.2-ci maddəsinə əsasən məhkəmələrə verilən alimentin verilməsi baradə iddia ərizəsi üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 112.1 və 112.1.3-cü maddəsinə əsasən aliment alınması haqqındakı iddialarda iddianın qiyməti bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. 119.1-ci maddəsinin tələblərinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Belə olan halda, iddiaçı dövlət rüsumunu ödəməkdən azad edildiyindən, iddia qismən təmin olunduğuna görə məhkəmə hesab edir ki, 30 manat dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə keçirilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh 23 fevral 2024-cü il tarixdən başlayaraq xx.xx.2007-ci il təvəllüdlü X8 və xx.xx.2009-cu il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər uşaq üçün 100 manat, ümumillikdə 200 (iki yüz) manat sabit pul məbləğində aliment tutulub İddiaçı verilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Cavabdeh 30 (otuz) manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə keçirilsin. Alimentə dair hissədə qətnamə dərhal icra edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə (MPM-nin 361-363-cü maddələrinə və əlavə 2 uyğun olaraq) elektron qaydada apellyasiya şikayəti verilə bilər. Hakim Aynur Behbudova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar