Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(060)-309/2021 12.02.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Ələkbərov Əfqan Qəzənfər oğlunun sədrliyi, Mustafayeva Aygün Ələmdar qızının katibliyi ilə, İddiaçının vəkili Vəkil, Cavabdehin nümayəndəsi Rəhimova Rövşanə Vaqif qızının iştirakı ilə, İddiaçı cavabdeh «X3 və Ticarət Anonim» şirkətinə qarşı zərərin əvəzinin ödənilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN E T D İ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh «X3 və Ticarət Anonim» şirkətindən ona vurduğu maddi zərərə görə 4000 manat və mənəvi zərərə görə 4000 manat və ödənilmiş 30 manat dövlət rüsumunun tutulub ona verilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o «X3 və Ticarət Anonim» şirkətinə xx.xx.2018-ci il tarixdə montajçı vəzifəsinə işə qəbul edilmişdir. Hər ay 800 manat əmək haqqı almışdır. xx xxxxxx 2018-ci il tarixdə saat 17:00 radələrində «X3 və Ticarət Anonim» şirkətində işləyən zaman istehsalatda baş vermiş bədbəxt hadisə nəticəsində xəsarət almışdır. Belə ki «X3 və Ticarət Anonim» şirkətinin səhlənkarlığı nəticəsində yıxılmış sağ ayağının diz nahiyəsindən xəsarət almışdır. Sumqayıt şəhərində yerləşən “Unikal” klinikasında rentgen müayinəsi olunduqda sağ ayağının diz qapağının sınması müəyyən olunmuşdur. Xəsarət almağına görə cavabdeh tərəf qanuna müvafiq tədbirlər görməli olsa da bunu etməmişdir. Onun müalicə olunub sağalmağına köməklik göstərəcəyinə söz verib onu aldatmış, bu hadisəni müvafiq orqanlardan gizlətmişdir. O həmin vaxtdan işə çıxa bilmədiyinə görə işləməmişdir. Cavabdeh «X3 və Ticarət Anonim» şirkəti xx.xx.2018-ci il tarixdə onu işdən öz xahişilə çıxarmağına dair aldadıb ona ərizə yazdırmışdır. Ancaq onun müalicə olunmasına heç bir maddi köməklik göstərməmişdir. Ona heç bir ödəniş etməmişdir. İstesalat zamanı aldığı xəsarətə görə uzun müddət işləyə bilməmiş, borca düşmüşdür. Nəhayət xx xxxxxx 2019-cu il tarixdə borc alıb istehsalat zamanı sınmış ayağını cərrahiyyə əməliyyatı etdirmişdir. Bu müddət ərzində o işləyə bilməmişdir. Onun qazanc yeri yoxdur və himayəsində olan iki azyaşlı uşaqları ilə səfalət içində yaşamağa məhkum olunmuşlar. Ona görə də iddia tələbinin təmin edilməsini xahiş edir. Məhkəmə iclasında İddiaçı vəkili Vəkil Sumqayıt Şəhər Məhkəməsinə ərizə ilə müraciət edərək, cavabdeh tərəf «X3 və Ticarət Anonim» şirkətinin hüquqi ünvanı Bakı şəhəri, Nəsimi rayonu olduğu üçün mülki işin Bakı şəhər Nəsimi Rayon Məhkəməsinə göndərilməsini xahiş etmişdir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi Rəhimova Rövşanə Vaqif qızı vəsatətin təmin edilməsini məhkəmənin mülahizəsinə buraxdı. Məhkəmə mülki işin materiallarını tədqiq edərək hesab edir ki, vəsatət təmin edilməlidir. X2 kommersiya qurumlarının dövlət reyestri məlumatlarından görünür ki, «X3 və Ticarət Anonim» şirkətinin hüquqi ünvanı ünvan 2 Azərbaycan Respublikası MPM-nin 35.2-ci maddəsinə əsasən hüquqi şəxsə iddia hüquqi şəxsin ünvanının olduğu yerə görə verilir. Azərbaycan Respublikası MPM-nin 45.1-ci maddəsinə əsasən mübahisənin məhkəməyə aidiyyəti ilə əlaqədar məsələlər ərizənin məhkəmənin icraatına qəbul edilməsi və ya işin hakim tərəfindən baxılmağa hazırlanması mərhələsində, yaxud da işdə iştirak edən şəxsin əsaslandırılmış vəsatəti üzrə həll oluna bilər. Həmin Məcəllənin 45.2-ci maddəsinə əsasən mübahisənin məhkəməyə aid olmaması və ya işin başqa məhkəməyə verilməsi məsələləri barədə hakim bu Məcəllənin 21-ci fəslinin qaydalarına uyğun olaraq qərardad çıxarır. Həmin qərardaddan işdə iştirak edən şəxslər tərəfindən qərardadın alındığı (verildiyi) andan 10 gün ərzində şikayət verilə bilər. Həmin Məcəllənin 45.3-cü maddəsinə əsasən işin bir məhkəmədən başqa məhkəməyə verilməsi həmin qərardaddan şikayət verilmə müddəti başa çatdıqdan sonra icra edilir. Sadalanan hüquq normalarını rəhbər tutaraq, məhkəmə hesab edir ki, cavabdehin ünvanı Bakı şəhəri Nəsimi rayonunda olduğundan mülki iş aidiyyəti üzrə baxılması üçün Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə göndərilməlidir. Yuxarıdakıları və Azərbaycan Respublikası MPM-nin 35, 44 və162-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA A L D İ: İddiaçı cavabdeh «X3 və Ticarət Anonim» şirkətinə qarşı zərərin əvəzinin ödənilməsi tələbinə dair mülki iş aidiyyəti üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə göndərilsin. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti vermək olar. Hakim Əfqan Ələkbərov
Məhkəmə qərarları › İş №2(060)-309/2021
Sumqayıt Şəhər Məhkəməsi Qərardad — İş №2(060)-309/2021
12.02.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver