Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-2530/2023 16.05.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Ələkbərov Əfqan Qəzənfər oğlunun sədrliyi, Məmmədli Rəşad Mehman oğlunun katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı alimentin azaldılması tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, birgə nikahdan anadan olmuş xx.xx.2020-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanması üçün müəyyən edilmiş 280 manat aliment məbləğinin dəyişdirilərək azaldılması, yəni pensiyanın ¼ hissə miqdarında - 150 manat müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Daha sonra iddiaçı dəqiqləşmə verərək, Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)- 3099/2021 saylı qətnaməsi ilə müəyyən olunmuş xx.xx.2020-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanması üçün 280 manat məbləğində alimentin tutulmasının azaldılaraq onun qazancının (başqa gəlirlərinin) dörddə bir hissədə tutulmasına dair barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, o, xx.xx.2019-cu il tarixdə cavabdeh Gərayeva (Məmmədova) Səadət Novruz qızı ilə rəsmi nikaha daxil olmaqla ailə həyatı qurmuşdur. Birgə nikahdan xx.xx.2020-ci il təvəllüdlü X3 anadan olmuşdur. Cavabdeh ilə bir müddət mehriban yaşasalar da sonradan münasibətləri pozulmuş, ailə faktiki olaraq dağılmışdır. Sumqayıt Şəhər Məhkəməsinin 2(060)- 5235/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi ilə nikahları pozulmuşdur. Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-3099/2021 saylı qətnaməsi ilə Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-5235/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsini alimentin tutulması hissəsində dəyişdirərək, tərəflərin birgə nikahlarından anadan olmuş xx.xx.2020-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanması üçün İddiaçı xx.xx.2021-ci il tarixdən başlayaraq, hər ay 280 manat sabit pul məbləğində alimentin tutularaq Cavabdeh verilməsi qət edilmişdir. Boşanan zaman özü hərbidə qulluq etmiş və əmək haqqı yüksək olduğundan 280 manat məbləğində aliment, eləcə də uşaq 3 yaşına çatanadək 50 manat maddi yardım tutulmuşdur. Lakin, hazırda pensiyaya çıxmış və pensiya məbləği 603 manat təşkil edir. Ona İİİ qrup əlillik dərəcəsi təyin edilmişdir. Dağınıq skleroz, görmə sinirinin atrofıyası, OU-görmə sinirlərinin atrofiası diaqnozu qoyulmuş və oturaq şəraitdə yüngül işlərdə işləyə biləcəyi qeyd edilmişdir. Hazırda heç bir yerdə iş tapa bilmir. Tək gəlir yeri aldığı 603 manat pensiya təşkil edir. Lakin, həmin pensiya məbləğinin də 330 manatı alimentə görə tutulur. Qalan məbləğ isə müalicə xərcləri, eləcə də dərmanlarının alınması və yaşamaq üçün xərclərini ödəməyə yetmir. Bu səbəbdən də hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət edir. İddiaçının nümayəndəsi məhkəmə iclasında iddianı müdafiə edərək, ərizə ilə eyni məzmunlu izahat verdi və onun təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında cavabdeh iddianı qəbul etmədiyini, iddianın qismən təmin olunmasına etirazı olmadığını bildirdi. Məhkəmə iclasında iddiaçı iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək, tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Əlavə olaraq bildirdi ki, 3 aydır alimenti hər ay 100 manat olmaqla ödəmişdir. Məhkəmə iclasında cavabdeh iddiaçının 5 aydır alimenti ödəmədiyini bildirdi. Ona görə də iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə tərəflərin izahatını dinləyərək, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia aşağıdakılara əsasən qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan: - İlkin mediasiya sessiyasında iştirak edilməməsi barədə xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, iddiaçı ilkin məcburi mediasiya sessiyasında iştirak etmiş və mediasiyaya dair 50 manat xərci ödəmişdir, lakin cavabdeh iştirak etməmişdir. - Elektron Məhkəmə İnformasiya Sistemindən əldə edilmiş məlumatlardan görünür ki, İddiaçı 2-ci qrup əlildir və 603.7815 manat pensiya alır. - Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu 1 saylı X4 Filialının xx.xx.2023-cü il tarixli arayışından görünür ki, İddiaçı 1 saylı X4 Filialından hərbi xidmət dövrü ilə əlaqədar İİİ qrup əlilliyə görə müddətsiz olmaqla 603.78 manat əmək pensiyası alır. - X1 X4 Məşğulluq filalının verdiyi xx.xx.2023-cü il tarixli arayışından görünür ki, Kürdəmir rayonu, Qaraqocalı kəndində qeydiyyatda olan İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Əmək və Məşğulluq” altsistemində işaxtaran və ya işsiz şəxs kimi qeydiyyata alınmamışdır. İddiaçı adına Nazirliyin MEİS-ində hazırda qüvvədə olan aktiv əmək müqaviləsi aşkar olunmamışdır. - Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-3099/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsindən görünür ki, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-5235/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi ilə İddiaçı ilə Gərayeva (Məmmədova) Səadət Novruz qızı arasında xx.xx.2019-cu il tarixdə bağlanmış nikah pozulmuş, tərəflərin birgə nikahlarından olan xx.xx.2020-ci il təvəllüdlü X2 boşanmadan sonra Cavabdeh yanında qalması, İddiaçı Cavabdeh xeyrinə xx.xx.2020-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanması üçün xx.xx.2021-ci il tarixdən başlayaraq aylıq qazancının və gəlirlərinin ¼ hissəsi miqdarında alimentin və xx.xx.2020-ci il təvəllüdlü X2 03 (üç) yaşı tamam olanadək hər ay 50 (əlli) manat sabit pul məbləğində alimentin tutulması qət olunmuşdur. - Həmin qətnamədən görünür ki, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-5235/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-5235/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi birgə nikahdan doğulmuş uşağın saxlanılması üçün alimentin tutulması hissəsində dəyişdirilmiş, tərəflərin birgə nikahından 20 iyul 2020-ci ildə doğulmuş X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün İddiaçı xx.xx.2021-ci il tarixdən başlayaraq, hər ay 280 (iki yüz səksən) manat sabit pul məbləğində alimentin tutularaq Cavabdeh verilməsi qət edilmişdir. Qətnamə-İddiaçı ilə Gərayeva (Məmmədova) Səadət Novruz qızı arasında xx.xx.2019-cu il tarixdə Sumqayıt “Asan Xidmət” Mərkəzi Qeydiyyat şöbəsində bağlanmış 3154 nömrəli akt qeydli nikahın pozulması, tərəflərin birgə nikahlarından olan xx.xx.2020-ci il təvəllüdlü X2 boşanmadan sonra iddiaçı - Cavabdeh yanında qalması, xx.xx.2021-ci il tarixdən başlayaraq İddiaçı Cavabdeh xeyrinə xx.xx.2020-ci il təvəllüdlü X2 03 (üç) yaşı tamam olanadək hər ay 50 (əlli) manat sabit pul məbləğində alimentin tutulması hissəsində dəyişdirilmədən saxlanılmışdır. - Azərbaycan Respublikası DİN DQ Hospitalı 1163/2022 №-li İddiaçı aid xəstəlik tarixindən çıxarış-epikrizdən görünür ki, İddiaçı əsas xəstəlik kimi yekun dağınıq skleroz diaqnozu qoyulmuşdur. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, tərəflər xx.xx.2019-cu il ildə rəsmi nikaha daxil olmaqla ailə həyatı qurmuşlar. Rəsmi nikahdan xx.xx.2020-ci il təvəllüdlü X3 adlı övladları vardır. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2021-ci il tarixli qətnaməsi ilə həmin nikah pozulmuş, uşaq ananın yanında saxlanılmaqla atadan aliment tutulmuşdur. Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli qətnaməsi ilə Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-5235/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi birgə nikahdan doğulmuş uşağın saxlanılması üçün alimentin tutulması hissəsində dəyişdirilmiş, tərəflərin birgə nikahından 20 iyul 2020-ci ildə doğulmuş X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün İddiaçı xx.xx.2021-ci il tarixdən başlayaraq, hər ay 280 (iki yüz səksən) manat sabit pul məbləğində alimentin tutularaq Cavabdeh verilməsi qət edilmişdir. İddiaçı 2-ci qrup əlildir və 603.78 manat pensiya alır və o, dağınıq skleroz xəstəliyindən əziyyət çəkir. İddia ərizəsində həmin qətnamənin xx.xx.2020-ci il təvəllüdlü X2 03 (üç) yaşı tamam olanadək hər ay 50 (əlli) manat sabit pul məbləğində alimentin tutulması hissəsi ilə bağlı tələb olmadığından hazırki məhkəmə araşdırmasının predmeti deyildir. Məhkəmə iddia ilə bağlı aşağıdakı hüquq normalarının qeyd edilməsini zəruri hesab edir. Azərbaycan Respublikası Konstitusiyasının 34-cü maddəsinin İV bəndinə əsasən ər ilə arvadın hüquqları bərabərdir və uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 75.1 və 75.4-cü maddələrinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Tərəflərdən hər biri ilə uşaq qalıbsa, bir valideyndən az təminatlı digər valideynin xeyrinə hər ay tutulan alimentin miqdarı bu Məcəllənin 78-ci maddəsinə uyğun olaraq məhkəmə tərəfindən sabit pul məbləğində müəyyən edilir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 112.1-ci maddəsinin tələbində göstərilir ki, aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya alimenti ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanununun 1-ci maddəsinə əsasən 2023-cü il uşaqlar üçün yaşayış minimumu 220 manat məbləğində müəyyən edilmişdir. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə görə, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 27 iyul 2016-cı il tarixli qərarında göstərilmişdir ki, nikahın pozulması ilə əlaqədar uşağın valideynlərindən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi yaşayış minimumunun müəyyən edən qanunvercilik aktlarında göstərilən minimum dolanacaq xərclərinə yaxın məbləğin aliment kimi digər valideyndən tutulmasına əsas ola bilər. Belə ki, aliment ödəyən valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və ya qazanca malik olmaması onu uşağı saxlamaq və maddi təminatını ödəmək vəzifəsindən azad etmir. Qeyd olunan qərarında məhkəmə sonda belə nəticəyə gəlmişdir ki, aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76.2 və 78.2-ci maddələrinə, bu qərarda formalaşmış hüquqi mövqeyə uyğun olaraq, hər iki tərəfin maddi və ailə vəziyyəti və diqqətəlayiq digər hallarla yanaşı, uşağın əvvəlki təminatının səviyyəsinə da qiymət verilməlidir. Bu qərarın birinci bəndində göstərilən hallara qiymət verərkən məhkəmə həmçinin nəzərə almalıdır ki, “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə uyğun olaraq uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Məhkəmə valideynlər arasında yetkinlik yaşına çatmayan uşağa aliment ödənilməsi barədə sazişin olmamasını, eləcə də aliment verməyə borclu olan valideynin qazancının müntəzəm olmasını, uşağın mənafeyini, onun normal qida rasionlarına uyğun şəkildə qidalanmasını, fiziki cəhətdən inkişafının təmin edilməsi zərurətini nəzərə alaraq hesab edir ki, iddia qismən təmin olunmalı, Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-3099/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi ilə müəyyən olunmuş alimentin miqdarı dəyişdirilməli, İddiaçı hazırki qətnamə qanuni qüvvəyə mindiyi gündən başlayaraq qazancının və (və ya) başqa gəlirlərinin dörddə bir hissəsi miqdarında və 70 manat sabit pul məbləğində aliment xx.xx.2020-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanması üçün tutulub Cavabdeh verilməlidir. AR MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Bu Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və AR MPM-nin 216-220 maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddia qismən təmin edilsin. Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-3099/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi ilə müəyyən olunmuş alimentin miqdarı dəyişdirilsin, hazırki qətnamə qanuni qüvvəsini aldığı gündən başlayaraq xx.xx.2020-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanması üçün İddiaçı qazancının və (və ya) başqa gəlirlərinin dörddə bir hissəsi miqdarında və 70 manat sabit pul məbləğində aliment tutularaq Cavabdeh verilsin. İddia qalan hissədə təmin olunmasın. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Əfqan Ələkbərov
Məhkəmə qərarları › İş №2(060)-2530/2023
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-2530/2023
16.05.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin azaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver