Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-2360/2021 12.03.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Ələkbərov Əfqan Qəzənfər oğlunun sədrliyi, Mustafayeva Aygün Ələmdar qızının katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı aliment məbləğinin azaldılması tələbinə dair mülki işə Sumqayıt Şəhər Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-3447/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsi ilə xx.xx.2013-cü il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay qazancının ¼ hissəsi miqdarında və 50 manat sabit pul məbləğində müəyyən edilmiş aliment miqdarının qazancının ¼ hissəsini ləğv edərək, 130 manat sabit pul məbləğində alimentin tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, cavabdehlə xx.xx.2013-cü ildə rəsmi nikaha daxil olmaqla ailə həyatı qurmuşlar. Rəsmi nikahdan xx.xx.2013-cü il təvəllüdlü X3 adlı övladları vardır. Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-7303/2014 saylı xx.xx.2014-cü il tarixli qətnaməsi ilə nikahları pozulmuş, uşaq yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay qazancının ¼ hissəsi miqdarında, 70 manat sabit pul məbləğində aliment və 3 yaşına çatanadək 50 manat maddi yardımın iddiaçıdan tutulması qət edilmişdir. 2017-ci il tarixdən uşaq 3 yaşına çatdığı üçün maddi yardım dayandırılmışdır. Aliment məbləğinin azaldılması ilə bağlı Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-16070/2017 saylı, xx.xx.2017ci il tarixli qətnaməsi ilə iddiası rədd edilmişdir. Həmin qətnamədən Sumqayıt Apellyasiya Məhkəməsinə müraciət etmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-1114/2018 saylı, xx.xx.2018-ci il tarixli qətnaməsi ilə şikayəti qismən təmin edilmiş, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-7303/2014 saylı xx.xx.2014-cü il tarixli qətnaməsi ilə X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün müəyyən olunmuş 70 manat sabit pul məbləğində alimentin miqdarı azaldılaraq 50 manat məbləğində müəyyən olunmuşdur. Hal-hazırda o, X5 ilə xx.xx.2015-ci il tarixdə rəsmi nikaha girmişdir və bu nikahdan xx.xx.2010-cu il təvəllüdlü X7, xx.xx.2016-cı il təvəllüdlü X4 və xx.xx.2018-ci il təvəllüdlü X6 adlı övladı olmuşdur. İddiaçı əvvəl hərbi hissədə işləmişdir. Hal-hazırda hərbi hissədən xidmətə uyğunsuzluq səbəbi ilə işdən azad olunmuşdur. Rəsmi gəlir yeri yoxdur. Ailənin maddi tələbatlarını güclə dolandırır. Odur ki, iddianın təmin edilməsi xahiş olunur. Məhkəmə iclasında iddiaçı iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək, tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Əlavə olaraq bildirdi ki, 3 aydır alimenti hər ay 100 manat olmaqla ödəmişdir. Məhkəmə iclasında cavabdeh iddiaçının 5 aydır alimenti ödəmədiyini bildirdi. Ona görə də iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə tərəflərin izahatını dinləyərək, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia aşağıdakılara əsasən qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan: - Sumqayıt “Asan xidmət” mərkəzi qeydiyyat şöbəsinin verdiyi nikah haqqında şəhadətnamədən görünür ki, İddiaçı ilə X5 arasında xx.xx.2015-ci il il tarixdə rəsmi nikah bağlanmışdır və bu barədə nikah haqqında akt qeydləri kitabında həmin tarixdə 1524 nömrəsi ilə qeydiyyat aparılmışdır. - Doğum haqqında şəhadətnamələrin notarial qaydada təsdiq olunmuş surətlərindən görünür ki, İddiaçı və X2 birgə nikahından xx.xx.2010-cu il təvəllüdlü X7, xx.xx.2016-cı il təvəllüdlü X4 və xx.xx.2018-ci il təvəllüdlü X6 adlı övladları vardır. - Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-7303/2014 saylı, xx.xx.2014-cü il tarixli qətnaməsindən görünür ki, İddiaçı ilə X2 nikahları pozulmuş, birgə nikahdan doğulmuş X1 yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay qazancının ¼ hissəsi miqdarında və 70 manat sabit pul məbləğində alimentin və uşaq 3 yaşına çatanadək 50 manat maddi yardımın İddiaçı tutularaq Cavabdeh Mirzəli qızına verilməsi qət edilmişdir. - Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-16070/2017 saylı, xx.xx.2017-ci il tarixli qətnaməsindən görünür ki, İddiaçı 70 manat sabit pul məbləğində alimentin ləğv olunması barədə iddiası rədd edilmişdir. - Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-1114/2018 saylı, xx.xx.2018-ci il tarixli qətnaməsindən görünür ki, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-16070/2017 saylı, xx.xx.2017-ci il tarixli qətnaməsi ləğv edilmiş, apellyasiya şikayəti qismən təmin edilmiş, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-7303/2014 saylı xx.xx.2014-cü il tarixli qətnaməsi ilə xx xxxxxx 2013-cü il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün İddiaçı tutulması müəyyən olunmuş 70 manat sabit pul məbləğində alimentin miqdarı azaldılaraq 50 (əlli) manat məbləğində müəyyən olunması və sabit pul məbləğində alimentin tutulmasının əvvəli xx xxxxxxx 2017-ci il tarixdən hesablanması qət edilmişdir. - Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin vətəndaşın həqiqi hərbi xidmət keçməsinə dair elektron arayışından görünür ki, İddiaçı xx.xx.2020-ci il tarixində xidmətə uyğunsuzluğa görə ehtiyata buraxılmışdır. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, tərəflər xx.xx.2013-cü il ildə rəsmi nikaha daxil olmaqla ailə həyatı qurmuşlar. Rəsmi nikahdan xx.xx.2013-cü il təvəllüdlü X3 adlı övladları vardır. İddiaçının X5 ilə birgə nikahından xx.xx.2010-cu il təvəllüdlü X7, xx.xx.2016-cı il təvəllüdlü X4 və xx.xx.2018-ci il təvəllüdlü X6 adlı övladları vardır. İddiaçının daimi iş yeri yoxdur. Məhkəmə araşdırması zamanı müəyyən olunanlara əsasən məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiyasının 34-cü maddəsinin İV bəndinə əsasən ər ilə arvadın hüquqları bərabərdir və uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 75.1. və 75.4. maddələrinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Tərəflərdən hər biri ilə uşaq qalıbsa, bir valideyndən az təminatlı digər valideynin xeyrinə hər ay tutulan alimentin miqdarı bu Məcəllənin 78-ci maddəsinə uyğun olaraq məhkəmə tərəfindən sabit pul məbləğində müəyyən edilir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 112.1-ci maddəsinin tələbində göstərilir ki, aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya alimenti ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. “Azərbaycan Respublikasında 2021-ci il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanununun 1-ci maddəsinə əsasən 2021-ci il uşaqlar üçün yaşayış minimumu 175 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə iddiaçının hazırki nikahından üç yetkinlik yaşına çatmayan uşağının olmasını, daimi iş yerinin olmamasını nəzərə alaraq, yuxarıda qeyd olunan işin faktiki hallarına və maddi hüquq normalarına əsaslanaraq, hesab edir ki, iddia tələbi qismən təmin edilməli, alimentin miqdarı dəyişdirilərək xx.xx.2013-cü il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay 175 manat sabit pul məbləğində aliment İddiaçı tutulub Cavabdeh verilməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-7303/2014 saylı, xx.xx.2014-cü il tarixli qətnaməsi ilə müəyyən olunmuş alimentin miqdarı dəyişdirilsin, İddiaçı hazırki qətnamə qanuni qüvvəsini aldığı gündən başlayaraq hər ay hər uşaq üçün sabit pul məbləğində 175 manat alimentin tutulub, xx.xx.2013-cü il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh verilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə qəbul edildiyi gündən 1(bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Əfqan Ələkbərov
Məhkəmə qərarları › İş №2(060)-2360/2021
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-2360/2021
12.03.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin azaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver