Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-3084/2021 31.05.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim İsmayılov Azər İbrahim oğlunun sədrliyi, Əliyev Orxan Elşən oğlunun katibliyi, İddiaçının vəkili X3, Cavabdeh, Onun vəkili X2 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı «alimentin miqdarının azaldılması tələbinə» dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı «alimentin miqdarının azaldılması tələbinə» dair iddia ərizəsi ilə Sumqayıt şəhər Məhkəməsinə müraciət edərək, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)- 6625/2019 saylı, 20 sentyabr 2019-cu il tarixli qətnaməsi ilə müəyyən olunmuş alimentin miqdarıqı azaldaraq, ondan birgə nikahdan olan 19.06.2017-ci təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay 80 manat sabit pul məbləğində aliment tutulub, Cavabdeh verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçının vəkili X7 məhkəmə iclasında iddia tələbini əsaslı hesab edərək göstərdi ki, İddiaçı Cavabdeh ilə 30.12.2015-ci ildə rəsmi nikaha daxil olmaqla ailə həyatı qurmuşdur. Tərəflərin birgə nikahlarından 19.06.2017-ci il təvəllüdlü X4 adlı bir uşaqları anadan olmuşdur. Sumqayıt şəhər Məhkəməsinin 2(060)-6625/2019 saylı, 20 sentyabr 2019-cu il tarixli qətnaməsi ilə tərəflər arasında olan rəsmi nikah pozulmuş, birgə nikahdan olan 19.06.2017-ci il təvəllüdlü X4 anasının himayəsinə verilmiş və birgə nikahdan olan 19.06.2017-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay iddiaçıdan 160 manat sabit pul məbləğində aliment tutulub X6 verilməsi qət edilmişdir. İddiaçının hər ay 160 manat sabit pul məbləğində aliment ödəməyə maddi imkanı yoxdur. Belə ki, iddiaçı İİİ qrup əlilldir. Aylıq 110 manat müavinət alır. İddiaçı heç bir yerdə işləmir və başqa heç bir gəliri yoxdur. İddiaçının hər ay 80 manat aliment ödəməyə imkanı çatar. Hesab edir ki, məhkəmə iddiaçının maddi vəziyyətini, İİİ qrup əlili olmağını və aldığı müavinəti nəzərə almalıdır. Ona görə də hesab edir ki, Sumqayıt şəhər Məhkəməsinin qətnaməsi ilə müəyyən olunmuş alimentin miqdarı dəyişdirilməli və iddiaçıdan birgə nikahdan olan uşağın yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay 80 manat sabit pul məbləğində aliment tutulub cavabdehə verilməlidir. Həmçinin qeyd edir ki, cavabdeh özü də işləyir. Belə ki, cavabdeh uşaq bağçasında müəllimə işləyir. Yuxarıda qeyd edilənlərə əsasən iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş edir. Cavabdeh məhkəmə iclasında iddia tələbini qəbul etməyərək göstərdi ki, iddiaçı “Karvan” ticarət mərkəzində mağaza işlədir və kifayət qədər qazanc əldə edir. Bundan başqa o, uşaq bağçasında müəllimə işləyir və aylıq qazancı uşağın geyim, yemək və s xərclərinin ödənilməsinə çatmır. Ona görə də, iddianın rədd edilməsini məhkəmədən xahiş etdi. Cavabdehin vəkili X5 məhkəmə iclasında iddia tələbini əsassız hesab edərək, iddianın rədd edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə, proses iştirakçılarını dinləyib, iş materiallarını və işin hallarını hərtərəfli araşdıraraq hesab edir ki, iddia tələbi rədd edilməlidir. Belə ki, iş materiallarında olan Sumqayıt şəhər Məhkəməsinin 20.09.2019-cu il tarixli, 2(060)-6625/2019 saylı qətnaməsinin surətindən görünür ki, iddia tələbi təmin edilmiş, İddiaçı oğlu ilə Ağayeva (Bayramova) Əsmər Yaqub qızı arasında 30.12.2015-ci il tarixdə Sumqayıt “ASAN xidmət” mərkəzi qeydiyyat şöbəsində bağlanmış 2890 nömrəli akt qeydli nikahın pozulması, boşanmadan sonra birgə nikahdan anadan olmuş 19.06.2017-ci il təvəllüdlü X1 ananın - Cavabdeh yanında qalması, İddiaçı Cavabdeh xeyrinə 19.06.2017-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanması üçün 20.09.2019-cu il tarixdən başlayaraq hər ay 160 manat sabit pul məbləğində alimentin tutulması qət edilmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Məhkəmə araşdırması zamanı Sumqayıt şəhər Məhkəməsinin 20.09.2019-cu il tarixli, 2(060)-6625/2019 saylı qətnaməsi ilə müəyyən edilmiş alimentin azaldılması üçün qanunvericilikdə nəzərdə tutulmuş əsaslar müəyyən edilməmiş, həmçinin iddiaçı iddiasının əsası kimi istinad etdiyi hallara dair məhkəməyə mötəbər sübutlar təqdim etməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 77.1-ci maddəsinin tələbinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Beləliklə məhkəmə belə nəticəyə gəlir ki, İddiaçı Cavabdeh qarşı «alimentin miqdarının azaldılması tələbinə» dair iddiası rədd edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı «alimentin miqdarının azaldılması tələbinə» dair iddiası rədd edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. HAKİM: AZƏR İSMAYİLOV
Məhkəmə qərarları › İş №2(060)-3084/2021
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-3084/2021
31.05.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin azaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver