Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-2352/2022 24.05.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Abdullayev Emin Ağamusa oğlunun sədrliyi, X14 oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı uşağın anadan alınıb ataya verilməsi və digər tələblərinə dair mülki işə Sumqayıt Şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı (bundan sonra - iddiaçı) Cavabdeh (bundan sonra - cavabdeh) qarşı iddia ərizəsi və iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək, birgə nikahlarından olan 30.11.2006-cı il təvəllüdlü X3 cavabdehdən alınıb iddiaçıya verilməsi, X1 üçün müəyyən olunmuş 175 manat məbləğində aliment ödəməkdən azad olunması və həmin uşağın saxlanması üçün cavabdehdən hər ay 193 manat sabit pul məbləğində aliment tutulub iddiaçıya verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, rəsmi nikahlarından 28 may 2002-ci il təvəllüdlü X12, 27 fevral 2004-cü il təvəllüdlü X7 və 30 noyabr 2006-cı il təvəllüdlü X8 anadan olmuşdur. Sumqayıt Şəhər Məhkəməsinin 04 oktyabr 2021-ci il tarixli, 2(060)- 1358/2021 saylı qətnaməsi ilə nikahlarına xitam verilmiş, birgə nikahlarından anadan olmuş 30 noyabr 2006-cı il təvəllüdlü X4 cavabdehin, 27 fevral 2004-cü il təvəllüdlü X5 isə iddiaçının yanında qalması, iddiaçıdan cavabdehin xeyrinə X4 yetkinlik yaşına çatanadək saxlanması üçün 26.11.2020-ci il tarixdən başlayaraq hər ay 175 manat sabit pul məbləğində aliment və cavabdehdən iddiaçının xeyrinə 27 fevral 2004-cü il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanması üçün 04.10.2021-ci il tarixdən başlayaraq hər ay 175 manat sabit pul məbləğində alimentin tutulması qət edilmişdir. Rəsmi nikahlarından 30 noyabr 2006-cı il təvəllüdlü X8 04 yanvar 2022-ci ildən hal-hazıradək iddiaçı ilə birgə yaşayır. Cavabdeh uşaqla qətiyyən maraqlanmır. İddiaçı məhkəmə iclasında iddia ərizəsinin məzmununa uyğun izahat verdi, əlavə olaraq bildirdi ki, 04 yanvar 2022-ci il tarixdən etibarən 30 noyabr 2006-cı il təvəllüdlü X8 onunla qalır. Uşaq öz seçimi ilə cavabdehin yanından onun yanına gəlmişdir. Cavabdehə olan aliment ödənişindən 300-350 manat məbləğində borcu qalıb. Onun aylıq gəliri 300- 500 manat məbləğlərində olur. Qeyd edilənlərə əsasən iddiaçı iddianın təmin edilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclasında verdiyi izahatında bildirdi ki, 04 yanvar 2022-ci ildən etibarən uşaq iddiaçı ilə qalır. Uşağın onun yanında qalmaq istəməməsinin səbəbi ona məlum deyil. İddiaçı uşağın saxlanması üçün aliment ödəməməkdən ötrü uşağa psixoloji təsir edərək öz yanında saxlayır. O, “Araz” marketdə kassir kimi işləyir. Qeyd edilənlərə əsasən cavabdeh iddianın təmin edilməməsini xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını, iddia ərizəsinin və ona edilmiş etirazın dəlillərini araşdıraraq aşağıdakı nəticəyə gəlir. Belə ki, iş materiallarıda olan şəxsiyyət vəsiqələrinin surəti ilə müəyyən edilir ki, iddiaçı xx.xx.1973-cü ildə, Lerik rayonu, Gürdəsər kəndində anadan olmuş, hazırda ünvan 1 ünvanında qeydiyyatdadır. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BPQMİ-nin MAPS şöbəsinin arayışı ilə müəyyən edilir ki, cavabdeh xx.xx.1984-cü ildə, Lerik rayonu, ünvan 2 ünvanında qeydiyyatdadır. Sumqayıt Şəhər Məhkəməsinin 04 oktyabr 2021-ci il tarixli, 2(060)-1358/2021 saylı qətnaməsi ilə iddiaçı ilə cavabdeh arasında qeydə alınmış nikahın pozulması, boşanmadan sonra tərəflərin birgə nikahlarından anadan olmuş 30.11.2006-cı il təvəllüdlü X4 cavabdehin və 27.02.200 təvəllüdlü X7 iddiaçının yanında qalması, iddiaçıdan cavabdehin xeyrinə X4 yetkinlik yaşına çatanadək saxlanması üçün 26.11.2020-ci il tarixdən başlayaraq hər ay 175 manat sabit pul məbləğində alimentin və cavabdehdən iddiaçının xeyrinə 27.02.2004-cü il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxİanması üçün 04.10.2021-ci il tarixdən başlayaraq hər ay 175 manat sabit pul məbləğində alimentin tutulması qət edilmişdir. Doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətinə əsasən X8 30 noyabr 2006-cı ildə anadan olmuşdur. Uşağın atası İddiaçı, anası Cavabdehdır. 12 saylı MKS-in sahə ustası X6, Sumqayıt şəhəri, 4-cü mikrorayon, ev 21/29, mənzil 21-də yaşayan MəhərrəmovaƏfruz Heydər qızı, həmin binanın 24-cü mənzilində yaşayan X2 tərəfindən tərtib edilərək imzalanmış 17.01.2022-ci il tarixli aktda göstərilmişdir ki, X8 04.01.2022-ci ildən atası X9 yanında, ünvan 1-da yaşayır. X10 iş materiallarına əlavə edilmiş 12.01.2022-ci il tarixli ərizəsində 04.01.2022-ci il tarixdən iddiaçının yanında yaşadığını, cavabdehin yanına qayıtmaq fikrinin olmadığını qeyd etmişdir. Məhkəmə iclasında iştirak edən 30.11.2006-cı il təvəllüdlü X10 04.01.2022-ci il tarixdən iddiaçının yanında yaşadığını, iddiaçı ilə qalmaq istədiyini bildirmişdir. Ailə Məcəlləsində həmçinin nəzərdə tutulmuşdur ki, nikah məhkəmə qaydasında pozularkən, ər-arvad məhkəməyə yetkinlik yaşına çatmayan uşaqlarının kiminlə qaldığını, uşaqların və (və ya) ehtiyacı olan və əmək qabiliyyəti olmayan ərin (arvadın) saxlanması üçün vəsaitin ödənilmə qaydasını, bu vəsaitin miqdarını və ər-arvadın ümumi birgə mülkiyyətinin bölünməsini müəyyən edən saziş təqdim edə bilərlər. Bu Məcəllənin 22.1-ci maddəsində göstərilən məsələlər üzrə ər-arvad arasında saziş olmadıqda, eləcə də bu saziş uşaqların və ya tərəflərdən birinin marağını pozduqda, məhkəmə: boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərindən hansının yanında qaldığını müəyyən etməli; uşaqlar üçün alimentin hansı valideyndən və hansı miqdarda tutulduğunu müəyyən etməli; ər-arvadın (onlardan birinin) tələbi ilə onların birgə mülkiyyətində olan əmlakın bölgüsünü aparmalı; ərindən (arvadından) saxlanması üçün vəsait almaq hüququna malik olan arvadın (ərin) tələbi ilə ərdən (arvaddan) tutulmalı olan vəsaitin miqdarını müəyyən etməlidir (22.2.). “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28.03.2016-cı il tarixli Qərarında göstərilmişdir ki, yetkinlik yaşına çatmayan uşağın valideynlərdən hansının yanında qalması ilə bağlı mübahisə həll edilərkən uşağın üstün mənafeyi rəhbər tutulmaqla aşağıdakılar nəzərə alınmalıdır: uşağın yaşı; onun fikri; uşağın valideynlərdən hər birinə, qardaş və bacılarına bağlılığı; valideynlərin mənəvi və sair şəxsi keyfiyyətləri; valideynlərdən hər biri ilə uşaq arasında yaranmış münasibətlər; uşağın tərbiyəsi və inkişafı üçün şərait yaratmaq imkanı (valideynlərin peşəsi, iş rejimi, onların maddi və ailə vəziyyəti, səhhəti nəzərə alınmaqla); ayrı yaşayan valideynlərdən hər birinin yaşayış yeri üzrə mövcud vəziyyətini xarakterizə edən digər hallar (7.1.). Nikahın pozulması tələbinə dair işə baxılarkən yetkinlik yaşına çatmayan ümumi uşaqların hansı valideynin yanında qalmaları ilə bağlı mübahisə yaranarsa, eləcə də uşaqların kimin yanında qalması ilə bağlı ər-arvad arasında bağlanmış saziş uşaqların və ya tərəflərdən birinin marağını pozarsa məhkəmə iddianın kim tərəfindən qaldırılmasından asılı olmayaraq uşağın maraqlarının müdafiəsi üçün Ailə Məcəlləsinin 73-cü maddəsində nəzərdə tutulmuş qaydada qəyyumluq və himayə orqanını işdə iştirak etməyə cəlb etməlidir. Həmin orqan mübahisə ilə bağlı uşağın və ayrı yaşayan valideynlərin həyat şəraitini müayinə etməyə, müayinə aktını və mübahisəyə dair əsaslandırılmış rəyini məhkəməyə təqdim etməyə borcludur. Zərurət olduqda, MPM-nin 97-ci maddəsinin tələbinə müvafiq olaraq məhkəməpsixoloji ekspertizası da təyin edilə bilər. Alınan rəylər məhkəmə üçün məcburi əhəmiyyətə malik deyil və onlar məhkəmə tərəfindən uşağın üstün mənafeyi əsas götürülməklə MPM-nin 88-ci maddəsi ilə müəyyən edilmiş qaydada qiymətləndirilir (7.3). Uşağın mənafeyinin tələb etdiyi bütün hallarda onun məhkəmə iclasında dinlənilmək hüququ təmin olunmalıdır. Uşaq hüquqları haqqında Konvensiyanın 12-ci və Ailə Məcəlləsinin 52-ci maddələrinin tələbinə müvafiq olaraq maraqlarına toxunulan istənilən məsələninhəlli zamanı uşaq öz fikrini bildirmək, habelə məhkəmə istintaqıvə inzibati araşdırmaların gedişində dinlənilmək hüququna malikdir. Uşağın fikrinin obyektiv qiymətləndirilməsini təmin etmək üçün onun pedaqoqun, təhsil müəssisəsinin nümayəndəsinin (tərbiyəçinin), yaxud uşaq psixoloqunun və ya qəyyumluq və himayəçilik orqanının nümayəndəsinin iştirakı ilə dinlənilməsi məqsədə müvafiqdir. Maraqlarına zidd olan hallar istisna olmaqla, 10 yaşına çatmış uşağın fikri mütləq nəzərə alınmalıdır. Məhkəmə qərar qəbul edərkən həmçinin 7 yaşına çatmış uşağın fikrini öyrənə və nəzərə ala bilər. Məhkəmələrə izah edilsin ki, valideynlərdən hansının yanında qalması ilə bağlı uşağın fikri dinlənilərkən Azərbaycan Respublikası Ailə Məcəlləsinin 52-ci maddəsində qeyd edilən “10 yaşına çatmış uşağın fikri mütləq nəzərə alınmalıdır” yaxud ”qərar qəbul edilərkən 7 yaşına çatmış uşağın fikri öyrənilə və nəzərə alına bilər” ifadələri uşağın bir valideyndən digərinə alınıb verilməsi üçün yeganə əsas deyildir. Məhkəmə hər bir halda uşağın fikrini digər hallarla yanaşı məcmu halında qiymətləndirməli və uşağın üstün maraqlarını nəzərə almaqla mübahisəni həll etməlidir (7.4 ). İşdən göründüyü kimi 30.11.2006-cı il təvəllüdlü X10 16 yaşına çatmışdır. O, məhkəmə islasında dinlənilərkən atası ilə qalmaq istədiyini bildirmişdir. Eyni zamanda qeyd edilməlidir ki, uşaq qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinə əsasən cavabdehin yanında saxlansa da, hazırda uşağın 16 yaşı var və o, sərbəst şəkildə öz yaşayış yerini seçə bilmək imkanındadır. Uşaq iddiaçının yanında qalmaq istədiyi və faktiki olaraq da iddiaçı ilə birlikdə yaşadığı halda iddiaçının həmin uşaq üçün aliment ödəməsi ədalətli hesab edilə bilməz. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, 30.11.2006-cı il təvəllüdlü X10 cavabdehdən alınaraq iddiaçıya verilməlidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinə (bundan sonra – Ailə Məcəlləsi) əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar (75.1.). Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur (75.4.). Aliment ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üçün onların valideynlərindən məhkəmə tərəfindən hər ay aşağıdakı miqdarda aliment tutulur: 1 uşağa görə - qazancın və (və ya) valideynlərin başqa gəlirlərinin dörddə bir hissəsi; 2 uşağa görə—qazancın (başqa gəlirlərin) üçdə bir hissəsi; 3 və daha çox uşağa görə—qazancın (başqa gəlirlərin) yarısı. Bu payların miqdarı məhkəmə tərəfindən tərəflərin ailə və maddi vəziyyəti, eləcə də diqqətəlayiq olan başqa hallar nəzərə alınmaqla azaldıla və artırıla bilər (76). Valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər (78.1.). İddiaçı iddia ərizəsində cavabdehdən hər ay 193 manat aliment tutulmasını xahiş etmişdir. Qeyd edilməlidir ki, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinə əsasən X3 cavabdehin yanında saxlanması və uşağın saxlanması üçün iddiaçıdan aliment tutulması qət edildiyindən, hazırkı məhkəmə qətnaməsi qanuni qüvvəyə minib icra olunana qədər uşağın yaşayış yeri cavabdehin yaşayış yeri hesab olunduğundan, qətnamə qanuni qüvvəyə minib icra olunduqdan sonra (uşaq iddiaçıya verildikdən sonra) cavabdehdən iddiaçının xeyrinə uşağın saxlanması üçün aliment tutulmalıdır. İddiaçı cavabdehdən hər ay 193 manat aliment tələb etsə də, cavabdehin həmin məbləğdə aliment ödəmək imkanında olduğunu sübut edə bilməmişdir. Bu səbəbdən qətnamənin icra olunduğu gündən etibarən cavabdehdən iddiaçının xeyrinə hər ay 100 manat aliment tutulmalıdır. Göstərilənlərə əsasən və MPM-in 119, 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. 30.11.2006-cı il təvəllüdlü X10 Cavabdeh alınaraq İddiaçı verilsin. Qətnamənin icra olunduğu gündən etibarən 30.11.2006-cı il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay 100 (yüz) manat sabit pul məbləğində aliment Cavabdeh tutularaq İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Emin Abdullayev
Məhkəmə qərarları › İş №2(060)-2352/2022
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-2352/2022
24.05.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver