Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-2696/2023 22.05.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ X5 Fikrət qızının sədrliyi Məhkəmə iclas katibi X1 İddiaçı Azayeva Mərziyyə Sərkər qızı, cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyi Abşeon-Xızı Regional Təhsil İdarəsinin nümayəndəsi Qanuni nümayəndə və Maraqlı şəxs nümayəndəsi və vəkili X2 iştirakları ilə İddiaçı Azayeva Mərziyyə Sərkər qızının cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyi Abşeon-Xızı Regional Təhsil İdarəsi və Maraqlı şəxsə qarşı «pul tələbinə dair» iddia ərizəsi üzrə mülki işə Sumqayıt şəhərində açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Azayeva Mərziyyə Sərkər qızı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 2021-2022-ci ilin tədris ilində 18 saat dərs keçməyinə baxmayaraq hesablanmamış 12 saat dərs yükümün qarşılığı olan 400 manat əmək haqqının və mediasiya rüsumu olan tərəfindən ödənilən 50 manatın cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyi Abşeron-Xızı Regional Təhsil İdarəsindən tutulub ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbini onunla əsaslandırmışdır ki, o, Azərbaycan Respublikası Təhsil Nazirliyinin Maraqlı şəxsdə ibtidai sinif müəlliməsi işləyir. 2021-2022-ci ilin tədris ilində 18 saat dərs keçməyinə baxmayaraq tarifləşmə cədvəlinə əsasən 6 saat dərs yükü ilə təmin olunmuş və bunun əsasında da 2022-ci ilin avqust-sentyabr aylarının əmək haqqı 6 saatlıq dərs yükünə əsasən hesablanmışdır. Hesab edir ki, bu onun əmək hüquqlarının pozuntusu deməkdir. Belə ki, o, faktiki olaraq 18 saat dərs keçdiyi halda 6 saatı hesablanmış qalan 12 saatı hesablanmamışdır. Bu isə əmək haqqından 400 manat əksik hesablanmasına gətirib çıxarmışdır. Ümumi təhsil müəssisəsinin ali idarəetmə orqanı pedoqoji şuradır. Ümumi təhsil müəssisəsində Pedaqoji Şura pedaqoji kollektivin hər bir üzvünü müəssisənin idarə olunmasına fəal cəlb etməklə demokratik şəraitdə qarşıda duran aktual məsələləri müzakirə edib kollegial qərarlar qəbul etmək məqsədilə yaradılır. Müəssisənin səlahiyyətinə dair bütün vacib məsələlər, məhz pedoqoji şurada müzakirə edilir və kolegial qərar qəbul olunur. Əsas vəzifəsi isə ümumi təhsillə bağlı Azərbaycan dövləti və hökumətinin qərar və sərəncamlarının, Təhsil Nazirliyinin kollegiya qərarlarının, əmr, sərəncam və təlimatlarının, habelə digər aidiyyəti normativ hüquqi sənədlərin məzmunu və mahiyyəti ilə kollektiv üzvlərini tanış etmək, müəssisənin fəaliyyətinin dövlət siyasətinin tələbləri əsasında qurulması üçün səmərəli iş sistemi yaradılmasına hərtərəfli köməklik göstərmək, o cümlədən dərs bölgüsünün təsdiqi, dərsdənkənar məşğələlərin təşkili, dəmək, klub, studiya, "Kiçik akademiya" və digər bu kimi şagird birliklərinin fəaliyyəti ilə əlaqədar müzakirələr keçirib müvafiq qərarlar qəbul etməkdir. Sumqayıt şəhər 14 nömrəli tam orta məktəbdə qeyd etdiyi normativlərin heç birinə əməl edilməmiş, dərs bölgüsü direktorun öz arzusu və iradəsi istiqamətində həyata keçirilmiş, heç bir müəllimin fikrinə əhəmiyyət verilməmişdir. Dərs cədvəli hazırki dövrə qədər müəllimlər otağında olmuş, hər bir müəllim dərs saatını və miqdarını həmin cədvəldən izləmişdir. Lakin, bu 2022-ci il tədris ili üçün dərs cədvəli müəllimlər otağında olmamış, dəsrlər düzgün bölüşdürülməmiş, nəticdə işlədiyi dərs saatları hesablanmadan əmək haqqı təyin edilmişdir. Abşeron-Xızı Regional Təhsil İdarəsinə etdiyi müraciətə cavab məktubunda isə bildirilmişdir ki, 2021- 2022-ci in tədris ilinin tarifləşmə cədvləinə əsasən 6 saat dərs yükü ilə təmin olunmuş, lakin sonradan məktəb direktorunun xx.xx.2021-ci il tarixli və № 173 nömrəli əmrinə əsasən əlavə 12 saat dərs yükü verilmişdir. Vakant 12 saat dərs yükü tarifləşmə cədvəlində öz əksini tapmadığı üçün məktəb dirtektorunun xx.xx.2021-ci il tarixli “ 123 saylı əmrinə əsasən tədris ilinin sonunda dayandırılmış və buna əsasən də 2022-ci ilin avqust sentyabr aylarının əmək haqqı 6 saatlıq dərs yükünə əsasən hesablanmışdır. Qeyd edilən əmrlərin surətini isə məktəb rəhbərliyindən tələb edilsə də təmin edilməsi mümkün olmamışdır. Göstərilən səbəbdən ağır maddi vəziyyətə düşmüşdür. Qeyd edilən mübahisə ilə əlaqdar Mediasiya Şurasına etdiyi müraciət nəticəsiz qalmış, xx.xx.2022-ci il tarixli ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayış təqdim edilmişdir. İddiaçı məhkəmədə eyni məzmunlu izahat verərək iddia tələbinin əsaslı olduğu üçün təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmədə cavabdehin nümayəndəsi F,Q.Axundova iddia tələbini qəbul etməyərək bildirdi ki, iddiaçı Sumqayıt şəhər A.İbrahimli adına 14 nömrəli tam orta məktəbdə 2021/2022-ci ilin tarifləşmə cədvəlinə əsasən 6 saat dərs yükü ilə təmin olunmuşdur. Lakin sonradan iddiaçıya məktəb direktorunun xx.xx.2021-ci il tarixli 173 nömrəli əmrinə əsasən əlavə 12 saat dərs yükü verilmişdir. Vakant olan 12 saat dərs yükü tarifləşmə cədvəlində öz əksini tapmadığı üçün məktəb direktorunun xx.xx.2021-ci il tarixli 123 nörməli əmrinə əsasən tədris ilinin sonunda dayandırılmışdır. Bu səbəbdən avqust və sentyabr aylarının əməkhaqqısı 6 saat dərs yükünə əsasən hesablanmışdır. Bu səbəbdən iddia tələbini əsassız hesab edir və rədd edilməsini məhkəmədən xahiş etdi. Məhkəmədə maraqlı şəxsin nümayəndəsi N.Q.Ağayev iddia tələbini qəbul etməyərək etirazını onunla əsaslandırdı ki, məktəbin ibtidai sinif müəllimi İddiaçı 2015-ci ilin dekabr ayında keçirilən müəllimlərin bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsində ixtisası üzrə 9 (doqquz) bal toplamışıdır. Azərbaycan Respublikası Təhsil Nazirliyinin xx.xx.2017-ci il tarixli xx-xx-2589/2015 nömrəli məktubuna əsasən ixtisası üzrə 10 (on) baldan aşağı bal toplamış ibtidai sinif müəllimi İddiaçı tarifləşmə cədvəlində 6 (altı) saat dərs yükü ilə təmin olunmuşdur. Lakin pedoqoji bacarığı yüksək olduğuna görə 14 nömrəli tam orta məktəbin 20 sentyabr 2021-ci il tarixində keçirilən Pedaqoji Şura iclasının 1 nömrəli protokoluna və məktəb direktorunun 29 sentyabr 2021-ci il tarixli əmrinə əsasən vakanta çıxarılan 12 saat dərs yükü İddiaçı əlavə olaraq verilmişdir. Həmin 12 (on iki) saat əlavə dərs yükü vakantda olduğu üçün tədris ilinin sonunda 14 iyun 2022-ci il tarixli 123 nömrəli əmrə əsasən təkrar vakanta buraxılmışdır. Əlavə olaraq, ibtidai sinif müəllimi İddiaçı Sərkr qızı 29 avqust 2022-ci il tarixində Azərbaycan Respublikası Elm və Təhsil Nairliyi tərəfindən keçirilən müəllimlərin sertifikatlaşdırılması imtahanında keçid balını toplamamış və imtahandan kəsilmiş hesab edilmişdir. Göründüyü kimi iddiaçı ixtisası üzrə 10 (on) baldan aşağı bal topladığı üçün Azərbaycan Respublikası Təhsil Nazirliyinin xx.xx.2017-ci il tarixli xx-xx-2589/2015 nömrəli məktubuna əsasən tam qanuni olaraq tarifləşmə cədvəlində 6 (altı) saat dərs yükü ilə təmin olunmuşdur. 2021-2022-ci tədris ilində vakanta çıxarılan 12 saat dərs yükü əlavə olaraq Pedaqoji şuranın qərarı ilə ona verildiyi üçün ərizəsində qeyd etdiyi kimi 18 saat dərs keçmiş və həmin saatlara uyğun əmək haqqı almışdır. Ona verilən 12 (on iki) saat əlavə dərs yükü vakantda olduğu üçün tədris ilinin sonunda 14 iyun 2022-ci il tarixli 123 nömrəli əmrə əsasən təkrar vakanta buraxıldığına görə iddiaçı 2022-ci ilin avqust və sentyabr aylarında tarifləşmə cədvəlinə uyğun 6 (altı) saat dərs yükünə görə əmək haqqı almışdır. Göründüyü kimi 2022-ci ilin avqust və sentyabr ayları üçün 18 saat dərs yükünə görə ona 400 manat əmək haqqı hesablanması barədə tələbi qanunsuz və əsassız olduğuna görə iddia ərizəsinin rədd edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi əsassız olduğu üçün təmin olunmamalıdır. Belə ki, iş materiallarında olan Sumqayıt şəhər Təhsil Şöbəsi 14 nömrəli tam orta məktəbin xx.xx.2023-cü il tarixli arayışın surətindən görünür ki, Azayeva Mərziyyə Sərkər qızı Sumqayıt şəhəri Vətən X3 İbrahimli adına 14 nömrəli tam orta məktəbdə ibtidai sinif məllimi işləyir. İşdə olan Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Abşeron-Xızı Regional Təhsil İdarəsinin İddiaçı ünvanladığı xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, o, Sumqayıt şəhər A.İbrahimli adına 14 nömrəli tam orta məktəbdə 2021/2022-ci ilin tarifləşmə cədvəlinə əsasən 6 saat dərs yükü ilə təmin olunmuşdur. Lakin sonradan ona məktəb direktorunun xx.xx.2021-ci il tarixli 173 nömrəli əmrinə əsasən əlavə 12 saat dərs yükü verilmişdir. Vakant olan 12 saat dərs yükü tarifləşmə cədvəlində öz əksini tapmadığı üçün məktəb direktorunun xx.xx.2021-ci il tarixli 123 nörməli əmrinə əsasən tədris ilinin sonunda dayandırılmışdır. Bu səbəbdən avqust və sentyabr aylarının əməkhaqqısı 6 saat dərs yükünə əsasən hesablanmışdır. İşə əlavə olan İT-№ ******* saylı, xx.xx.1990-cı il tarixli əmək kitabçasının surətindən görünür ki, İddiaçı 14 saylı orta məktəbin kadr çatışmazlığını nəzərə alaraq 01 fevral 1995ci il tarixdən məktəbə ibtidai sinif müəllimi qəbul edilmişdir. İş materiallarında olan Sumqayıt Şəhər Vətən X3 İbrahimli adına 14 nömrəli tam orta məktəbin 20 sentyabr 2021-ci il tarixində keçirilən Pedaqoji Şura iclasının 1 nömrəli protokolundan çıxarışından görünür ki, İddiaçı və digər müəllimlərin diaqnostik balları aşağı olmasına baxmayaraq pedaqoji bacarıqları yüksək olduğuna görə və çoxsaylı valideynlərin istəyini nəzərə alaraq vakanta çıxarılan dərs yükü ilə təmin olunması təmin olunmaları qərara alınmışdır. İşdə olan Sumqayıt şəhər 14 nömrəli tam orta məktəb üzrə xx.xx.2021-ci il tarixli 173 nömrəli əmrdən çıxarışdan görünür ki, məktəbin 2B sinfində vakantda olan 12 (on iki) saat dərs yükü məktəbin ibtidai sinif müəllimi İddiaçı Azərbaycan dili-9 saat, Həyat bilgisi-1 saat, Texnologiya- 1 saat və musiqi-1 saat dərs saatı verilmişdir. İşə əlavə olan Sumqayıt şəhər 14 nömrəli tam orta məktəb üzrə xx.xx.2022-ci il tarixli 123S2 nömrəli əmrdən çıxarışdan görünür ki, məktəbin ibtidai sinif müəllimi İddiaçı 2B sinfində adında olan 12 (on iki) saat dərs yükü 14 iyun 2022-ci il tarixindən götürülsün və vakatan buraxılsın. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 57-ci maddəsinin 3-cü bəndinə əsasən əmək funksiyasının dəyişdirilməsinə yalnız tərəflərin qarşılıqlı razılığı ilə yol verilir. Birtərəfli qaydada əmək funksiyasının dəyişdirilməsinə, onun dairəsinin azaldılmasına və ya artırılmasına yol verilmir. Həmin Məcəllənin 61-ci maddəsinin 2-ci maddəsinə əsasən boş vəzifə üzrə əmək funksiyasının icrasının həvalə edilməsinə işçinin razılığı ilə yol verilir. Əgər işçi eyni zamanda həm özünün, həm də əvəz etdiyi boş vəzifə üzrə əmək funksiyasını yerinə yetirirsə, onda ona boş vəzifə üçün nəzərdə tutulmuş əmək haqqının (vəzifə maaşının) yarısından az olmamaq şərti ilə əlavə əmək haqqı ödənilməlidir. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 2-ci maddəsinin 1-ci bəndinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsi işçilərlə işəgötürənlər arasında yaranan əmək münasibətlərini, habelə onlarla müvafiq dövlət hakimiyyət orqanları, hüquqi şəxslər arasında həmin münasibətlərdən törəyən hüquq münasibətlərini tənzim etdiyindən məhkəmə qeyd edir ki, mübahisənin həlli üçün əmək qanunvericiliyinin normaları tətbiq olunmalıdır. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 178.1-ci maddəsinə əsasən işəgötürən maliyyə vəziyyətindən asılı olmayaraq işçiyə onun gördüyü işin müqabilində müəyyən edilmiş əmək haqqını bu Məcəllənin 172-ci maddəsi ilə müəyyən edilmiş müddətlərdə ödəməyə borcludur. İşçiyə aylıq əmək haqqının ödənilməməsində təqsirkar olan işəgötürən qanunvericilikdə nəzərdə tutulan qaydada müvafiq məsuliyyətə cəlb edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iclası zamanı müəyyən edildi ki, ibtidai sinif müəllimi İddiaçı Sərkr qızı 29 avqust 2022-ci il tarixində Azərbaycan Respublikası Elm və Təhsil Nairliyi tərəfindən keçirilən müəllimlərin sertifikatlaşdırılması imtahanında keçid balını toplamamış və imtahandan kəsilmiş hesab edilmişdir. Göründüyü kimi iddiaçı ixtisası üzrə 10 (on) baldan aşağı bal topladığı üçün Azərbaycan Respublikası Təhsil Nazirliyinin xx.xx.2017-ci il tarixli xx-xx-2589/2015 nömrəli məktubuna əsasən tam qanuni olaraq tarifləşmə cədvəlində 6 (altı) saat dərs yükü ilə təmin olunmuşdur. Məhkəmə qeyd olunan normalardan çıxış edərək hesab edir ki, iddiaçı Sumqayıt şəhər A.İbrahimli adına 14 nömrəli tam orta məktəbdə 2021/2022-ci ilin tarifləşmə cədvəlinə əsasən 6 saat dərs yükü ilə təmin olunmuşdur. Lakin sonradan iddiaçıya məktəb direktorunun xx.xx.2021-ci il tarixli 173 nömrəli əmrinə əsasən əlavə 12 saat dərs yükü verilmişdir. Vakant olan 12 saat dərs yükü tarifləşmə cədvəlində öz əksini tapmadığı üçün məktəb direktorunun xx.xx.2021-ci il tarixli 123 nörməli əmrinə əsasən tədris ilinin sonunda dayandırılmışdır. Bu səbəbdən avqust və sentyabr aylarının əməkhaqqısı 6 saat dərs yükünə əsasən hesablanmışdır. Belə olan halda məhkəmədə iddia tələbini əsassız hesab edir. Hesab edir ki, iddiaçı tərəf iddia tələbi üzrə heç bir sübut məhkəməyə təqdim etməmişdir. Azərbaycan Respublikası MPM-nin 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunubolunmadığını müəyyən edir. Prosessual qanunvericiliyin “iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edilməsi”, “nə kimi halların müəyyən edilməməsi”, “tərəflərin hansı hüquq münasibətində olmaları” barədə tələblərinə riayət olunması üçün ilkin olaraq iş üzrə toplanmış sübutlar qiymətləndirilməlidir. Sübutların qiymətləndirilmısini tənzimləyən MPM-nin 88-ci maddəsi müəyyən edir ki, Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Konstitusiya Məhkəməsi Plenumunun İ.Ağayevin şikayəti üzrə 22 yanvar 2013-cü il tarixli Qərarında formalaşdırdığı hüquqi mövqeyə əsasən, məhkəmələr səlahiyyətləri çərçivəsində qanuna uyğun, dəqiq, hər hansı üstünlüyə, ayrı-seçkiliyə və ya qərəzliliyə yol vermədən, tərəflərin bərabərliyi və çəkişmə prinsiplərinə əməl etməklə, işlərə hərtərəfli baxaraq hər kəsin ədalətli məhkəmə araşdırılması hüququnu təmin etməlidirlər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu özünün «N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 31 yanvar 2006-cı il tarixli qərarında göstərmişdir ki, «məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi ilk növbədə məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir». Beləliklə, mülki prosessual qanunvericiliyinə müvafiq olaraq məhkəmə ədalət mühakiməsini çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradaraq, iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq, məcmu halda hüquqi qiymət verməklə hesab edir ki, iddia tələbi rədd edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddiaçı Azayeva Mərziyyə Sərkər qızının cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyi Abşeon-Xızı Regional Təhsil İdarəsi və Maraqlı şəxsə qarşı «pul tələbinə dair» iddia tələbi təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər. Sədrlik edən: Gülnarə Tağızadə
Məhkəmə qərarları › İş №2(060)-2696/2023
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-2696/2023
22.05.2023 · Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver