Məhkəmə qərarları › İş №2(060)-2665/2021

Sumqayıt Şəhər Məhkəməsi Qərardad — İş №2(060)-2665/2021

15.02.2021 · Müqavilələrin ləğv edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(060)-2665/2021 15.02.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Sumqayıt Şəhər Məhkəməsinin hakimi Ələkbərov Əfqan Qəzənfər oğlu, İddiaçı cavabdehlər “Xəzər” SC-nə və AR ƏMDX yanında DƏDRX-nin 2 saylı X2 çıxarışın ləğv edilməsi tələbinə dair ərizəsini və ərizəyə əlavə edilmiş sənədləri məhkəmənin inzibati binasında nəzərdən keçirib, müəyyən etdi: İddiaçı cavabdehlər “Xəzər” SC-nə və AR ƏMDX yanında DƏDRX-nin 2 saylı X2 çıxarışın ləğv edilməsi tələbinə dair ərizə ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət etmişdir. Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, ərizənin yolverilməzliyinə görə qəbul edilməsindən imtina edilməlidir. Belə ki, iddiaçı cavabdehlərə qarşı əmlak hüquqları ilə bağlı tələb irəli sürməmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.1-ci və 2.2.2-ci maddələrinə görə şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia), inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) və inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. AR Konstitusiya Məhkəməsi Plenumunun “Daşınmaz əmlakın dövlət reyestri haqqında” AR Qanununun 2.1-ci və AR İPM-nin 2.2-ci və 2.2.1-ci maddələrinin şəsrh edilməsinə xx xxx 2014-cü il tarixli Qərarının 1-ci və 2-ci bəndinə göstərilir ki,əmlak hüquqları ilə bağlı mübahisələrdə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin ərazi idarələri tərəfindən verilən Daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci maddəsinə müvafiq olaraq daşınmaz əmlaka hüquqların təsdiq edilməsi barədə hüquqi akt hesab edildiyindən, həmin işlərə mülki məhkəmə icraatı qaydasında baxılır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin ərazi idarələri tərəfindən verilən Daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış ilə bağlı inzibati orqanın hərəkət və ya hərəkətsizliyindən irəli gələn mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxılır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153.2.1-ci maddəsinə əsasən ərizəyə məhkəmə qaydasında baxılmalı deyildirsə məhkəmə iddia ərizəsini qəbul etməkdən imtina etməlidir. Belə ki, iddiaçı səlahiyyətli orqan müraciətinə münasibət bildirdikdən sonra narazı qaldığı təqdirdə həmin orqanın hərəkəti və ya qərarı ilə bağlı yuxarı inzibati orqana, eləcə də aidiyyəti inzibati məhkəməyə müraciət etmək hüququndan istifadə edə bilər. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, İddiaçı cavabdehlər “Xəzər” SC-nə və AR ƏMDX yanında DƏDRX-nin 2 saylı X2 çıxarışın ləğv edilməsi tələbinə dair iddia ərizəsinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələblərinə əsasən iddianın yol verilməzliyinə görə qəbul edilməsindən imtina edilməlidir. Şərh edilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153, 263, 264 və 268-ci maddələrini rəhbər tutaraq məhkəmə, qərara aldı: İddiaçı cavabdehlər “Xəzər” SC-nə və AR ƏMDX yanında DƏDRX-nin 2 saylı X1rşı çıxarışın ləğv edilməsi tələbinə dair ərizəsinin yolverilməzliyinə görə qəbul edilməsindən imtina edilsin. Ərizə və ona əlavə edilmiş sənədlər ərizəçiyə qaytarılsın. Qərardaddan, qərardad rəsmi qaydada verildikdən 10 gün müddətində Sumqayıt Şəhər Məhkəməsinə şikayət verilə bilər. Hakim Əfqan Ələkbərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar