Məhkəmə qərarları › İş №2(060)-298/2024

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-298/2024

08.02.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-298/2024 08.02.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hüseynov Elmir Xoşbəxt oğlunun sədrliyi, Rüstəmli Aytən Kamil qızının katibliyi, İddiaçı Əkbərova (Qasımova) Aytac Əlisətdar qızının, Cavabdeh iştirakı ilə, İddiaçı Əkbərova (Qasımova) Aytac Əlisətdar qızının Cavabdeh qarşı əmlak tələbinə dair mülki işə Sumqayıt Şəhər Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Əkbərova (Qasımova) Aytac Əlisətdar qızı iddia ərizəsi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək, nikah dövründə yaranmış 8772 (səkkiz min yeddi yüz yetmiş iki) manat borcun 1/2 hissədə iddiaçı və cavabdeh arasında bərabər bölünməsi və ödənilmiş 64 (altmış dörd) manat dövlət rüsumunun əvəzinin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qət edilməsini xahiş etmişdir. İddiaçı Əkbərova (Qasımova) Aytac Əlisətdar qızı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək nikah dövründə alınmış əmlakların alınaraq iddiaçıya verilməsi, həmin əmlaklar satıldığı halda dəyərlərinin müəyyən edilərək iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı Əkbərova (Qasımova) Aytac Əlisətdar qızı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək nikah dövründə alınmış əmlakların alınaraq iddiaçıya verilməsi, həmin əmlaklar, yəni, dəyəri 6722 (altı min yeddi yüz iirmi iki) manat olan TV LED Samsung UE-85AU8070 markalı televizorun və 1920 (min doqquz yüz iyirmi) manat olan 1 ədəd NB HP 250 G8 (İ5/8/256/2CB) komputerin satıldığı halda dəyərlərinin müəyyən edilərək iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı Əkbərova (Qasımova) Aytac Əlisətdar qızı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək dəyəri 6722 (altı min yeddi yüz iirmi iki) manat olan TV LED Samsung UE-85AU8070 markalı televizorun və 1920 (min doqquz yüz iyirmi) manat olan 1 ədəd NB HP 250 G8 (İ5/8/256/2CB) komputerin dəyərinin yarısının, yəni 4321 manatın cavabdehdən tutularaq iddiaçıya verilməsini xahiş etdi. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı, Cavabdeh ilə 02 noyabr 2020-ci ildə nikaha daxil olaraq ailə qurmuşdur. Onların 20 dekabr 2021-ci il təvəllüdlü X7 adlı bir övladı doğulmuşdur. Sumqayıt Şəhər Məhkəməsinin 08 iyun 2023-cü il tarixli, e-2(060)- 2623/2023 saylı qətnaməsi ilə nikahın pozulması, boşanmadan sonra olmuş 20 dekabr 2021-ci il təvəllüdlü X4 iddiaçının yəni, İddiaçı yanında qalması və 20 dekabr 2021-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh 27 mart 2023-cü il tarixdən başlayaraq hər ay 220 (iki yüz iyirmi) manat sabit pul məbləğində alimentin tutularaq iddiaçıya ödənilməsi qət edilmişdir. Nikah dövründə yəni, xx.xx.2021-ci ildə "xxxx" MMC-dən dəyəri 2272 manat olan X3 alınan dəyəri 4735 manat olan Lenovo markalı komputer, 18 dekabr 2021-ci ildə dəyəri 1920 manat olan Samsung markalı televizor və - komputer (notebook) kreditə alınmışdır. İddiaçı tərəfindən "xxxx" MMC-yə götürülən kreditə görə 655,2 manat, X6 isə 100 (bir yüz) manat pul ödənilmişdir. Halhazırda ümumi 8272 manat ödənilməyən borc qalmışdır. Məhkəmə iclasında iddiaçı Əkbərova (Qasımova) Aytac Əlisətdar qızı iddia tələbini müdafiə edərək iddia ərizəsinin məzmununa uyğun izahat verdi. İddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında Cavabdeh iddia tələbini qəbul edərək bildirdi ki, iddiaçının qeyd etdiyi əmlakların yarısının, yəni 4321 manatı cavabdehə ödəməyə razıdır. İddia tələbinin təmin edilməsinə etiraz etmədiyini bildirdi. Məhkəmə iddiaçının və cavabdehin izahatını iş materialları ilə birlikdə tədqiq edərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan: - Az-İV № 690892 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, xx.xx.2021-ci il təvəllüdlü X4 anası Qasımova (Əkbərova) Aytac Əlisətdar qızı, atası Cavabdehdur. - Sumqayıt Şəhər Məhkəməsinin e-29060)-2623/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsindən görünür ki, X5 ilə Cavabdeh arasında Sumqayıt ASAN xidmət mərkəzi qeydiyyat şöbəsində 02 noyabr 2020-ci il tarixində bağlanmış, nikahın bağlanması haqqında akt qeydləri kitabında 1659 nömrə ilə qeydə alınmış nikahın pozulması, tərəflərin birgə nikahınlarından olan 20 dekabr 2021-ci il təvəllüdlü X7 iddiaçı X1 yanında qalması, Cavabdeh xx.xx.2023-cü il tarixindən etibarən 20 dekabr 2021-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün alimentin hər ay 220 (iki yüz iyirmi) manat sabit pul məbləğində, 3 yaşına çatanadək hər ay 30 (otuz) manat maddi yardımın tutulub X2 verilməsi qət edilmişdir. - AZ-İ № 453114 saylı nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh ilə X5 arasında nikah Sumqayıt Şəhər Məhkəməsinin e-29060)- 2623/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsinə əsasən pozulmuşdur. Nikah pozulduqdan sonra qadına Əkbərova soyadı verilmişdir. - SFK6248984 saylı, xx.xx.2021-ci il tarixli nisyə alqı-satqı müqaviləsindən və ödəniş qrafikinin surətindən görünür ki, İddiaçı dəyəri 1920 manat olab 1 ədəd NB HP 250 G8 (İ5/8/256/2CB) komputer almış, həmin əşyanı 24 ay müddətinə aylıq 80 manat olmaqla ödəmək öhdəliyini öz üzərinə götürmüşdür. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, İddiaçı ilə Cavabdeh xx.xx.2020ci ildə nikaha daxil olaraq ailə qurmuş, onların 20 dekabr 2021-ci il təvəllüdlü X7 adlı bir övladı vardır. Sumqayıt Şəhər Məhkəməsinin e-29060)-2623/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsinə əsasən X5 ilə Cavabdeh arasında Sumqayıt ASAN xidmət mərkəzi qeydiyyat şöbəsində 02 noyabr 2020-ci il tarixində bağlanmış, nikahın bağlanması haqqında akt qeydləri kitabında 1659 nömrə ilə qeydə alınmış nikahın pozulması, tərəflərin birgə nikahınlarından olan 20 dekabr 2021-ci il təvəllüdlü X7 iddiaçı X1 yanında qalması, Cavabdeh xx.xx.2023-cü il tarixindən etibarən 20 dekabr 2021-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün alimentin hər ay 220 (iki yüz iyirmi) manat sabit pul məbləğində, 3 yaşına çatanadək hər ay 30 (otuz) manat maddi yardımın tutulub X2 verilməsi qət edilmişdir. Tərəflər nikah dövründə yəni xx.xx.2021-ci ildə və xx.xx.2021ci ildə ümumi dəyəri 6722 (altı min yeddi yüz iirmi iki) manat olan TV LED Samsung UE- 85AU8070 markalı televizor və 1920 (min doqquz yüz iyirmi) manat olan 1 ədəd NB HP 250 G8 (İ5/8/256/2CB) komputer almışlar. Qeyd edilən əşyalar nikah dövründə əldə edilmiş, tərəflərin ümumi birgə mülkiyyəti hesab olunur. Eyni zamanda qeyd edilir ki, bəhsi keçən əmlakların dəyəri tam ödənilmədən satılmışdır, borcun ödənilməsi öhdəliyi hər iki tərəfə aiddir. İddiaçı iddia tələbini müdafiə edir, cavabdeh iddia tələbini qəbul edir. Məhkəmə işlə bağlı aşağıdakı normaların tətbiqini zəruri hesab edir: Azərbaycan Respublikasının Ailə Məcəlləsinin: 32.1. Nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır. 32.2. Ər-arvadın ümumi birgə mülkiyyətinə: 32.2.1. onların hər birinin əmək, sahibkarlıq və intellektual fəaliyyəti nəticəsində əldə etdikləri gəlirlər, aldıqları pensiya və müavinətlər, eləcə də xüsusi təyinatı olmayan digər pul ödəmələri (şikəstlik, sağlamlığın bu və ya digər formada pozulması nəticəsində əmək qabiliyyətinin itirilməsinə görə ödənilən məbləğ, maddi yardımın məbləği və s.); 32.2.2. ər-arvadın ümumi gəlirləri hesabına əldə edilən daşınar və daşınmaz əşyalar, qiymətli kağızlar, kredit idarələrinə və s. kommersiya təşkilatlarına qoyulmuş paylar, əmanətlər, kapitaldan olan paylar və əmlakın ər-arvaddan kimin adına əldə olunmasından, yaxud əmanətin kimin adına və ya kim tərəfindən qoyulmasından asılı olmayaraq nikah dövründə ər-arvadın qazandığı hər hansı sair əmlak daxildir. 36.1. Ər-arvadın ümumi əmlakının bölünməsi nikah dövründə, eləcə də onlardan birinin tələbi ilə nikah pozulduqdan sonra, habelə kreditor ödəməni ər-arvadın ümumi əmlakında olan onlardan birinin payına yönəltmək üçün ümumi əmlakın bölünməsi tələbi barədə ərizə verdikdə həyata keçirilir. 36.2. Ər-arvadın ümumi əmlakı onların sazişi əsasında bölünə bilər. Belə saziş ərarvadın arzusu ilə notariat qaydasında təsdiq edilə bilər. 36.3. Mübahisə olduqda, ər-arvadın ümumi əmlakının bölünməsi, eləcə də bu əmlakda ər-arvadın paylarının müəyyən olunması məhkəmə qaydasında həyata keçirilir. 36.4. Məhkəmə ər-arvadın ümumi əmlakını bölərkən onların tələbi ilə hər birinə çatacaq əmlakı müəyyən edir. 36.9. Nikah pozulduqda ər-arvadın ümumi əmlakının bölünməsi haqqında onların tələbinə 3 illik iddia müddəti tətbiq olunur. 37.1. Ər-arvad arasındakı müqavilədə başqa hal nəzərdə tutulmayıbsa, onların ümumi əmlakının bölünməsi zamanı bu əmlakdakı payları bərabər hesab edilir. 41.2. Ər-arvadın ümumi öhdəlikləri üzrə, habelə ər-arvaddan birinin öhdəlikləri üzrə alınmış vəsaitin ailə ehtiyacları üçün istifadə olunduğu məhkəmə tərəfindən müəyyən edildikdə, həmin ərin (arvadın) öhdəlikləri üzrə ödəmə onların ümumi əmlakına yönəldilir. Bu əmlak kifayət olmadıqda, həmin öhdəliklər üzrə ər-arvad onların hər birinin əmlakı ilə birgə məsuliyyət daşıyırlar. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 225.1-ci maddəsində göstərilir ki, ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 32 və 36-cı maddələri baxımından həmin Məcəllənin 37.3-cü maddəsinin şərh edilməsinə dair” 2021-ci il 23 iyul tarixli Qərarın əsasən - Azərbaycan Respublikası Mülki Məcəlləsinin 225-ci, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 32 və 41.2-ci maddələrinin tələblərinə uyğun olaraq, nikah dövründə ərin və ya arvadın ailə ehtiyaclarının təmin edilməsi məqsədi ilə üzərinə götürdüyü öhdəliklər ər-arvadın ümumi əmlakına daxil olmaqla hər ikisi üçün vəzifələr yaradır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 36-cı maddəsində nəzərdə tutulmuş ərarvadın ümumi əmlakının bölgüsü müddəası onların mülkiyyət paylarının, iqtisadi dəyərə malik olan tələb hüquqlarının və yerinə yetirilməli olan öhdəliklərinin bölünməsini ehtiva edir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 37.3-cü maddəsinə müvafiq olaraq, ərarvadın bir-birinə qarşı əmlak bölgüsü haqqında iddiasına baxılarkən ümumi öhdəliklər üzrə borclar ər-arvadın hər birinin mülkiyyət payına mütənasib olaraq bölünür. Lakin bu bölgü kreditor qarşısında ər-arvadın birgə borclu olması halını aradan qaldırmır. Azərbaycan Respublikası MPM-nin məcəlləsinin 191.3-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Həmin Məcəllənin 220.4-cü maddəsinə əsasən qətnamənin əsaslandırıcı hissəsində işin məhkəmə tərəfindən müəyyən edilən halları, işin halları barədə məhkəmənin əsaslandırıldığı sübutlar və məhkəmənin bu və ya digər sübutları və iclasda iştirak edən şəxslərin istinad etdiyi qanun və hüquqi aktları rədd etmək üçün gətirdiyi dəlillər, habelə məhkəmənin qətnamə çıxararkən rəhbər tutduğu qanunlar və normativ hüquqi aktlar göstərilməlidir. Cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. Məhkəmə iddianı etirafın qanunun tələblərinə zidd olmamasını, etirafın üçüncü şəxslərin mənafeyinə toxunmamasını nəzərə alaraq hesab edir ki, cavabdehin iddianı etirafı, iddiaçının həmin etirafla razı olması məhkəmə tərəfindən qəbul edilməlidir. Beləliklə, məhkəmə iş üzrə təqdim olunmuş sübutları məcmu halında qiymətləndirərək, sadalanan maddi hüquq normalarına əsaslanaraq və həmin maddələrin tələblərini işin faktiki hallarına tətbiq edərək belə nəticəyə gəlir ki, iddia tələbi təmin edilməli, dəyəri 6722 (altı min yeddi yüz iirmi iki) manat olan TV LED Samsung UE- 85AU8070 markalı televizorun və 1920 (min doqquz yüz iyirmi) manat olan 1 ədəd NB HP 250 G8 (İ5/8/256/2CB) komputerin dəyərinin yarısı, yəni 4321 manat Cavabdeh tutularaq İddiaçı verilməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi təmin edilsin. Cavabdeh 4321 manat tutularaq İddiaçı verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Elmir Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar