Məhkəmə qərarları › İş №2(060)-2922/2024

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-2922/2024

13.08.2024 · Mənzil mübahisələri - Mənzilə köçürmə - Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-2922/2024 13.08.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Giriş hissə: Hakim Həxiyeva Şəbnəm Səlim qızının sədrliyi, İbrahimzadə Zəhra Şahverdi qızının katibliyi, İddiaçı, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı «mənzildən istifadə üzrə yaradılan maneələrin aradan qaldırılması, açarın təhvil verilməsi, mənzilə köçürülmə və cavabdehin mənzilə istifadə hüququnun itirilməsi tələbi»nə dair iddia ərizəsi ilə bağlı mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə:

1. İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Qüdrət oğluna qarşı «mənzildən istifadə üzrə yaradılan maneələrin aradan qaldırılması, açarın təhvil verilməsi, mənzilə köçürülmə və cavabdehin mənzilə istifadə hüququnun itirilməsi tələbi»nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, ünvan 1 ünvanında yerləşən 66,7 kv.m ibarət 57 saylı 3 otaqlı mənzil xüsusi (paylı 1/2 hissədə) mülkiyyət hüququ üzrə iddiaçının və Cavabdeh1 mülkiyyətindədir. Eyni zamanda, İddiaçı və Cavabdeh1 ünvan 2 ünvanında yerləşən 5 otaqlı 35 saylı mənzilin mülkiyyətçisidirlər. İş üzrə cavabdehlərdən Cavabdeh2 Qüdrət oğlu vaxtı ilə uzun müddət qeydiyyatda və faktiki yaşadığı 11-ci mikrorayonda olan mənzildən pasport qeydiyyatından çıxaraq xx.xx.2019-cu ildə 9-cu mikrorayonda olan mübahisəli mənzilə pasport qeydiyyatına alınmışdır. Sözügedən mənzil uzun müddətdir ki, boşdur və orada heç bir yaşayış yoxdur. Belə ki, cavabdehlərdən Cavabdeh1 ilə İddiaçı hər iki mənzilin mülkiyyətçisi olsalar da, Cavabdeh1 valideynləri ilə birgə 11-ci mikrorayondakı mənzildə yaşayır, lakin İddiaçı himayəsində olan iki yeniyetmə uşaq ilə Sumqayıt şəhəri, 9-cu mikrorayon (köhnə), ev 1/2 ünvanında yerləşən 3 otaqdan ibarət 57 saylı mənzildə köçüb yaşamalarına imkan vermir və bunun qarşısını daim alır və hər cür manelər yaradır. Bundan başqa cavabdehlərdən Cavabdeh2 da sözügedən mənzildə pasport qeydiyyatında olması formal xarakter daşıyır. Göstərilənlərə əsasən cavabdehlər tərəfindən, İddiaçı və yetkinlik yaşına çatmayan uşaqları- X1 və Qurbanlı Yusif Ceyhun oğluna münasibətdə ünvan 3 mənzildən istifadə hüququna dair cavabdehlər tərəfindən yaradılan manelərin aradan qaldırılması və mənzilin açarın təhvil verilməsinə, həmçinin İddiaçı və yetkinlik yaşına çatmayan uşaqlarının ünvan 3 ünvanına köçürülməsinə, həmçinin Cavabdeh2 Qüdrət oğlunun ünvan 3-dən istifadə hüququnun itirilməsi barədə qətnamə qəbul edilməsi məhkəmədən xahiş edilmişdir.

3. Daha sonra İddiaçı tərəfindən iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edilərək, cavabdehlərdən Cavabdeh2 ata adının Həmid kimi qeyd olunması məhkəmədən xahiş edilmişdir.

a) Məhkəmə icraatı iştirakçılarının izahatları:

4. Məhkəmə iclasında İddiaçı izahat verərək iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir.

5. Məhkəmə iclasında Cavabdeh1 iddia tələbinə etiraz edərək bildirmişdir ki, ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 67,5 kv.metrdən ibarət olan 3 otaqlı mənzil paylı (1/2 hissədə) mülkiyyət hüququ əsasında ona və İddiaçı məxsusdur. ünvan 2 ünvanında yerləşən 5 otaqlı 35 saylı mənzil paylı (1/2 hissədə) mülkiyyət hüququ əsasında ona və İddiaçı məxsusdur. Sumqayıt Şəhər Məhkəməsinin e-2(060)-2741/2022 saylı, xx.xx.2022ci il tarixli qətnaməsi ilə, Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2( 105)- 256/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə, AR Ali Məhkəməsi Mülki Kollegiyasının 2(102)-2143/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı ilə ünvan 2 ünvanında yerləşən 5 otaqlı 35 saylı mənzilin birgə nikah dövründə əldə edilməsinə görə İddiaçı 33250 man pulun alınıb ona verilməsi qət edilmişdir. Sumqayıt şəhər İcra Şöbəsinin icraata başlamaq haqqında qərarı əsasında onun İddiaçı qarşı 33250 man pul borc tələbi İddiaçı həmin mənzildəki 1/2 hissədəki payına yönəldilmişdir və icra hərəkətləri davam edir. O, paylı mülkiyyət hüququ (1/2 hissədə) əsasında ona və İddiaçı məxsus ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 67,5 kv.metrdən ibarət olan 3 otaqlı mənzildə payının naturada bölünməsinə dair iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. O, ailə qurmuş və 3 nəfər ailə üzvü ilə həmin mənzildə yaşayırlar. Hesab edir ki, cavabdehin həmin mənzilə köçürülməsi və iki ailənin bir mənzildə yaşaması mümkün deyildir, ona görə də mənzil naturada tərəflər arasında bölünərək payın dəyərini götürməlidir. İddiaçının Cavabdeh2 mənzildən pasport qeydiyyatından çıxarılmasına dair iddia tələbi rədd edilməlidir, ona görə ki, iddiaçı Cavabdeh2 ünvan 1 , mənzil 57-dən pasport qeydiyyatından çıxarılmasının Sumqayıt şəhər Polis İdarəsinin üzərinə həvalə edilməsinə dair iddia tələbi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət etmişdir. Sumqayıt İnzibati məhkəməsinin 2-1(118)-601/2023 saylı, 30.01. 2023-cü il tarixli qərarı ilə rədd edilmişdir və iddiaçi tərəfindən həmin qərardan verilmiş apellyasiya şikayəti Sumqayıt Apellyasiya Məhkəməsi İnzibati Kollegiyasının 2-1(105)-448/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı ilə rədd edilmişdir və birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır və kassasiya şikayəti verilməmişdir. Hər iki məhkəmə hesab etmişdir ki, Cavabdeh2 mübahisəli mənzildə paylı mülkiyyət hüququna malik Cavabdeh1 məxsus olduğuna görə Qurban Cavabdeh1ovun ailə üzvü hesab edildiyi üçün iddia rədd olunmalıdır. Qeyd olunanlara əsasən iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etmişdir.

6. Məhkəmə iclasında Cavabdeh2 iddia tələbinə etiraz edərək, bildirmişdir ki, sözügedən mənzili şəxsən özü almışdır və hazırda həmin ünvanda yaşayır. Qeyd olunanlara əsasən iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etmişdir.

7. Məhkəmə, proses iştirakçılarının izahatlarını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir.

Əsaslandırıcı hissə: a) Mülki işin materialları:

8. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestri tərəfindən verilmiş Çıxarışın surətindən görünür ki, ümumi sahəsi 66,70 kv/m olan ünvan 4 1/2 hissədə İddiaçı, 1/2 hissədə Cavabdeh1 məxsusdur və bu barədə xx.xx.2022-ci il tarixdə ********** nömrə ilə qeydiyyat aparılmışdır.

9. İş materiallarında olan Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2- 1(118)-601/2023 saylı qərarına əsasən İddiaçı cavabdeh Sumqyayıt şəhər Polis İdarəsinə qarşı cavabdeh Sumqyayıt şəhər Polis İdarəsinin üzərinə Cavabdeh2 ünvan 4-dən qeydiyyatdan çıxarılması öhdəliyinin qoyulması tələbinə dair iddiasının təmin edilməməsi qərara alınmışdır.

10. İş materiallarında olan Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(105)-448/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarına əsasən apellyasiya şikayətinin təmin edilməməsi, Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2- 1(118)-601/2023 saylı qərarının dəyişdirilmədən saxlanılması qərara alınmışdır.

11. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən verilmiş “Yaşayış yeri üzrə qeydiyyat haqqında” ******* saylı arayışdan görünür ki, İddiaçı xx.xx.2023-cü ildən etibarən Cavabdeh2 ilə birlikdə Sumqayıt şəhəri, 9-cu mikrorayon (köhnə), ev 1/2, 57 saylı mənzildə qeydiyyatdadırlar.

12. İş materiallarında olan Azərbaycan Respublikası Sumqayıt şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyinin 9 saylı Mənzil-Kommunal Sahəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 132 nömrəli arayışdan görünür ki, Cavabdeh2 Sumqayıt şəhəri, 9-cu mikrorayon (köhnə), ev 1/2, 57 saylı mənzildə qeydiyyatdadır, yaşamır.

13. İş materiallarında olan xx.xx.2024-cü il tarixli, MŞS/MT030/2024-01609 saylı ilkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi barədə arayışdan görünür ki, xx.xx.2024-cü il tarixə, saat 11:00-a təyin olunmuş mediasiya prosesində iştirak etmişlər, lakin prosesin davam etdirilməsi barədə razılaşmamışlar. İddiaçı tərəfindən 50 manat məbləğində mediasiya xərci, 10 manat məbləğində kargüzarlıq xərci ödənilmişdir.

b) Məhkəmə tərəfindən müəyyən edilən hallar:

14. Beləliklə işin müəyyən olunmuş hallarından görünür ki, İddiaçı ilə Cavabdeh1 mübahisəli Sumqayıt şəhəri, 9-cu mikrorayon (köhnə), ev 1/2, 57 saylı mənzilin paylı mülkiyyətçiləridirlər. İddiaçı mübahisəli mənzilin 1/2 hissəsinin mülkiyyətçisi olmasına baxmayaraq, cavabdehlərin hərəkətləri nəticəsində həmin mənzilə köçüb, qeyd olunan mənzildən istifadə edə bilmir. Hazırda iddiaçı cavabdehlər tərəfindən sözügedən mənzildən istifadə hüququna dair cavabdehlər tərəfindən yaradılan manelərin aradan qaldırılmasını, mənzilin açarının təhvil verilməsini, mənzilə övladları ilə birlikdə köçürülməsini, həmçinin Cavabdeh2 ünvan 3-dən istifadə hüququnun itirilməsini tələb edir. Cavabdehlər iddia tələblərinə etiraz edir.

c) Mülki iş üzrə tətbiq edilən hüquq və məhkəmənin gəldiyi nəticə:

15. Məhkəmə iddia tələbinin “ünvan 3 mənzildən istifadə hüququna dair cavabdehlər tərəfindən yaradılan manelərin aradan qaldırılması və mənzilin açarın təhvil verilməsi, həmçinin İddiaçı və yetkinlik yaşına çatmayan uşaqlarının ünvan 3 ünvanına köçürülməsi” hissələri ilə bağlı qeyd edir ki, iddia tələbi həmin hissədə əsaslıdır.

16. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.

17. Göstərilən qanunun normasından göründüyü kimi mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə səlahiyyətləri əhatə edir. Mülkiyyətçinin öz əmlakı üzərində «səlahiyyət üçlüyü» adlanan bu imkanları mülkiyyət hüququnun məzmununu təşkil edir. Mülkiyyətçi öz əmlakı ilə bağlı sahiblik, istifadə və sərəncam səlahiyyətlərindən qanun çərçivəsində öz istədiyi kimi istifadə edə bilər. Yəni mülkiyyətçi özünə məxsus olan əmlakdan şəxsən istifadə edə bilər, onu başqasının istifadəsinə verə bilər və ya istifadəsiz öz mülkiyyətində saxlaya bilər. Bütün bu hallarda onun mülkiyyət hüququ bütövlükdə saxlanılır.

18. Göründüyü kimi mülkiyyət hüququ (o cümlədən mülkiyyət hüququnun xüsusi növü olan paylı mülkiyyət hüququ) üç səlahiyyəti (sahiblik, istifadə, sərəncam) özündə birləşdirir və həmin səlahiyyətlərdən birinin məhdudlaşdırılması mülkiyyət hüququnun pozulmasına dəlalət edir.

19. İşdən göründüyü kimi iddiaçı mübahisəli mənzilin 1/2 hissəsinin mülkiyyətçisi olsa da, həmin mənzilin digər paylı mülkiyyətçisi olan cavabdehin hərəkəti nəticəsində öz mülkiyyətindən istədiyi kimi istifadə edə bilmir. Bu da onun mülkiyyətçi kimi hüquqlarının məhdudlaşdırılmasına dəlalət edir.

20. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 153.4-cü maddəsinə əsasən bütün mülkiyyətçilərin hüquqları eyni bərabərdə müdafiə edilir.

21. Həmçinin, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 27.1-ci maddəsinə əsasən fiziki şəxsin adətən yaşadığı yer onun yaşayış yeri sayılır. Şəxsin bir neçə yaşayış yeri ola bilər.

22. Həmin Məcəllənin 27.2-ci maddəsinə əsasən on dörd yaşına çatmamış şəxslərin yaşayış yeri valideynlik hüquqlarını itirməmiş valideynlərinin yaşayış yeri sayılır, qəyyumluq altında olan şəxsin yaşayış yeri isə qəyyumun yaşayış yeri sayılır.

23. Beləliklə, yuxarıda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, İddiaçı və yetkinlik yaşına çatmayan uşaqları- X2 və Qurbanlı Yusif Ceyhun oğlunun ünvan 4-dən istifadə hüquqlarına dair cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən yaradılan maneələr aradan qaldırılmalı və mənzilin açarı İddiaçı təhvil verilməli, İddiaçı və yetkinlik yaşına çatmayan uşaqları- X2 və Qurbanlı Yusif Ceyhun oğlu ünvan 4 ünvanına köçürülməlidirlər.

24. Məhkəmə iddia tələbinin “Cavabdeh2 Qüdrət oğlunun ünvan 3-dən istifadə hüququnun itirilməsi” hissəsi ilə bağlı qeyd edir ki, iddia tələbi həmin hissədə təmin edilməməlidir.

25. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, hüquqi dövlət və demokratik cəmiyyətdə mülkiyyət hüququ toxunulmazdır və onun subyekti qismində bir və ya bir neçə şəxs çıxış edə bilər. Yəni əmlak eyni vaxtda bir neçə şəxsə məxsus ola bilər və mülki qanunvericilikdə bu münasibətlər ümumi mülkiyyətə dair normalarla tənzimlənir. Cavabdeh2 sözügedən əmlakın paylı mülkiyyətçisi Cavabdeh1 ailə üzvüdür. Onun mənzildən istifadə hüququna xitam verilməsi məsələsi bütün mülkiyyətçilərin razılığı əsasında ola bilər.

26. Azərbaycan Respublikasının Mülki Məcəlləsi:

27. Maddə 215.1. Paylı mülkiyyətdə olan əşyaya sahiblik və ondan istifadə onun bütün mülkiyyətçilərinin razılaşması əsasında, razılaşma əldə edilmədikdə isə məhkəmənin müəyyənləşdirdiyi qaydada həyata keçirilir.

28. Maddə 215.2. Paylı mülkiyyətin mülkiyyətçisi ümumi əşyanın öz payına uyğun hissəsinin onun sahibliyinə və istifadəsinə verilməsi hüququna malikdir, bu mümkün olmadıqda isə onun payına düşən əşyaya sahiblik və ondan istifadə edən digər mülkiyyətçilərdən müvafiq əvəz ödəməyi tələb edə bilər.

29. Maddə 215.4. Hər bir mülkiyyətçi qalan mülkiyyətçilərin hüquqları ilə bir araya sığan dərəcədə əşyaya sahiblik, ondan istifadə və ona dair sərəncam vermək ixtiyarına malikdir.

30. Maddə 215.5. Paylı mülkiyyətdə olan əşyaya dair sərəncam verilməsi əşyanın bütün mülkiyyətçilərinin razılaşması əsasında həyata keçirilir.

31. Həmçinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın.

32. Həmin Məcəllənin 228.5-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri öz yetkinlik yaşına çatmayan uşaqlarını həmin yaşayış binasına köçürmək ixtiyarına malikdirlər. Digər ailə üzvlərinin (ərin, arvadın) köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış binasının tərkib hissəsindən istifadə hüququ mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Yaşayış binasının tərkib hissəsindən mülkiyyətçinin ailə üzvlərinin istifadə etmək hüququ bu Məcəllənin qüvvəyə mindiyi gündən yaranır.

33. Azərbaycan Respublikasının Mənzil Məcəlləsi:

34. Maddə 5.3. Bu Məcəllədə və digər qanunlarda nəzərdə tutulmuş əsaslar və qayda istisna olmaqla, heç kəs yaşayış sahəsindən çıxarıla bilməz və ya heç kimin yaşadığı sahədən istifadə hüququ, o cümlədən kommunal xidmətlərdən istifadə etmək hüququ məhdudlaşdırıla bilməz.

35. Maddə 30.1. Yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər.

36. Maddə 30.2. Əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin ailə üzvləri həmin yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış sahəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri həmin yaşayış sahəsindən təyinatı üzrə istifadə etməyə və onun saxlanmasını təmin etməyə borcludurlar.

37. Beləliklə, məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməli, İddiaçı və yetkinlik yaşına çatmayan uşaqları- X2 və Qurbanlı Yusif Ceyhun oğlunun ünvan 4-dən istifadə hüquqlarına dair cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən yaradılan maneələr aradan qaldırılmalı və mənzilin açarı İddiaçı təhvil verilməli, İddiaçı və yetkinlik yaşına çatmayan uşaqları- X2 və Qurbanlı Yusif Ceyhun oğlu ünvan 4 ünvanına köçürülməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir.

38. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

39. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.

40. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.

41. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

42. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

43. Qeyd olunan Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

Nəticə hissəsi:

44. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutub, məhkəmə

QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. İddiaçı və yetkinlik yaşına çatmayan uşaqları- X2 və Qurbanlı Yusif Ceyhun oğlunun ünvan 4-dən istifadə hüquqlarına dair cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən yaradılan maneələr aradan qaldırılsın və mənzilin açarı İddiaçı təhvil verilsin. İddiaçı və yetkinlik yaşına çatmayan uşaqları- X2 və Qurbanlı Yusif Ceyhun oğlu ünvan 4 ünvanına köçürülsünlər. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Şəbnəm Həxiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar