Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-2979/2020 16.10.2020 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim İsmayılov Azər İbrahim oğlunun sədrliyi, Əliyev Orxan Elşən oğlunun katibliyi, X1, Cavabdeh iştirakı ilə, X1 Cavabdeh qarşı “uşaqların himayəyə verilməsi tələbinə” dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X2 Cavabdeh qarşı “uşaqların himayəyə verilməsi tələbinə” dair iddia ərizəsi ilə Sumqayıt şəhər Məhkəməsinə müraciət edərək, xx.xx.2004-cü il təvəllüdlü X5 və xx.xx.2006-cı il təvəllüdlü X6 onun himayəsinə verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. X2 məhkəmə iclasında iddia tələbini müdafiə edərək onunla əsaslandırdı ki, cavabdeh onun keçmiş həyat yoldaşıdır.Belə ki, onlar arasında bağlanmış nikah Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2015-ci il tarixli qətnaməsinə əsasən ləğv edilmiş və birgə nikahdan olan uşaqları xx.xx.2004-cü il təvəllüdlü X7 və xx.xx.2006-cı il təvəllüdlü X10 cavabdehin himayəsinə verilmiş və uşaqların yetkinlik yaşlarına çatanadək ondan hər ay üçün, hər uşağa 100 manat olmaqla 2 uşağa görə 200 manat sabit pul məbləğində alimentin tutulması qət olunmuşdur. Lakin uşaqları artıqüç ildir ki,faktiki olaraq onun yanında yaşayırlar,onların maddi tələbatlarını o, qarşılayır.Halhazırda hər iki uşaq onunla yaşamaq istəyir, lakin məhkəmə qətnaməsi ilə uşaqlar cavabdehin himayəsinə verildiyi üçün ondan aliment borcu hesablanmaqda davam edir. Belə hesab edir ki,uşaqların mənafeyi və onların ona bağlılığı nəzərə alınaraq uşaqlar onun himayəsinə verilməlidir. Bundan başqa o, uşaqların saxlanılması üçün cavabdehdən aliment tələb etmir. Qeyd edilənlərə əsasən iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmə iclasında iddia tələbini qəbul edərək göstərdi ki, o, iddia tələbini qəbul edir. Belə ki, o, yeni ailə qurmuş, ona görə də, xx.xx.2004-cü il təvəllüdlü X5 və xx.xx.2006-cı il təvəllüdlü X6 iddiaçının himayəsinə verilməsinə etiraz etmir. Məhkəmə, proses iştirakçılarını dinləyib, iş materiallarını və işin hallarını hərtərəfli araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan ərizədən görünür ki, Cavabdeh birgə nikahdan olan xx.xx.2004-cü il təvəllüdlü X5 və xx.xx.2006-cı il təvəllüdlü X6 iddiaçının himayəsinə verilməsinə etiraz etmir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 52.2-ci maddəsində göstərilir ki, cavabdeh bu barədə yazılı ərizə verilməklə və ya protokolda qeydedilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir. Həmin Məcəllənin 191.3-cü maddəsinin göstərişinə əsasən isə cavabdehin iddianı etiraf etməsi məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Eyni zamanda, məhkəmə, məhkəmə iclasında tədqiq edilən sübutlara hüquqi qiymət verərək və qanunvericiliyin tələblərini nəzərə alaraq hesab edir ki, cavabdehin iddianı etiraf edərək onu qəbul etməsi qanuna və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun gəlir və başqa şəxslərin hüquqlarını və qanunla qorunan mənafelərini pozmur. İş materiallarında olan doğum haqqında şəhadətnamələrin notarial qaydada təsdiq edilmiş surətlərindən görünür ki, tərəflərin birgə nikahlarından olan xx.xx.2004cü il təvəllüdlü X5 və xx.xx.2006-cı il təvəllüdlü X6 atası X4, anası isə Cavabdehdır. Məhkəmə iclasında iştirak edən xx.xx.2004-cü il təvəllüdlü X7 və xx.xx.2006-cı il təvəllüdlü X10 ərizə ilə məhkəməyə müraciət edərək göstərdilər ki, hal-hazırda onlar ataları ilə birgə yaşayır. Ona görə də, atalarının himayəsinə verilmələrini məhkəmədən xahiş etdilər. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 52-ci maddəsinə əsasən uşaq ailədə onun maraqlarına toxunan istənilən məsələnin həlli zamanı öz fikrini bildirmək, habelə məhkəmə istintaqı və inzibati araşdırmaların gedişində dinlənilmək hüququna malikdir. Onun maraqlarına zidd olan hallar istisna olunmaqla, 10 yaşına çatmış uşağın fikri mütləq nəzərə alınmalıdır. Bu Məcəllə ilə nəzərdə tutulmuş hallarda məhkəmə və ya qəyyumluq və himayə orqanı yalnız 10 yaşına çatmış uşağın razılığı ilə qərar qəbul edə, habelə qərar qəbul edərkən 7 yaşına çatmış uşağın fikrini öyrənə və nəzərə ala bilər. Məhkəmə, tərəflərin birgə nikahından olan xx.xx.2004-cü il təvəllüdlü X5 və xx.xx.2006-cı il təvəllüdlü X6 hazırda atanın yanında qalmalarını, ananın razılğını, həmçinin uşaqların mənafeyi üçün əhəmiyyətli halları nəzərə alaraq hesab edir ki, tərəflərin birgə nikahından olan xx.xx.2004-cü il təvəllüdlü X7 və xx.xx.2006-cı il təvəllüdlü X10 - atanın (iddiaçının) himayəsinə verilməlidir. Uşaq hüquqlarına dair BMT Konvensiyasının 9-cu maddəsinin 1-ci bəndinə əsasən, iştirakçı dövlətlər təmin etməlidirlər ki, uşaq öz valideynlərinin arzusuna zidd olaraq onlardan ayrılmasın. Həmin Konvensiyanın 3-cü maddəsinə görə, məhkəmələr, uşaqlar barəsində görülən bütün tədbirlərdə, uşağın maraqlarının daha yaxşı təmin edilməsinə ilk növbədə diqqət etməlidirlər. Həmin Konvensiyanın 27-ci maddəsinin 2-ci bəndinə əsasən, valideynlər uşağın inkişafı üçün lazım olan həyat şəraitini öz qabiliyyətləri və maliyyə imkanları daxilində təmin etməyə görə əsas məsuliyyət daşıyırlar. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. Tərəflərin birgə nikahlarından anadan olmuş xx.xx.2004-cü il təvəllüdlü X7 və xx.xx.2006-cı il təvəllüdlü X10 atanın – X1 himayəsinə verilsinlər. Qətnamədən rəsmi qaydada təqdim edildikdən sonra 1 (bir) ay müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Azər İsmayılov
Məhkəmə qərarları › İş №2(060)-2979/2020
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-2979/2020
16.10.2020 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver