Məhkəmə qərarları › İş №2(060)-2831/2022

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-2831/2022

23.05.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-2831/2022 23.05.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Tanrıverdiyeva Günel Cəbrayıl qızının sədrliyi, Əsədli İlahə Yusif qızının katibliyi, İddiaçı, Cavabdeh etibarnamə üzrə səlahiyyətli nümayəndəsi Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair mülki işə Sumqayıt şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, rəsmi nikahlarından anadan olmuş 19 avqust 2012-ci il təvəllüdlü X1 və 11 yanvar 2018-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh hər ay hər uşağa görə 193 (yüz doxsan üç) manat, cəmi 386 (üç yüz səksən altı) manat sabit pul məbləğində alimentin 14 dekabr 2021-ci ildən və mediasiya xərcinin əvəzi olaraq 25 (iyirmi beş) manatın cavabdehdən tutularaq İddiaçı ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh ilə 26 sentyabr 2010-cu ildə nikahlarını rəsmiləşdirərək ailə həyatı qurmuşdur. Rəsmi nikahlarından 19 avqust 2012-ci il təvəllüdlü X2 və 11 yanvar 2018-ci il təvəllüdlü X6 anadan olmuşdur. Bakı şəhər, Xətai rayon Məhkəməsinin 29 sentyabr 2015-ci il tarixli, 2(011)-4501/2015 saylı qətnaməsi ilə nikahları pozulmuş və rəsmi nikahlarından anadan olınuş 19 avqust 2012-ci il təvəllüdlü X1 onun yəni, İddiaçı yanında qalması qət edilmişdir. Rəsmı nikahları pozulduqdan sonra digər övladı 11 yanvar 2018-ci il təvəllüdlü X6 anadan olmuşdur. Cavabdeh ona və övladlarına heç bir maddi yardım göstərməmiş, qazancını özünə sərf etmişdir. Əlacsız qalıb məhkəməyə aliment tələbi barədə müraciət etmək məcburiyyətində qalmışdır. Onların tələbatları günügündən artır. Uşaqlarının yeyib-içmək, qida, təhsil və digər xərclərini ödəyə bilmir. Halhazırda uşaqlar üçün minimum dolanışıq xərci Azərbaycan Respublikasında 193 (yüz doxsan üç) manat müəyyən edilmişdir. Hesab edir ki, rəsmi nikahlarından anadan olmuş 19 avqust 2012-ci il təvəllüdlü X1 və 11 yanvar 2018-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh hər ay hər uşağa görə 193 (yüz doxsan üç) manat, cəmi 386 (üç yüz səksən altı) manat sabit pul məbləğində alimentin 14 dekabr 2021 -ci ildən (Mediasiya Şurasına müraciət edilən tarix) və mediasiya xərcinin əvəzi olaraq 25 (iyirmi beş) manatın cavabdehdən tutularaq İddiaçı ödənilməsi barədə qətnamə qəbul edilməlidir. Qeyd edir ki, Mediasiya prosesi zamanı cavabdehlə barışıq əldə edilməmişdir. Mediasiya haqqında qanunun 3.4-cü maddəsinə əsasən Mediasiya prosesi zamanı 50 (əlli) manat dövlət rüsumunu o, ödəmişdir. Bunu 09.02.2022-ci il tarixli, MŞB/5-00292 saylı arayış təsdiq edir. Qeyd edilənlərə əsasən iddiaçı iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş etmişdir. Cavabdeh məhkəməyə iddia ərizəsinə etiraz ünvanlayaraq bildirmişdir ki, İddiaçı ona qarşı «aliment tələbinə dair» iddia ərızəsi ilə məhkəməyə müraciət edərək, birgə nikahdan doğulmuş övladları 19.08.2012-ci il təvəllədlü X2, 11.01.2018-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi saxlanılması üçün ondan hər bir uşaq üçün 193 manat olmaqla, cəmi 386 manat məbləğində aliment tutularaq ona verilməsini xahiş etmişdir. İddiaçı iddiasını qismən qəbul edir və aşağıdakıları qeyd etməyi zəruri hesab edir: O, fərdi işlə məşğul olur, təsadüfi qazancla dolanır. O, iddiaçı ilə rəsmi olaraq məhkəmə qətnaməsi ilə boşansalar da, sonradan barışmışdırlar və 2021-ci ilin dekabr ayına qədər birgə yaşamışdırlar. Yənı ata evini satıb özlərinə 3 otaqlı mənzil almışdırlar və mənzilə dair Çıxarışda hər ikisinin adı qeyd olunmuşdur. 2021-ci ilin dekabr ayından faktiki olaraq ayrılmışdırlar. O, uşaqlarına görə hər şeyə hazır olan adamdır. Lakin 386 manat aliment ödəmək iqtidarında deyil. Onun aylıq gəliri təxminən 200 manat təşkil edir. O, həmin məbləği uşaqlarına görə ödəyə bilər. Ondan artığını ödəyə bilməyəcək. Bu həm də uşaqlarım mənafeyinə uyğundur. Belə ki, o, alimenti ödəyə bilməyəcəyi təqdirdə tutulmağı, uşaqları isə bu puldan mərhum olunmasına səbəb olar. Yaşayış minimumu ölkədə 193 manat olması o demək deyildir ki, hər uşağa görə bu məbləğ tutulmalıdır. Bu zaman aliment ödəyənin imkanı da nəzərə alınmalıdır. ddiaçı iddia ərizəsində alimentin tutulmasının mediasiyaya müraciət etdiyi vaxtdan, yəni 14.12.2021-ci il tarixdən tutulmasını tələb edir. Halbuki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Ona görə hesab edir ki, ondan tutulan aliment məhkəməyə müraciət olunduğu tarixdən hesablanmaqla hər ay 200 manat həddində olmalıdır. Qeyd olunanlara əsasən cavabdeh iki uşağının yetkinlik yaşına çatana kimi saxlanılması üçün iddiaçının xeyirinə ondan 200 manat aliment tutulması və alimentin tutulmasının məhkəməyə müraciət olunduğu tarixdən hesablanması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinə uyğun izahat verərək iddia tələbini müdafiə etdiyini bildirdi və əlavə olaraq qeyd etdi ki, cavabdehlə rəsmi nikahlarından 2012-ci ildə qızları Fatimə dünyaya gəlmişdir. Daha sonra məhkəmənin 2015-ci il tarixli qərar ilə onun cavabdehlə olan rəsmi nikahı pozulmuşdur. Lakin sonra onlar barışıb ailə kimi birgə yaşamışdırlar. Birgə faktiki nikahlarından isə 2018-ci ildə Əli adlı övladları doğulmuşdur. 2021-ci ilin noyabr ayından cavabdehlə ayrılmış və birgə təsərrüfat idarə etmirlər. Dekabr ayında isə mediasiya üçün müraciət etmişdir. Cavabdeh könüllü olaraq onlara heç bir maddi yardım etmir. Cavabdeh rəsmi olaraq heç bir yerdə işləmir, fərdi əməklə məşğuldur, tikinti materiallarının satışı və daşınması işlərini görür və aylıq 1000 manat qazancı olur. O, uşaqlarının saxlanması üçün qanunla müəyyən edilmiş qaydada aliment tutulmasını istəyir. Belə ki, onun özünün maddi vəziyyəti o qədər yaxşı deyil. Belə ki, o, uşaqlarını saxlamaq üçün borc pul götürmüşdür. Bundan başqa cavabdeh uşaqlarını görmək üçün məhkəmədən iki gün öncə onun yaşadığı evə gəlmiş, lakin cavabdeh aliment ödəmədiyi üçün uşaqları ona göstərməmiş və məhkəmə qaydasında uşaqlarla həftədə bir gün görüş müəyyən ediləcəyi halda uşaqlarla görüşməyinə cavabdehə şərait yaradacağını bildirmişdir. İddiaçı qeyd etdiklərinin nəzər alınmasını və iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh etibarnamə üzrə səlahiyyətli nümayəndəsi Vəkil etiraza uyğun izahat verərək iddia tələbini qismən qəbul etdiyini bildirdi və əlavə olaraq qeyd etdi ki, cavabdeh fərdi əməklə məşğuldur, kiçik maşını var, həmin maşın vasitəsi ilə tikinti materialları daşıyır və aylıq 200 manat qazancı olur. Cavabdeh iki uşağın saxlanması üçün ümumilikdə 200 manat aliment ödəyə biləcəyini bildirmişdir. Vəkil qərar qəbul edilərkən qeyd edilənlərin nəzərə alınmasını, 200 manat məbləğində aliment müəyyən edilməsini və alimentin məhkəməyə müraciət edildiyi vaxtdan tutulmasını xahiş etdi. Məhkəmə tərəfindən işin halları müəyyən edilərkən aşağıdakı sübutlara istinad olunmuşdur. İş materiallarında olan Xətai Rayon Məhkəməsinin 2(011)-4501/2015 saylı, 29 sentyabr 2015-ci il tarixli qətanməsindən görünür ki, həmin qətnamə ilə Cavabdeh ilə Abdullayeva (Babazadə) Ayşən Əhməd qızı arasında 26.09.2010-cu il tarixdə bağlanmış 1515 saylı nikahın pozulması, birgə nikahdan olan 19.08.2012-ci il təvəllüdlü X1 anası Abdulİayeva (Babazadə) Ayşən Əhməd qızının yanında saxlanılması qət edilmişdir. İşdə olan AZ-İV 127835 saylı və AZ-İİ 953636 saylı doğum haqqında şəhadətnamələrin notarial qaydada təsdiq olunmuş surətlərindən görünür ki, tərəflərin 19 avqust 2012-ci il təvəllüdlü X2 və 11 yanvar 2018-ci il təvəllüdlü X6 adlı iki övladları var. İş materiallarına əlavə olunmuş AZ-İ 348420 nömrəli atalığın müəyyən edilməsi haqqında şəhadətnamənin surətinə əsasən, X4 X3 atası hesab edilmişdir. Bu barədə atalığın müəyyən edilməsi haqqında akt qeydləri kitabında 30.05.2018-ci il tarixdə 147 nömrə ilə qeyd edilmişdir. İş materiallarından görünür ki, İddiaçı Cavabdeh 14.12.2021-ci il tarixdə mediasiya prosesinin tətbiqi barədə təklif ünvanlamışdır. İşdə olan ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə 09.02.2022-ci il tarixli arayışdan görünür ki, ilkin mediasiya sessiyasının keçirilməsi üçün 50 (əlli) manat məbləğində mediasiya xərci İddiaçı tərəfindən ödənilmişdir. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, “Uşaq hüquqları haqqında” Konvensiyanın 18-ci maddəsinin 1-ci bəndinə görə, iştirakçı dövlətlər uşağın tərbiyəsi və inkişafı üçün hər iki valideynin ümumi və eyni məsuliyyət daşıması prinsipinin tanınmasını təmin etməkdən ötrü mümkün olan bütün səyləri göstərirlər. Uşağın tərbiyəsi və inkişafı üçün əsas məsuliyyəti valideynlər və ya müvafiq hallarda qanuni qəyyumlar daşıyırlar. Uşağın ən yaxşı mənafeyi onların əsas qayğı obyektidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin: - 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. - 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. - 78.1-ci maddəsinə görə valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa…habelə alimentin valideynin qazancından müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağının əhəmiyyətli pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edə bilər. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 19-cu maddəsinə əsasən uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifəsidir. Göründüyü kimi, qanunverici uşaqların saxlanmasını, onların maddi-məişət tələbatının ödənilməsini uşaqla birgə yaşayıb-yaşamamasından asılı olmayaraq uşağın hər iki valideyninin üzərinə bir vəzifə olaraq qoymuşdur. Uşaqların saxlanılmasından boyun qaçıran valideynlər bu vəzifəni həyata keçirməyə məhkəmə qaydasında məcbur edilə bilərlər. Ailə Məcəlləsinin 78.2-ci maddəsinə əsasən, sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanılması əsas tutularaq müəyyən edilir. Qanunverici bu maddədə alimentin miqdarı müəyyən olunarkən məhkəmənin üzərinə bir sıra məsələlərin araşdırılması vəzifəsini qoymuşdur: tərəflərin maddi və ailə vəziyyəti; diqqətəlayiq digər hallar; uşağın əvvəlki təminatının səviyyəsi. Məhkəmə tərəfindən tərəflərin maddi vəziyyətinin araşdırılması zamanı, onların gəlirləri (məsələn, vergi ödəyicisi kimi ödənilən verginin məbləği və s.), digər qazanc mənbəyi, təhsili, hansı peşəyə sahib olması, əvvəlki iş yeri, yaşayış səviyyəsi (hansı şəraitdə yaşaması və s.), əmlak vəziyyəti (daşınar və daşınmaz əmlaklarının olub-olmaması), özünün saxlanılması üçün minimum tələbatını ödəyə bilməsi və s. qanunvericiliyə müvafiq olaraq müəyyən edilməlidir (“Аzərbаycаn Respublikası Аilə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 27 iyul 2016-cı il tarixli qərarı). “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016-cı il tarixli qərarında göstərilmişdir ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır (“Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsi). Nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatın aliment kimi digər valideyndən tutulmasına əsas verir. Aliment ödəyən əmək qabiliyyətli valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və qazanca malik olmaması onu uşağı saxlamaq, qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir. Məhkəmə hesab edir ki, uşaqları saxlamaq vəzifəsi hər iki valideynin üzərinə düşdüyündən, 19 avqust 2012-ci il təvəllüdlü X1 və 11 yanvar 2018-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay hər uşağa görə 150 (yüz əlli) manat olmaqla, cəmi 300 (üç yüz) manat sabit pul məbləğində alimentin müəyyən edilməsi onların əvvəlki təminat səviyyəsinin saxlanılmasına imkan verir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, 19 avqust 2012-ci il təvəllüdlü X1 və 11 yanvar 2018-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh hər ay hər uşağa görə 150 (yüz əlli) manat olmaqla, cəmi 300 (üç yüz) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilməlidir. Məhkəmə qeyd edir ki, iddiaçı ərizəsində alimentin mediasiyanın tətbiqi barədə təklifin göndərildiyi gündən – 14 dekabr 2021-ci il tarixdən hesablanmasını məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsinə görə aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Həmin Məcəllənin 100.3-cü maddəsinə görə məhkəmə iddiaçının aliment almaq üçün məhkəməyə müraciət edənədək tədbirlər gördüyünü, lakin aliment ödəməli olan şəxsin onu verməkdən boyun qaçırması nəticəsində alimentin alınmadığını müəyyən edərsə, əvvəlki dövr üçün aliment 3 illik müddət həddində verilə bilər. Məhkəmə qeyd edir ki, cavabdeh məhkəməyə ünvanladığı etiraz ərizəsində iddiaçı ilə 2021-ci ilin dekabr ayından faktıki olaraq ayrıldığını etiraf etmişdir. Bu səbəbdən məhkəmə hesab edir ki, iddia ərizəsi alimentin mediasiyanın tətbiqi barədə təklif göndərildiyi gündən – 14 dekabr 2021-ci ildən hesablanması hissəsində də təmin edilməli, alimentin tutulması 14.12.2021-ci il tarixdən hesablanmalıdır. Azərbaycan Respublikası MPM-nin 112.1.3-cü maddəsinə əsasən aliment alınması haqqındakı iddialarda iddianın qiyməti bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. Hazırda iddiaçı cavabdehdən hər ay 386 manat aliment tutulmasını xahiş etmişdir. Beləliklə iddianın qiyməti 4632 manatdır (386 x 12). Belə iddiaya görə isə dövlət büdcəsinə 66 (30+36) manat dövlət rüsumu ödənilməli idi. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.2-ci maddəsinə görə aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Azərbaycan Respublikası MPM-nin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Bu səbəbdən məhkəmə hesab edir ki, Cavabdeh 66 manat dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilməlidir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-1-ci maddəsinə görə “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Bu Qanunda nəzərdə tutulmuş dövlət rüsumunun məbləği çəkilmiş xərclərdən artıq olduqda, tərəf çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilir. “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununun 36.5-ci maddəsinə əsasən “mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. İş materiallarında olan ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə 09.02.2022-ci il tarixli arayışdan görünür ki, İddiaçı ilkin mediasiya sessiyasında iştirak etmiş və ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı 50 manat məbləğində mediasiya xərci ödəmişdir. Məhkəmə hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş mediasiya xərcinin də yarısı - 25 manat Cavabdeh tutularaq İddiaçı ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutub, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. 14.12.2021-ci il tarixdən başlayaraq 19 avqust 2012-ci il təvəllüdlü X1 və 11 yanvar 2018-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh hər ay hər uşağa görə 150 (bir yüz əlli) manat olmaqla, cəmi 300 (üç yüz) manat sabit pul məbləğində aliment və 25 (iyirmi beş) manat ödənilmiş mediasiya xərci tutularaq İddiaçı verilsin. Cavabdeh 66 (altmış altı) manat dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Günel Tanrıverdiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar