Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-3135/2020 20.10.2020 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Tanrıverdiyeva Günel Cəbrayıl qızının sədrliyi, Məmmədova Şəhrəbanu Rəhim qızının katibliyi, İddiaçı «xxxxxxxx» X3 Təşkilatı QSC-nin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı «xxxxxxxx» X3 Təşkilatı QSC-nin Cavabdeh qarşı kredit müqaviləsinə xitam verilməsi və pul tələbinə dair mülki işə xx xxxxxxx 2020-ci il tarixdə Sumqayıt Şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı «xxxxxxxx» X3 Təşkilatı QSC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “xxxxxxxx” X3 Təşkilatı ilə Cavabdeh arasında bağlanmış xx xxxx 2019-cu il tarixli N106- 0***-******* nömrəli kredit müqaviləsinə xitam verilməsi və Cavabdeh 611 manat əsas borc, 146,12 manat faiz borcu və gecikdirilmiş əsas borc məbləğinə hesablanmış 0.50 faiz dərəcəsində 23,90 manat cərimə borcu, ümumilikdə 781,02 manat ümumi borcun və ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun cavabdehdən tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı «xxxxxxxx» X3 Təşkilatı QSC-nin nümayəndəsi X2 məhkəmə iclasında iddia tələbini müdafiə edərək bildirdi ki,“xxxxxxxx” X3 Təşkilatı ilə Cavabdeh arasında bağlanmış xx xxxx 2019-cu il tarixli N106-0***-******* nömrəli kredit müqaviləsinə əsasən ödəniş planına uyğun olaraq 18 ay müddətinə ödəmək şərti ilə 611 (altı yüz) manat məbləğində kredit verilmişdir. Hazırda borlcu kredit müqaviləsinin şərtlərini pozaraq, krediti ödəməkdən yayınır. Borcluya rəsmi olaraq xəbərdarlıq edilsə də öhdəliklərini yerinə yetirmir. Borclunun xx xxxx 2019-cu il tarixli N106-0***-******* nömrəli kredit müqaviləsinə görə xx.xx.2020-ci il tarixə əsas borcu 611 manat, faiz borcu 146,12 manat və gecikdirilmiş əsas borc məbləğinə hesablanmış 0.50 faiz dərəcəsində cərimə borcu 23,90 manat təşkil edir. Kredit üzrə ümumi borc 781,02 manatdır. Kredit müqaviləsinin 2.3-cü maddəsinə əsasən borcalan kredit göstərilən müddətdə və bu müqaviləyə 1 nömrəli əlavədə müəyyən edilən qaydada ödəməyi öhtəsinə götürür. Həmin müqavilənin 4.13.1-ci bəndinə əsasən gecikdirilən kredit ödənişinin əsas borc məbləğinə gecikdirilən hər gün üçün 0.50 (sıfır tam onda beş) faiz dərəcəsində dəbbə pulu hesablanır və boralan tərəfindən kreditora ödənilir. xx.xx.2020-ci il tarixinə borclunun “xxxxxxxx” X3 təşkilatına ümumi 781,02 (iki min altmış doqquz manat səksən üç qəpik) manat borcu vardır. Ona görə də nümayəndə iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş etdi. İş üzrə Cavabdeh ünvanına məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada (SS66893587AZ saylı poçt göndərişinin təqdim edilməsi barədə xəbərnaməyə əsasən) bildiriş göndərilsə də, o məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəfindən işin halları müəyyən edilərkən aşağıdakı sübutlara istinad edilmişdir: Cavabdeh xx.xx.1992-ci il tarixdə ünvan 1 ünvanında qeydiyyatdadır (AZE seriyalı 17424306 saylı şəxsiyyət vəsiqəsinin təsdiq olunmuş surətinə əsasən). İş materiallarında olan iddiaçı «xxxxxxxx» X3 Təşkilatı QSC ilə Cavabdeh arasında bağlanılmış xx xxxx 2019-cu il tarixli 106-0***-******* saylı kredit müqaviləsindən görünür ki, Cavabdeh «xxxxxxxx» X3 Təşkilatı QSC-dən 18 ay müddətinə 611 manat məbləğində kredit götürmüşdür. İşdə olan xx.xx.2020-ci il tarixli maliyyə arayışından görünür ki, iddiaçı «xxxxxxxx» X3 Təşkilatı QSC ilə Cavabdeh arasında bağlanılmış xx xxxx 2019-cu il tarixli Kredit müqaviləsi üzrə Cavabdeh 611,00 manat əsas borc və 170,02 manat faiz borcu borcu yaranmışdır. Məhkəmə iddiaçının nümayəndəsini dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, məhkəmə tərəfindən müəyyən edilmişdir ki, tərəflər arasında xx xxxx 2019cu il tarixli 106-0***-******* saylı kredit müqaviləsi imzalanmışdır. İddiaçı sözügedən müqavilə üzrə üzərinə düşən öhdəliyini yerinə yetirsə də, borclu Cavabdeh öhdəliklərini lazımi qaydada yerinə yetirməmiş, nəticədə «xxxxxxxx» X3 Təşkilatı QSC-yə borcu yaranmışdır. Hər kəs müqavilə bağlamaqda müstəqildir və müqavilə azadlığı mülki qanunvericiliyin əsas prinsiplərindən biridir (Mülki Məcəllənin 6-cı maddəsi). Həmin prinsip mülki hüquq subyektlərinə müstəqil olaraq, heç kəsin iradəsindən asılı olmadan öz mülahizə və istəklərinə görə mənafelərini nəzərə almaqla müqavilə bağlamaq imkanı verir. Mülki Məcəllənin “Müqavilə hüququ” adlanan 20-ci fəslinin məqsədi müqavilə hüquq münasibətlərinə girən tərəflərin sərbəst iradə ifadəsi və bərabərliyi prinsiplərinə riayət etməklə və onların müqavilə maraqlarını qorumaqla mülki dövriyyənin azadlığını təmin etməkdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. Tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Həmin Məcəllənin 423.2-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi tələbini tərəf məhkəməyə yalnız müqaviləni dəyişdirmək və ya ləğv etmək təklifindən digər tərəfin imtinasını aldıqda və ya təklifdə göstərilmiş müddətdə, müddət göstərilmədikdə isə otuz gün müddətində ondan cavab almadıqda irəli sürə bilər. İşdən görünür ki, kredit müqaviləsi üzrə yaranmış borcun ödənilməsi barədə «xxxxxxxx» X3 Təşkilatı QSC tərəfindən cavabdehə 368 nömrəli xəbərdarlıq məktubu göndərilmiş, lakin qanunda müəyyən edilmiş müddətin keçməsinə baxmayaraq cavabdeh borcun ödənilməsini təmin etməmişdir. Borc müqaviləsinin anlayışına aydınlıq gətirən Mülki Məcəllənin 739.1-ci maddəsinə əsasən, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə görə isə borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Mülki Məcəllənin öhdəliklərin icra edilməməsi ilə əlaqədar yaranan münasibətləri tənzimləyən normalarına görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür (442). Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur (443.1). Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır və icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır (445.2.1). Beləliklə, Cavabdeh kredit müqaviləsi üzrə üzərinə düşən öhdəlikləri lazımi qaydada icra etməməklə kredit müqaviləsinin şərtlərini əhəmiyyətli dərəcədə pozmuşdur. Bu səbəbdən, məhkəmə hesab edir ki, iddia xx xxxx 2019-cu il tarixli kredit müqaviləsinin ləğv edilməsi, Cavabdeh kreditor «xxxxxxxx» X3 Təşkilatı QSC-nin xeyrinə 611 manat əsas və 146,12 manat faiz borcunun tutulması hissəsində təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Məhkəmə hesab edir ki, iddiaçı tərəfindən cavabdehin müqavilə öhdəliklərini yerinə yetirməməsinə görə hesablanmış 23,90 manat məbləğində cərimə tənasübsüz surətdə yüksək deyil, kreditorun əmlak mənafelərinə uyğundur. Bu səbəbdən iddia həmin hissədə də təmin edilməli, cavabdehdən iddiaçının xeyrinə dəbbə pulu qismində 23,90 manat pul tutulmalıdır. Məhkəmə, Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə istinad edərək hesab edir ki, iddiaçının məhkəməyə müraciət etmək üçün dövlət rüsumu kimi ödədiyi 30 manat da cavabdehdən alınmalı və iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. «xxxxxxxx» X3 Təşkilatı QSC ilə Cavabdeh arasında bağlanılmış xx xxxx 2019-cu il tarixli, 106-0***-******* saylı kredit müqaviləsi ləğv edilsin. Cavabdeh xx xxxx 2019-cu il tarixli kredit müqaviləsi üzrə 611 (altı yüz on bir) manat əsas borc, 146,12 (yüz qırx altı manat on iki qəpik) manat faiz borcu, 23.90 (iyirmi üç manat doxsan qəpik) manat cərimə borcu olmaqla, ümumilikdə 781,02 (yeddi yüz səksən bir manat iki qəpik) manat borc və iddia qaldırılması üçün ödənilmiş 30 (otuz) manat dövlət rüsumu tutularaq «xxxxxxxx» X3 Təşkilatı QSC-nin hesabına ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Günel Tanrıverdiyeva
Məhkəmə qərarları › İş №2(060)-3135/2020
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-3135/2020
20.10.2020 · Müqavilələrin ləğv edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver