Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-2625/2020 04.11.2020 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Ələkbərov Əfqan Qəzənfər oğlunun sədrliyi, Mustafayeva Aygün Ələmdar qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı cinayət nəticəsində vurulan zərərin ödənilməsi tələbinə dair mülki işə Sumqayıt Şəhər Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında, qiyabi icraat qaydasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən cinayət əməli nəticəsində vurduğu ziyana görə 6940 manat pulun və 30 manat məbləğində dövlət rüsumunun tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh gizli yolla talamaq məqsədilə xx xxx 2018-ci il, saat 20.30-da onun mənzilinə , yəni Abşeron rayonu, Ş.Azadəliyev küçəsində olan evə daxil olaraq 500 manat dəyərində olan 1 ədəd boyunbağını, 1500 manat dəyərində olan 1 boyunbağını və 1 ədəd sırğanı, 600 manat dəyərində olan 1 ədəd paxla şəklində sırğanı, 800 manat dəyərində olan 1 ədəd boyunbağını, 500 manat dəyərində olan 1 ədəd boyunbağını, 120 manat dəyərində olan 1 ədəd tək qaşlı üzüyü, 1720 manat dəyərində 1 ədəd saatı, 200 manat dəyərində olan 1 ədəd üzüyü, 200 manat dəyərində olan 1 ədəd sırğanı, 300 manat dəyərində olan komplekt sırğa-üzüyü, 400 manat dəyərində olan “Tifan” markalı 1 ədəd qolbağı və 100 manatı pulu oğurlamışdır. Abşeron Rayon Məhkəməsinin 1(012)-182/2019 saylı, xx.xx.2019-cu il tarixli hökmü ilə cavabdeh cəzalandırılmışdır. Odur ki,məhkəmədən iddia tələbinin təmin edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iddiaçı iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək, iddia tələbinin təmin olunmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etmək istədiyini bildirməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 238.1-ci maddəsinə əsasən iddiaçının nümayəndəsinin işə qiyabi icraat qaydasında baxılmasına etiraz etməməsini nəzərə alaraq işə qiyabi icraat qaydasında baxılmasını mümkün hesab etdi. Məhkəmə, iddiaçının izahatını dinləyib, iş materiallarını araşdıraraq və iş üzrə sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan: - Cavabdeh AR CM-nin 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair ********* nömrəli cinayət işi üzrə ittiham aktının surətindən görünür ki, Əliyev X1 rayonu, Ş.Azadəliyev küçəsində olan evə daxil olaraq 500 manat dəyərində olan 1 ədəd boyunbağını, 1500 manat dəyərində olan 1 boyunbağını və 1 ədəd sırğanı, 600 manat dəyərində olan 1 ədəd paxla şəklində sırğanı, 800 manat dəyərində olan 1 ədəd boyunbağını, 500 manat dəyərində olan 1 ədəd boyunbağını, 120 manat dəyərində olan 1 ədəd tək qaşlı üzüyü, 1720 manat dəyərində 1 ədəd saatı, 200 manat dəyərində olan 1 ədəd üzüyü, 200 manat dəyərində olan 1 ədəd sırğanı, 300 manat dəyərində olan komplekt sırğa-üzüyü, 400 manat dəyərində olan “Tifan” markalı 1 ədəd qolbağı və 100 manatı pulu oğurlamaqda özünü təqsirli bilmişdir. - Abşeron Rayon Məhkəməsinin 1(012)-182/2019 saylı, xx.xx.2019-cu il tarixli hökmündən görünür ki, Cavabdeh AR CM-nin 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə cinayət əməlini törətməkdə təqsirli bilinərək, 02 il 06 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. -Abşeron Rayon Məhkəməsinin 1(012)-182/2019 saylı, xx.xx.2019-cu il tarixli hökmü ilə Cavabdeh Abşeron rayonu, Ş.Azadəliyev küçəsində olan evə daxil olaraq 500 manat dəyərində olan 1 ədəd boyunbağını, 1500 manat dəyərində olan 1 boyunbağını və 1 ədəd sırğanı, 600 manat dəyərində olan 1 ədəd paxla şəklində sırğanı, 800 manat dəyərində olan 1 ədəd boyunbağını, 500 manat dəyərində olan 1 ədəd boyunbağını, 120 manat dəyərində olan 1 ədəd tək qaşlı üzüyü, 1720 manat dəyərində 1 ədəd saatı, 200 manat dəyərində olan 1 ədəd üzüyü, 200 manat dəyərində olan 1 ədəd sırğanı, 300 manat dəyərində olan komplekt sırğa-üzüyü, 400 manat dəyərində olan “Tifan” markalı 1 ədəd qolbağı və 100 manatı pulu oğurlaması müəyyən olunmuşdur. Məhkəmə iddia tələbi ilə bağlı aşağıdakı hüquq normalarının qeyd edilməsini zəruri hesab edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096-cı maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Həmin Məcəllənin 1115-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. Məhkəmə hesab edir ki, cavabdeh tərəfindən iddiaçıya maddi ziyan vurulmuş, bu öz təsdiqini Abşeron Rayon Məhkəməsinin hökmü ilə tapmışdır və hökmlə cavabdehin 6940 manat dəyərində həmin əşyaları oğurladığı müəyyən edilmişdir. Ona görə də iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. Məhkəmə iddianın ödənilmiş dövlət rüsumunun tutulması ilə bağlı hissəsini araşdıraraq hesab edir ki, iddia təmin olunduğundan dövlət rüsumu ilə bağlı tələb də təmin edilməli,cavabdehdən ödənilmiş 30 manat dövlət rüsumu tutularaq iddiaçıya ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə hesab edir ki, Cavabdeh cinayət əməli nəticəsində vurduğu ziyana görə 6940 manat və ödənilmiş 30 manat dövlət rüsumu tutularaq İddiaçı xeyrinə tutulmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Yenə də həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 238.1-ci maddəsinə əsasən, iclasın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdeh məhkəmə iclasına gəlmədikdə və gəlməməsinin səbəbləri barədə məlumat vermədikdə, iddiaçı buna etiraz etmədikdə, işə qiyabi icraat qaydasında baxıla bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 241.1-ci maddəsinə əsasən, qiyabi icraat qaydasında işə baxarkən hakim tərəflərin təqdim etdiyi sübutların tədqiqi ilə kifayətlənir, onların dəlillərini və vəsatətlərini nəzərə alır və qiyabi adlanan qətnamə çıxarır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, Q Ə T E T D İ: İddia təmin edilsin. Cavabdeh 6940 manat ziyan və ödənilmiş 30 manat dövlət rüsumu tutularaq İddiaçı ödənilsin. Cavabdeh qətnamənin ona rəsmi qaydada verilməsindən sonra 10 gün müddətində həmin qətnamənin ləğvi üçün Sumqayıt Şəhər Məhkəməsinə ərizə verə bilər. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə qəbul edildiyi gündən 1(bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Əfqan Ələkbərov
Məhkəmə qərarları › İş №2(060)-2625/2020
Sumqayıt Şəhər Məhkəməsi Qiyabi qətnamə — İş №2(060)-2625/2020
04.11.2020 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver