Məhkəmə qərarları › İş №2(060)-2554/2020

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-2554/2020

29.10.2020 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-2554/2020 29.10.2020 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Ələkbərov Əfqan Qəzənfər oğlunun sədrliyi, Mustafayeva Aygün Ələmdar qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili X3, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı aliment borcunun silinməsi və aliment borcunu ödəməkdən azad olunma tələbinə dair mülki işə Sumqayıt Şəhər Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı məhkəməyə müraciət edərək, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2006-cı il tarixli qətnaməsi ilə xx.xx.1995-ci il təvəllüdlü X4 və xx.xx.1997-cı il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanmaları üçün ondan cavabdehin xeyrinə aliment tutulması üzrə yaranmış aliment borcunun silinməsi və aliment borcunu ödəməkdən azad edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, cavabdehlə xx.xx.1994-cü ildə rəsmi nikaha daxil olmaqla ailə həyatı qurmuşlar. Həmin nikahdan xx.xx.1995-ci il təvəllüdlü X6 və xx.xx.1997-cı il təvəllüdlü X5 adlı övladları vardır. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.1998-ci il tarixli qətnaməsi ilə cavabdehlə arasında olan nikah pozulmuş, övladları cavabdehin himayəsinə verilmişdir. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2006-cı il tarixli qətnaməsi ilə hər ay cavabdehdən 80 manat aliment tutularaq xx.xx.1995-ci il təvəllüdlü X4 və xx.xx.1997-cı il təvəllüdlü X1 üçün cavabdehə verilmişdir. Həmin qətnamədən məlumatı olmamış, övladlarının təhsili, maddi təminatı ilə hər zaman maraqlanmışdır. xx.xx.2019-cu ildə həmin qətnamədən icra idarəsinə dəvət olunan zaman məlumatı olmuşdur. Qeyd olunanlara əsasən iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi iddia ərizəsinə uyğun izahat verərək, iddia tələbinin təmin edilməsini xahiş etmişdir.Əlavə olaraq bildirdi ki, hal-hazırda iddiaçı yenidən ailə həyatı qurub və himayəsində azyaşlı övladı vardır. Məhkəmə iclasında cavabdeh iddia tələbinə etiraz edərək, bildirdi ki,iddiaçının qətnamədən məlumatı olmuş, hətta qətnamədən apellyasiya və kassasiya şikayəti də vermişdir. Hər iki məhkəmədə qətnamə qüvvədə qalmışdır.İddiaçının maddi imkanı vardır. O, aliment borcunu tam tələb edir. Ona görə də iddianın təmin edilməməsini xahiş etdi. Məhkəmə iclasında şahid X7 izahat verərək bildirdi ki, iddiaçı və cavabdeh onun valideynləridir. Atası onlara heç bir maddi yardım etməmişdir. 3-4 il ərzində 2-3 dəfər görüşmüşdür Məhkəmə tərəflərin izahatlarını dinləyərək, iş materiallarını tədqiq edərək hesab edir ki, aşağıdakılara əsasən təmin edilməməlidir. İş materiallarında olan: -nikah haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, İddiaçı ilə X8 ilə arasında xx xxxx 2011-ci ildə nikah bağlanmış və bikahın bağlanması haqqında akt qeydləri kitabında 145 nömrəsi ilə qeyd edilmişdir. Arvada Məcidova soyadı verilmişdir. - Sumqayıt Şəhər Məhkəməsinin 2-33-2006 saylı, xx.xx.2006-cı il tarixli qətnaməsindən görünür ki, xx.xx.1995-ci il təvəllüdlü X4 və xx.xx.1997-cı il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanması üçün xx.xx.2006-cı ildən başlayaraq cavabdehin xeyrinə hər ay 80 manat aliment tutulmuşdur. -Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-2122/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsindən görünür ki, Sumqayıt Şəhər Məhkəməsinin 2-33-2006 saylı, xx.xx.2006-cı il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. -31685/20 saylı icra işindən görünür ki, İddiaçı 8640 manat aliment borcu vardır. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edildi ki,Sumqayıt Şəhər Məhkəməsinin 2-33-2006 saylı, xx.xx.2006-cı il tarixli qətnaməsi ilə xx.xx.1995-ci il təvəllüdlü X4 və xx.xx.1997-cı il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanması üçün xx.xx.2006-cı ildən başlayaraq cavabdehin xeyrinə hər ay 80 manat alimentin tutulması qət edilmişdir. İddiaçının qətnamədən məlumatı olmamışdır. Məhkəmə araşdırması zamanı müəyyən olunanlara əsasən məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının Konstitusiyasının 34-cü maddəsinin İV bəndinə əsasən uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 75.1-ci və 75.4-cü maddələrinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 112.1-ci maddəsinin tələbində göstərilir ki, aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya alimenti ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. İddiaçı özünün maddi durumunun ağır vəziyyətdə olmasına dair sübutları məhkəməyə təqdim etmədiyindən və tələbinə dair gətirdiyi dəlillər əsassız olduğundan məhkəmə hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinin tələbinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 360cı maddələrini rəhbər tutaraq, məhkəmə, qət etdi: İddiaçı Sumqayıt Şəhər Məhkəməsinin 2-322-2006 saylı, xx.xx.2006-cı il tarixli qətnaməsi ilə xx.xx.1995-ci il təvəllüdlü X4 və xx.xx.1997-cı il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanmaları üçün ondan cavabdehin xeyrinə aliment tutulması üzrə yaranmış aliment borcunun silinməsi və aliment borcunu ödəməkdən azad edilməsi barədə iddiası təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə qəbul edildiyi gündən 1(bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Əfqan Ələkbərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar