Məhkəmə qərarları › İş №2(060)-2957/2024

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-2957/2024

10.06.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-2957/2024 10.06.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ X11 Fikrət qızının sədrliyi Məhkəmə iclas katibi Vəlixanova Pəri Murtuza qızının katibliyi ilə, İddiaçı iştirakı ilə İddiaçı cavabdeh Sumqayıt şəhər İcra Hakimiyyəti Başçısının Aparatına qarşı «nənənin nəvələrin üzərində qəyyum və ya himayəçi təyin olunması tələbinə» dair iddia ərizəsi üzrə mülki işə Sumqayıt şəhərində açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun xx.xx.2023-cü il təvəllüdlü əkiz nəvələri X9 və X5 üzərində qəyyum və ya himayəçi təyin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbini onunla əsaslandırmışdır ki, oğlu X6 ilə X4 xx.xx.2022-ci il tarixində ailə qurub evləniblər. X1 xx.xx.2023-cü il tarixində uşaların doğumundan bir neçə gün sonra vəfat etmişdir. Hal-hazırda oğlu onun yanında yaşayır, nəvələri onun himayəsindədir. Oğlu gecə növbələrində də işlədiyi üçün övladlarına vaxt ayırıb baxa bilmir. Özü isə Sumayıt Şəhər TTY xəstəxanasında 30 ildir işləyir. Uşaqların qəyyumluğu ilə əlaqədar o, ərizə yazaraq Sumqayıt Şəhər İcra Hakimiyyəti Başçısının Aparatına müraciət etmişdir. Ona imtina cavabı gəlmiş və məsələnin məhkəmə yolu ilə mümkünlüyünü bildirdilər. Ərizə müraciətindən sonra ona tələbnaməyə uyğun olaraq iş yerindən 2 aylıq uşaqlara baxa bilməyi üçün möhlət vermişdilər. Bu müddət isə uşaqlar azyaşlı olduğundan çox az bir müddətdir. İş yerində isə rəsmi qəyyumluq olmasa ona heç bir güzəşt olunmur. Məhkəmədə İddiaçı eyni məzmunlu izahat verərək iddia tələbinin əsaslı olduğu üçün təmin edilməsini xahiş etdi. İş üzrə cavabdeh Sumqayıt şəhər İcra Hakimiyyəti Başçısının Aparatı qanunla müəyyən olunmuş qaydada məhkəmənin yeri və vaxtı barədə xəbərdar edilməsinə baxmayaraq nümayəndəsi məhkəmə iclasına gəlməmişdir və gəlməməsinin səbəbləri haqqında məlumat verməmişdir. Ona görə də Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən, məhkəmə cavadehin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını tədqiq edərək sübutlara məcmu halda qiymət verərək belə hesab edir ki, iddia tələbi əsassız olduğu üçün təmin edilməməlidir. İş materialları ilə müəyyən edilir ki, X7 ilə X4 30 may 2022-ci il tarixdə nikaha daxil olmuş, bu nikahdan 01 aprel 2023-cü il təvəllüdlü X10 və X8 adlı əkiz övladları doğulmuşdur. İşdə olan AZ-İİ № 355495 saylı, xx.xx.2023-cü il tarixli “Ölüm haqqında şəhadətnamə”nin surətindən görünür ki, X4 xx.xx.2023-cü il tarixdə ölmüşdür. İş materiallarında olan X2 notarial qaydada təsdiq edilmiş xx.xx.2024-cü il tarixli ərizəsindən görünür ki, xx.xx.2023-cü il təvəllüdlü X10 və X3 İddiaçı tərəfindən qəyyumluğa götürülməsinə etiraz etmir. İşə əlavə olan Sumqayıt şəhər İcra hakimiyyəti Başçısının Aparatının İddiaçı ünvanladığı xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 33.3-cü madddəsinə əsasən yetkinlik yaşına çatmayanların valideynləri, onları övladlığa götürənlər olmadıqda, valideynləri məhkəmə tərəfindən valideynlik hüquqlarından məhrum edildikə, habelə bu cür fiziki şəxslər başqa səbəblərə görə valideyn himayəsindən məhrum olduqda, o cümlədən valideynləri onları tərbiyələndirməkdən və ya hüquq və mənafələrini müdafiə etməkdən boyun qaçırdıqda onların üzərində qəyyumluq və himayəçilik təyin edilir. Qaldırdığı məsələnin həlli ilə bağlı adı çəkilən azyaşlıların onun himayəsinə verilməsi tələbi ilə bağlı ümumi iddia icraatı qaydasında məhkəməyə müraciət etmək tövsiyə olunur. Uşaq hüquqları haqqında 12 noyabr 1989-cu il tarixli BMT Konvensiyasının 27-ci maddəsinə əsasən hər bir uşaq özünün fiziki, əqli, mənəvi, əxlaqi və sosial inkişafı üçün lazımi həyat səviyyəsi hüququna malikdir. Lazımi həyat səviyyəsinin təmin edilməsi üçün əsas məsuliyyəti valideynlər daşıyırlar. Uşaq hüquqları haqqında Azərbaycan Respublikası qanununun 19-cu maddəsinə əsasən uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifəsidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 33.1-ci maddəsinə əsasən, qəyyumluq və himayəçilik fəaliyyət qabiliyyəti olmayan və ya məhdud fəaliyyət qabiliyyətli fiziki şəxslərin hüquq və mənafelərinin müdafiəsi üçün təyin edilir. Yetkinlik yaşına çatmayanlar üzərində qəyyumluq və himayəçilik, həmçinin onların tərbiyələndirilməsi məqsədilə təyin edilir. Qəyyumların və himayəçilərin buna uyğun hüquq və vəzifələri Azərbaycan Respublikasının Ailə Məcəlləsi ilə müəyyənləşdirilir. Həmin Məcəllənin 33.3-cü maddəsinə əsasən, yetkinlik yaşına çatmayanların valideynləri, onları övladlığa götürənlər olmadıqda, valideynləri məhkəmə tərəfindən valideynlik hüquqlarından məhrum edildikdə, habelə bu cür fiziki şəxslər başqa səbəblərə görə valideyn himayəsindən məhrum olduqda, o cümlədən valideynləri onları tərbiyələndirməkdən və ya hüquq və mənafelərini müdafiə etməkdən boyun qaçırdıqda onların üzərində qəyyumluq və himayəçilik təyin edilir. Həmin Məcəllənin 33.4-cü maddəsinə əsasən, on dörd yaşı tamam olmamış yetkinlik yaşına çatmayanlar, habelə psixi pozuntuya görə məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayılmış fiziki şəxslər üzərində qəyyumluq təyin edilir. Həmin Məcəllənin 35.1-ci maddəsinə əsasən, qəyyumu və ya himayəçini qəyyumluğa və ya himayəçiliyə ehtiyacı olan şəxsin yaşayış yeri üzrə qəyyumluq və himayəçilik orqanı fiziki şəxs üzərində qəyyumluq və ya himayəçilik qoyulması zərurətinin ona məlum olduğu andan üç ay ərzində təyin edir. Qəyyumluğa və ya himayəçiliyə ehtiyacı olan şəxsə qəyyum və ya himayəçi təyin edilənədək qəyyum və ya himayəçi vəzifələrini qəyyumluq və himayəçilik orqanı icra edir. Qəyyumun və ya himayəçinin təyin edilməsi barədə maraqlı şəxslər məhkəməyə etiraz verə bilərlər. Həmin Məcəllənin 35.2-ci maddəsinə əsasən, qəyyumlar və himayəçilər yetkinlik yaşına çatmış fəaliyyət qabiliyyətli fiziki şəxslərdən təyin edilir. Valideynlik hüquqlarından məhrum edilmiş fiziki şəxslər qəyyum və himayəçi təyin oluna bilməzlər. Həmin Məcəllənin 35.3-cü maddəsinə əsasən, qəyyum və ya himayəçi öz razılığı ilə təyin edilir. Bu zaman onun əxlaqi və digər şəxsi keyfiyyətləri, qəyyumluq və ya himayəçilik vəzifələrini yerinə yetirmək qabiliyyəti, onunla qəyyumluğa və ya himayəçiliyə ehtiyacı olan şəxs arasında mövcud münasibətlər, mümkünsə, həm də qəyyumluqda və ya himayədə olanın arzusu nəzərə alınmalıdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 114.1-ci maddəsinə əsasən, valideynlər öldükdə, valideynlik hüquqlarından məhrum olunduqda, valideynin hüquqları məhdudlaşdırıldıqda, valideynlər fəaliyyət qabiliyyəti olmayan hesab edildikdə, valideynlər xəstələndikdə, uzun müddət uşaqlarla birlikdə olmadıqda, valideynlər uşaqların tərbiyəsindən və ya onların hüquq və mənafelərinin müdafiəsindən yayındıqda, o cümlədən tərbiyə, müalicə və əhalinin sosial müdafiəsi müəssisələrində və digər analoji müəssisələrdən öz uşaqlarını götürməkdən imtina etdikdə, eləcə də valideyn himayəsinin olmadığı digər hallarda uşaqların hüquq və mənafelərinin müdafiəsi müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir. Həmin Məcəllənin 116.3-cü maddəsinə əsasən, uşağın yerləşdirilməsi zamanı onun etnik mənşəyi, müəyyən dinə və mədəniyyətə mənsubiyyəti, ana dili, onun təhsil və tərbiyəsi üçün daha əlverişli imkanlar nəzərə alınmalıdır. Azərbaycan Respublikasının “Uşaq hüquqları haqqında” Qanununun 4-cü maddəsinə əsasən, Azərbaycan Respublikasının Konstitusiyasına uyğun olaraq uşaq hüquqlarının həyata keçirilməsinə dövlət nəzarət edir. Həmin Qanunun 5-ci maddəsinə əsasən, dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. Azərbaycan Respublikasının normativ hüquqi aktları və müvafiq orqanların qərarları uşaq mənafelərinə zidd olmamalı və onların icrası uşaqların həyatına, inkişafına və tərbiyəsinə zərər gətirməməlidir. Uşağın hüquq və mənafelərini məhdudlaşdıran hər hansı əqd etibarsızdır. Qanunun 31-ci maddəsinə əsasən, valideyn himayəsindən məhrum olmuş uşaqların müdafiəsi onların övladlığa, qəyyumluğa, himayəçiliyə, digər ailəyə verilməsi, bunlar mümkün olmadıqda isə uşaqlara baxan müvafiq müəssisələrdə yerləşdirilməsi üsulu ilə təmin edilir. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırı ki, valideynlərin biri həyatda olduğu üçün, valideynlik hüquqlarından məhrum olunmadığı üçün 01 aprel 2023-cü il təvəllüdlü X10 və X3 nənəsi İddiaçı himayəsinə verilməsi qanununvericilik normalarına ziddir. Məhkəmə qeyd edir ki, valideynlərin qayğısından yararlanmaq uşaqların hüququ olduğu kimi, uşaqların təlim-tərbiyəsi ilə onların şəxsiyyət kimi formalaşmasını və inkişaf etməsi üçün zəruri şəraitin yaradılması təmin etmək valideynin borcudur. Ailə münasibətləri davam etdiyi müddətdə bu vəzifə valideynlər tərəfindən birgə həyata keçirilir. Valideynlər arasında nikah münasibətlərinə xitam verilərkən uşaqların hansı valideynin yanında qalması həll olunduqdan sonra digər valideynin uşaqların qayğısına qalmaq hüququnun realizə edilməsi istisna edilməməklə, təmin edilməlidir. Nikahın ləğv edilməsi zamanı uşaqların hansı valideynin yanında qalması məsələsi həll edilərkən uşağın yaşı, rəyi, onun tələbatının təmin edilə bilməsi, valideynə bağlılığı həll edilməlidir. Bu hal ona görə vacib və zəruridir ki, uşağın maddi tələbatının ödənilməsi ilə birgə mənəvi tələbatının da ödənilməsi təmin edilməklə, onun psixoloji cəhətdən inkişafına mənfi təsir edən hallardan azad edilməklə, uşağın cəmiyyətdə bir şəxsiyyət kimi formalaşması təmin edilsin. Beləliklə, yuxarıda qeyd olunanlara əsasən məhkəmə belə qənaətə gəlir ki, iddia tələbi əsassız olduğu üçün təmin edilməməlidir. Məhkəmə, Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə istinad edərək hesab edir ki, iddia tələbi təmin edilmədiyindən iddiaçının məhkəməyə müraciət etmək üçün ödədiyi dövlət rüsumu özünə aid edilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 33-cü maddəsini və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddiaçı cavabdeh Sumqayıt şəhər İcra Hakimiyyəti Başçısının Aparatına qarşı «nənənin nəvələrin üzərində qəyyum və ya himayəçi təyin olunması tələbinə» dair iddia ərizəsi təmin edilməsin. İddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər. Sədrlik edən: Gülnarə Tağızadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar