Məhkəmə qərarları › İş №2(060)-2914/2020

Sumqayıt Şəhər Məhkəməsi Qərardad — İş №2(060)-2914/2020

16.10.2020 · Müqavilələrin ləğv edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(060)-2914/2020 16.10.2020 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Tanrıverdiyeva Günel Cəbrayıl qızının sədrliyi, Məmmədova Şəhrəbanu Rəhim qızının katibliyi ilə, İddiaçı «xxxxxxxxxx» Mənzil Tikinti Kooperativinin Cavabdeh qarşı yaşayış evinin tikintisinin sərmayələşdirilməsi barədə müqavilənin ləğv olunması tələbinə dair mülki işə Sumqayıt şəhərində açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı «xxxxxxxxxx» Mənzil Tikinti Kooperativi iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçı xxxxxxxxxx» Mənzil Tikinti Kooperativi ilə Cavabdeh arasında xx.xx.2018ci il tarixdə YMB 050/1 ilə bağlanmış «Yaşayış evinin tikintisinin sərmayələşdirilməsi barədə» müqavilənin ləğv olunması, Cavabdeh tərəfindən ödənilmiş pul məbləğinin 10 faizinin vurulmuş maddi zərər kimi “xxxxxxxxxx” Mənzil Tikinti Kooperativinin hesabında saxlanılması və qalan məbləğlərin mənzil başqa şəxsin mülkiyyətinə verildikdən sonra cavabdehə qaytarılması və Cavabdeh 150 (bir yüz əlli) manat pulun tutularaq “xxxxxxxxxx” Mənzil Tikinti Kooperativinin hesabına keçirilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Hal-hazırda iddiaçı «xxxxxxxxxx» Mənzil Tikinti Kooperativi ərizə ilə məhkəməyə müraciət edərək, iddiaçı «xxxxxxxxxx» MTK-nın Cavabdeh qarşı yaşayış evinin tikintisinin sərmayələşdirilməsi barədə müqavilənin ləğv olunmasına dair mülki iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, iddiaçı «xxxxxxxxxx» MTK-nın Cavabdeh qarşı «Yaşayış evinin tikintisinin sərmayələşdirilməsi barədə müqavilənin ləğv olunmasına dair» mülki iş üzrə məhkəmə baxışı bu günə, yəni xx.xx.2020-ci il tarixə təyin edilmişdir. Hazırda cavabdehlə aralarında olan mübahisəni məhkəmədən kənar həll etmiş və məhkəmədə işin baxılmasına zərurət qalmamışdır. Bu səbəbdən də hesab etmişlər ki, mülki iş üzrə icraata xitam verilməlidir. Ona görə də iddiaçı «xxxxxxxxxx» MTK-nin Cavabdeh qarşı «Yaşayış evinin tikintisinin sərmayələşdirilməsi barədə müqavilənin ləğv olunmasına dair» mülki iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq tərəflər məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası MPM-nin 52-ci maddəsinə əsasən iddiaçı iddiadan imtina edə bilər. İddiadan imtina etmə yazılı formada ifadə edilməlidir (52.1). İddiaçının iddiadan imtina etməsi, iddianın cavabdeh tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır (52.5). Həmin Məcəllənin 191.2-ci maddəsinə əsasən hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Məhkəmə qeyd olunan normaların tələblərini nəzərə alaraq, həmçinin iddiaçının iddiadan imtina barədə ərizəsini və işin digər materiallarını tədqiq edərək hesab edir ki, hazırki iş üzrə iddiaçının iddia tələbindən imtinası qanuna zidd olmamaqla yanaşı, hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmur. Odur ki, iddiaçı «xxxxxxxxxx» mənzil tikinti kooperativinın iddiadan imtina barədə ərizəsi qəbul edilməli və mülki işin icraatına xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 261.0.4-cü maddəsinəəsasən, iddiaçı iddiadan imtina etmişsə və bu imtina məhkəmə tərəfindən qəbul olunmuşsa, hakim iş üzrə icraata xitam verir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 162.1-ci maddəsinə əsasən iddianın təmin edilməsi məhkəmənin təşəbbüsü ilə və ya tərəflərin xahişi ilə həmin məhkəmənin özü tərəfindən ləğv oluna bilər. YuxarıdagöstərilənlərəəsasənvəAzərbaycan Respublikası MPM-nin 162, 163, 261.0.4. 262-264, 266-268-cimaddələrinirəhbərtutaraq, məhkəmə qərara aldı: Ərizə təmin edilsin. İddiaçı «xxxxxxxxxx» Mənzil Tikinti Kooperativinin Cavabdeh qarşı yaşayış evinin tikintisinin sərmayələşdirilməsi barədə müqavilənin ləğv olunması tələbinə dair iddia ərizəsi üzrə mülki işin icraatınaxitamverilsin. Qərardaddan, rəsmi qaydada verildikdən 10 (on) günmüddətindəSumqayıt Şəhər Məhkəməsinə şikayətverilə bilər. Hakim Günel Tanrıverdiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar