Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-3130/2024 30.07.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hüseynov Elmir Xoşbəxt oğlunun sədrliyi, Bəhramlı Ümid Fəxri oğlunun katibliyi ilə, İddiaçı iştiraki ilə, İddiaçı Cavabdeh qarşı əmlakın mənzildən çıxarılması tələbinə dair mülki işə ünvan 1qayıt Şəhər Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh məxsus olan fərdi geyim əşyalarının, həmçinin 3 ədəd pərdə, 1 ədəd divan, 2 ədəd kreslo, 1 ədəd masa (qonaq otağı), 6 ədəd stul, 1 ədəd televizor və televizoraltı, 3 ədəd xalça, 3 ədəd Lüstur, 1 ədəd taxt, 2 ədəd tumba, 1 ədəd dolab, 1 ədəd yazı masası ,1 ədəd divarda kitab rəfi, 1 ədəd ütü, 1 ədəd termo, yorğan və döşək dəstləri, taxt örtükləri, yastıqlar və.s, mətbəx mebeli və içərisində olan əşyalar, 1 ədəd soyuducu, 1 ədəd soba, qab-qacaq dəsti, qazan dəstləri və s., 1 ədəd mətbəx masası , 4 ədəd mətbəx stulu, paltaryuyan maşın ve hamam aksesuarları, 1 ədəd tozsoran, kitab qutuları və 1 ədəd paltar qurutmaq ücün asılqandan ibarət cehiz əşyalarının iddiaçıya məxsus olan ünvan 1qayıt şəhəri, 40-cı məhəllə, ev 2113, 56 saylı mənzildən çıxarılmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, ünvan 1qayıt şəhəri, 40-cı məhəllə, ev 21B, 56 saylı mənzil xüsusi mülkiyyət hüququ əsasında iddiaçıya məxsusdur. 20 noyabr 2021-ci il tarixdə oğlu X3 cavabdehlə nikaha daxil olduqdan sonra iddiaçıya məxsus ünvan 1qayıt şəhəri, 40-cı məhəllə, ev 21B, 56 saylı mənzil ünvanına gəlin köçərək orada yaşamağa başlamışdır. Həmin vaxt o öz cehiz əşyalarını da qeyd olunan ünvandakı mənzilinə gətirmişdir. 2023-cü ilin dekabr ayından cavabdeh övladı doğumundan sonra doğum evindən birbaşa ata evinə getmiş və həmin vaxtdan hal- hazıra kimi cavabdeh yalnız bir neçə dəfə həmin mənzilə gələrək əllə daşına bilən bəzi geyim və sair əşyalarını özü ilə aparsa da qeyd edilən mənzildə yaşamamışdır. ünvan 1qayıt Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(060)-6104/2023 nömrəli qətnaməsinə əsasən oğlu Fuad Həsənli ilə Cavabdeh arasındakı nikah pozulmuşdur. Buna baxmayaraq hal-hazıra kimi cavabdehə məxsus cehiz əşyaları hələ də iddiaçının mənzilindən çıxarılmamışdır. Dəfələrlə cavabdehdən cehiz əşyalarının çıxarılmasını xahiş etmiş, o həmin əşyaları götürməkdən imtina etmişdir. Cavabdehə məxsus olan əşyalar iddiaçının mənzilində qaldığına görə mənzildən sərbəst istifadə etmək mümkün deyil. Bu hal isə xüsusi mülkiyyət hüququ əsasında iddiaçıya məxsus olan mənzilindən istifadə etmək hüququnu məhdudlaşdırır. Qeyd olunanlara əsasən hesab edir ki, cavabdeh İddiaçı məxsus olan fərdi geyim əşyalarının, həmçinin 3 ədəd pərdə, 1 ədəd divan, 2 ədəd kreslo, 1 ədəd masa (qonaq otağı), 6 ədəd stul, 1 ədəd televizor və televizoraltı, 3 ədəd xalça, 3 ədəd Lüstur, 1 ədəd taxt, 2 ədəd tumba, 1 ədəd dolab, 1 ədəd yazı masası ,1 ədəd divarda kitab rəfi, 1 ədəd ütü, 1 ədəd termo, yorğan və döşək dəstləri, taxt örtükləri, yastıqlar və.s, mətbəx mebeli və içərisində olan əşyalar, 1 ədəd soyuducu, 1 ədəd soba, qab-qacaq dəsti, qazan dəstləri və s., 1 ədəd mətbəx masası , 4 ədəd mətbəx stulu, paltaryuyan maşın ve hamam aksesuarları, 1 ədəd tozsoran, kitab qutuları və 1 ədəd paltar qurutmaq ücün asılqandan ibarət cehiz əşyaları cavabdeh tərəfindən iddiaçıya məxsus ünvan 1qayıt şəhəri, 40-cı məhəllə, ev 21B, 56 saylı mənzildən çıxarılmalıdır. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək, bildirdi ki, oğlu Fuad Həsənli ilə Cavabdeh xx.xx.2021-ci il tarixdə nikaha daxil olaraq ailə qurmuşdur. 2023-cü ilin dekabr ayından cavabdeh ata evinə getmiş və həmin vaxtdan bugünədək orada yaşamaqdadır. Cavabdehə məxsus cehiz əşyalar hazırda ünvan 1qayıt şəhəri, 40-cı məhəllə, ev 21B, 56 saylı mənzildə qalmışdır. Mülkiyyətçi olaraq həmin əşyaların sözügedən mənzildə qalması iddiaçıya mane olur. Bu səbəbdən iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə məlumatlandırılmasına baxmayaraq Cavabdeh məhkəmə iclasında iştirak etməmiş, bunun üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə mülki işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, təqdim olunmuş sübutları tədqiq edərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan: - ünvan 1qayıt Şəhər Məhkəməsinin 2(060)-6104/2023 saylı xx.xx.2023-cü il tarixli qətnaməsindən görünür ki, Həsənli (Nadirli) Pəri Salman qızı ilə X3 arasında 20 noyabr 2021-ci il tarixində bağlanmış, nikahın bağlanması haqqında akt qeydləri kitabında 2987 nömrə ilə qeydə alınmış nikahın pozulması, 29 dekabr 2022-ci il təvəllüdlü X2 iddiaçı Cavabdeh yanında qalması, cavabdeh X1 14 sentyabr 2023-cü il tarixindən etibarən 29 dekabr 2022-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 200 (iki yüz) manat məbləğində aliment tutulub iddiaçı Cavabdeh verilməsi qət edilmişdir. - ********** qeydiyyat nömrəli, xx.xx.2021-ci il tarixli çıxarışın surətindən görünür ki, ünvan 1qayıt şəhəri, 40-cı məhəllə, ev 21B, mənzil 56 xüsusi mülkiyyət hüququ əsasında İddiaçı məxsusdur. - Fotoşəkillərdən görünür ki, iddiaçının dediyinə görə fotoşəkillərdə əks olunan əşyalar cavabdehin cehiz əmlakıdır və İddiaçı məxsus mənzildədir. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, ünvan 1qayıt şəhəri, 40-cı məhəllə, ev 21B, mənzil 56 xüsusi mülkiyyət hüququ ilə iddiaçıya məxsusdur. Cavabdeh iddiaçının keçmiş gəlinidir. İddiaçının oğlu Fuad Həsənli xx.xx.2021-ci ildə Cavabdeh ilə nikaha daxil olmuş və sonuncu iddiaçıya məxsus mənzilə gəlin gəlmiş, cehiz əmlaklarını da həmin mənzilə yerləşdirmişdir. ünvan 1qayıt Şəhər Məhkəməsinin 2(060)- 6104/2023 saylı xx.xx.2023-cü il tarixli qətnaməsinə əsasən Həsənli (Nadirli) Pəri Salman qızı ilə X3 arasında 20 noyabr 2021-ci il tarixində bağlanmış, nikahın bağlanması haqqında akt qeydləri kitabında 2987 nömrə ilə qeydə alınmış nikahın pozulması, 29 dekabr 2022-ci il təvəllüdlü X2 iddiaçı Cavabdeh yanında qalması, cavabdeh X1 14 sentyabr 2023-cü il tarixindən etibarən 29 dekabr 2022-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 200 (iki yüz) manat məbləğində aliment tutulub iddiaçı Cavabdeh verilməsi qət edilmişdir. Göründüyü kimi iddiaçının oğlu ilə cavabdeh arasındakı ailə münasibətləri bitmişdir. Buna baxmayaraq cavabdehə məxsus əşyalar iddiaçıya məxsus mənzildə qalmaqdadır. İddiaçı iddia edir ki, cavabdehə əşyalarının çıxarılması ilə bağlı xəbərdarlıq edilməsinə baxmayaraq cavabdeh buna məhəl qoymamışdır. Cavabdehə məxsus cehiz əşyalarının iddiaçıya məxsus mənzildə qalması iddiaçının mülkiyyət hüququnu məhdudlaşdırır. Belə ki, iddiaçı mənzil üzərində mülkiyyət hüquqlarını tam və sərbəst həyata keçirə bilmir. Məhkəmə araşdırması zamanı müəyyən olunanlara əsasən məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin 1-ci hissəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikasının tərəfdar çıxdığı “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasına 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən “hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz.” Maddi nemətlərin fərdi mənsubiyyətini təsbit edən mülkiyyət hüququ insan hüquqlarının ümumi nəzəriyyəsində iqtisadi hüquq və azadlıqlar sistemində, Azərbaycan Respublikasının Konstitusiyasında (13 və 29-cu maddələr) və ölkəmizin qoşulduğu beynəlxalq-hüquqi aktlarda (İnsan hüquqları haqqında Ümumi Bəyannamənin 17-ci maddəsi, İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyaya 1 saylı əlavə protokolun 1-ci maddəsi və s.) nəzərdə tutulmuş fundamental insan hüquqları sırasında mühüm yer tutur. Mülkiyyət hüququ hamılıqla qəbul edilmiş ali insani dəyərləri özündə əks etdirən demokratik cəmiyyətin, hüquqi dövlətin təməl daşlarından biri hesab edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə görə mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. Həmin Məcəllənin 157.4-cü maddəsinə əsasən isə əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsi ilə tələb edə bilər. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 29.1-ci maddəsinə əsasən - Yaşayış sahəsinin mülkiyyətçisi ona mülkiyyət hüququ əsasında məxsus olan yaşayış sahəsi barəsində onun təyinatına uyğun olaraq və bu Məcəllə, həmçinin digər qanunlarla müəyyən edilmiş hüdudlarda sahiblik, istifadə və sərəncam vermək hüquqlarını həyata keçirir. Beləliklə, qeyd olunan müddəaların mənasına görə mülkiyyət hüququ təbiəti etibarilə nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericiliyin çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərindəki hüquqlarına üçüncü şəxslərin qeyri-hüquqi müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. Göründüyü kimi, iddiaçının hazırkı tələbindən müəyyən olunur ki, cavabdehin əşyalarının iddiaçıya məxsus mənzildə qalması mülkiyyətçi kimi onun iradəsinə ziddir. Məhkəmə hesab edir ki, cavabdehin əşyalarının iddiaçıya məxsus mənzildə qalması iddiaçıya öz mülkiyyətindən dinc istifadə hüququnu həyata keçirməyə mane olur. Cavabdehin əşyalarının iddiaçıya məxsus mənzildən çıxarılması üçün iddia tələbi təmin edilməlidir. Bütün yuxarıda göstərilən işin faktiki hallarının məcmusunu nəzərə almaqla, həmçinin onlara tətbiq ediləcək şərh olunan hüquq normalarını rəhbər tutmaqla məhkəmə belə qənaətə gəlir ki, iddia tələbi qanuni və əsaslı olduğu üçün təmin olunmalı, Cavabdeh məxsus olan fərdi geyim əşyaları, 3 ədəd pərdə, 1 ədəd divan, 2 ədəd kreslo, 1 ədəd masa (qonaq otağı), 6 ədəd stul, 1 ədəd televizor və televizoraltı, 3 ədəd xalça, 3 ədəd Lüstur, 1 ədəd taxt, 2 ədəd tumba, 1 ədəd dolab, 1 ədəd yazı masası, 1 ədəd divarda kitab rəfi, 1 ədəd ütü, 1 ədəd termo, yorğan və döşək dəstləri, taxt örtükləri, yastıqlar və.s, mətbəx mebeli və içərisində olan əşyalar, 1 ədəd soyuducu, 1 ədəd soba, qab-qacaq dəsti, qazan dəstləri və s., 1 ədəd mətbəx masası , 4 ədəd mətbəx stulu, paltaryuyan maşın ve hamam aksesuarları, 1 ədəd tozsoran, kitab qutuları və 1 ədəd paltar qurutmaq ücün asılqandan ibarət cehiz əşyaları iddiaçıya məxsus ünvan 1qayıt şəhəri, 40-cı məhəllə, ev 21B, 56 saylı mənzildən çıxarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Bu Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən, sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Azərbaycan Respublikası MPM-nin 77.1.-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4.-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, Q Ə T E T D İ: İddia tələbi təmin edilsin. Cavabdeh məxsus olan fərdi geyim əşyaları, 3 ədəd pərdə, 1 ədəd divan, 2 ədəd kreslo, 1 ədəd masa (qonaq otağı), 6 ədəd stul, 1 ədəd televizor və televizoraltı, 3 ədəd xalça, 3 ədəd Lüstur, 1 ədəd taxt, 2 ədəd tumba, 1 ədəd dolab, 1 ədəd yazı masası ,1 ədəd divarda kitab rəfi, 1 ədəd ütü, 1 ədəd termo, yorğan və döşək dəstləri, taxt örtükləri, yastıqlar və.s, mətbəx mebeli və içərisində olan əşyalar, 1 ədəd soyuducu, 1 ədəd soba, qab-qacaq dəsti, qazan dəstləri və s., 1 ədəd mətbəx masası , 4 ədəd mətbəx stulu, paltaryuyan maşın ve hamam aksesuarları, 1 ədəd tozsoran, kitab qutuları və 1 ədəd paltar qurutmaq ücün asılqandan ibarət cehiz əşyaları iddiaçıya məxsus ünvan 1qayıt şəhəri, 40-cı məhəllə, ev 21B, 56 saylı mənzildən çıxarılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində ünvan 1qayıt Şəhər Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) ünvan 1qayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Elmir Hüseynov
Məhkəmə qərarları › İş №2(060)-3130/2024
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-3130/2024
30.07.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver