Məhkəmə qərarları › İş №2(060)-3064/2021

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-3064/2021

29.03.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-3064/2021 29.03.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Aynur Mirzalı qızı Behbudovanın sədrliyi, Mehriban Hüseyn qızı Həsənlinin katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil, Cavabdeh nümayəndəsi X3 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı alimentin məbləğinin artırılması tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Cavabdeh qarşı alimentin məbləğinin artırılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək iddia tələbini onunla əsaslandırmışdır ki, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-2772/2012 saylı qətnaməsi ilə xx xxxx 2011-ci il tarixdə anadan olmuş X4 atası Cavabdeh müəyyən edilmişdir. Fatimə adlı azyaşlı qızının saxlanılması üçün hər ay Cavabdeh xx.xx.2012-ci il tarixdən başlayaraq sabit şəkildə 87 manat pul vəsaiti aliment qismində tutulub X10 verilməsi, Fatimə adlı azyaşlı qızının adına doğum haqqında şəhadətnaməsinin rəsmləşdirilməsi Sumqayıt şəhər Qeydiyyat şöbəsinə həvalə edilməsi, ata qrafasında Cavabdeh, ana qrafasında İddiaçı qeyd edilməsi qət edilmişdir. Təkbaşına olaraq uşaqların bütün xərclərini qarşılaya bilmir, çünki bütün ərzaq, geyim və sair malların qiymətəri artmışdır. Ona görə də uşağın saxlanılması üçün alimentin artırılması zəruridir. «Azərbaycan Respublikasında 2021-ci il üçün «X11» Azərbaycan Reşpublikasının Qanununa görə yaşayış minimumu uşaqlar üçün 175 manat məbləğində müəyyən edilmişdir.» Buna görə cavabdehdən tutulacaq aliment 175 manat məbləğində olmalıdır. xx xxxxxxxx 2019-cu il tarixdə Cavabdeh onunla barışmaq adı ilə valideynləri və özü faktiki yaşadıqları Sumqayıt şəhəri, Yaşıl Dərə massində yerləşən evə aparıb, orada saxlamaqla, onun evdən küçəyə buraxmamışlar. Ona qarşı fiziki təsir göstərib iradəsini sındırıb banka aparıb adına pul yazdırıb, o həmin pul məbləğlərinin alınmasına imza etsədə, həmin pulları onu banka aparan Rövşən və anası Teymurova İradə əlindən bankda almışlar. Həmin pul məbləğinin sayılmasına imkan verməmişlər. Hətta bu qayda pul adına banka qoyub, götürərkən övladı Teymurova Fatiməni girov saxlamaqla, onların dedikləri qaydada etmədiyi halda övladını ona verməyəcəyi ilə hədələmişlər. Onu evdə saxlayarkən Rövşən və 12 yaşlı İradənin qız nəvəsi Həsənova Gülay onu tutub həm vurublar, həmdə telefon ilə videoçəkiliş aparıb onu dəli adı ilə iradəsini qırmışlar. Qeyd olunanlara əsasən xx xxxx 2011-ci il tarixdə anadan olmuş X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay sabit pul məbləğində alimentin artırılaraq 175 (yüz yetmiş beş) manat pul vəsaiti aliment qismində Cavabdeh alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh xx xxxx 2021-ci il tarixdə iddia ərizəsinə etiraz verərək göstərmişdir ki, İddiaçı ona qarşı alimentin məbləğinin artırılması tələbinə dair mülki iş üzrə iddianı qismən qəbul edir. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2012-ci il tarixli, 2(060)-2772 saylı qətnaməsi ilə xx.xx.2011-ci il təvəllüdlü X1 üçün hər ay 87 manat sabit pul məbləğində aliment tutulması qət edilmişdir. Hər ay vaxtlı-vaxtında iddiaçıya uşağın saxlanılması üçün aliment ödəyir. İddianı qismən qəbul edir. Belə ki, ondan tələb olunan məbləğlə razı deyil. O işləmir, iş olduqda, fəhləlik edir. Yüksək qan təzyiqi və sudurqadan əziyyət çəkir. Qazancı ilə özünü dolandıra bilmir. Hazırda bütün ailə bir tək atasının himayəsində yaşayır. Uşaqlarına alimenti atasının yardımı ilə gecikdirmədən ödəyə bilir. Hazırda Fatimədən başqa, Astara Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(018)-856/2019 saylı qətnaməsinə əsasən xx.xx.2013-cü il təvəllüdlü X2 üçün ayda 110 manat sabit pul məbləğində aliment ödəyir. Maddi vəziyyətini nəzərə alaraq hesab edir ki,övladları arasında ayrı-seçkiliyin olmaması üçün qızı Fidana ödədiyi məbləğdə Fatiməyə də aliment ödəyə bilər, yəni Fatiməyə saxlanılması üçün iddiaçıya ayda 110 manat aliment ödəyə bilər. Bu məbləğdən artıq qət edilən aliment hesab edir ki, borc olaraq yığılacaq və sonda xoşagəlməz nəticələrə səbəb olacaqdır. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2012-ci il tarixli qətnaməsindən sonra onun maddi vəziyyətində müsbətə doğru heç bir dəyişiklik olmamışdır. İkinci uşağa da aliment ödəməli olmuş, işsizdir, iddiaçı isə karton sexində işləyir. Göstərilənləri nəzərə alaraq iddianın qismən təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi və vəkili Vəkil iddia ərizəsinə uyğun eyni məzmunlu izahat verib, əlavə olaraq bildirdi ki, iddiaçı özü işləmir, bacısı köməklik edir. Uşağın fiziki problemləri var, bütün xərclərini iddiaçı çəkir, cavabdeh isə heç bir köməklik etmir. Ona görə də məhkəmədən iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında Cavabdeh nümayəndəsi X8 iddianı qəbul etməyərək izahatında göstərdi ki, oğlu usta işləyir, pandemiya ilə əlaqədar işi azalıb, qazancı az olur. Oğlunun ikinci ailəsidə dağılıb, ona da bir uşağa görə 110 manat aliment ödəyir, artıq aliment ödəyə bilmir. Ona görə də iddianın rədd olunması barədə qətnamə çıxarılmasına etiraz etmir. Məhkəmə iş materiallarını araşdırıb, tərəflərin izahatını dinləyib hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi qismən təmin olunmalıdır. İş materiallarında olan doğum haqqında şəhadətnamənin təsdiq olunmuş surətindən görünür ki, X9 xx.xx.2011-ci il tarixdə doğulmuşdur. Atası Cavabdeh, anası İddiaçıdır. İş materiallarında olan Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-2772/2012 saylı, xx xxxx 2012-ci il tarixli qətnaməsinin surətindən görünür ki, İddiaçı xx xxxx 2011-ci il təvəllüdlü Fatimə adlı qızının atası Cavabdeh olması faktı müəyyən edilməsi, Fatimə adlı azyaşlı qızının saxlanılması üçün hər ay Cavabdeh xx.xx.2012-ci il tarixdən başlayaraq sabit şəkildə 87 manat pul vəsaiti aliment qismində tutulub İddiaçı verilməsi, Fatimə adlı azyaşlı qızın adına doğum haqqında şəhadətnamənin rəsmiləşdirilməsi Sumqayıt şəhər Qeydiyyat şöbəsinə həvalə edilməsi, ata qrafasında Cavabdeh, ana qrafasında İddiaçı qeyd edilməsi qət edilmişdir. İş materiallarına əlavə edilmiş xx xxxx 2021-ci il tarixli arayışdan görünür ki, Cavabdeh Sumqayıt şəhəri, yeni yaşayış massivi 1-ci məhəllədə qeydiyyatsız yaşayır. Hal-hazırda heç bir yerdə işləmir. İş materiallarına əlavə edilmiş Astara Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(018)-856/2019 saylı qətnaməsinin surətindən görünür ki, Cavabdeh hər ay 110 manat sabit pul məbləğində aliment tutularaq xx.xx.2013-cü il təvəllüdlü X2 üçün X7 verilməsi, alimentin tutulmasının xx xxxxxx 2019-cu il tarixdən hesablanması qət edilmişdir. Azərbaycan Respublikasının Konstitusiyasının 34-cü maddəsinin İV bəndinə əsasən uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 75.1 və 75.4-cü maddələrinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsiin 233.4-cü maddəsinə əsasən cavabdehdən vaxtaşırı ödəmələrin alınmasını qət edən qətnamə qanuni qüvvəyə mindikdən sonra, ödəmələrin miqdarını müəyyənləşdirən və ya onların davam etməsinə təsir edən hallar dəyişərsə, hər bir tərəf yeni iddia vermək yolu ilə ödəmələrin miqdarını və müddətlərini dəyişdirməyi tələb etməyə haqlıdır. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Eyni zamanda, Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 112.1-ci maddəsinin tələbində göstərilir ki, aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya alimenti ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair xx xxxx 2016-cı il tarixli qərarı ilə müəyyən edilmişdir ki, məhkəmə tərəfindən tərəflərin maddi vəziyyətinin araşdırılması zamanı, onların gəlirləri (məsələn, vergi ödəyicisi kimi ödənilən verginin məbləği və s.), digər qazanc mənbəyi, təhsili, hansı peşəyə sahib olması, əvvəlki iş yeri, yaşayış səviyyəsi (hansı şəraitdə yaşaması və s.), əmlak vəziyyəti (daşınar və daşınmaz əmlaklarının olub-olmaması), özünün saxlanılması üçün minimum tələbatını ödəyə bilməsi və s. qanunvericiliyə müvafiq olaraq müəyyən edilməlidir. Konstitusiya Məhkəməsi yuxarıda qeyd olunan qərarına əsasən müəyyən edilmişdir ki, ailə vəziyyətinin araşdırılması zamanı, tərəflərin yenidən ailə qurub-qurmaması, yeni ailədə uşaqların olub-olmaması, başqa aliment ödəmələrinin olub-olmaması, tutulacaq alimentin miqdarının digər uşaqların təminatının əsaslı dərəcədə aşağı düşməsinə səbəb ola biləcəyinə və sair məsələlərə diqqət yetirilməlidir. Həmin qərarla diqqətəlayiq digər halların araşdırılması zamanı məhkəmə, tərəflərin əmək qabiliyyətini və sağlamlıq vəziyyətini, öhdəsində digər şəxslərin (əmək qabiliyyəti olmayan valideynlər və sair) olub-olmamasını və sair məsələlərin nəzərə alması zərurəti göstərilmişdir. “Yaşayış minimumu haqqında” Qanunun Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrində nəzərdə tutulmuş aliment münasibətlərinə aid edilməsinin mümkünlüyünə gəldikdə isə Konstitusiya Məhkəməsinin Plenumu aşagıdakıları qeyd etmişdir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 4-cü maddəsinə görə isə bu Məcəllənin 2-ci maddəsində göstərilən ailə üzvləri arasında ailə qanunvericiliyi ilə tənzimlənməyən əmlak və şəxsi qeyri-əmlak münasibətlərinə mülki qanunvericiliyin ailə münasibətlərinin mahiyyətinə zidd olmayan normaları tətbiq edilir. Ailə üzvləri arasında yaranan münasibətlər ailə qanunvericiliyi və ya tərəflər arasındakı sazişlə tənzimlənmədikdə və həmin münasibətləri bilavasitə tənzimləyən mülki hüquq normaları olmadıqda, ailə münasibətlərinin mahiyyətinə zidd olmayan və oxşar münasibətləri tənzimləyən ailə və (və ya) mülki hüquq normaları tətbiq olunur. Bu normalar olmadıqda isə ailə üzvlərinin hüquq və vəzifələri ailə qanunvericiliyinin və mülki qanunvericiliyin ümumi prinsiplərinə, eləcə də humanizm və ədalət prinsiplərinə uyğun olaraq müəyyən edilir (Ailə Məcəlləsinin 5-ci maddəsi). Azərbaycan Respublikası Milli Məclisinin xx xxxx 1992-ci il tarixli 236 saylı qərarı ilə Azərbaycan Respublikasının qoşulduğu, BMT-nin Baş Məclisinin xx xxxxxx 1989-cu il tarixdə qəbul etdiyi “Uşaq hüquqları haqqında” Konvensiyanın 3-cü maddəsinə əsasən uşaqlar barəsində bütün tədbirlərdə əsas diqqət uşaq mənafelərinin daha yaxşı təmin edilməsinə yönəldilir, istər bu tədbirlər sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr tərəfindən görülsün, istərsə də məhkəmələr, inzibati və ya qanunvericilik orqanları tərəfindən. «Uşaq Hüquqları Haqqında» Azərbaycan Respublikasının Qanununun 5-ci maddəsinə əsasən dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. Azərbaycan Respublikasının normativ hüquqi aktları və müvafiq orqanların qərarları uşaq mənafelərinə zidd olmamalı və onların icrası uşaqların həyatına, inkişafına və tərbiyəsinə zərər gətirməməlidir. “X11” Azərbaycan Respublikasının Qanununa əsasən 2021-ci il üçün yaşayış minimumu uşaqlar üçün 175 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə iclasında müəyyən olundu ki, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)- 2772/2012 saylı, xx xxxx 2012-ci il tarixli qətnaməsinə əsasən xx.xx.2011-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh xx.xx.2012-ci il tarixdən başlayaraq hər ay 87 manat sabit pul məbləğində aliment tutularaq İddiaçı verilməsi qət edilmişdir. Hazırda İddiaçı uşağa görə ödənilən 87 manat məbləğində aliment uşağın saxlanması üçün zəruri xərclərini və ehtiyaclarını təmin etmir. Belə ki, iddiaçının nümayəndəsi və vəkili Vəkil izahatına əsasən müəyyən edildi ki, iddiaçı özü işləmir, bacısı köməklik edir, uşağın fiziki problemləri var. Həmçinin Cavabdeh digər övladı üçün 110 manat məbləğində aliment ödəyir. Bu isə onu digər övladı üçün aliment ödəmək vəzifəsindən azad etmir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinin tələbinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə, qanunun qeyd edilən tələbini rəhbər tutub məhkəmə iclasında tədqiq edilən sübutları qiymətləndirərək, həmçinin, tərəflərin birgə nikahından olan yetkinlik yaşına çatmayan uşağın mənafeyini, o cümlədən, tərəflərin diqqətəlayiq maraqlarını, maddi vəziyyətlərini, iddiaçının hazırda heç bir yerdə işləməməsini, cavabdehin başqa nikahdan olan övladına 110 manat məbləğində aliment ödəməsini nəzərə alaraq hesab edir ki, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-2772/2012 saylı, xx xxxx 2012-ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı artırılaraq Cavabdeh İddiaçı xeyrinə xx.xx.2011-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay 140 manat sabit pul məbləğində aliment tutulmalıdır. Eyni zamanda, məhkəmə hesab edir ki, artırılmış məbləğdə aliment hazırkı qətnamənin qanuni qüvvəyə mindiyi gündən başlayaraq tutulmalıdır. Belə ki, “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideyndən hansının yanında qalması və uşaqlar üçün valideyndən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxx 2016cı il tarixli 8-2/2016 №-li qərarının 8.14-cü bəndinə əsasən məhkəmənin müəyyən etdiyi alimentin məbləği dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 108.1-ci və 108.1.1-ci maddəsinə əsasən iddia ərizəsi verildikdə dövlət rüsumu ödənilməlidir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci və 9.1.2-ci maddəsinə əsasən məhkəmələrə verilən alimentin verilməsi baradə iddia ərizəsi üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 112.1 və 112.1.3-cü maddəsinə əsasən aliment alınması haqqındakı iddialarda iddianın qiyməti bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2-ci maddəsinə əsasən iddia qiyməti 500 manatdan çox olduqda 30 manat məbləğində dövlət rüsumu ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələblərinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Belə olan halda, iddiaçı dövlət rüsumunu ödəməkdən azad edildiyindən, 1 illik ödəmənin məcmusu 500 manatdan çox olduğuna və iddia təmin olunduğuna görə məhkəmə hesab edir ki, 30 manat dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə keçirilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.3-cü maddəsində göstərilir ki, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə, qət etdi: İddia tələbi qismən təmin edilsin. Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-2772/2012 saylı, xx xxxx 2012-ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı artırılsın və qətnamənin qanuni qüvvəyə mindiyi gündən hesablanmaqla Cavabdeh İddiaçı xeyrinə xx.xx.2011-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay 140 (yüz qırx) manat sabit pul məbləğində aliment tutulsun. İddia tələbi qalan hissədə təmin edilməsin. Cavabdeh 30 manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə keçirilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Aynur Behbudova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar