Məhkəmə qərarları › İş №2(060)-2848/2021

Sumqayıt Şəhər Məhkəməsi Qərardad — İş №2(060)-2848/2021

16.03.2021 · Müqavilələrin ləğv edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(060)-2848/2021 16.03.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Aynur Mirzalı qızı Behbudovanın sədrliyi, Həsənli Mehriban Hüseyn qızının katibliyi ilə, İddiaçı MTK-nin Cavabdeh və maraqlı tərəf Azərbaycan Beynəlxalq Bankına qarşı müqavilənin ləğvinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı MTK Cavabdeh və maraqlı tərəf Azərbaycan Beynəlxalq Bankına qarşı müqavilənin ləğvinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, məhkəmədən Cavabdeh ilə İddiaçı MTK arasında bağlanmış ********* saylı, xx.xx.2016-cı il tarixli payçı müqaviləsinin ləğv edilməsi və Sumqayıt şəhəri, 10-cu mikrorayon, 24 nömrəli məktəb, bina 1, blok 2, mərtəbə 4, ümumi sahəsi 62.5 kv.metrdən ibarət 3 otaqlı 162 saylı mənzilin boşaldılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmənin icraatına xx.xx.2021-ci il tarixdə daxil olmuş mülki işin hazırlıq iclası xx.xx.2021-ci il tarixə, saat 16:10-a təyin edilmiş, məhkəmə baxış iclası xx.xx.2021-ci il tarixə, saat 11:50-ə təyin olunmuşdur. İddiaçı MTK, Cavabdeh və maraqlı tərəf Azərbaycan Beynəlxalq Bankı məhkəmə iclasının yeri və vaxtı barədə qanunla müəyyən olunmuş qaydada xəbərdar edilmələrinə baxmayaraq, həmin tarixdə məhkəmə iclasına gəlməmişlər və işə onların iştirakı olmadan baxılmasını xahiş etməmişlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.6-cı maddəsinə əsasən məhkəmə işə onların iştirakı olmadan baxmağı xahiş etməmiş tərəflər məhkəməyə gəlmədikdə ərizəni baxılmamış saxlayır. Məhkəmə hesab edir ki, İddiaçı MTK-nin Cavabdeh və maraqlı tərəf Azərbaycan Beynəlxalq Bankına qarşı müqavilələrin ləğvinə dair iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 259-260-cı maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı MTK-nin Cavabdeh və maraqlı tərəf Azərbaycan Beynəlxalq Bankına qarşı müqavilənin ləğvinə dair iddia ərizəsi baxılmamış saxlansın. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Sumqayıt Şəhər Məhkəməsinə şikayət verilə bilər. Hakim Aynur Behbudova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar