Məhkəmə qərarları › İş №2(060)-3103/2023

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-3103/2023

09.06.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-3103/2023 09.06.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Tanrıverdiyeva Günel Cəbrayıl qızının sədrliyi, Əsədli İlahə Yusif qızının katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə İddiaçı Cavabdeh qarşı əlavə müalicə xərcinin tutulması tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı müalicə xərcinin tutulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, emosional davranış pozğunluğu affektiv respirator paroksizmlər (R25. 2) xəstəliyindən əziyyət çəkən 28 mart 2018-ci il təvəllüdlü X2 müalicəsi üçün hər ay 150 manat pul məbləğinın, mediasiya sessiyası üçün ödənilmiş 50 manat rüsumun 50 faizinin (25 manat) cavabdehdən alınaraq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, 2017-ci ildə Cavabdeh ilə faktiki nikaha daxil olmuşdur. Faktiki nikahlarından 28 mart 2018-ci ıl tarixdə Sumqayıt şəhərində X5 doğulmuşdur. Sonradan münasibətləri pozulmuş və onlar ayrılmışdırlar. Cavabdeh yetkinlik yaşına çatmamış övladını maddi cəhətdən təmin etmədiyindən və X2 atası olmasını etiraf etmədiyindən onun tərəfiidən atalığın müəyyən edilməsi və aliment təiəbinə dair iddia ərizəsi ilə Yasamal rayon məhkəməsinə müraciət edilmişdir. Yasamal rayon məhkəməsinin qətnaməsinə əsasən, Cavabdeh 28 mart 2018-ci il tarixdə Sumqayıt şəhərində doğulmuş X5 atası olması, 28 mart 2018-ci il taixdə Sumqayıt şəhərində doğulmuş X2 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay sabit məbləğdə 100 (yüz) manat alimentin X1 alınaraq İddiaçı ödənilməsi qət edilmişdir. Sonradan o, cavabdeh X4 qarşı alimentin dəyişdirilməsi tələbınə dair» mülki iş üzrə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinə müraciət etmişdir. Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(004)-3546/2020 saylı qətnaməsi ilə Cavabdeh İddiaçı Fııad qızının xeyrinə tutulmuş alimentin miqdarı dəyişdirilmiş, Cavabdeh xx.xx.2018-ci ii təvəllüdiü X2 yetkınlik yaşına çatana kimi saxlanılması üçün hər ay 193 manat sabit pul məbləğində alimentin tutularaq İddiaçı ödənilməsi, Cavabdeh 43,20 manat məbləğində dövlət rüsumunun tutularaq dövlət nəfinə köçürülməsi qət edilmişdir. Məhkəmənin xüsusilə diqqətınə çatdırır ki, 28 mart 2018-ci il təvəllüdlü X5 uzun müddətdir ki, emosional davranış pozğunluğu affektiv resprator paroksizmlər (R25.2) xəstəliyindən əziyyət çəkir. Bu halı 19 nömrəli X3 rayon icra şöbəsınə ünvanlanmış xx.xx.2022-ci il tarixli məktubunun surətindən görmək olar. Belə ki, 28 mart 2018-ci il təvvəllüdlü X5 qeyd edilən poliklinikada qeydiyyatdadır. Övladının mütəmadi müşayiət olunan qəbizliyi var ki, bu hal birbaşa onun beyninə təsir edır. Mütəmadi olaraq həkım müayinələrindən keçir. Elə həmin tarixdən də nevropatoloqun dispanser nəzarətinə götürülüb və pediatr tərəfindən müalicə kursu keçir. Övladında nevroloji problemlər olduğundan uşağından baş verən emosional pozuntular və affektiv tutmalarla bağlı nevropatoloqa müraciət etmişdir. Övladının xəstəliyi ilə bağlı müalicə təyin olunub. Bu gün də övladı qeyd edilən xəstəlikdən əziyyət çəkir və onun müalicəsi, dərmanları kifayət qədər pul tələb edır. Cavabdeh isə hər ay 193 manat aliment ödəməklə kifayətlənir. Halbuki aliment də vaxtı vaxtında ödənilmir. Halbukı cavabdeh təkcə aylıq alimentin ödənilməsində deyil, həm də yetkinlik yaşına çatmamış övladının müalicəsində də iştirak etməlidir. Bu həm cavabdehin qanunla vəzifəsi, həm də insanlıq borcudur. Bildirir ki, uşaq hüquqlarının müdafiəsi ilə bağlı olan "Uşaq hüquqları haqqında'' Azərbaycan Respublikası Qanununda qeyd edilir ki, uşağın ailədə valideynləri ilə birgə yaşamaq, onlardan qayğı görmək hıiququ vardır. Bəllidir ki, qayğı dedikdə hərfı mənada, uşağa göstərilən fiziki və mənəvi nəvaziş başa düşülmür. Bura eyni zamanda uşağın istirahət etməsinə, onun sağlam mühitdə və fiziki sağlam səkildə böyüməsinə yaradılmış şərit də başa düşülür. Qeyd edilən Qanunun 8-ci maddəsində qeyd edilir ki, uşağın yaşamaq, normal şəraıtdə fiziki, əqli və mənəvi cəhətdən inkişaf etmək huququ vardır. Bəllidir ki, övladının vaxtında və lazımı müalicələri alması bu hüquqlardan tam şəkildə yararlana bilməyəcək və onun xəstəliyi daha ağır fəsadlara gətirib çıxaracaq. Məhz bu səbəbdən hesab edir ki, cavabdeh məhkəmə qətnaməsinə əsasən müəyyən edilmiş sabit məbləğdə 193 manat alimenti ödəməklə kifayətlənib, uşağın müalicə xərclərində iştirak etmək kimi məsulıyyətli vəzifədən yayınmamalıdır. Hesab edir ki, 28 mart 2018-ci li təvəllüdlü X2 emosional davranış pozğunluğu affektiv respirator paroksizmlər (R25.2) xəstəliyindən əziyyət çəkməsini, müalicə kurslarının uzun çəkəcəyini, bu müalicə xərclərini təkbaşına qarşılamaq iqtidarında olmamağı nəzərə alınmalı, 28 mart 2018-ci il təvəllüdlü X2 müalicəsi ilə bağlı hər ay 150 (yüz əlli) manat pul cavabdehdən alınaraq ona ödənilməlidir. İddiaçı qeyd etdiklərinə əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh məhkəməyə etiraz ünvanlayaraq bildirmişdir ki, İddiaçı 2(060)- 3103/2023 saylı iş üzrə alimentdən əlavə 150 manat istədiyinə görə onu təkrar məhkəməyə vermişdir. O, iddiaçının bu iddiasına əvvəl də 2(004)-1096/2023 saylı iş üzrə Bakı şəhər, Yasamal rayon məhkəməsində etiraz etmişdir və bu işə baxan X6 bir birinə oxşar işlərə təkrar baxmasına görə və iddiaçının xeyrinə uyğun olaraq atalığın müəyyən olunması, alimentin tutulması və artırılmasına aid qərarlar vermişdir. Onun birtərəf ədalətsiz qərarlarına görə o, psixoloji zərbə almış və bir neçə qanun tələblərlərini pozaraq bu işi də bilərəkdən özü qəbul etdiyinə görə hakimə etiraz etmişdir. O, aidiyyatı üzrə çox yerlərə rəsmi şikayət etdikdən sonra hakimə etirazı Yasamal rayon Məhkəmə sədri İslam Əliyev tərəfindən təmin olunnuç və hakim dəyişdirilərək başqa hakimə Orxan Məmmədliyə həvalə edilmişdir. Lakin, o, Yasamal rayon məhkəməsinin ədalətinə kifayət qədər şübhə etdiyi üçün və Azərbaycan Respublikasımn Mülki Prosessual Məcəlləsinin 36-cı maddəsində ki, tələblərə uyğun olaraq Məhkəmə və İddiaçı aidiyyat məsələsində ki, qanun pozuntuları etdiylərinə və onunda vətəndaş hüquqlarını pozduğlarına görə, məhkəməyə təkrar etiraz etmiş və işi onun rəsmi qeydə alındığı ərazi üzrə Sumqayıt şəhər Məhkəməsinə göndərilməsi üçün xahiş etmişdir. Hakim aidiyyat tələbini təmin etmişdir. Azərbaycan Respublikasının Konustitusiyasının 25.1-ci maddəsində hamı qanun və məhkəmə qarşısmda bərabər hüquqa malikdir. Həmin qanunun 127.11-ci maddəsinə əsasən Hakimlər işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafıq baxırlar. Qanunlardan görünür ki, hər bir şəxs vəzifə səlahiyətindən asılı olmayaraq dövlətin qanunları qarşısında bərabər hüquqa malikdir və qanunlarıa hörmət olaraq ona zidd hərəkət edib pozmamalıdır. O, ilk ərizəsində də bu haqda vurğulamışdı ki, Yasamal rayon Məhkəməsinin Hakimi Kərim Xudayev 2(004)-5068/2022 saylı iş üzrə İddiaçı qarşılıqlı iddia ərizəsinə əsasən bu işə baxmış və Məhkəmənin çıxartdığı Qətnamədə bu işi rədd etmişdir. Möhtərəm Hakim o, bir işi anlamır nə səbəbə görə eyni əsas üzrə Qətnaməsi olan işin Məhkəmə prosesi hələ də davam edir və bu işə xitam verilmir? Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbini müdafiə etdiyini bidirdi və əlavə olaraq qeyd etdi ki, uşaq 2022-ci ilin fevral ayında atası ilə restorana gedəndən və soyuq ayran içdikdən sonra qidalanması ilə əlaqədar uşaqda xroniki qəbzlik yaranmışdır. Həmin vaxta kimi uşağın səhhətində heç bir problem yox idi. Uşağın səhhəti ilə əlaqədar yaranan problemi müalicə etdirmişdir, müalicə ilə bağlı həmin sənədləri İcra İdarəsinə təqdim etmişdir. Onu da bildirir ki, müvəqqəti olaraq uşağın atası ilə görüşməsinə icazə vermirdi. Cavabdeh bundan istifadə edib məhkəməyə müraciət etmiş və nəticədə evə polislər gəlmişdir. Cavabdeh evin içində uşağı aparmaq üçün ona zor göstərmiş və bütün bu hadisələr uşağa pis təsir etmişdir. Belə ki, bundan sonra uşaqda kəkələmə, qorxma başlamış və uşaqda nevroloji problemlər yaranmışdır. Cavabdeh uşağın sağlamlığına qarşı çox laqeyddir. Cavabdeh 100 manat aliment ödəyir. Uşağın müalicəsini o, öz hesabına etdirir. Hazırda uşaq Nevroloji Dispanserdə qeydiyyatdadır. Onu da bildirir ki, hazırda övladı ilə birlikdə kirayə yaşayır, 300 manat maaş alır. Cavabdehin isə imkanı yaxşıdır, biznesi var. Hazırda o, uşağının müalicəsini davam etdirməlidir, lakin buna maddi imkanı çatmır. İddiaçı qeyd etdiklərinə əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh etiraza uyğun izahat verərək iddia tələbini qəbul etmədiyini bildirdi və əlavə olaraq qeyd etdi ki, iddiaçının dedikləri yalandır. Artıq 5 ildir ki, iddiaçı ilə məhkəmə mübahisələri davam edir. Bütün bu proseslər onun səhhətinə mənfi təsir etmiş və o, artıq ürək xəstəliyi tapmışdır. İddiaçı tez tez məhkəməyə iddia tələbləri ilə müraciət edərək, həm onun, həm də məhkəmənin vaxtını alır, buna görə də hesab edir ki, iddiaçı cəzalandırılmalıdır. İlk növbədə məhkəmə uşağın saxlanması üçün 193 manat aliment müəyyən etmişdi, daha sonra alimentin məbləği artırılaraq 210 manat olmuşdu. O, uşağın saxlanması üçün müəyyən edilmiş alimenti vaxtında ödəməyə çalışır. Pandemiya ilə əlaaqədar, aliment ödənişləri gecikirdi, buna görə hətta İcra Şöbəsi tərəfindən axtarışa da verilmişdi. Lakin hazırda heç bir problem yoxdur. Bildirir ki, əgər iddiaçı uşağa baxa bilmirsə, uşağı onun himayəsinə verə bilər. Belə olan halda, o, uşağın saxlanması üçün iddiaçıdan aliment tələb etməz, eyni zamanda uşağı ilə ünsiyyətdə olması üçün ona maneə yaratmaz. Onu da bildirir ki, uşaq sağlamdır. Onun səhhətində heç bir problem yoxdur. Bununla bağlı hətta ekspertiza da təyin oluna bilər. Onu da bildirir ki, iddiaçı uşağı həkimə apardıqdan sonra həkim tərəfindən yazılmış reseptləri bir neçə dəfə təqdim etmiş və o, həmin dərmanları almışdır. Cavabdeh qeyd edilənlərin nəzərə alınmasını və iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə tərəfindən işin halları müəyyən edilərkən aşağıdakı sübutlara istinad olunmuşdur. İşdə olan ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, ilkin mediasiya sessiyasının keçirilməsi üçün 50 (əlli) manat məbləğində mediasiya xərci İddiaçı tərəfindən ödənilmişdir. İşdə olan Bakı şəhər Yasamal Rayon Məhkəməsinin 2(004)-2368/2022 saylı xx.xx.2022-ci il tarixli qətnaməsindən görünür ki, Bakı şəhər Yasamal Rayon Məhkəməsinin 2(004)-3546/2020 saylı xx.xx.2022-ci il tarixli qətnaməsi ilə Cavabdeh İddiaçı xeyrinə tutulmuş alimnetin miqdarının dəyişdirilməsi, Cavabdeh 28 mart 2018-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana qədər saxlanması üçün hər ay 193 manat sabit pul məbləğində alimentin tutularaq İddiaçı ödənilməsi qət edilmişdir. İşdə olan Bakı Apellyasiya Məhkəməsinin 2(103)-5532/2022 saylı, xx.xx.2022-ci il qətnaməsindən görünür ki, həmin qətnamə ilə Bakı şəhər Yasamal Rayon Məhkəməsinin 2(004)-2368/2022 saylı xx.xx.2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İşdə olan AZ-İV 411723 saylı doğum haqqında şəhdətnamənin surətindən görünür ki, 28 mart 2018-ci il təvəllüdlü X2 atası Cavabdeh, anası İddiaçıdır. İşdə olan Bakı şəhər Yasamal Rayon Məhkəməsinin 2(004)-1469/2023 saylı xx.xx.2023-cü il tarixli qətnaməsindən görünür ki, həmin qətnamə ilə iddia ərizəsi qismən təmin edilmiş, xx.xx.2018-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana qədər saxlanması üçün Cavabdeh İddiaçı xeyrinə tutulan alimentin miqdarının artırılması, Cavabdeh xx.xx.2018-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana qədər saxlanılması üçün hər ay 210 (iki yüz on) manat sabit pul məbləğində alimentin tutularaq İddiaçı ödənilməsi qət edilmişdir. İşdə olan Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 3(007)-642/2022 saylı xx.xx.2022-ci il tarixli qərarından görünür ki, İddiaçı Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinib barəsində 500 (beş yüz) manat məbləğində cərimə növündə inzibati tənbeh tətbiq edilmişdir. İş materiallarında olan Bakı Apellyasiya Məhkəməsinin 3(103)-736/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarından görünür ki, həmin qərar ilə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin İddiaçı barəsində olan xx.xx.2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır. İşdə olan ödəniş qrafikindən görünür ki, Kapital Bank ASC tərəfindən KBMK5961421A125 saylı, xx.xx.2022-ci il tarixli kredit müqaviləsinə əsasən Cavabdeh 24 ay müddətinə illik 22% dərəcəsi ilə 5500 manat məbləğində kredit verilmişdir. İşdə olan Sumqayıt şəhəri üzrə İcra İdarəsinin xx.xx.2023-cü il tarixli arayşından görünür kı, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(004)- 1469/2023 nömrəli icra sənədi üzrə borclu Cavabdeh tərəfindən xx.xx.2023-cü il tarixədək aliment məbləği tam ödənilmişdir və borc yoxdur. İşdə olan Bakı Baş Səhiyyə X10 Şəxs 19 nömrəli Uşaq Poliklinikasının xx.xx.2022-ci il tarixli 52 nömrəli arayışından görünür ki, xx.xx.2018-ci il təvəllüdlü Sultan Elzamin xx.xx.2018-ci ildən Poliklinikanın qeydiyyatındadır. Mütəmadi olaraq həkim müayinələrindən keçir. xx.xx.2022-ci ildə nevropatoloq müayinəsindən keçib. Diaqnoz: Emosional davranış pozğunluğu affektiv respirator paroksizmlər (R25.2). Elə həmin tarixdən nevropatoloqun dispanser nəzarətinə götürülüb. Valideyn xx.xx.2022-ci il tarixində yenidən uşaqda baş verən emosional pozuntular və affektiv tutmalarla nevropatoloqa müraciət edib. Müalicə təyin olunub. Məhkəmə tərəfləri dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməməlidir. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 19-cu maddəsinə əsasən uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifəsidir. Göründüyü kimi, qanunverici uşaqların saxlanmasını, onların maddi-məişət tələbatının ödənilməsini uşaqla birgə yaşayıb-yaşamamasından asılı olmayaraq uşağın hər iki valideyninin üzərinə bir vəzifə olaraq qoymuşdur. Ailə Məcəlləsinin 81-ci maddəsində valideynlərin uşaqlara görə əlavə xərclərdə iştirakı nəzərdə tutulur. Həmin Məcəllənin 81.1-ci maddəsinə əsasən alimentin tutulması barədə saziş olmadıqda və ya sazişdə müstəsna hallarla (ağır xəstə, şikəst olan uşaqlara, habelə əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladlara göstərilən kənar xidmətin haqqının ödənilməsi ilə əlaqədar və s.) bağlı yaranmış xərclərin ödənilməsi qaydası müəyyən edilməmişsə, valideynlərdən hər biri məhkəmə tərəfindən əlavə xərclərin ödənilməsinə cəlb oluna bilər. Yetkinlik yaşına çatmamış uşaqlara görə əlavə xərclərin çəkilməsi valideynlər arasında bağlanan sazişlə, əmək qabiliyyəti olmayan yetkinlik yaşına çatmış övladlara görə əlavə xərclərin çəkilməsi isə övladlarla valideynlər arasında bağlanan sazişlə həll edilə bilər. Belə saziş olmadıqda, məhkəmə valideynləri əlavə xərclərin ödənilməsinə cəlb edə bilər. Valideynlər övladlarına görə əlavə xərclərin çəkilməsində könüllü iştirak etmədikdə, onları saxlayan şəxslər – digər valideyn, qəyyum, himayəçi, tərbiyəçi, yetkinlik yaşına çatmış övlad isə özü (o, fəaliyyət qabiliyyətlidirsə) məhkəmədə iddia qaldıra bilər. Bu halda Ailə Məcəlləsinin 81.2-ci maddəsinə uyğun olaraq valideynlərin əlavə xərclərə cəlb olunması qaydasını məhkəmə müəyyən edir. Bu xərclərin miqdarı məhkəmə tərəfindən valideynlərin və uşaqların ailə və maddi vəziyyəti, eləcə də tərəflərin diqqətəlayiq olan digər maraqları nəzərə alınmaqla, hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən olunur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 80 və 81-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 27 yanvar 2015-ci il tarixli qərarında qeyd edilmişdir ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 81.1-ci maddəsinin “və digər hallarda” müddəası əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladlar üçün birbaşa göstərilən tibbi xidməti və ya müalicə ilə bu və ya digər şəkildə əlaqədar olan tibbi xidmətləri ehtiva edir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 81-ci maddəsinin “göstərilən kənar xidmət” müddəası birbaşa tibbi xidməti deyil, yetkinlik yaşına çatmış və maddi yardıma ehtiyacı olan övladlar üçün göstərilmiş və ya gələcəkdə göstərilməsi zəruri olan əlavə xidmətlərə görə xərcləri nəzərdə tutur. Göründüyü kimi, Ailə Məcəlləsinin 81-ci maddəsində yetkinlik yaşına çatmayan uşaqların yalnız ağır xəstə və ya şikəst olduğu hallarda valideynlərin uşaqlara görə əlavə xərclərdə iştirakı nəzərdə tutulmuşdur. Məhkəmə hesab edir ki, iddiaçı iddia tələbinin əsası kimi istinad etdiyi halları, yəni xx.xx.2018-ci il təvəllüdlü X2 daimi müalicəyə ehtiyacı olmasını sübuta yetirə bilməmişdir. Belə ki, iddiaçı bununla bağlı məhkəməyə Bakı Baş Səhiyyə X10 Şəxs 19 nömrəli Uşaq Poliklinikasının xx.xx.2022-ci il tarixli 52 nömrəli arayışını təqdim etmişdir. Məhkəmə hesab edir ki, həmin sənəd tarixinə görə 1 il 4 ay əvvələ aid olmaqla halhazırda xx.xx.2018-ci il təvəllüdlü X2 daimi müalicəyə ehtiyacı olmasını təsdiq edən mötəbər sübut kimi qəbul edilə bilməz. Məhkəmə iddiaçının məhkəməyə təqdim etdiyi reseptlərlə bağlı qeyd edir ki, uşaqlara ümumi immun sisteminin gücləndirilməsi məqsədilə, soyuqdəyməyə qarşı və ya vitamin müalicəsinin təyin edilməsi uşağın hər hansı ağır xəstəlikdən əziyyət çəkdiyi nəticəsinə gəlməyə əsas vermir. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir (Mülki Prosessual Məcəllənin 14.1-ci maddəsi). Həmin Məcəllənin 14.2-ci maddəsində isə qeyd edilir ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Göründüyü kimi, mülki icraatda məhkəmə həqiqətin müəyyən edilməsinə yalnız tərəflərin təqdim etdikləri sübutlar çərçivəsində nail ola bilər. Bu baxımdan tərəflərin təqdim etdikləri sübutların obyektiv, qərəzsiz və hərtərəfli araşdırılması mülki prosessual qanunvericilikdə məhkəmənin üzərinə qoyulmuş əsas vəzifələrdən biridir. İstinad olunan Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 77.1-ci maddəsində sübutetmə vəzifəsi tərəflər arasında bölüşdürüldüyündən iddiaçı və cavabdeh, yəni tərəflər öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları özləri sübut etməlidirlər. İddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Göründüyü kimi iddiaçı iddia tələbinin əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, İddiaçı iddia tələbinin əsası kimi istinad etdiyi halları sübut edə bilmədiyindən onun Cavabdeh qarşı müalicə xərcinin tutulması tələbinə dair iddiası təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında təqdim olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutub, məhkəmə qət etdi: İddiaçı Cavabdeh qarşı müalicə xərcinin tutulması tələbinə dair iddiası təmin edilməsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Günel Tanrıverdiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar