Məhkəmə qərarları › İş №2(060)-3100/2022

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-3100/2022

31.05.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-3100/2022 31.05.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Süleymanova Almaz Məhərrəm qızının sədrliyi, İsmayılov Əli Seyran oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “aliment” tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh qarşı “aliment” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək birgə nikahdan olan 25.01.2005-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay 200 manat sabit pul məbləğində alimentin və ödənilmiş 50 manat xərcin tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, o, Cavabdeh ilə 05.01.2003-cü ildə rəsmi nikaha daxil olmaqla ailə həyatı qurmuşdur. Birgə nikahdan 04.09.2002-ci il təvəllüdlü X8 və 25.01.2005-ci il təvəllüdlü X5 olmaqla iki övladı var. Qeyd edir ki, 04.09.2002-ci il təvəllüdlü X8 yetkinlik yaşına çatıb. Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-7941/2021 saylı 19 oktyabr 2021-ci il tarixli qətnaməsi ilə aralarında olan rəsmi nikah pozulmuş və birgə nikahdan olan 25.01.2005-ci il təvəllüdlü X2 onun yanında qalması qət edilmişdir. Nikah pozularkən onlar öz aralarında razılığa gəlmişdilər ki, cavabdeh 25.01.2005-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay ona maddi cəhətdən köməklik edəcək. Ona görə də o, məhkəmə zamanı ondan aliment tələb etməmişdir. Lakin cavabdeh aralarında olan razılaşmaya əməl etmir və uşağın saxlanması üçün ona maddi cəhətdən heç bir köməklik etmir. Ona görə də hazırkı iddia ilə məhkəməyə müraciət edir. Hesab edir ki, birgə nikahdan olan 25.01.2005-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün 19.10.2021-ci il tarixdən başlayaraq hər ay cavabdehdən 200 manat sabit pul məbləğində aliment tutulub ona verilməlidir. Məhkəmə iclaslarında iştirak edən iddiaçının nümayəndəsi və vəkili eyni məzmunlu izahat verərək iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavadeh izahatında bildirdi ki, iddia tələbini qismən qəbul edir, uşağı maddi cəhətdən təmin etməkdən boyun qaçırmır. Lakin o, işləmir, iş olanda fərdi qaydada fəhləlik edir, daimi və stabil qazancı yoxdur. Odur ki, iddia olunan məbləğdə aliment ödəməyə maddi imkanı yoxdur. O, üçüncü qrup əlildir və pensiya alır. Hər ay birgə nikahdan olan uşağın saxlanılması üçün 80-100 manat məbləğdə aliment ödəməyi öhdəsinə götürür. Qalan hissədə iddianı qəbul etmir və rədd edilməsini xahiş edir. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Mülki iş materiallarında olan X6 sonra prosesin davam etdirilə bilməməsi barədə 31.01.2022-ci il tarixli, MŞB/6- 1016 saylı arayışdan görünür ki, tərəflər X6 sonra prosesi davam etdirmək barədə qərar qəbul etməmişlər. Sumqayıt şəhər Məhkəməsinin 2(060)-7941/2021 saylı 19 oktyabr 2021-ci il tarixli qətnaməsindən görünür ki, Cavabdeh ilə X4 arasında Sumqayıt Nikah Evində 05.01.2003cü il tarixdə bağlanmış, 13 nömrəsi ilə qeydə alınmış nikahın pozulması və 25.01.2005-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana qədər anası X1 yanında qalması qət edilmişdir. AZ-İİİ seriyalı, 725679 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X5 25.01.2005-ci il tarixdə Sumqayıt şəhərində doğulmuş, atası Cavabdeh, anası X3r. Azərbaycan Respublikası Ailə Məcəlləsinin: 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. 75.4-cü maddəyə əsasən valideynlər uşaqları saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. 78.1-ci maddəsinə əsasən, aliment verməyə borclu olan valideynin qazancı qeyrimüntəzəm, dəyişən olarsa, ya da qazancın hamısını və ya bir hissəsini xarici valyuta ilə alarsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. 78.2-ci maddəsinə görə sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikası Qanunun 13-cü maddəsinə əsasən - Uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Azərbaycan Respublikasında 2022-ci il üçün yaşayış minimumu haqqında Azərbaycan Respublikasının Qanununa görə 2022-ci il üçün yaşayış minimumu uşaqlar üçün 193 manat məbləğində müəyyən edilmişdir. Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən, aliment məhkəməyə müraciət edilən vaxtdan tutulur. Elektron Məhkəmə İnformasiya sistemi vasitəsilə əldə olunmuş məlumatdan görünür ki, Cavabdeh İİİ qrup əlillik təyin olunmuş, əlilliyə görə aylıq 110 manat sosial müavinət alır. Həmçinin, Elektron Məhkəmə İnformasiya sistemindən çıxarışdan görünür ki, Cavabdeh fəhlə işləyir və əmək haqqı 280 manat təşkil edir. Məhkəmə hesab edir ki, valideynlər uşağı saxlamağa borclu olduğundan cavabdehdən birgə nikahdan olan uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün aliment tutulmaldır. Məhkəmə qeyd edir ki, qanunverici uşağın minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququnu tanımışdır və formalaşmış məhkəmə təcrübəsinə görə alimentin minimum məbləği müəyyən edilərkən bir qayda olaraq ölkə üzrə uşaqlar üçün müəyyən edilmiş yaşayış minimumu meyar olaraq qəbul edilir. Ailə Məcəlləsi uşaqların qayğısına qalmaq konstitusiya prinsipinə əsaslanaraq valideynlərin üzərinə uşaqları saxlamaq vəzifəsini qoymuşdur. Məhkəmə tərəflərin ailə və maddi vəziyyətini, uşağın üstün mənafeyini və minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququnu nəzərə alaraq belə nəticəyə gəlir ki, tutulmalı olan alimentin miqdarı, hər ay 193 manat sabit pul məbləğində müəyyən edilməli, qalan hissədə iddia təmin edilməməli, aliment iddiaçının məhkəməyə müraciət etdiyi 08 aprel 2022-ci il tarixdən hesablanmalıdır. Məhkəmə cavabdehin işsiz olmasıvə 3-cü qrup əlil ollması ilə bağlı etirazına münasibətdə qeyd edir ki, cavabdehin qazancı və gəlirinin olmaması onu uşaqların saxlanılması ilə bağlı aliment öhdəliyindən azad etmir. Eləcə də 3-cü qrup əlilliyin təyin edilməsi şəxsin əmək qabiliyyətsiz olması demək deyildir. Azərbaycan Respublikası MPM-nin 234.2, 234.2.1-ci maddəsinə əsasən şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. MPM-nin 119-cu maddəsinə əsasən iş üzrə ödənilmiş mediasiya xərci ilə bağlı rüsum nəzərə alınmalı, ödənilmiş dövlət rüsumunun əvəzi olaraq cavabdehdən 50 manat iddiaçının xeyrinə tutulmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. 08 aprel 2022-ci il tarixdən başlayaraq 25.01.2005-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 193 (bir yüz doxsan üç) manat sabit pul məbləğində aliment Cavabdeh İddiaçı xeyrinə tutulsun. Məhkəmə qətnaməsi dərhal icra olunsun. İddia qalan hissədə təmin edilməsin. İş üzrə ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 50 (əlli) manat Cavabdeh İddiaçı xeyrinə tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Almaz Süleymanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar