Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-2701/2021 17.06.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hüseynov Elmir Xoşbəxt oğlunun sədrliyi, Novruzova Nailə Xəlfəqulu qızının katibliyi, İlkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdehin vəkili və nümayəndəsi Vəkil, İlkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçının vəkili və nümayəndəsi X3 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı aliment və maddi yardım tələbi barədə, Cavabdeh İddiaçı qarşı nikahın pozulması və uşaq tələbinə dair qarşılıqlı iddiasi üzrə mülki işə Sumqayıt Şəhər Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı Cavabdeh qarşı aliment və maddi yardım tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh övladları 05.09.2010-cu il il təvəllüdlü X6, 17.05.2012-ci il təvəllüdlü X5 və 10.12.2018-ci il təvəllüdlü X7 yetkinlik yaşına çatana qədər saxlanması üçün hər ay hər uşaq üçün 175 manat olmaqla, 525 manat sabit pul məbləğində aliment və 10.12.2018-ci il təvəllüdlü X4 3 (üç) yaşı tamam olana qədər 100 (yüz) manat maddi yardımın tutulması tələbinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh İddiaçı qızına qarşı nikahın pozulması və uşaq tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı ilə aralarında olan nikahın pozulması və 05.09.2010-cu il il təvəllüdlü X6, 17.05.2012-ci il təvəllüdlü X5 və 10.12.2018-ci il təvəllüdlü X4 İddiaçı alınaraq ona verilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İlkin iddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdehlə 2010-cu ildə rəsmi nikahla ailə həyatı qurmuşlar. Nikahdan 05.09.2010-cu il il təvəllüdlü X6, 17.05.2012-ci il təvəllüdlü X5 və 10.12.2018-ci il təvəllüdlü X7 adlı övladları vardır. Cavabdehlə faktiki olaraq ayrılmışdır. Övladlarının saxlanması ona çətinlik yaradır. Qeyd olunanlara əsasən iddiaçı iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Qarşılıqlı iddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdehlə 2010-cu ildə rəsmi nikahla ailə həyatı qurmuşlar. 05.09.2010-cu il il təvəllüdlü X6, 17.05.2012-ci il təvəllüdlü X5 və 10.12.2018-ci il təvəllüdlü X7 adlı övladları vardır. Cavabdehlə faktiki olaraq ayrılmışdır. Odur ki, cavabdehlə aralarında olan nikahın pozulmasını və övladlarının onun himayəsinə verilməsini xahiş edir. Məhkəmə iclasında ilkin iddia üzrə iddiaçının nümayəndəsi iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək, tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında ilkin iddia üzrə cavabdehin nümayəndəsi qarşılıqlı iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək, tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə tərəflərin izahatını dinləyərək, iş materiallarını tədqiq edərək hesab edir ki, ilkin iddia və qarşılıqlı iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan: - -nikah haqqında şəhadətnamədən görünür ki, Cavabdeh ilə X8 qızı arasında 05.04.2010-cu ildə nikah bağlanmış və bu barədə nikah haqqında akt qeydləri kitabında həmin tarixdə 15 nömrəsi ilə qeydiyyat aparılmışdır. Arvada Rzayeva soyadı verilmişdir. -doğum haqqında arayışlardan və doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, tərəflərin birgə nikahından 05.09.2010-cu il il təvəllüdlü X6, 17.05.2012-ci il təvəllüdlü X5 və 10.12.2018-ci il təvəllüdlü X7 adlı övladları vardır. -Sumqayıt şəhəri İcra Hakimiyyəti Başçısı yanında Qəyyumluq və Himayəçilik Komissiyasının 254 saylı, 16.05.2021-ci il tarixli rəyindən görünür ki, 05.09.2010-cu il il təvəllüdlü X6, 17.05.2012-ci il təvəllüdlü X5 və 10.12.2018-ci il təvəllüdlü X4 anaları İddiaçı himayəsində saxlanılmasını məqsədə uyğun hesab edir. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, 2010-cu ildə rəsmi nikahla ailə həyatı qurmuşlar. Birgə rəsmi nikahdan 05.09.2010-cu il il təvəllüdlü X6, 17.05.2012-ci il təvəllüdlü X5 və 10.12.2018-ci il təvəllüdlü X7 adlı övladları vardır. İlkin iddia tələbi üzrə iddiaçı övladlarının saxlanması üçün aliment və maddi yardım tələb edir. İlkin iddia üzrə cavabdeh nikahın pozulmasını və övladlarının onun himayəsinə verilməsini xahiş edir. İlkin iddia üzrə cavabdehin boşanma səbəbi xasiyyətlərinin uyğun gəlməməsidir. Məhkəmənin ailənin bərpası üçün gördüyü tədbirlər də heç bir nəticə verməmiş və tərəflər barışmamışdır. Tərəflər nikahın pozulmasına razıdır. Məhkəmə araşdırması zamanı müəyyən olunanlara əsasən məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 19.1-ci maddəsinə əsasən bu Məcəllənin 17.2-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, ər-arvadın yetkinlik yaşına çatmayan ümumi uşaqları olduqda və ya ər (arvad) nikahın pozulmasına razı olmadıqda nikah məhkəmə qaydasında pozulur. Həmin Məcəllənin 21.1-ci maddəsinə əsasən yetkinlik yaşına çatmayan ümumi uşaqları olan ər-arvadın nikahın pozulmasına qarşılıqlı razılığı olduqda, eləcə də bu Məcəllənin 19.2-ci maddəsində göstərilən hallarda nikah onun pozulma səbəbləri məhkəmə qaydasında araşdırılmadan pozulur. Məhkəmə hesab edir ki, qarşılıqlı iddia tələbi bu hissədə təmin edilməli, iddiaçı və cavabdeh aralarında olan nikahın pozulması razı olduqları üçün arasında 05.04.2010-cu il tarixdə bağlanmış, 15 nömrəsi ilə qeydə alınmış nikah pozulmalıdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 22.2-ci maddəsinə əsasən bu Məcəllənin 22.1-ci maddəsində göstərilən məsələlər üzrə ər-arvadın arasında saziş olmadıqda, eləcə də bu saziş uşaqların və ya tərəflərdən birinin marağını pozduqda məhkəmə boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qaldığını və uşaqlar üçün alimentin hansı valideyndən və hansı miqdarda tutulduğunu müəyyən etməlidir. Məhkəmə Sumqayıt şəhəri İcra Hakimiyyəti Başçısı yanında Qəyyumluq və Himayəçilik Komissiyasının rəyini, digər diqqətəlayiq olan digər halları nəzərə alıb birgə nikahdan doğulmuş uşağların ana qayğısına daha çox ehtiyacı olmasını,uşağın inkişaf və tərbiyəsi üçün şərait yaradılması məqsədi ilə hesab edir ki, 05.09.2010-cu il il təvəllüdlü X6, 17.05.2012-ci il təvəllüdlü X5 və 10.12.2018-ci il təvəllüdlü X7 yetkinlik yaşına çatana qədər anası İddiaçı yanında qalmalıdırlar. Azərbaycan Respublikası Konstitusiyasının 34-cü maddəsinin İV bəndinə əsasən ər ilə arvadın hüquqları bərabərdir və uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Tərəflərdən hər biri ilə uşaq qalıbsa, bir valideyndən az təminatlı digər valideynin xeyrinə hər ay tutulan alimentin miqdarı bu Məcəllənin 78-ci maddəsinə uyğun olaraq məhkəmə tərəfindən sabit pul məbləğində müəyyən edilir. “Azərbaycan Respublikasında 2020-ci il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanununun 1-ci maddəsinə əsasən 2021-ci il uşaqlar üçün yaşayış minimumu 175 manat məbləğində müəyyən edilmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Məhkəmə iddianın aliment tələbi ilə bağlı olan hissəsini araşdıraraq, hesab edir ki, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi və məbləği barədə razılıq olduğu üçün alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən edilməlidir. Həmçinin tələb edilən aliment məbləği minimal standartlara uyğun olmalıdır və ona görə bu hissədə də ilkin iddia tələbibu hissədə qismən təmin edilməlidir. 05.09.2010-cu il il təvəllüdlü X6, 17.05.2012-ci il təvəllüdlü X5 və 10.12.2018-ci il təvəllüdlü X1 üçün hər birinə 130 manat olmaqla, 390 manat alimentin Cavabdeh tutularaq İddiaçı verilməsini məqsədəmüvafiq hesab edir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 84.2-ci və 84.2.2-ci maddələrinə əsasən maddi cəhətdən köməyin göstərilməsindən imtina edildikdə və ər-arvad arasında alimentin ödənilməsi barədə saziş olmadıqda hamiləliyi dövründə və uşaqlarının doğulduğu gündən üç il ərzində arvad buna zəruri vəsaitə malik olan digər tərəfin aliment ödəməsini məhkəmə qaydasında tələb etmək hüququna malikdir. Məhkəmə tərəflərin maddi vəziyyətini, qeyd olunan qanunvericiliyin normalarının tələblərini nəzərə alaraq belə nəticəyə gəlir ki, ilkin iddia 10.12.2018-ci il təvəllüdlü X7 üç yaşı tamam olanadək 100 manat aliment tələbi hissəsində də qismən təmin edilməli, 0.12.2018-ci il təvəllüdlü X7 üç yaşı tamam olanadək 50 manat aliment Cavabdeh tutularaq İddiaçı verilməlidir. Beləliklə, məhkəmə hesab edir ki, Cavabdeh oğlu ilə İddiaçı arasında Abşeron rayonu İHB-nın Saray qəsəbəsi üzrə İcra Nümayəndəliyində 05.04.2010-cu il tarixdə bağlanmış, 15 nömrəsi ilə qeydə alınmış nikah pozulmalı, nikahdan doğulmuş 05.09.2010cu il təvəllüdlü X6, 17.05.2012-ci il təvəllüdlü X5 və 10.12.2018-ci il təvəllüdlü X7 yetkinlik yaşına çatana qədər anası İddiaçı yanında qalmalı və 05.09.2010-cu il təvəllüdlü X6, 17.05.2012-ci il təvəllüdlü X5 və 10.12.2018-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatana qədər saxlanması üçün hər ay hər uşaq üçün sabit pul məbləğində 130 manat olmaqla, cəmi 390 manat və 10.12.2018-ci il təvəllüdlü X7 üç yaşına çatanadək saxlanması üçün 50 manat aliment Cavabdeh oğlundan tutularaq İddiaçı verilməlidir. Eyni zamanda Ailə Məcəlləsinin 100.2-ci maddəsinə müvafiq olaraq həmin vəsait 15.02.2021-ci il tarixdən hesablanmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 234.2.1-ci maddəsinə əsasən şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur. Azərbaycan Respublikası MPM-nin 77.1.-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4.-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, qət etdi: İlkin və qarşılıqlı iddia qismən təmin edilsin. 15.02.2021-ci ildən etibarən 05.09.2010-cu il təvəllüdlü X6, 17.05.2012-ci il təvəllüdlü X5 və 10.12.2018-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatana qədər saxlanması üçün hər ay hər uşaq üçün sabit pul məbləğində 130 manat olmaqla, cəmi 390 manat və 10.12.2018-ci il təvəllüdlü X7 üç yaşına çatanadək saxlanması üçün 50 manat aliment Cavabdeh oğlundan tutularaq İddiaçı verilsin. Cavabdeh oğlu ilə İddiaçı arasında Abşeron rayonu İHB-nın Saray qəsəbəsi üzrə İcra Nümayəndəliyində 05.04.2010-cu il tarixdə bağlanmış, 15 nömrəsi ilə qeydə alınmış nikah pozulsun. Nikahdan doğulmuş 05.09.2010-cu il təvəllüdlü X6, 17.05.2012-ci il təvəllüdlü X5 və 10.12.2018-ci il təvəllüdlü X7 yetkinlik yaşına çatana qədər anası İddiaçı yanında qalsınlar. İlkin və qarşılıqlı iddia qalan hissədə təmin edilməsin. Məhkəmə qətnaməsi alimentin tutulması hissədə dərhal icra olunsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə qəbul edildiyi gündən 1(bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Elmir Hüseynov
Məhkəmə qərarları › İş №2(060)-2701/2021
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-2701/2021
17.06.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver