Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-252/2021 11.02.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Süleymanova Almaz Məhərrəm qızının sədrliyi, Əsədov Naib Abdulhüseyn oğlunun katibliyi, İddiaçının nümayəndəsi X1, Cavabdeh1nın iştirakları ilə, İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 Rəfayıl qızına, Cavabdeh4 və Cavabdeh5 qarşı «borc tələbi və tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: İddiaçı ASC cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 Rəfayıl qızına, Cavabdeh4 və Cavabdeh5 qarşı «borc tələbi və tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 İddiaçı ASC-nin xeyrinə xx xxxxxx 2014-ci il tarixli kredit müqaviləsi üzrə 25828.03 ABŞ dolları əsas, 34160.28 ABŞ dolları faiz, 4565.94 ABŞ dolları cərimə və kredit müqaviləsi üzrə xx.xx.2019-cı il tarixdən xx.xx.2020-ci il tarixədək gecikdirilmiş vaxt üçün illik 5 faizlə hesablanmış 533.5 ABŞ dollan məbləğində əldən çıxmış fayda olmaqla, cəmi 65087.75 ABŞ dolları borcun və 30 manat ödənilmiş dövlət rüsumunun tutulması, Sumqayıt Apelyasiya Məhkəməsinin xx xxxxxx 2017-cı il tarixli 2(105)-123/2017 saylı qətnaməsi ilə tutulmuş 2658.63 ABŞ dolları əsas, 2732.93 ABŞ dolları faiz borcu olmaqla cəmi 5391.56 ABŞ dollan borcun, həmçinin xx xxxx 2020-ci il tarixədək olan 25828.03 ABŞ dolları əsas, 34160.28 ABŞ dolları faiz, 4565.94 ABŞ dolları cərimə və kredit müqaviləsi üzrə xx.xx.2019-cı il tarixdən xx.xx.2020-ci il tarixədək gecikdirilmiş vaxt üçün illik 5 faizlə hesablanmış 533.5 ABŞ dolları məbləğində əldən çıxmış fayda olmaqla, cəmi 65087.75 ABŞ dolları borcun və 30 manat ödənilmiş dövlət rüsumunun Cavabdeh1 məxsus xx xxxxxx 2014-ci il tarixli ipoteka müqaviləsi ilə yüklü edilmiş Sumqayıt şəhəri, 1-ci məhəllə ünvanında yerləşən, 2 otaqlı, 60.3 kv.m ümumi, 36.8 kv.m yaşayış, 23.5 kv.m yardımçı sahədən ibarət 2A nömrəli evin 49 nömrəli mənzilinə yönəldilməsi, həmin mənzilin açıq hərracdan satılması və Sumqayıt Apelyasiya Məhkəməsinin xx xxxxxx 2017-cı il tarixli 2(105)-123/2017 saylı qətnaməsi ilə tutulmuş cəmi 5391.56 ABŞ dolları məbləğində borcun, xx xxxx 2020-ci il tarixədək olan cəmi 65087.75 ABŞ dolları borcun və 30 manat ödənilmiş dövlət rüsumunun Sumqayıt şəhəri, 1-ci məhəllə ünavnında yerləşən, 2 otaqlı, 60.3 kv.m ümumi, 36.8 kv.m yaşayış, 23.5 kv.m yardımçı sahəsədən ibarət 2A nömrəli evin 49 nömrəli mənzilinin hərracdan satışdan əldə olunan vəsait hesabına “İddiaçı ” ASCyə ödənilməsi, satışdan əldə olunmuş vəsait qətnamənin icrasına kifayət etmədiyi halda qətnamənin qalan hissədə ümumi qaydada icra edilməsi, Cavabdeh1 məxsus olan mənzilinə yönəldikdə və o satıldıqdan 1 ay sonra Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 Rəfayıl qızının, X6 və Cavabdeh5 Sumqayıt şəhəri, 1-ci məhəllə ünavnında yerləşən, 2A nömrəli evin 49 nömrəli mənzilinə olan istifadə hüquqlarının itirilmiş hesab edilməsi. Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 Rəfayıl qızının, Cavabdeh4 və Cavabdeh5 həmin mənzildən çıxarılması, həmin mənzilin boşaldılması və Banka təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bundan sonra iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək iddia ərizəsində cavabdehin ad hissəsində yanlışlıqla qeyd olunmuş Cavabdeh5 X3 qeyd olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh1 xx xxxxxx 2014-ci il tarixli kredit müqaviləsinə əsasən “xxxx” İKB ASC-dən illik 27 faizlə 60 ay müddətinə 30500 ABŞ dolları kredit götürmüşdür. Borcun təminatı olaraq, Cavabdeh1 mülkiyyətindəki Sumqayıt şəhəri, 1-ci məhəllə ünvanında yerləşən, 2 otaqlı, 60.3 kv.m ümumi, 36.8 kv.m yaşayış, 23.5 kv.m yardımçı sahəsədən ibarət 2A nömrəli evin 49 nömrəli mənzili xx xxxxxx 2014cü il tarixli ipoteka müqaviləsi ilə yüklü edilmişdir. İpoteka müqaviləsi notarian qaydada təsdiq edilmiş, dövlət reyestrində qeydə alınmışdır. "xxxx İKB “ ASC (İddiaçı ASC) 28486 ABŞ dolları əsas borc, 5780 ABŞ dolları faiz borcu, 8546 ABŞ dolları cərimə borcu olmaqla, cəmi 42812 ABŞ dolları məbləğində borcun, 30 manat məbləğində ödənilmiş dövlət rüsumunun, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə ödənilmiş 10 manat dövlət rüsumu və 20 manat xidmət haqqının borclu Cavabdeh1 tutulması, tutulacaq məbləğ öhdəliyin təminatı kimi ipoteka müqaviləsi ilə yüklü edilmiş əmlakın hərracdan satışdan əldə olunan məbləğ hesabına iddiaçıya ödənilməsi, ipoteka qoyulmuş Sumqayıt şəhəri, 1-ci məhəllə ünvanında yerləşən, 2 otaqlı, 60.3 kv.m ümumi, 36.8 kv.m yaşayış, 23.5 kv.m yardımçı sahəsədən ibarət 2A nömrəli evin 49 nömrəli mənzilində qeydiyyatda olan şəxslərin istifadə hüquqlarına xitam verilərək evdən çıxarılması və mənzilin boşaldılması barədə qətnamə çıxarılması üçün Sumqayıt Şəhər Məhkəməsinə iddia ərizəsi ilə müraciət etmişdir. Sumqayıt Şəhər Məhkəməsinin xx xxxxx 2016-cı il tarixli 2(060)-2325/16-cı il tarixli qətnaməsi ilə Cavabdeh1 28486 ABŞ dolları əsas borc, 5780 ABŞ dolları faiz borcu, 2000 ABŞ dolları cərimə borcunun və 30 manat məbləğində ödənilmiş dövlət rüsumunun, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə ödənilmiş 10 manat dövlət rüsumu və 20 manat xidmət haqqının “xxxx İKB” ASC-nin xeyrinə (İddiaçı ASC) tutulması və tutmanın Cavabdeh1 məxsus olan Sumqayıt şəhəri, 1-ci məhəllə ünvanında yerləşən, 2 otaqlı, 60.3 kv.m ümumi, 36.8 kv.m yaşayış, 23.5 kv.m yardımçı sahəsədən ibarət 2A nörməli evin 49 nömrəli mənzilinə yönəldilməsi qət edilmişdir. Sumqayıt Apelyasiya Məhkəməsinin xx xxxxxx 2017-ci il tarixli 2(105)-123/2017 saylı qətnaməsi ilə Sumqayıt Şəhər Məhkəməsinin xx xxxxx 2016-ci il tarixli 2(060)-2325/16 saylı qətnaməsi ləğv edilərək iş üzrə yeni qətnamə qəbul edilmiş, Cavabdeh1 bankın xeyrinə 2658.63 ABŞ dolları əsas, 2732.93 ABŞ dolları faiz borcu olmaqla cəmi 5391.56 ABŞ dolları borcun və ödənilmiş 30 manat dövlət rüsumunun 5 manatı tutulması qət edilmişdir. Apellyasiya instansiya məhkəməsinin yuxarıda qeyd olunan nəticəyə gəlməsinin əsası 2016-ci il tarixdə iddia ərizəsi ilə məhkəməyə müraciət olunarkən Bankla Cavabdeh1 arasında bağlanmış xx xxxxxx 2014-ci il tarixli kredit müqaviləsinin müddətinin bitməməsi, iddia tələbində həmin kredit müqaviləsinin ləğvi barədə tələbin olmaması olmuşdur. Bu səbəbdən də məhkəməyə müraciət olunduğu tarixə olan borc məbləği iş üzrə təyin olunmuş ekspert rəyinə əsasən müəyyən edilərək məhkəmə tərəfindən tutulmuşdur. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxx 2018-ci il tarixli 2 (102)-2692/18 saylı qərarı ilə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2017-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Hazırda hesab edir ki, xx xxxxxx 2014-cü il tarixli kredit müqaviləsi üzrə xx xxxxxx 2016-ci il tarixdən hazırkı vaxtadək hesablanmış borc məbləği də Cavabdeh1 tutulmalı və tutma ipoteka ilə yüklü edilmiş əmlaka yönəldilməlidir. Belə ki, xx xxxx 2020-ci il tarixli maliyyə arayışına əsasən Cavabdeh1 xx xxxxxx 2014-ci il tarixli kredit müqaviləsi üzrə xx xxxxxx 2016-ci il tarixdən xx xxxx 2020-ci il tarixinədək banka 25828.03 ABŞ dolları əsas, 34160.28 ABŞ dolları faiz, 4565.94 ABŞ dolları cərimə və kredit müqaviləsi üzrə xx.xx.2019-cı il tarixdən xx.xx.2020-ci il tarixədək gecikdirilmiş vaxt üçün illik 5 (beş) faizlə hesablanmış 533.5 ABŞ dollan məbləğində əldən çıxmış fayda olmaqla, ümumilikdə cəmi 65087.75 ABŞ dollan borcu vardır. Xəbərdarlıq edilməsinə baxmayaraq, Cavabdeh1 borcu ödəməkdən boyun qaçırır. Bu səbəbdən qanunla müəyyən edilmiş qaydada və müddətdə ipoteka predmetinə tutmanın yönəldilməsinə dair cavabdehə bildiriş verilmişdir. Eyni zamanda reyestr orqanına ərizə göndərilmişdir. Ərizə bu orqanda qeydə alınmışdır. Müddətin keçməsinə baxmayaraq, cavabdeh bildirişə münasibətini bildirmir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddia tələbini müdafiə edərək ərizənin şərh olunan məzmununa uyğun izahat verdi və iddia tələbinin təmin olunması barədə qətnamə qəbul olunmasını xahiş etdi. Eləcə də göstərdi ki, Cavabdeh1la aralarında bağlanmış ipoteka müqaviləsində göstərilən əmlakın ilkin satış dəyəri kimi 60.000 manat göstərilmişdi. İddiaçı Bank bu qiymətlə razıdır və yenidən qiymətləndirilməsinə zərurət görmür. Bu barədə məhkəməyə ərizə təqdim etdi. Məhkəmə iclasında Cavabdeh1 izahat verərək bildirdi ki, iddianı qismən qəbul edir. Bankla aralarında müqavilə bağlanmış, borc götürmüş, lakin ölkə ərazisində baş vermiş devalvasiya ilə əlaqədar pulu ödəməkdə çətinlik çəkmişdir, əgər bankla aralarında yeni cədvəl müəyyən edilərsə, borcu hissə-hissə ödəməyə razıdır. Eləcə də bildirdi ki, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(105)-123/2017 saylı, xx xxxxxx 2017-ci il tarixli qətnaməsi üzrə yaranmış öhdəliyi icra etməmişdir. Həmçinin xx.xx.2020-ci il tarixli məhkəmə iclasında bildirmişdir ki, ipoteka predmeti olan mənzilin ilkin satış qiymətinin 60.000 manat göstərilməsinə etirazı yoxdur, bu barədə məhkəməyə ərizə təqdim etmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən digər cavabdehlərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etdi. Məhkəmə, tərəflərin izahatını dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Mülki işin materiallarında olan: Cavabdeh1 ilə «xxxx» İKB ASC arasında bağlanılmış xx xxxxxx 2014-cü il tarixli, 4- G-1-0-1482-14 saylı Kredit müqaviləsinə əsasən kreditverən kreditalana 60 ay müddətinə, illik 27 faiz ödəmək şərti ilə 30500 ABŞ dolları məbləğində kredit verməyi, kreditalan öz növbəsində həmin kredit müqaviləsi üzrə borcu və ona əlavə olunmuş faizləri qaytarmağı öhdəsinə götürmüşdür. Məxaric qəbzindən görünür ki, 30.500 ABŞ dolları pul Cavabdeh1 tərəfindən xx.xx.2014-cü il tarixdə «xxxx» İKB ASC-nin kassasından qəbul edilmişdir. xx.xx.2020-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh1 banka olan əsas borcu xx.xx.2016-cı il tarixdən xx.xx.2019-cu il tarixədək 25.828,03 ABŞ dolları, faiz borcu 30.592,65 ABŞ dolları, cərimə 4.565,94 ABŞ dolları, əsas borca hesablanmış əldən çıxmış fayda 533,5 ABŞ dolları olmaqla cəmi 61.520,12 ABŞ dolları təşkil edir. Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-2325/2016 saylı, xx xxxxx 2016-cı il tarixli qətnaməsi ilə iddiaçı “xxxx” İKB-nin cavabdehlər Cavabdeh1 və qeyrilərinə qarşı “kredit müqaviləsi üzrə borc tələbi və borcun ipoteka predmetinə yönəldilməsi” tələbinə dair iddiası qismən təmin edilmiş, Cavabdeh1 iddiaçı “xxxx” X4 xeyrinə milli manat ekvivalentində 28.486 ABŞ dolları məbləğində əsas borc, 5.780 ABŞ dolları məbləğində faiz, gecikdirməyə görə 2.000 ABŞ dolları dəbbə pulu, məhkəməyə müraciət etmək üçün ödənilmiş 30 manatdan 20 manat dövlət rüsumu, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə ödənilmiş 10 manat dövlət rüsumu və 20 manat xidmət haqqı tutulsun, tələb Sumqayıt şəhəri, 1-ci məhəllə, ev 2A-da yerləşən 2 otaqlı 49 saylı mənzilə yönəldilsin, mənzilin ilkin satış qiyməti 60.000 manat müəyyən edilsin, mənzil açıq hərracda satılsın, satışdan əldə olunan vəsaitdən hərracın keçirilməsi xərcləri çıxıldıqdan sonra 32.266 ABŞ dolları pul və dövlət rüsumunun əvəzi olaraq 20 manat məbləğində pul, 10 manat ipoteka predmetinə tutma yönəldilməsi barədə dövlət rüsumu və 20 manat xidmət haqqı “xxxx” X5 ödənilsin, qalan vəsait isə Cavabdeh1 qaytarılsın, mənzil satıldıqdan sonra ən geci 1 ay ərzində Cavabdeh1, Cavabdeh3, Cavabdeh2, Cavabdeh4 Rafayıl qızı, X10 mənzili tərk etmədiyi halda onlar mənzildən məcburi çıxarılsın qət edilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(105)-123/2017 saylı, xx xxxxxx 2017-ci il tarixli qətnaməsi ilə Cavabdeh1 apelyasiya şikayəti qismən təmin edilsin, Sumqayıt şəhər Məhkəməsinin xx xxxxx 2016-cı il tarixli, 2(060)-2325/2016 saylı qətnaməsi ləğv edilsin, iş üzrə yeni qətnamə qəbul edilsin, iddia tələbi qismən təmin edilsin, Cavabdeh1 “xxxx” X4 xeyrinə 4-G-1-0-1482-14 saylı, xx.xx.2014-cü il tarixli kredit müqaviləsi üzrə xx.xx.2016-cı il tarixədək ödənilməmiş əsas borc üzrə 2658,63 ABŞ dolları əsas, 2732,93 ABŞ dollan faiz borcu, cəmi 5391,56 ABŞ dolları və iddia ərizəsinə görə ödənilmiş 30 manat dövlət rüsumunun əvəzi olaraq 5 manat pul tutulsun, qalan hissədə iddia təmin edilməsin, mühasibatlıq ekspertizası üzrə 150 manat ekspertiza xərcinin 120 manatı iddiaçıdan, 30 manatı isə Cavabdeh1 tutulub Dövlət Xəzinədarlıq agentliyinə keçirilsin qət edilmişdir. Xəbərdarlıq məktublarından görünür ki, iddiaçı tərəfindən pretenziya qaydasına əməl edilmişdir. Beləliklə, məhkəmədə işin faktiki halları ilə müəyyən olundu ki, tərəflər arasında kredit müqaviləsi bağlanmaqla öhdəlik hüquq münasibətləri yaranmış, iddiaçı kredit müqaviləsi ilə üzərinə düşən öhdəliyi icra etmişdir, yəni müqavilədə nəzərdə tutulan pul vəsaitini cavabdehə vermiş, lakin cavabdeh kredit müqaviləsi ilə üzərinə düşən öhdəliyi lazımi qaydada və vaxtında yerinə yetirməmiş, hər ay ödəniş cədvəlinə uyğun olaraq ödənişləri ödəməmişdir. Nəticədə cavabdehin iddiaçının qarşısında icra edilməmiş pul öhdəliyi yaranmışdır. Məhkəmə işin hallarına Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 386.1, 442, 445, 448.1, 739.1, 739.2-ci maddələrinə istinadən qiymət verərək hesab edir ki, iddiaçının tələbi əsaslıdır, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün iddiaçı qarşısında cavabdehdir və mülki məsuliyyət daşıyır. Bununla belə məhkəmə hesab edir ki, kredit müqaviləsi üzrə müddətin bitməsindən sonrakı dövrə həmin müqavilə üzrə faizlərin və cərimənin hesablanması, borcluya qarşı belə bir tələbin irəli sürülməsi qanuni və əsaslı deyildir. İddiaçı bununla Mülki Məcəllənin 425-ci maddəsində nəzərdə tutulan vicdanlılıq prinsipinə əməl etməmişdir. Belə ki, məhkəmə qeyd etməyi zəruri hesab edir ki, Mülki Məcəllənin 425-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. İfadə olunan hüquq normasının məzmununa əsaslanaraq məhkəmə hesab edir ki, borcluya qarşı tələb hüququna malik olan kreditor müqavilədən irəli gələn hüquqlarını tələb edərkən öz hərəkətləri ilə şüurlu şəkildə borclunun həddən artıq əlverişsiz vəziyyətə düşməsinə şərait yaratmamalı idi. Bundan başqa, məhkəmə qeyd etməyi zəruri hesab edir ki, Mülki qanunvericilik müqavilə hüququnun əsasını təşkil edən müqavilə azadlığını təmin etməklə yanaşı, bağlanan müqavilələrin ümumi şərtlərini (müqavilənin növlərini və formasını, onun standart şərtlərini, dəyişdirilməsinin və ləğv edilməsinin əsaslarını və s.), o cümlədən bağlanmış müqavilənin qüvvəsini tənzimləyən bir sıra müddəaları nəzərdə tutmuşdur (MM-in 399-cu maddəsi). Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun xx xxxx 2013-cü il tarixli Qərarında məhkəmə qeyd etmişdir ki, «Kredit müqaviləsində yalnız bu hüquq münasibətlərinə xas olan ayrı-ayrılıqda kredit müqaviləsinin qüvvədə olma müddəti və kreditin (əsas məbləğ və hesablanmış faizlərin) qaytarılması müddəti müəyyənləşdirilə bilər. Buna görə, göstərilən müddətlər müqavilə üzrə müvafiq hüquqi nəticələrin yaranmasına səbəb olduğundan, nəzərə alınmalıdır ki, kredit müqaviləsinin qüvvədə olma müddəti belə müqavilənin bağlanma və öhdəliklərin tam icra edilməsi anını, kreditin (əsas məbləğ və hesablanmış faizlər) müddəti isə kreditin alınmasını və müvafiq ödənişlərin müddətini əhatə edir. Hüquqi təbiətinə görə kredit müqaviləsinin müddəti tərəflərin hüquq və vəzifələrinin yaranmasının, dəyişdirilməsinin və onaxitam verilməsinin vaxtını tənzimlədiyi halda, kredit müddəti kredit müqaviləsində müəyyənləşdirilmiş öhdəliklərin icra edilməsinin vaxtını tənzimləyir. Beləliklə, kredit münasibətləri müddətlidir və həyata kesirilmə müddəti vaxt sərsivəsi ilə təyin olunmuş müqavilə münasibətləridir. Kredit müqaviləsində müəyyənləşdirilmiş öhdəliklər, yəni əsas borcun ödənişləri ilə bağlı öhdəliklərin və kredit müqaviləsi üzrə faizlərin ödənilməsi ilə bağlı öhdəliklərin yerinə yetirilmə müddəti müqavilədə əvvəlcədən nəzərdə tutulmuş qaydaya uyğun olaraq müəyyən olunur». Konstitusiya Məhkəməsinin qeyd olunan qərarında formalaşan hüquqi mövqeyə, həmçinin qanunvericiliyin tələbinə görə kredit müqaviləsi müddətli olmaqla müəyyən vaxt çərçivəsi ilə məhdudlaşır. Bu hüquqi mövqeyə əsaslanaraq məhkəmə hesab edir ki, araşdırılan mülki iş üzrə öhdəliyin icrası müddətinin aydın şəkildə ifadə olunduğu kredit müqaviləsinin həmin müqavilənin bütün borclar tam ödənilənədək qüvvədə olması barədə şərti hüquqi müəyyənlik prinsipinə və mülki qanunvericiliyin müddətləri tənzimləyən müddəalarına zidd olduğu üçün etibarsızdır. Belə ki, hər bir şəxs müqavilə münasibətlərinə daxil olarkən bu hərəkətlərin onun üçün konkret hansı nəticələrə səbəb olacağını görmək imkanına malik olmalıdır. O cumlədən nəzərə alınmalıdır ki, Mülki Məcəllənin 554.4-cü maddəsinə əsasən müddətin keçməsi tərəflərin razılaşması ilə istisna edilə və ya çətinləşdirilə bilməz. Tərəflər müddətin keçməsinin sadələşdirilməsi, o cümlədən onun qısaldılması barədə razılaşa bilərlər. Mülki işin materiallarından göründüyü kimi tərəflər arasında bağlanmış xx.xx.2014-cü il tarixli kredit müqaviləsinin müddəti xx.xx.2019-cu il tarixdə bitmişdir. İddiaçı müqavilə müddətinin bitməsindən sonrakı dövr üçün borcluya qarşı pul tələbi (faiz borcu və cərimə) irəli sürmüşdür. Məhkəmə hesab edir ki, kredit müqaviləsi üzrə müddətin bitməsindən sonrakı dövr üçün həmin müqavilə üzrə davamlı olaraq faizlərin və cərimənin hesablanması, borcluya qarşı belə bir iddia tələbinin irəli sürülməsinin hüquqi əsası yoxdur. Qeyd olunanlara əsasən borcluya qarşı kredit müqaviləsi üzrə iddia tələbi qismən, kredit müqaviləsinin bitdiyi günə mövcud olan faiz və cərimə borcu nəzərə alınmqla təmin edilməlidir. Bununla yanaşı məhkəmə hesab edir ki, dəbbə pulu tənasübsüz surətdə yüksəkdir. Mülki Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Məhkəmə cavabdehin üzərində əsas borcu olaraq icra edilməmiş pul öhdəliyinin olmasını, bununla yanaşı əlavə olaraq yüksək məbləğdə cərimənin tətbiq edilməsini onun vəziyyətini daha da ağırlaşdırdığını, habelə cavabdehin əmlak mənafelərini nəzərə alaraq hesab edir ki, 4565,94 manat məbləğində cərimə azaldılaraq 300 ABŞ dolları müəyyən edilməlidir. Məhkəmə Mülki Məcəllənin 445-ci maddəsinin tələblərini nəzərə alaraq hesab edir ki, tərəflər arasında xx.xx.2014-cü il tarixli kredit müqaviləsinin bitdiyi xx.xx.2019-cu il tarixdən sonrakı dövr nəzərə alınmaqla ödənilməmiş əsas borc məbləğinə illik 5% hesablanmaqla gecikdirilmiş müddət üçün 533,5 ABŞ dolları pulun tutulması hissədə tələb əsaslı olduğundan təmin edilməlidir. Cavabdeh1 ilə «xxxx» İKB ASC arasında bağlanılmış xx xxxxxx 2014-cü il tarixli, 4- G-1-0-1482-14 saylı ipoteka müqaviləsinə əsasən, bağlanılmış xx xxxxxx 2014-cü il tarixli Kredit müqaviləsinin təminatı olaraq Cavabdeh1 məxsus Sumqayıt şəhəri, 1-ci məhəllə ünvanında yerləşən, 2 otaqlı, 60.3 kv.m ümumi sahədən ibarət 2A nömrəli evin 49 nömrəli mənzil ipoteka ilə yüklü edilmişdir. İpoteka predmeti 60.000 manat məbləğində qiymətləndirilmişdir. Hüquqların Dövlət qeydiyyatı haqqında RX seriyalı, ******* nömrəli Çıxarışın təsdiq edilmiş surətindən görünür ki, Cavabdeh1 məxsus Sumqayıt şəhəri, 1-ci məhəllə ünvanında yerləşən, 2A nömrəli evin 49 nömrəli mənzilinə dair ipoteka yüklülüyü Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrində 58 nömrəli reyestr kitabının 73 nömrəli vərəqində, xx.xx.2014-cü il tarixində qeydə alınmışdır. xx.xx.2020-ci il tarixli ərizədən görünür ki, ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildiriş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 2 saylı X12 tərəfindən qeydə alınmışdır. MKTİB-nin 4 saylı MİS-nin arayışından görünrü ki, Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 Rəfayıl qızı, Cavabdeh4 və X2 şəhəri, 1-ci məhəllə ünvanında yerləşən, 2A nömrəli evin 49 nömrəli mənzilində qeydiyyatdadırlar. Bildirişlərdən görünür ki, Bank tərəfindən cavabdeh “İpoteka predmetinə tutmanın yönəldilməsi haqqında” xəbərdar edilmişdir. Məhkəmə Mülki Məcəllənin 269.1, 269.4, 319-cu maddələrinin və «İpoteka haqqında» Azərbaycan Respublikası Qanununun 33, 34.1.1, 34.1.2, 39.3, 39.3.3, 59-cu maddələrinin göstərişlərinə əsasən tələbin ipoteka ilə yüklü edilmiş əmlaka yönəldilməsini qanununun tələblərinə uyğun hesab edir. İş materiallarına əlavə edilmiş ödəniş qəbzlərindən görünür ki, iddiaçı məhkəmədə iddia qaldırılması üçün 30 manat və bildirişin DƏDRX-də qeydə alınması üçün 10 manat dövlət rüsumu, 20 manat xidmət haqqı ödəmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyindən ödənilmiş məhkəmə xərclərinin 04 manatı iddiaçıya aid edilməli, 26 manat cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək, qanunvericliyin hakim verilmiş tələblər üzrə qətnamə çıxarır göstərişinə əsaslanaraq bu nəticəyə gəlir ki, iddia qismən təmin edilməli, Cavabdeh1 İddiaçı ASC-nin xeyrinə xx xxxxxx 2014-ci il tarixli kredit müqaviləsi üzrə 25828,03 ABŞ dolları əsas, 30592,65 ABŞ dolları faiz, 300 ABŞ dolları cərimə və kredit müqaviləsi üzrə xx.xx.2019-cı il tarixdən xx.xx.2020-ci il tarixədək gecikdirilmiş vaxt üçün illik 5 faizlə hesablanmış 533,5 ABŞ dollan məbləğində əldən çıxmış fayda olmaqla, cəmi 57.253,73 (əlli yeddi min iki yüz əlli üç ABŞ dolları yetmiş üç sent) ABŞ dolları (ödəniş gününə manata olan məzənnə ilə) borc və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 26 (iyirmi altı) manat tutulmalı, Sumqayıt Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2017-cı il tarixli 2(105)-123/2017 saylı qətnaməsi ilə xx xxxxxx 2014-ci il tarixli kredit müqaviləsi üzrə tutulmuş 2658.63 ABŞ dolları əsas, 2732.93 ABŞ dolları faiz borcu olmaqla cəmi 5391.56 ABŞ dolları borc, həmçinin 25828,03 ABŞ dolları əsas, 30592,65 ABŞ dolları faiz, 300 ABŞ dolları cərimə və kredit müqaviləsi üzrə xx.xx.2019-cı il tarixdən xx.xx.2020-ci il tarixədək gecikdirilmiş vaxt üçün illik 5 faizlə hesablanmış 533,5 ABŞ dolları məbləğində əldən çıxmış fayda olmaqla, cəmi 57253,73 ABŞ dolları borc və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 26 manat üzrə tutma Cavabdeh1 məxsus xx xxxxxx 2014-ci il tarixli ipoteka müqaviləsi ilə yüklü edilmiş Sumqayıt şəhəri, 1-ci məhəllə ünvanında yerləşən, 2 otaqlı, 60.3 kv.m ümumi sahədən ibarət 2A nömrəli evin 49 nömrəli mənzilə yönəldilməli, həmin mənzil açıq hərracdan satılmalı, ipoteka predmetinin ilkin satış qiyməti 60.000 (altmış min) manat müəyyən edilməli, hərrac üzrə xərclər satışdan əldə olunan vəsaitdən çıxıldıqdan sonra bankın iddia tələbi satılmış əmlak hesabına ödənilməli, iddiaçının tələbləri ödənildikdən sonra qalan məbləğ Cavabdeh1 qaytarılmalı, ipoteka predmetinin satışından əldə olunan vəsait iddiaçının tələbinin ödənilməsi üçün kifayət etmədikdə qalan məbləğ Cavabdeh1 alınaraq İddiaçı ASC-yə ödənilməli, ipoteka predmeti olan mənzilə tutma yönəldikdə və o, satıldıqdan sonra 1 ay ərzində həmin yaşayış sahəsindən cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 Rəfayıl qızı, Cavabdeh4 və Cavabdeh5 çıxarılmalı və mənzil boşaldılmalıdır. İddia qalan hissədə təmin edilməməlidir. Belə ki, məhkəmə cavabdehlərin ipoteka predmeti olan mənzilə istifadə hüquqlarının itirilməsi və mənzilin Banka təhvil verilməsinə dair tələbini əsassız hesab edir. Məhkəmənin qənaətincə qeyd olunan məsələ qanuni qüvvəyə minmiş məhkəmə aktının icrası zamanı «İcra haqqında» Azərbaycan Respublikası Qanununa uyğun olaraq həll edilən bir məsələ olduğundan həmin hissədə iddia təmin edilməməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 119, 216-220, 222, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh1 İddiaçı ASC-nin xeyrinə xx xxxxxx 2014-ci il tarixli kredit müqaviləsi üzrə 25828,03 ABŞ dolları əsas, 30592,65 ABŞ dolları faiz, 300 ABŞ dolları cərimə və kredit müqaviləsi üzrə xx.xx.2019-cı il tarixdən xx.xx.2020-ci il tarixədək gecikdirilmiş vaxt üçün illik 5 faizlə hesablanmış 533,5 ABŞ dollan məbləğində əldən çıxmış fayda olmaqla, cəmi 57253,73 (əlli yeddi min iki yüz əlli üç ABŞ dolları yetmiş üç sent) ABŞ dolları (ödəniş gününə manata olan məzənnə ilə) borc və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 26 (iyirmi altı) manat tutulsun. Sumqayıt Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2017-cı il tarixli 2(105)-123/2017 saylı qətnaməsi ilə xx xxxxxx 2014-ci il tarixli kredit müqaviləsi üzrə tutulmuş 2658.63 ABŞ dolları əsas, 2732.93 ABŞ dolları faiz borcu olmaqla cəmi 5391.56 ABŞ dolları borc, həmçinin 25828,03 ABŞ dolları əsas, 30592,65 ABŞ dolları faiz, 300 ABŞ dolları cərimə və kredit müqaviləsi üzrə xx.xx.2019-cı il tarixdən xx.xx.2020-ci il tarixədək gecikdirilmiş vaxt üçün illik 5 faizlə hesablanmış 533,5 ABŞ dolları məbləğində əldən çıxmış fayda olmaqla, cəmi 57253,73 ABŞ dolları borc və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 26 manat üzrə tutma Cavabdeh1 məxsus xx xxxxxx 2014-ci il tarixli ipoteka müqaviləsi ilə yüklü edilmiş Sumqayıt şəhəri, 1-ci məhəllə ünvanında yerləşən, 2 otaqlı, 60.3 kv.m ümumi sahədən ibarət 2A nömrəli evin 49 nömrəli mənzilə yönəldilsin. Həmin mənzil açıq hərracdan satılsın, ipoteka predmetinin ilkin satış qiyməti 60.000 (altmış min) manat müəyyən edilsin, hərrac üzrə xərclər satışdan əldə olunan vəsaitdən çıxıldıqdan sonra bankın iddia tələbi satılmış əmlak hesabına ödənilsin. İddiaçının tələbləri ödənildikdən sonra qalan məbləğ Cavabdeh1 qaytarılsın. İpoteka predmetinin satışından əldə olunan vəsait iddiaçının tələbinin ödənilməsi üçün kifayət etmədikdə qalan məbləğ Cavabdeh1 alınaraq İddiaçı ASC-yə ödənilsin. İpoteka predmeti olan mənzilə tutma yönəldikdə və o, satıldıqdan sonra 1 ay ərzində həmin yaşayış sahəsindən cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 Rəfayıl qızı, Cavabdeh4 və Cavabdeh5 çıxarılsınlar və mənzil boşaldılsın. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Almaz Süleymanova
Məhkəmə qərarları › İş №2(060)-252/2021
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-252/2021
11.02.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi ilə bağlı digər mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver