Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-2547/2021 10.06.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Qoşqarlı Rəşad Nizami oğlunun sədrliyi Məhkəmə iclas katibi X1 İddiaçı Mənzil Tikinti Koperativinin nümayəndəsi X2 iştirakı ilə İddiaçı Mənzil Tikinti Koperativinin Cavabdeh qarşı “müqavilənin ləğvi tələbinə” dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN E T D İ: İddiaçı Mənzil Tikinti Koperativi iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Muyev Fuad Azik oğlu ilə İddiaçı MTK arasında bağlanmış ********* saylı, 05.08.2016-cı il tarixli payçı müqaviləsinin ləğv edilməsinə və Sumqayıt şəhəri, 6-cı mkr., bina 1, ümumi sahəsi 89 kv.metrdən ibarət 3 otaqlı 65 saylı mənzilin boşaldılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmədə İddiaçı Mənzil Tikinti Koperativinin nümayəndəsi X4 iddia tələbini müdafiə edərək göstərdi ki, Sumqayıt şəhəri, 6-cı mikrorayon, bina 1, ümumi sahəsi 89 kv. metr-dən ibarət 3 otaqlı 65 saylı mənzilin alınması üçün Cavabdeh ilə "xxxx” ASC Sumqayıt filialı arasında 05.08.2016-cı il tarixli 1-05-08-2016-BX-S1№ li təminatlı kredit müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən cavabdehə 127458.00 ( yüz iyirmi yeddi min dörd yüz əlli səkkiz ) manat məbləğində kredit üzrə faizləri hər ayın 5-dən gec olmayaraq, 240 ay müddətinə kredit verilmişdir. Cavabdeh İddiaçı MTK və “xxxx” ASC arasında bağlanmış olan üç tərəfli daşınmaz əmlakın ipoteka müqaviləsinə əsasən aldığı kredit vəsaitini hesabına tam şəkildə ödəməyi öhdəsinə götürmüşdür. Həmin müqavilə ilə cavabdeh müqavilədə nəzərdə tutulan kredit vəsaitindən istifadə etmişdir. Lakin uzun müddətdir ki, cavabdeh artıq heç bir ödəniş etməmişdir. Belə ki, cavabdeh son ödənişi 07.02.2020-ci il tarixdə etmişdir, 350 gün gecikməsi yaranmışdır və hal-hazırki borcu 12.900 manat təşkil edir. Bununa əlaqədar olaraq “xxxx”ASC MTK-ya və cavabdehə PK- İİ-126 saylı, 04.06.2020-ci il tarixli mənzil kreditinə tutmanın yönəldilməsi haqqında bildiriş göndərmişdir. Həmçinin müqavilənin 4.2.7-ci bəndində də qeyd edilmişdir ki, payçı tərəfindən bu müqavilənin şərtləri pozulduqda və ya “xxxx”ASC arasında imzalanmış mənzilin alışını nəzərdə tutan Kredit müqaviləsi üzrə öz öhdəliklərini yerinə yetirmədikdə və yaxud lazımınca yerinə yetirmədikdə, bankın rəsmi bildirişi əsasında MTK birtərəfli olaraq bu müqaviləni ləğv edib payın sahibi ola bilər. Bu zaman MTK “xxxx” ASC və payçı arasında imzalanmış zaminlik müqaviləsinsən irəli gələn payçının öhdəliklərini yerinə yetirir. Bundan başqa eyni müqavilənin 8.11-ci bəndinə əsasən cədvəl üzrə ödənişlərin iki ay müddətindən artıq gecikdirildiyi halda, MTK müqaviləni bir tərəfli olaraq ləğv edir və həmin mənzili digər şəxsə satmaq hüququnu özündə saxlayır. Bu halda MTK həmin mənzili digər şəxsə satdıqdan sonra, mənzil üzrə hesablayıb faiz, cərimə, kommunal borcları, komisyon, bank xərcləri və digər xərclər çıxıldıqdan və ya ödənildikdən sonra yerdə qalan məbləğ payçıya qaytarılır. Qeyd edilənləri nəzərə alaraq, payçı müqaviləsi ləğv edilməli də mənzil dərhal boşaldılmalıdır. Göstərilənləri nəzərə alaraq, Cavabdeh ilə İddiaçı MTK arasında bağlanmış ********* saylı, 05.08.2016-cı il tarixli payçı müqaviləsinin ləğv edilməsinə və Sumqayıt şəhəri, 6-cı mkr., bina 1, ümumi sahəsi 89 kv.metrdən ibarət 3 otaqlı 65 saylı mənzilin boşaldılması barədə qətnamə qət etməyi məhkəmədən xahiş etdi. İş üzrə Cavabdeh qanunla müəyyən olunmuş qaydada məhkəmənin yeri və vaxtı barədə xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri haqqında məlumat verməmişdir. Ona görə də Azərbaycan Respublikası MPMnin 185.5-ci maddəsinə əsasən, məhkəmə Cavabdeh iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə İddiaçı” Mənzil Tikinti Koperativinin nümayəndəsi X3 dinləyib, iş materiallarını tam, hərtərəfli və obyektiv tədqiq edərək belə hesab edir ki, iddia tələbi əsaslıdır və təmin edilməlidir. Belə ki, iş materiallarında olan 05.08.2016-cı il tarixli № ********* saylı “Payçı müqaviləsi”nin surətindən görünür ki, müqavilənin 1.1-ci bəndinə əsasən İddiaçı Sumqayıt şəhəri, 6-cı mkr. Səməd Vurğun küçəsində tikilməkdə olan 1-ci binasında, 1-ci blok, 11-ci mərtəbə, 65 №-li, 3 otaqlı mənzili tikib və Cavabdeh mülkiyyətinə verməyi öhdəsinə götürmüşdür. Müqavilənin 2-ci bəndinə əsasən mənzilin hesablaşma sahəsi 89 kv.m təşkil edir. Mənzilin 1 kv.m-1432,11 manat olmaqla, ümumi dəyəri 127458 manatdır. Müqavilənin ilkin ödənişi 00.00 faiz, yəni 00.00 manatdır. Cavabdeh müqavilə qiymətinin 127458 manata bərabər tutulan məbləğini “Payçı” “MTK” və “xxxx” ASC arasında bağlanmış olan üç tərəfli daşınmaz əmlakın ipoteka müqaviləsinə əsasən aldığı kredit vəsaitinin hesabına tam şəkildə ödəməyi öz öhdəsinə götürür. İş materiallarında olan İddiaçı MTK-nın 1786 saylı, 29.10.2020-ci il tarixlii “Maliyyə arayışı”dan görünür ki, İddiaçı MTK-ya aid Sumqayıt şəhəri, Bulvar küçəsində tikilmiş olan 25.08.2016-cı il tarixində ********* №-li “Payçı müqaviləsi”nə əsasən Cavabdeh 1-ci bina, 1-ci blok, 89 kv.m olan 65 №-li mənzili Beynəlxalq Bank ASC-nin verdiyi kredit əsasında 240 ay müddətində rəsmiləşdirilmişdir. Cavabdeh adına mənzil rəsmiləşdikdən müəyyən müddət sonra aylıq ödənişlərdə gecikmələr və borclanmalar yaranmışdır. Cavabdeh halhazırda Beynəlxalq Banka 15365 AZN borcu və 420 gün gecikməsi yaranmışdır və son ödəniş 07.02.2020-ci il tarixində 300 AZN məbləğ təşkil edir. İddiaçı MTK daxili 156 kommunal borcu təşkil edir. İş materiallarında olan Azərbaycan Respublikası DİN-in BPQMİ-nin MAPS şöbəsinin 20.08.2020-ci il tarixli arayışından görünür ki, Cavabdeh Sumqayıt şəhəri, 17-ci məhəllə, ev 46/1, mənzil 5-də qeydiyyatdadır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinin tələblərinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinin tələblərinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Həmin Məcəllənin 740.2-ci maddəsinin tələblərinə əsasən borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. Həmin Məcəllənin 324.1-ci maddəsinin tələblərinə əsasən əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 324.2-ci maddəsinin tələblərinə əsasən əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Həmin Məcəllənin 324.5-ci maddəsinə əsasən iradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir. Başqa tərəfin qəbul etməsi tələb olunan iradə ifadəsi başqa tərəfə çatdığı andan etibarlı olur (MM-nin 325.1-ci maddəsi). Qeyd olunan Məcəllənin 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Müqavilə onun bağlandığı vaxt qüvvədə olan qanunla və digər hüquqi aktlar ilə müəyyənləşdirilmiş, tərəflər üçün məcburi qaydalara (imperativ normalara) uyğun gəlməlidir. Əgər müqavilə bağlandıqdan sonra onu bağlayarkən qüvvədə olmuş qaydalardan fərqlənən, tərəflər üçün məcburi başqa qaydalar müəyyənləşdirən qanun qəbul edilmişsə, bağlanmış müqavilənin şərtləri qüvvəsini saxlayır, amma qanunda onun qüvvəsinin əvvəllər bağlanmış müqavilələrdən əmələ gələn münasibətlərə şamil olunmasının müəyyənləşdirildiyi hallar istisna təşkil edir (MM-nin 390.1-ci maddəsi). Azərbaycan Respublikası Mülki Məcəlləsinin 390.3-cü maddəsinə əsasən müqavilə bağlamaq vəzifəsinin həmin Məcəllədə və ya könüllü götürülmüş öhdəlikdə nəzərdə tutulduğu hallar istisna olmaqla, müqavilə bağlamağa məcbur etməyə yol verilmir. Tərəflər bu Məcəllədə nəzərdə tutulmuş müxtəlif müqavilələrin ünsürlərini əhatə edən müqavilə (qarışıq müqavilə) bağlaya bilərlər. Tərəflərin razılaşmasından və ya qarışıq müqavilənin mahiyyətindən ayrı hal irəli gəlmirsə, qarışıq müqavilə üzrə tərəflərin münasibətlərinə qarışıq müqavilədə ünsürləri olan müqavilələrə dair qaydalar müvafiq hissələrdə tətbiq edilir (MM-nin 390.4-cü maddəsi). Həmin Məcəllənin 404.1 və 404.2-ci maddələrinə əsasən müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır. Bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə almır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.2-ci maddəsinə əsasən əqd barəsində mübahisə edildikdə, əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. Həmin Məcəllənin 421-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. Tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Həmin Məcəllənin 423.2-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi tələbini tərəf məhkəməyə yalnız müqaviləni dəyişdirmək və ya ləğv etmək təklifindən digər tərəfin imtinasını aldıqda və ya təklifdə göstərilmiş müddətdə, müddət göstərilmədikdə isə otuz gün müddətində ondan cavab almadıqda irəli sürə bilər. İddiaçı MTK və Cavabdeh arasında mübahisəli mənzillər barəsində bağlanmış 05 avqust 2016-cı il tarixli Payçı müqaviləsinin 2.4-cü bəndinə əsasən müqavilənin qiyməti “Payçı” “MTK” və “xxxx” ASC arasında bağlanacaq olan üç tərəfləri daşınmaz əmlakın ipoteka müaviləsinə əsasən aldığı kredit vəsaitinin hesabına tam şəkildə ödəməyi öz öhdəsinə götürür. Həmin müqavilənin 8.1-ci bəninə əsasən cədvəl üzrə ödənişlərin iki ay müddətindən artıq gecikdirildiyi halda “MTK” müqaviləni bir tərəfləi olaraq ləğv edir və həmin mənzili digər şəxsə satmaq hüququnu özündə saxlayır. Bu halda “MTK” həmin mənzili digər şəxsə satdıqdan sonra, mənzil qalıq borcu bağlayır, mənzil üzrə hesablanan faiz, cərimə, kommunal borcları, komisyon, bank xərcləri vədigər xərclər çıxıldıqdan və ya ödənildikdən sonra yerdə qalan məbləğ “Payçı”ya qaytarılır. Mübahisəli mənzillər ilə bağlı bağlanmış 05 avqust 2016-cı il tarixli müqavilələrin borc alan tərəfindən 8.11-ci bəndində nəzərdə tutulan qrafik üzrə ödənişlər 2 (iki) ay müddətində aparılmadıqda borcalan 05 avqust 2016-cı il tarixli, ********* nömrəli İddiaçı MTK və Cavabdeh arasında imzalanmış müqavilənin predmeti olan Sumqayıt şəhəri, 6-cı mikrorayon, bina 1, blok 1, 11-ci mərtəbə, ümumi sahəsi 89 kv. metr-dən ibarət 3 otaqlı 65 saylı mənzili boşaltmalıdır. Nəzərə alınmalıdır ki, tərəflər arasında bağlanmış payçı müqavilələrinin 4.2.7-ci maddəsinə əsasən payçı tərəfdən bu müqavilənin şərtləri pozulduqda və ya "xxxx" ASC arasında imzalanmış mənzilin alışını nəzərdə tutan Kredit Müqaviləsi üzrə öz öhdəliklərini yerinə yetirmədikdə və yaxud lazımınca yerinə yetirmədikdə, bankın rəsmi bildirişi əsasında "MTK"xxxx"MTK" "xxxx" ASC və “Payçı” arasında imzalanmış Zaminlik müqaviləsindən irəli gələn "Payçı"-nın öhdəliklərini yerinə yetirməlidir. Cavabdeh iddiaçı ilə arasında bağlanmış payçı müqavilələri üzrə üzərinə düşən öhdəlikləri lazımi qaydada icra etməməklə həmin müqavilələrin şərtlərini əhəmiyyətli dərəcədə pozduğundan iddia təmin edilməli, Cavabdeh ilə İddiaçı MTK arasında bağlanmış ********* saylı, 05.08.2016-cı il tarixli payçı müqaviləsi ləğv edilməli və Sumqayıt şəhəri, 6-cı mikrorayon, bina 1, ümumi sahəsi 89 kv.metrdən ibarət 3 otaqlı 65 saylı mənzil boşaldılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 220.5-ci maddəsinə əsasən qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir; işə qiyabi baxıldığı halda qətnamənin nəticə hissəsində cavabdehin qətnamənin ləğvi üçün ərizə vermə qaydası da əks olunmalıdır. İş üzrə ödənilmiş 10 (on) manat dövlət rüsumu Cavabdeh alınaraq İddiaçı MTK-ya ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 80-ci maddəsinə əsasən, məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 106.1-ci maddəsinə görə, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia təmin edilsin. Cavabdeh ilə İddiaçı MTK arasında bağlanmış ********* saylı, 05.08.2016-cı il tarixli payçı müqaviləsi ləğv edilsin. Sumqayıt şəhəri, 6-cı mikrorayon, bina 1, ümumi sahəsi 89 kv.metrdən ibarət 3 otaqlı 65 saylı mənzil boşaldılsın. Qətnamədən, qətnamə rəsmi qaydada verildiyi gündən, bir ay müddətinə Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Rəşad Qoşqarlı
Məhkəmə qərarları › İş №2(060)-2547/2021
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-2547/2021
10.06.2021 · Müqavilələrin ləğv edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver