Məhkəmə qərarları › İş №2(060)-3144/2025

Sumqayıt Şəhər Məhkəməsi Qərardad — İş №2(060)-3144/2025

12.06.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(060)-3144/2025 12.06.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Şirəliyeva Vəfa Zavrulla qızının sədrliyi, Quliyeva Günay Tahir qızının katibliyi ilə, İddiaçı Cavabdeh Kiçikmirzə oğluna qarşı “təhsil xərcinin ödənilməsi” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Cavabdeh Kiçikmirzə oğluna qarşı “təhsil xərcinin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh Kiçikmirzə oğlundan 1800 illik təhsil haqqının 50 faizinin 900 manat və əlavə xərclər olaraq hər il üçün 2000 manat ödənilməsi, həmçinin mediasiya xərci və məhkəmə xərclərinin 50 faizinin cavabdehdən tutulması, ümumilikdə iki illik təhsil xərcləri üçün 5860 manat xərcin cavabdehdən tutularaq ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Mülki işin baxış iclası xx.xx.2025-ci il tarixə, saat 15:00 təyin edilmişdir. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, tərəflər məhkəmə iclasına gəlməmiş və işə onların iştirakı olmadan baxılmasını xahiş etməmişdirlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.6-cı maddəsinə əsasən işə onların iştirakı olmadan baxmağı xahiş etməmiş tərəflər məhkəməyə gəlmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Ərizənin baxılmamış saxlanılması barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsinin 31 mart 2011-ci il tarixli qərarının 2-ci bəndində qeyd edilmişdir ki, Azərbaycan Respublikası MPM-nin 259.0.1 - 259.0.10, 259.0.12 və 259.0.13-cü maddələrində göstərilən əsaslar olduqda məhkəmənin hazırlıq iclasında ərizə baxılmamış saxlanıla bilər. Məhkəmə hesab edir ki, İddiaçının Cavabdeh Kiçikmirzə oğluna qarşı “təhsil xərcinin ödənilməsi” tələbinə dair ərizəsi baxılmamış saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 259.0.7, 263-264-cü maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçının Cavabdeh Kiçikmirzə oğluna qarşı “təhsil xərcinin ödənilməsi” tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətinə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Sumqayıt Şəhər Məhkəməsinə şikayət verilə bilər. Hakim Vəfa Şirəliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar