Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-317/2025 02.04.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Behbudova Aynur Mirzalı qızının sədrliyi, Həsənli Mehriban Hüseyn qızının katibliyi İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə 02 aprel 2025-ci il tarixdə, Sumqayıt şəhərində açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, məhkəmədən Cavabdeh 6131 (altı min yüz otuz bir) manat pulun və iddia ərizəsi üçün ödənilmiş 81,31 manat dövlət rüsumunun tutularaq, o – İddiaçı ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı tələbini belə əsaslandırmışdır ki, o, 2024-cü ilin fevral ayında yeni aldığı ünvan 1 ünvanda inşa edilən yaşayış kompleksinin 1-ci binası, 5-ci mərtəbəsində yerləşən 24 saylı mənzili təmir etdirmək üçün “instagram” sosial şəbəkəsində qarşıma çıxan “eg.tikinti.temir” adlı səhifədə qeyd edilən - ***-***-**-** mobil nömrəsi ilə əlaqə saxlayıb, mənzilini təmir etdirmək istədiyini bildirmişdir. Danışdığı şəxs - Cavabdeh təmir işlərinin aparılacağı mənzilə baxış keçirmək istədiyini bildirmişdir. O, Cavabdeh ilə görüşüb, təmir etdirmək istədiyi mənzilə getmişlər. Cavabdeh mənzilə baxış keçirib, müəyyən hesablama işləri gördükdən sonra ona bildirmişdir ki, usta və material xərci daxil ümumilikdə təmir üçün ona 8773 manat ödəniş etməlidir. Müqavilə bağlanan vaxt ümumi məbləğin 30 faizini - yəni 2631 manat ödəməlidir. Yerdə qalan məbləği isə təmir başlanandan sonra hissəhissə ödəməklə təmir bitən vaxta kimi, yəni 3 ay müddətinə tam ödəməlidir. O, Cavabdeh bu təklifi ilə razılaşdığını ona bildirmişdir. Cavabdeh ona müqavilə bağlayacaqlarını bildirmişdir. xx.xx.2024-cü il tarixdə onunla "xxxx" MMC-nin direktoru Cavabdeh arasında podrat müqaviləsi bağlanmışdır. Cavabdeh oma "xxxx" ASC-nin bank kartı nömrəsini (**********906668) verib, həmin bank kartının özünə məxsus olduğunu, həmin kart nömrəsinə razılaşdığı kimi - ilkin olaraq 2631 manat ödəniş etməyini, sonrakı aylarda isə yerdə qalan ödənişləri etməyini bildirmişdir. O da xx.xx.2024-cü il tarixdə həmin kart nömrəsi üzrə hesaba 2631 manat ödəniş etmişdir. ünvan 1 ünvanda inşa edilən yaşayış kompleksinin 1-ci binası, 5-ci mərtəbəsində yerləşən 24 saylı mənzilimdə Cavabdeh göndərdiyi usta tərəfindən təmir işləri başlamışdır. Cavabdeh ona verdiyi "xxxx" ASC-yə aid bank kartı nömrəsi üzrə - hesaba xx.xx.2024-cü il tarixdə 1000 manat, xx.xx.2024-cü il tarixdə 1000 manat, xx.xx.2024-cü il tarixdə 500 manat, xx.xx.2024-cü il tarixdə 1000 manat olmaqla ümumilikdə 6131 manat ödəniş etmişdir. Təmir işləri çox ləng getmişdir. Təxminən 15-20 faiz iş görüldükdən sonra təmir dayanmışdır. Cavabdeh təmir işlərinin niyə dayandığını soruşanda Cavabdeh ona bir qədər vaxt verməyini xahiş etmiş və bildirmişdir ki, arxayın olsun, tez bir zamanda təmir işləri davam etdiriləcəkdir. Bir müddət gözlədikdən sonra təmirin davam etdirilmədiyini görüb yenidən Cavabdeh ilə əlaqə saxlamağa çalışsa da, lakin o, telefon zəngləribə cavab verməmişdir. Belə olan halda o anlamışdır ki, Cavabdeh ona olan güvənindən istifadə edərək, onun aldatmış, pulunu alıb və onun daha mənzilində təmir işlərini gördürmək niyyəti yoxdur. Onu da məhkəmənin nəzərinə çatdırır ki, Cavabdeh tərəfindən təmir işlərinin görülməsi üçün mənzilinə göndərilən ustalar tərəfindən cəmi 15-20 faiz təmir işi görülmüş, görülən təmir işləri də düzgün aparmamış, yararsız və qüsurlu iş görülmüşdür. Hal-hazırda görülən təmir işləri sökülüb, yenidən mənzilim təmir edilməlidir. Həmçinin onu da bildirir ki, podrat müqaviləsi onunla "xxxx" MMC arasında bağlansa də, lakin təmir üçün pulları o, "xxxx" MMC- nin hesabına yox, Cavabdeh şəxsi bank hesabı nömrəsinə ödəmişdir. Belə olan halda aydın olur ki, Cavabdeh heç bir hüquqi əsas olmadan ondan 6131 manat pul almışdır və həmin pulara görə məsuliyyəti də "xxxx" MMC yox, məhz Cavabdeh daşıyır. Qeyd olunanları nəzərə alaraq hesab edir ki, aralarında yaranan mübahisə məhkəmə qaydasında həll edilməli, ünvan 1 ünvanda inşa edilən yaşayış kompleksinin 1-ci binası, 5-ci mərtəbəsində yerləşən 24 saylı mənzilin təmiri üçün ödədiyi 6131 manat pul Cavabdehndən alınaraq ona qaytarılmaladır. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edib, iddia ərizəsinə uyğun məzmunda izahat verərək, iddianın təmin olunmasını məhkəmədən xahiş etmişdir. O, eyni zamanda bildirmişdir ki, 6131 manat ödəniş etmişdir. Ekspert rəyinə əsasən iddianın təmin edilməsinə etiraz etmir. Ondan sonra heç bir iş görülməmişdir. Ekspertiza təyin olunduqdan sonra özü işlərə başlamışdır. Hal-hazırda da evdə təmir gedir. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş: "xxxx" MMC-nin direktoru Cavabdeh ilə İddiaçı arasında bağlanmış 09 fevral 2024-cü il tarixli müqavilənin (surətinin) 1.1-ci, 2.1-ci və 2.2-ci bəndlərindən görünür ki, bu müqaviləyə əsasən podratçı ünvan 2 ünvanında inşa edilən yaşayış kompleksinin 1-ci bina, 05-ci mərtəbə, 24 saylı mənzil yaşayış ünvanında yerləşən və sifarişçiyə xüsusi mülkiyyət hüququ əsasında məxsus olan tikilidə təmir işlərini həyata keçirməyi, sifarişçi isə razılaşdırılmış muzdu ödəməyi öz öhdəsinə götürür. Tərəflər razılığa gəlirlər ki, sifarişçi görülən işin hər kvadrat metri üçün 210 manat muzd ödəyir. Podratçı bu müqavilədə nəzərdə tutulmayan işlərin icrasına cəlb oluna bilməz və əlavə işlərin yerinə yetirilməsi zərurəti yaranarsa, tərəflərin razılığı ilə bu müqaviləyə əlavə edilməklə bərabər tənzimlənə bilər. Müqavilənin 4.1-ci bəndinə əsasən tərəflər razılığa gəlirlər ki, müqavilədə göstərilən təmir işlərinin həyata keçirilməsi üçün sifarişçi 8.773 manat pul ödəyir. Müqavilənin 4.2-ci bəndinə əsasən sifarişçi 4.1-ci maddədə göstərilən məbləğin 30 faizini, yəni 2631 manatını müqavilə bağlanan an podratçıya nəğd şəkildə ödəyir. Leobank tərəfindən çıxarılmış qəbzlərdən görünür ki, iddiaçı cavabdehin kart hesabına 2631, 1000, 1000, 500, 1000 manat məbləğlərində ödənişlər həyata keçirmişdir. xx.xx.2024-cü il tarixli, ********** nömrəli mədaxil qəbzindən görünür ki, iddiaçı 81.31 manat məbləğində dövlət rüsumu ödəmişdir. İddiaçı tərəfindən cavabdehə ünvanlanmış pretenziya məktubundan görünür ki, yaranmış borc məbləğinin məhkəməkədən kənar qaydada ödənilməsi bildirilmişdir. "xxxx" MMC-nin 15 nömrəli, 07 fevral 2025-ci il tarixli hesabatından görünür ki, icra edilmiş işlərin bazar dəyəri 750,52 manat, materialların dəyəri 697 manat, podrat müqaviləsi üzrə layihənin və həmin müqavilədə qeyd edilmiş işlərin görülməsi üçün 9000 manat – 10000 manat arası xərc tələb olunur. Həmin layihənin və işlərin hazırki bazar dəyəri zəhmət haqqı materiallarla birlikdə 1447,52 manat təşkil edir. Məhkəmə iclasında müəyyən edildi ki, tərəflər arasında müqavilə bağlanmışdır. Həmin Müqaviləyə əsasən ünvan 2 ünvanında inşa edilən yaşayış kompleksinin 1-ci bina, 05-ci mərtəbə, 24 saylı mənzil yaşayış ünvanında yerləşən və sifarişçiyə xüsusi mülkiyyət hüququ əsasında məxsus olan tikilidə təmir işlərini həyata keçirməyi, sifarişçi isə razılaşdırılmış muzdu, 8773 manatı ödəməyi öhdəsinə götürmüşlər. Müqavilə bağlandıqdan sonra iddiaçı tərəfindən cavabdehə ümumilikdə 6131 manat məbləğində pul ödənilmişdir. Lakin cavabdeh üzərinə düşən öhdəliyi lazımi qaydada və vaxtda yerinə yetirməyərək, sözügedən evlərin tikintisini başa çatdırmamışdır. Bu səbəbdən iddiaçı məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 389.1-ci maddəsinə görə mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. 390.1-ci maddəsinə görə fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. 421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 443.1-ci maddəsinə görə öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. 752.1-ci maddəsinə əsasən podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. 762.1-ci maddəsinə əsasən podratçı sifarişçi üçün podratı elə icra etməlidir ki, podratın nəticəsi qüsurlardan, üçüncü şəxslərin hüquqlarından və ya iddialarından azad olsun. 762.2-ci maddəsinə əsasən podratın nəticəsi şərtləşdirilmiş keyfiyyətə uyğun gəlirsə, qüsurlardan azad sayılır. Keyfiyyət şərtləşdirilmədikdə podratın nəticəsi müqaviləyə uyğun istifadə və ya adi istifadə üçün yararlı olduğu halda qüsurlardan azad sayılır. 765-ci maddəsinə əsasən məmulatın qüsuru nəticəsində, əgər müqavilənin əlavə icrası üçün müəyyənləşdirilmiş müddət qurtardıqdan sonra həmin qüsur tamamilə aradan qaldırılmazsa, sifarişçi müqavilədən imtina edə bilər. Bu halda podratçı müqavilə ilə bağlı xərclərin əvəzini sifarişçiyə ödəməyə borcludur. Sadalananlara əsasən məhkəmə qeyd edir ki, cavabdeh iddiaçı qarşısında üzərinə götürmüş öhdəliyi lazımi qaydada və müddətdə yerinə yetirməmişdir. Bu isə cavabdeh tərəfindən müqavilənin əhəmiyyətli dərəcədə pozulmasıdır. İddia tələbinin “6131 manat pulun cavabdehdən tutulması” hissəsinə münasibətdə məhkəmə qeyd edir ki, iddiaçı cavabdehdən 6131 manat pulun tutulmasını xahiş etmiş, iş materiallarından görünür ki, iddiaçı tərəfindən cavabdehə ümumilikdə 6131 manat pul ödənilmişdir. Belə olan halda iddiaçı tərəfindən cavabdehə ödənilmiş puldan cavabdeh tərəfindən görülən işlərin dəyərini təşkil edən pul (mütəxəssinin hesabatı ilə müəyyən edilmiş 1447,52 manat) vəsaiti çıxılmaqla 4683,48 manat məbləğində pul cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1 və 88-ci maddələrinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Eyni zamanda hazırkı iş üzrə çəkilmiş məhkəmə xərcləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsi ilə müəyyən edilmiş qaydada ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməli olduğundan, hazırki halda iddia tələbi qismən təmin olunduğundan, hazırkı iddianın qaldırılması ilə əlaqədar iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş dövlət rüsumunun 66,83 manat hissəsi cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Mülki Prosessual Məcəlləsinin 220.5-ci maddəsinə əsasən qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir Göstərilənlərə əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. 4683,48 (dörd min altı yüz səksən üç manat qırx səkkiz qəpik) manat məbləğində pul vəsaiti Cavabdeh alınaraq İddiaçı ödənilsin. Ödənilmiş dövlət rüsumunun 66,83 manat hissəsi Cavabdeh İddiaçı xeyrinə tutulsun. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi (alındığı) gündən bir ay müddətinə Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Aynur Behbudova
Məhkəmə qərarları › İş №2(060)-317/2025
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-317/2025
02.04.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Podrat müqaviləsi üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver