Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-2(105)-152/2023 04.12.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məmmədov Zaur İkram oğlu (sədrlik edən və məruzəçi), X2 və Rəhimov Elman Gülbaba oğlundan ibarət tərkibdə, X1 ilə, İddiaçı tərəfindən cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı "pul tələbi”nə dair kommersiya işi üzrə Sumqayıt Kommersiya Məhkəməsinin 31 oktyabr 2023cü il tarixli e-2-2(119)-183/2023 nömrəli qərardadından İddiaçı tərəfindən verilmiş şikayətə Sumqayıt Apellyasiya Məhkəməsinin inzibati binasında, yazılı icraat qaydasında baxaraq, müəyyən etdi: İddiaçı “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə Cavabdehnə qarşı “borcun tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh tərəfindən İddiaçınə vurulmuş 132212 (yüz otuz iki min iki yüz on iki) manat məbləğində dəymiş zərərin əvəzinin Cavabdehndən tutularaq İddiaçınə ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Həmin kommersiya işi üzrə Sumqayıt Kommersiya Məhkəməsinin 31 oktyabr 2023cü il tarixli e-2-2(119)-183/2023 nömrəli qərardadı ilə cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi Nümayəndə2 “iş üzrə icraatın dayandırılması” barədə yazılı vəsatəti təmin edilərək, İddiaçı tərəfindən cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı "pul tələbi”nə dair kommersiya işi üzrə icraat Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 254.1.4-cü maddəsinin tələblərinə əsasən Bakı Kommersiya Məhkəməsinin icraatında baxılmış iddiaçı Cavabdeh İddiaçınə qarşı "podrat müqaviləsi üzrə borcun tutulması" tələbi barədə iddia ərizəsinə dair e-2-2(113)- 2741/2022 nömrəli kommersiya işi üzrə qəbul edilmiş yekun məhkəmə aktı qanuni qüvvəyə minənədək dayandırılmışdır. Qərardaddan iddiaçı şikayət vermiş və qərardadın ləğv olunmasını xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, qərardad qanunsuz və əsassız olduğundan ləğv olunmalıdır. Belə ki, Azərbaycan Respublikasının Konsititutsiyasının 60-cı maddəsinin İİ-cı bəndinə görə, hər kəsin hüququ var ki, onun işinə qərəzsiz yanaşılsın və həmin işə inzibati icraat və məhkəmə prosesində ağlabatan müddətdə baxılsın. Azərbaycan Respublikası MPM-nin 172.1.3.-cü maddəsinə görə digər mübahisələrə dair işlərə 4 ay müddətində baxılmalıdır. Azərbaycan Respublikasının Konsititutsiyasına və Azərbaycan Respublikası MPM-nin normalarına zidd olaraq, xx.xx.2023-cü ildə icraata qəbul edilmiş iddia ərizəsinin məhkəmə baxışını xx.xx.2023-cü il tarixdə yenidən cavabdehin növbəti bəhanəsini əsas götürərək hakim dayandırmışdır. Bundan başqa, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 254.1.4-cü maddəsinə əsasən, Konstitusiya Məhkəməsinin icraatı qaydasında, mülki, cinayət, inzibati xəta və ya inzibati mübahisə üzrə məhkəmə icraatı qaydasında baxılan başqa bir iş həll edilməyincə işə baxmaq mümkün olmazsa - iş üzrə icraatın dayandırılması məhkəmənin vəzifəsi kimi müəyyən edilsə də, işin baxılma vəziyəti nəzərə alınmalıdır. Belə ki, dayandırmaya səbəb olmuş 2- 2(103)-655/2023 nömrəli kommersiya işi üzrə qətnamə xx.xx.2023-cü il tarixdə çıxarılmış, xx.xx.2023-cü il tarixdə şikayətləndirilən qərardad qəbul edilmiş, yalnız xx.xx.2023-cü il tarixdə Cavabdeh kassasiya şikayəti vermişdir. Bu mənada xx.xx.2023-cü il tarixdə Sumqayıt Kommersiya Məhkəməsində qərardad çıxarılaraq icraat dayandırılmış, lakin həmin qərardadın çıxarılması üçün əsas yalnız xx.xx.2023-cü il tarixdə yaranmışdır. Bundan başqa Sumqayıt Kommersiya məhkəməsində baxılan e-2-2(119)-183/2023 saylı iş üzrə İddiaçınə vurulmuş 132212 (yüz otuz iki min iki yüz on iki) manat məbləğində zərərin əvəzinin Cavabdehndən tutularaq İddiaçıMəhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməsini tələb etdiyi halda Bakı Apellyasıya Məhkəməsinin icraatında olan 2-2(103)- 655/2023 nömrəli kommersiya işi üzrə iddiaçı Cavabdeh İddiaçıMəhdud Məsuliyyətli Cəmiyyətindən borc tələbi üzrə 19 946 (on doqquz min doqquz yüz qırx altı ) manat məbləğində pul tələbinə baxılaraq təmin olunmadan saxlanmışdır. 132212 (yüz otuz iki min iki yüz on iki) manatdan 19 946 (on doqquz min doqquz yüz qırx altı ) manat məbləğində pul çıxıldığı halda belə Sumqayıt Kommersiya məhkəməsində baxılmaq üçün 112 266 (yüz on iki min iki yüz altımış altı ) manat məbləğində “Tutto Bello “ MMC-nin iddia tələbinə baxılmalıdır. Bu mənada birinci instansiya məhkəməsinin əsaslandığı eyni tərəflər, eyni predmet dəlili tam olaraq əsassız hesab olunmalıdır. Sumqayıt Kommersiya Məhkəməsinin 14 noyabr 2023-cü il tarixli e-2-2(119)- 183/2023 nömrəli qərardadı ilə şikayətin təmin edilməməsi, iş materialları ilə birlikdə baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. (hakim Z.Sadiqov) Sumqayıt Apellyasiya Məhkəməsi tərəfindən şikayət mümkün sayılaraq yazılı icraata qəbul edilmişdir. Azərbaycan Respublikası MPM-nin 372.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Birinci instansiya məhkəməsi iş üzrə icraatın dayandırılması barədə cavabdeh "xxxx" MMC-nin nümayəndəsinin vəsatətini təmin etmiş və hesab etmişdir ki, iddiaçı "xxxx" MMC-nin cavabdeh İddiaçı MMC-yə qarşı "podrat müqaviləsi üzrə borcun tutulması" tələbinə dair mübahisə üzrə Bakı Kommersiya Məhkəməsinin 19 sentyabr 2022-ci il tarixli e-2-2(113)-2741/2022 nömrəli qətnamə ilə iddia təmin edilsə də, cavabdeh İddiaçı MMCnin apellyasiya şikayəti əsasında Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 14 sentyabr 2023-cü il tarixli 2-2(103)-655/2023 nömrəli qətnaməsi ilə həmin qətnamə ləğv edilmiş və iddia tələbi rədd edilmişdir. Hal-hazırda həmin qətnamə qanuni qüvvəsini almamışdır. Məhkəmə kollegiyası hesab edir ki, məhkəmənin icraatın dayandırılması barədə qərardadı əsaslıdır. İş materialları ilə müəyyən olunur ki, iddiaçı Cavabdeh İddiaçınə qarşı "podrat müqaviləsi üzrə borcun tutulması" tələbi barədə iddia ərizəsi ilə (e-2-2(113)-2741/2022 nömrəli kommersiya işi) Bakı Kommersiya Məhkəməsinə müraciət edərək, “tərəflər arasında bağlanmış 13 yanvar 2020-ci il tarixli SVxx-xx/2020 nömrəli “Mallar/İşlər/Xidmətlərin göstərilməsi barədə” müqaviləyə əlavə olaraq imzalanmış 10 mart 2020-ci il tarixli akta əsasən ödənilməli olan 19746 manat əsas borcun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi” barədə qətnamə qəbul olunmasını xahiş etmiş və həmin iddia tələbi - tərəflər arasında bağlanmış 13 yanvar 2020-ci il tarixli SVxx-xx/2020 nömrəli “Mallar/İşlər/Xidmətlərin göstərilməsi barədə” müqavilə üzrə “sifarişçi” olaraq cavabdeh İddiaçı MMC tərəfindən öhdəliklərin yerinə yetirilməməsi ilə əsaslandırılmışdır. Həmin "podrat müqaviləsi üzrə borcun tutulması" barədə iddia tələbinə dair mübahisə üzrə Bakı Kommersiya Məhkəməsi tərəfindən qəbul edilmiş 19 sentyabr 2022-ci il tarixli e-2-2(113)- 2741/2022 nömrəli qətnamə ilə iddia təmin edilmiş olsa da, iş materialları və "AZEMİS" Elektron Məhkəmə İnformasiya Sistemində olan məlumat bazasındakı məlumatlarla müəyyən olunur ki, cavabdeh İddiaçı MMC-nin apellyasiya şikayəti əsasında Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 14 sentyabr 2023-cü il tarixli 2- 2(103)-655/2023 nömrəli qətnaməsi ilə Bakı Kommersiya Məhkəməsinin 19 sentyabr 2022-ci il tarixli e-2-2(113)-2741/2022 nömrəli qətnaməsi ləğv edilmiş və iddiaçı "xxxx" MMC-nin iddia tələbi rədd edilmişdir. Lakin, hal-hazırda həmin qətnamə qanuni qüvvəsini almamışdır. Göründüyü kimi, hər iki iş arasında elə bir asılılıq və bağlılıq vardır ki, Bakı Kommersiya Məhkəməsinin icraatında baxılmış iddiaçı "xxxx" MMC-nin cavabdeh İddiaçı MMC-yə qarşı "podrat müqaviləsi üzrə borcun tutulması" tələbi barədə iddia ərizəsinə dair e-2-2(113)-2741/2022 nömrəli kommersiya işi üzrə qəbul edilmiş yekun məhkəmə aktı qanuni qüvvəyə minməyincə, hazırkı işə mahiyyəti üzrə baxılması və ədalətli həlli mümkün deyildir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 254.1.4-cü maddəsinə əsasən, Konstitusiya Məhkəməsinin icraatı qaydasında, mülki, cinayət, inzibati xəta və ya inzibati mübahisə üzrə məhkəmə icraatı qaydasında baxılan başqa bir iş həll edilməyincə işə baxmaq mümkün olmazsa - iş üzrə icraatın dayandırılması məhkəmənin vəzifəsi kimi müəyyən edilmişdir. Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 254.1.4-cü maddəsinin şərh edilməsinə dair” 25 mart 2004-cü il tarixli Qərarı ilə müəyyən edilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 254.1.4-cü maddəsinin “Konstitusiya Məhkəməsinin icraatı qaydasında, mülki, cinayət və ya inzibati qaydada baxılan başqa bir iş həll edilməyincə işə baxmaq mümkün olmazsa” müddəası -məhkəmə tərəfindən müvafiq növ icraat üzrə çıxarılmış qərarın, qətnamənin, hökmün, qərardadın qanuni qüvvəyə minməsini ehtiva edir. Məhkəmə kollegiyası Konstitusiya Məhkəməsi Plenumunun yuxarıda qeyd olunan mövqeyindən çıxış edərək şikayətin dəlilləri ilə bağlı qeyd edir ki, həmin dəlillər əsassızdır. Belə ki, hazırki icraatlın dayandırılması üçün əsas kassasiya şikayətinin verilməsi faktı deyil, iddiaçı Cavabdeh İddiaçınə qarşı "podrat müqaviləsi üzrə borcun tutulması" tələbi barədə kommersiya işi üzrə qanuni qüvvəyə minmiş məhkəmə aktının olmamasıdır. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, şikayət təmin olunmamalı, Sumqayıt Kommersiya Məhkəməsinin e-2-2(119)-183/2023 saylı, 31 oktyabr 2023-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-in 397.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərardaddan verilən şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxır. Həmin Məcəllənin 398.0.1-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsinin, şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 263-264, 397.2, 398.0.1, 400-üi maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: İddiaçı şikayəti təmin edilməsin. Sumqayıt Kommersiya Məhkəməsinin e-2-2(119)-183/2023 saylı, 31 oktyabr 2023cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad qəbul edildiyi andan qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №2-2(105)-152/2023
Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(105)-152/2023
04.12.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Podrat müqaviləsi üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver