Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-3148/2023 14.06.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ X8 Fikrət qızının sədrliyi Məhkəmə iclas katibi X1 İddiaçı, vəkili X4 və Cavabdeh iştirakları ilə İddiaçı Cavabdeh qarşı “aliment borcunun silinməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək,onun Cavabdeh ödəməli olduğu 20.200 manat məbləğində aliment borcunun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbini onunla əsaslandırmışdır ki, 11 yanvar 2005-ci il tarixdə Cavabdeh ilə rəsmi nikaha daxil olmaqla ailə həyatı qurmuşdur. Birgə nikahlarından 01 sentyabr 2004cü il təvəllüdlü X11 oğlu və 03 sentyabr 2005-ci il təvəllüdlü X5 anadan olmuşdur. Cavabdehlə ailə qurduqdan sonra bir müddət mehriban yaşasalar da sonradan münasibətləri pozulmuş, ailə faktiki olaraq dağılmışdır. Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-96/2014 saylı mülki iş üzrə 05 fevral 2014-cü il tarixli qətnaməsi ilə aralarındakı nikah pozulmuş, birgə nikahlarından olan uşaqların hazırki iş üzrə cavabdehin himayəsində qalması və uşaqların yetkinlik yaşına çatanadək hər uşaq üçün 100 manat olmaqla ümumilikdə 200 manat aliment tutulması qət edilmişdir. Aralarındakı nikahın pozulmasına baxmayaraq, cavabdehlə yenə də bir yerdə yaşamışlar. Bir yerdə yaşadıqlarından tərəfindən aliment ödənilməmiş, uşaqlarının, eləcə də ailəsinin xərclərini daima qarşılamışdır. Əvvəlki illərdən fərqləri rəsmi nikahda olmamaqları olmuşdur. Qeyd edir ki, rəsmi nikaha daxil olmadan əvvəl də qeyri-rəsmi 1 ilə yaxın birlikdə yaşadıqlarından yenidən nikaha daxil olmağa ehtiyac duymadılar. Qeyd edir ki, cavabdehlə 2022-ci ilin iyul ayınadək bir yerdə yaşamışlar. Yenidən ayrılmaqlarına səbəb isə onun birgə nikahlarından anadan olmuş 03 sentyabr 2005-ci il təvəllüdlü X2 danlamağı olmuşdur. Cavabdeh bu səbəbdən onla mübahisə etmiş və Sumqayıt Şəhər İcra İdarəsinə yaxınlaşaraq illərlə istəmədiyi alimenti ödənilməsinin təmin edilməsini tələb etmiş, nəticə də icra məmuru tərəfindən məhkəməyə təqdimat göndərilmiş, Sumqayıt Şəhər Məhkəməsinin 26 iyul 2022-ci il tarixli qərarı ilə inzibati qaydada həbs_olunmuşdur.. Bildirmək istəyir ki, hazırda 20.200 manat məbləğində aliment borcu yaranmışdır. Qeyd edir ki, borcun ondan tələb edilməsinin heç bir hüquqi əsası yoxdur. Çünki aralarındakı nikahın pozulmasına baxmayaraq yenə də cavabdehlə birgə yaşamışlar. Məhz cavabdeh tərəfindən illərlə alimenti tələb etməməsi və bunun üçün aidiyyəti üzrə hər hansı bir orqana müraciət etməməsi də qeyd etdiyi hallan təsdiq edir. Həmçinin qeyd etdiyi hallar ilə bağlı qonşuları da şahiddir. İddiaçı məhkəmədə eyni məzmunlu izahat verərək, iddia tələbinin əsaslı olduğu üçün təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmədə Cavabdeh iddia tələbini qəbul etməyərək göstərdi ki, o, iddiaçı ilə boşandıqdan sonra kart hesabı açdırmışdır ki, iddiaçı alimenti ödəsin. Lakin iddiaçı hər dəfə alimenti ödəməkdən boyun qaçırmışdır. İddiaçı onu və uşaqları tez-tez döyür, onları təhqir edir. Onun qızı universitetdə oxuyur və ödənişli təhsil alır. O, övladlarının xərclərini qarşılaya bilmir. Qeyd olunanları nəzərə alaraq, iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etdi. Məhkəmədə şahid X3 bildirdi ki, o, tərəfləri tanıyır. Onların toyunda iştirak etmişdir. Onların boşanmalarından məlumatı olmamışdır. O, iddiaçının hər axşam əli zənbilli evə gəldiyinin şahidi olmuşdur. Məhkəmə tərəflərin izahatlarını və şahid ifadəsini dinləyib, iş materiallarını tam, hərtərəfli və obyektiv tədqiq edərək sübutlara məçmu halda qiymət verərək belə hesab edir ki, iddia əsassızdır və təmin olunmamalıdır. İş materiallarında olan Sumqayıt Şəhər Məhkəməsinin 3(060)-1950/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarının surətindən görünür ki, İddiaçı Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinib 15 (on beş) gün müddətinə inzibati həbs olunmuşdur. İşdə olan Sumqayıt Şəhər Məhkəməsinin 8(060)-227/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadının surətindən görünür ki, təqdimat təmin edilərək Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-96/2014 saylı, xx.xx.2014-cü il tarixli icra sənədi üzrə borclu İddiaçı ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılması qərara alınmışdır. İş materiallarında olan Cavabdeh ərizəsinin surətindən görünür ki, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-96/2014 saylı, xx.xx.2014-cü il tarixli icra sənədinə əsasən 2 uşağın saxlanılması üçün hər ay 200 manat sabit məbləğində aliment borclu İddiaçı alınaraq ona verilməlidir. Bildirir ki, borclu İddiaçı bu vaxta qədər ona cəmi 300 manat aliment pulu ödəmişdir və 19900 manat borcu yaranmışdır. İş materiallarında olan Sumqayıt Şəhər Məhkəməsinin 8(060)-322/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadının surətindən görünür ki, təqdimat təmin edilərək, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-96/2014 saylı, xx.xx.2014-cü il tarixli icra sənədi üzrə ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan borclu İddiaçı Sumqayıt şəhəri üzrə İcra İdarəsinə məcburi qaydada gətirilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Konstitusiyasına əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir (Maddə 17, İİ hissə). Nikah və ailə dövlətin himayəsindədir. Analıq, atalıq, uşaqlıq qanunla mühafizə edilir. Dövlət çoxuşaqlı ailələrə yardım göstərir. Ər ilə arvadın hüquqları bərabərdir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur (Maddə 34). “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 19-cu maddəsinə əsasən, valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. Azərbaycan Respublikası Milli Məclisinin 21 iyul 1992-ci il tarixli 236 saylı qərarı ilə Azərbaycan Respublikasının qoşulduğu, BMT-nin Baş Məclisinin 20 noyabr 1989-cu il tarixdə qəbul etdiyi “Uşaq hüquqları haqqında” Konvensiyanın 3-cü maddəsinə əsasən uşaqlar barəsində bütün tədbirlərdə əsas diqqət uşaq mənafelərinin daha yaxşı təmin edilməsinə yönəldilir, istər bu tədbirlər sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr tərəfindən görülsün, istərsə də məhkəmələr, inzibati və ya qanunvericilik orqanları tərəfindən. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 56.1-ci maddəsinə əsasən valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 27 iyul 2016-cı il tarixli qərarında göstərilmişdir ki, nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, yaşayış minimumunu müəyyən edən qanunvericilik aktlarında göstərilən minimum dolanacaq xərclərinə yaxın məbləğin aliment kimi digər valideyndən tutulmasına əsas olar bilər. Belə ki, aliment ödəyən valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və ya qazanca malik olmaması onu uşağı saxlamaq və maddi təminatı ödəmək vəzifəsindən azad etmir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 107.1-ci maddəsinə əsasən aliment onun ödənilməsi barədə saziş əsasında tutulduqda, aliment üzrə borcları ödəməkdən azad edilmə və ya onun miqdarının azaldılması tərəflərin razılığı ilə həyata keçirilə bilər. Həmin Məcəllənin 107.2-ci maddəsinə əsasən məhkəmə aliment ödəməli şəxsin iddiası üzrə aliment borcunun şəxsin xəstəliyi və digər üzürlü səbəblərə görə əmələ gəldiyini, ailə və maddi vəziyyətinin bu borcları ödəməyə imkan vermədiyini müəyyən edərsə, onu həmin borcları ödəməkdən tamamilə və ya qismən azad edə bilər. İddiaçı silinməsini tələb etdiyi aliment borcunun qanunda qeyd olunmuş əsaslara görə yaranmasına dair məhkəməyə heç bir sübut təqdim etməmişdir. Bundan əlavə iş materiallarına əlavə edilmiş qərarlardan görünür ki, iddiaçı tərəfindən ödənilməyən borca görə icra məmuru tərəfindən müvafiq tədbirlər görülsə də, iddiaçı tərəfindən yaranmış aliment borcu ödənilməmişdir. Bu səbəbdən hesab edir ki, iddiaçının qeyd olunan tələbi əsassızdır və təmin olunmamalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 124.2-ci maddəsinə əsasən iddia rədd edildikdə işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər dövlət mədaxilinə məhkəmə xərclərindən azad edilməyən iddiaçıdan alınır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən, məhkəmədə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 80-ci maddəsinə əsasən, məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 106.1-ci maddəsinə görə, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75, 78, 112-ci maddələrini və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddiaçı Cavabdeh qarşı “aliment borcunun silinməsi” tələbinə dair iddia ərizəsi təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər. Sədrlik edən: Gülnarə Tağızadə
Məhkəmə qərarları › İş №2(060)-3148/2023
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-3148/2023
14.06.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver