Məhkəmə qərarları › İş №2(060)-3026/2022

Sumqayıt Şəhər Məhkəməsi Qərardad — İş №2(060)-3026/2022

08.04.2022 · Əmr icraatı - Müqavilə tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(060)-3026/2022 08.04.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Süleymanova Almaz Məhərrəm qızı, Kreditor Tələbkar ASC-nin Borclu qarşı “borcun tutulması” barədə məhkəmə əmrinin verilməsinə dair ərizəsini məhkəmənin inzibati binasında nəzərdən keçirərək, m ü ə y y ə n e t d i m: Kreditor Tələbkar ASC Borclu qarşı “borcun tutulması” tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək borcludan əsassız varlanma nəticəsində yaranmış 155,02 manat əsas borcun və 100 manat dövlət rüsumunun tutulması barədə məhkəmə əmrinin qəbul edilməsini xahiş etmişdir. Ərizəni və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək hesab edirəm ki, məhkəmə əmrinin verilməsi barədə ərizənin qəbul olunmasından imtina edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 276.1-ci maddəsinə əsasən kreditorun tələbi aşkardırsa və ya həmin tələb borclunun mübahisə edilməyən vəzifəsinə əsaslanırsa, bu halda məhkəmə əmri verilə bilər. 279.2.3-cü maddəyə əsasən ərizənin əsaslandığı tələb etmə hüququ barədə mübahisə vardırsa məhkəmə əmrinin verilməsi haqqında ərizənin qəbul olunmasından məhkəmə imtina edir. Hesab edirəm ki, tələb etmə hüququ barədə mübahisə vardır, bu səbəbdən ərizəyə baxılmasının sadələşdirilmiş qaydasını yolverilməzdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264, 275- 279-cu maddələrini rəhbər tutaraq, q ə r a r a a l d ı m: Kreditor Tələbkar ASC-nin Borclu qarşı “borcun tutulması” tələbi barədə məhkəmə əmrinin verilməsinə dair ərizəsinin qəbul olunmasından imtina edilsin. Qərardaddan şikayət verilə bilməz. Hakim Almaz Süleymanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar