Məhkəmə qərarları › İş №2-2(105)-9/2023

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(105)-9/2023

01.02.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Podrat müqaviləsi üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2-2(105)-9/2023 01.02.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən və məruzəçi-hakim Dəmirov İlqar Kamal oğlu, hakimlər Məmmədov Zaur İkram oğlu və Qafari Səyyad Ağaəli oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Əhmədzadə Səbinə Məhəmməd qızının katibliyi, cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi Vəkil iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı “pul” tələbinə dair ilk iddia ərizəsi və cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin İddiaçınə qarşı “pul” tələbinə barədə qarşılıqlı iddia ərizəsinə dair kommersiya işi üzrə Sumqayıt Kommersiya Məhkəməsinin 13 sentyabr 2022-ci il tarixli, e-2-2(119)-248/2022 nömrəli qətnaməsindən İddiaçı və cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən verilmiş apellyasiya şikayətlərinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı “pul” tələbinə dair ilk iddia ərizəsi ilə Sumqayıt Kommersiya Məhkəməsinə müraciət edərək, cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən podrat müqaviləsi üzrə öhdəliyini icra etmədiyinə görə podratçıya ödəməli olduğu 596500 (beş yüz doxsan altı min beş yüz) ABŞ dolları məbləğində kompensasiyanın ödənilən anda manatla məzənnəsinin, vurduğu 27583,44 (iyirmi yeddi min beş yüz səksən üç manat 44 qəpik) manat məbləğində maddi ziyanın və dövlət rüsumu kimi ödənilmiş 1311 (min üç yüz on bir) manat pulun tutularaq iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İlk iddia tələbi onunla əsaslandırılmışdır ki, 2019-cu ilin iyun ayında İddiaçı ilə cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti arasında Gəncə şəhərində 5000 metr məsafədə 1000 millimetrlik ölçüdə mikrotunelinq işlərinin həyata keçirilməsi ilə bağlı podrat müqaviləsi bağlanmışdır. Müqavilənin şərtlərinə görə sifarişçi icra layihələrini təsdiq etdikdən, müvafiq torpaq mexanikası analizləri həyata keçirildikdən sonra podratçı tərəfindən “Full Face” aparatı vasitəsi ilə diametri 1000 millimetr ölçüdə tunel qazılaraq eyni ölçülü boru çəkməklə ayda 170 metr uzunluğundan az olmayaraq, cəmi 5000 metr məsafədə mikrotunelinq işləri görülməli, sifarişçi tərəfindən həmin işlər qəbul olunaraq dəyəri ödənilməlidir. Həmçinin sifarişçi müqavilədə nəzərdə tutulan işlərin görülməsi üçün tunelqazan aparatın İran İslam Respublikasından gətirilməsi ilə bağlı zəmanətin verilməsini, zərurət olarsa xüsusi icazə və lisenziyaların alınmasını, aparatın daşınaraq layihə yerinə yerləşdirilməsini və bununla bağlı xərclərin ödənilməsini, iş yerinin hazırlanmasını, aparatın normal fəaliyyəti üçün qaldırıcı kran, qoşqulu və adi yük maşını, zəruri sayda işçi qüvvəsi, su və materialların təmin edilməsini, şaftların yer dəyişməsi və daşınmasını, mikrotunelinq aparatından çıxan torpaq və materialların daşınmasını, layihənin icra müddətində podratçının işçi qüvvəsinin daşınması üçün öz hesabına nəqliyyat vasitəsi ilə təmin edilməsini, 7 nəfərdən artıq olmamaqla podratçının işçi qüvvəsinin məskunlaşması üçün bütün avadanlıqlarla təchiz olunmuş 2 mənzillə təmin olunmasını, şaftların quraşdırılması və layihənin icrası üçün qazıntı və bərkitmə işlərinin görülməsini, lazım olan sayda bacaların tikilməsini, aparat üçün zəruri olan hallarda və miqdarda bentonit və hidravlik yağlarının əldə edilməsini, hazırlanmasını və daşınmasını, tələb olunan sayda dizel generatorlarının təmin edilməsini, onların yanacaqla təmin olunmasını, şaft yerinin standart borularla təmin olunmasını, iş yekunlaşdıqda tunelqazan aparatın podratçı tərəfindən ölkədən çıxarılmasına zəmanətlərin verilməsini və s. öhdəsinə götürmüşdür. Qiymətli və nadir tapılan tunelqazan aparatın boş dayanmasının podratçıya ziyan vurmasının qarşısının alınması üçün müqavilədə sifarişçinin öhdəliyinin icrasını gecikdirməsi nəticəsində podratçıya dəyən ziyanların kompensasiya edilməsi, gecikmə 1 gündən 7 günə qədər olduqda sifarişçi tərəfindən hər gecikdirilmiş gün üçün 700 ABŞ dolları, gecikmə 7 gündən 20 günə qədər olduqda hər gecikdirilmiş gün üçün 2000 ABŞ dolları, gecikmə 20 gündən artıq olduqda, hər gecikdirilmiş gün üçün 4000 ABŞ dolları kompensasiya ödənilməsi nəzərdə tutulmuşdur. Lakin buna baxmayaraq, cavabdeh ilk gündən müqavilə üzrə üzərinə götürdüyü öhdəlikləri icra etməmiş, öhdəliklərin icrasını gecikdirmiş, bununla iddiaçıya ziyan vurmuşdur. Belə ki, iddiaçı özügedən tunelqazan aparatı İran İslam Respublikasından gətirib 10 sentyabr 2019-cu il tarixdə Dövlət Gömrük Komitəsinin Qərb Ərazi Baş Gömrük İdarəsində bəyan etməklə Gəncə şəhərinə gətirmiş, lakin cavabdeh sifarişçi "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin işin planlaşdırıldığı Gəncə şəhərinin Sülh küçəsində mikrotunelin tikintisi yerini vaxtında hazır etməməsi səbəbindən iddiaçı-podratçı İddiaçı işçiləri 16 sentyabr 2019-cu il tarixdən 10 oktyabr 2019-cu il tarixə kimi 24 gün ərzində boş dayanmış, işləyə bilməmişlər (24 gün x 4000$ = 96000$). Cavabdeh tərəfindən iş yerinə 13 oktyabr 2019-cu il tarixdə kran, 18 oktyabr 2019-cu il tarixdə beton, 20 oktyabr 2019-cu il tarixdə separator, 22 oktyabr 2019-cu il tarixdə kran, 23 oktyabr 2019-cu il tarixdə dizel yanacağı, 24 və 26 oktyabr 2019-cu il tarixdə beton verilməməsi səbəbindən iddiaçı 7 gün boş dayanmağa məcbur olmuşdur (7 gün x 700$ = 4900$). Bundan başqa cavabdeh tərəfindən 09 noyabr 2019-cu il tarixdən 06 dekabr 2019-cu il tarixə kimi iş yerinin borular və kranla təchiz edilməməsi səbəbindən iddiaçı daha 28 gün boş dayanmışdır (28 gün x 4000$ = 112000$). Cavabdeh əvvəlcədən məlumat vermədən 28 dekabr 2019-cu il tarixdən 06 yanvar 2020-ci il tarixə kimi Yeni il bayramı tətilləri ilə əlaqədar iş yerini işçi qüvvəsi və materiallarla təchiz etmədiyindən iddiaçının işçiləri 9 gün boş dayanmağa məcbur olmuşlar (9 gün x 2000$ = 18000$). Cavabdeh tərəfindən iş yerinə 8 fevral 2020-ci il tarixdən 11 fevral 2020-ci il tarixə kimi 4 gün ərzində dizel yanacağı, 8 mart 2020-ci ildən 11 mart 2020-ci ilə kimi 4 gün kran verilməməsi səbəbindən iş dayanmışdır (4 gün x 700$ + 4 gün x 700$ = 5600$). 2020-ci ilin mart ayının əvvəllərində məlum olmuşdur ki, cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti müqavilə üzrə üzərinə götürdüyü daha bir öhdəliyi yerinə yetirməmiş, İran İslam Respublikasından gətirilmiş və 6 ay müddətinə, 06 mart 2020-ci ilə kimi müvəqqəti idxal xüsusi gömrük proseduru altına yerləşdirilmiş tunelqazan aparata tətbiq edilmiş gömrük rüsumu və vergisindən ibarət gömrük xərclərini ödəməmişdir. İddiaçı cavabdehdən öhdəliyini yerinə yetirməsini tələb etmiş, lakin cavabdeh bundan imtina etmiş, aralarında narazılıq yaranmışdır. Buna görə iddiaçı DGK-nin Qərb Ərazi Baş Gömrük İdarəsinin hesabına 27583,44 manat məbləğində gömrük xərclərini ödəməyə məcbur olmuşdur. Bundan sonra, 01 aprel 2020-ci ildən 01 iyul 2020-ci ilə kimi cavabdehin iş yerini separatorla təchiz etməməsi nəticəsində iddiaçı 90 gün ərzində boş dayanmalı olmuşdur (90 gün x 4000$ = 360000$). İddiaçının cavabdehə ünvanladığı 21 oktyabr 2020-ci il tarixli məktubda (pretenziya) həmin müddət mexaniki səhv olaraq 60 gün göstərilmiş, nəticədə kompensasiya məbləği 120000 ABŞ dolları hesablanmışdır. Boşdayanmaların cavabdehin öhdəliyinin icrasını gecikdirməsi səbəbindən baş verməsi faktları İddiaçı səlahiyyətli nümayəndəsi Safari Shahramın tərtib etdiyi, özü ilə yanaşı sifarişçi və podratçının işçiləri X3, X4, X5, Fikrət Ələsgərov və X1 imzaladıqları gündəlik sənədlərlə təsdiq olunmuşdur. Cavabdehin öhdəliyini yerinə yetirməməsi, öhdəliyinin icrasını gecikdirməsi səbəbindən iddiaçı ilə aralarında yaranmış narazılıqlardan sonra cavabdeh 01 iyul 2020-ci il tarixdə müqavilədən birtərəfli qaydada imtina etmişdir. İddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı nümayəndəsi Nümayəndə 29 aprel 2022-ci il tarixdə məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək göstərmişdir ki, tərəflər arasında bağlanmış müqavilənin 6.1-ci bəndinə əsasən tunelqazan aparatın Azərbaycan Respublikasına gətirilməsi və ölkədən çıxarılması ilə bağlı bütün xərclər sifarişçi (cavabdeh "xxxx" MMC) tərəfindən ödənilməlidir. Cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti müqavilə üzrə üzərinə götürdüyü öhdəliyini yerinə yetirməmiş, iddiaçı tərəfindən İran İslam Respublikasından gətirilmiş və müvəqqəti idxal xüsusi gömrük proseduru altına yerləşdirilmiş tunelqazan aparata tətbiq edilmiş gömrük rüsumu və vergisindən ibarət gömrük xərclərini ödəməmişdir. İddiaçı cavabdehdən öhdəliyini yerinə yetirməsini tələb etmiş, lakin cavabdeh bundan imtina etmiş, aralarında narazılıq yaranmışdır. Buna görə iddiaçı Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Qərb Ərazi Baş Gömrük İdarəsinin hesabına 27583,44 manat məbləğində gömrük xərclərini ödəməyə məcbur olmuşdur. Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Qərb Ərazi Baş Gömrük İdarəsindən əldə edilmiş sənədlərlə müəyyən olunmuşdur ki, özüyeriyən tunelqazan aparatı 10 sentyabr 2019-cu il tarixdə İran İslam Respublikasından Azərbaycan Respublikasına gətirilərkən iddiaçı tərəfindən gömrük bəyannaməsi üzrə 1616,60 manat gömrük rüsumu, ölkədən 10 noyabr 2020-ci il tarixdə əks istiqamətə çıxarılarkən 1451,40 manat gömrük rüsumu ödənilmişdir. Bundan əlavə aylıq ödənişin məbləği 4601,37 manat təşkil etdiyindən 14 ay ərzində iddiaçı hər ay 4601,37 manat olmaqla, cəmi 64418,76 manat ödəniş etmişdir. Ödənişlərin gecikdirilməsinə görə iddiaçı 600 manat cərimə ödəməyə məcbur olmuşdur. Bundan başqa, iddiaçı hər ay 37 manat, cəmi 518 manat məbləğində ƏDV ödəmiş, gömrük xərclərinə cəmi 68604,76 manat sərf etmişdir. Bundan əlavə, cavabdehin digər bir öhdəliyini yerinə yetirməməsi, əcnəbi işçilər üçün iş vizası almaması səbəbindən iddiaçının nümayəndələri Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 575.1.4 və 578.1-ci maddələri ilə məsuliyyətə cəlb edilərək 3400 manat məbləğində inzibati cərimə ödəməyə məcbur olmuşlar. Göstərilən xərclər cavabdehin müqavilə öhdəliklərini yerinə yetirməməsi nəticəsində baş verdiyindən onun tərəfindən ödənilməlidir. Buna görə də, həmin hissədə vulmuş ziyanın məbləğinin 72004,76 (68604,76 + 3400) manat olması nəzərə alınmaqla iddia tələbinin həcmi artırılmalıdır. Göstərilənlərə əsasən cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən podrat müqaviləsi üzrə öhdəliyini icra etmədiyinə görə podratçıya ödəməli olduğu 596500 ABŞ dolları məbləğində kompensasiyanın ödənilən anda manatla məzənnəsinin, vurduğu 72004,76 manat ziyan məbləğinin və dövlət rüsumu kimi ödənilmiş 1311 manat pulun tutularaq iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti isə 11 aprel 2022-ci il tarixdə qarşılıqlı iddia ərizəsi ilə müraciət edərək İddiaçındən 36000 (otuz altı min) ABŞ dolları məbləğində pulun ödəmə gününə manatla alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Qarşılıqlı iddia tələbi onunla əsaslandırılmışdır ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti əsas sifarişçidən götürdüyü öhdəliyin yerinə yetirilməsi ilə əlaqədar cavabdeh şirkətlə müqavilə bağlamış və Gəncə ərazisində torpaq altı qazıntı işlərinin görülməsini ona həvalə etmişdir. Ərazidə geoloji araşdırma aparmayan və torpağın münbitliyini öyrənməyən cavabdeh işlərə başlayandan sonra müvəqqəti idxal proseduru qaydasında ölkəyə gətirdikləri qazma maşınının işlədilməsində qüsurlara yol vermiş və daşlıq ərazidən keçməyən nəqliyyat vasitəsi qırılaraq işi yerinə yetirə bilməmişdir. Öz üzərinə götürdüyü öhdəliyə əsasən cavabdeh sifarişçidən 51000 manat köçürmə ilə, 50000 ABŞ dolları (manatla 85000 manat) isə nağd şəkildə, cəmi 136000 manat məbləğində pul almışdır. Müqavilə şərtlərində hesablanma ABŞ dolları ilə nəzərdə tutulduğundan ödənilən məbləğ 80000 ABŞ dolları məbləğində edir. Məhkəmə araşdırması zamanı da cavabdeh İddiaçı nümayəndəsi 70000 ABŞ dolları pulu sifarişçidən aldıqlarını və görməli olduqları işin yarısını gördüklərini təsdiqləmişdir. Yəni, öhdəlik üzrə görülməli olan 100 metrlik işin yalnız 80 metri görülmüşdür. Bu isə hər metri 550 ABŞ dollarından hesablanmaqla 44000 ABŞ dolları edir. Belə olan təqdirdə cavabdeh tərəfindən 36000 ABŞ Dolları məbləğində pul geri qaytarılmalıdır. İlk iddia üzrə İddiaçı nümayəndəsi Nümayəndə məhkəməyə qarşılıqlı iddia ərizəsinə yazılı etiraz təqdim edərək göstərmişdir ki, tərəflər arasında bağlanmış müqavilədə 100 metr uzunluğunda mikrotunelinq işlərinin görülməsinə dair hər hansı göstəriş yoxdur. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi məhkəməyə müvafiq sənədləri təqdim etməsə də, məhz İddiaçı tərəfindən məhkəmədə 80 metr uzunluğunda tunelin qazılması və buna görə 51000 manat və 50000 ABŞ dollarının alınması etiraf edilmişdir. Lakin "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən artıq ödənilmiş 36000 ABŞ dolları ona ödənilməməlidir. Belə ki, tərəflər arasında müqavilə bağlanmışdır. Podratçı tərəfindən işə başlandıqdan 2 ay sonra sifarişçi "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin müqavilənin 6.2, 6.3 və 6.4-cü bəndlərinin tələblərini yerinə yetirməməsi, yəni iş yerinin, qaldırıcı kran, torpaq daşınması üçün avtomaşın, dizel yanacağı, işçi qüvvəsi, su və s. materiallarla təmin edilməməsi səbəbindən iş dayanmışdır. Həmin vaxt sifarişçinin maliyyə sıxıntılarının olmasını nəzərə alaraq işin dayanmaması üçün tərəflər razılığa gəlmişlər ki, sifarişçinin göstərilən öhdəlikləri podratçı tərəfindən qarşılanmaqla mikrotunelinq işlərinin 1 metrinə görə müqavilədə nəzərdə tutulduğu kimi 550 ABŞ dolları deyil, 1000 ABŞ dolları ödəniləcəkdir. Buna görə də sifarişçi "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən 80 metr uzunluğunda mikrotunelinq işlərinə görə İddiaçınə həmin hesabla 80000 ABŞ dolları ödənilmişdir. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin müqavilə öhdəliklərini yerinə yetirməməsi nəticəsində İddiaçı tərəfindən 12 ay ərzində 6 nəfər işçi üçün hər ay 600 manat, gözətçi üçün 300 manat, cəmi 39600 manat əmək haqqı, işçilər üçün 2 mənzilə görə ayda 900 manat olmaqla, cəmi 10800 manat ödənilmiş, işçilərə vaxtında iş icazəsi alınmadığına görə 3400 manat cərimə ödənilmiş, qaldırıcı kran üçün 10000 manat, dizel yanacağına 20000 manat, su təchizatına təxminən 3000 manat, qazılmış torpağın daşınmasına 2000 manat pul, cəmi 88800 manat xərclənmişdir. Göründüyü kimi, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin hazırda tələb etdiyi 36000 ABŞ dollarının (məzənnə ilə 61200 manat) qarşılığında İddiaçı bundan 17600 manat artıq, cəmi 88800 manat pul xərcləmişdir. Buna görə də, qarşılıqlı iddia ərizəsi əsassız olduğundan rədd edilməlidir. Sumqayıt Kommersiya Məhkəməsinin 13 sentyabr 2022-ci il tarixli, e-2-2(119)- 248/2022 nömrəli qətnaməsi ilə ilk və qarşılıqlı iddia tələblərinin təmin edilməməsi qət edilmişdir (hakim Həlimə Alıyeva). Qətnamədən narazı qalan İddiaçı apellyasiya şikayəti verərək, Sumqayıt Kommersiya Məhkəməsinin 13 sentyabr 2022-ci il tarixli, e-2-2(119)-248/2022 nömrəli qətnaməsinin ləğv edilməsi və ilk iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Qətnamədən narazı qalan cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti apellyasiya şikayəti verərək, Sumqayıt Kommersiya Məhkəməsinin 13 sentyabr 2022-ci il tarixli, e-2-2(119)-248/2022 nömrəli qətnaməsinin qarşılıqlı iddia tələbinin təmin edilməməsi hissəsində ləğv edilməsi və qarşılıqlı iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. APELLYASİYA ŞİKAYƏTLƏRİNİN DƏLİLLƏRİ İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, İddiaçı Müqavilənin 7-ci bəndinə əsaslanaraq boşdayanma hallarına görə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən 596500 ABŞ dolları məbləğində kompensasiya ödənilməsi ilə bağlı məhkəmə qeyd edir ki, Müqavilənin 7-ci bəndinə əsasən sifarişçinin öhdəliyinin icrasını gecikdirməsi nəticəsində podratçıya dəyən ziyan kompensasiya olunarkən müqaviləyə əlavə olunan ilkin vaxt qrafikinin əsas götürüldüyü qeyd olunsa da, İddiaçı həmin sənədi məhkəməyə təqdim edə bilməmişdir. İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin təqsiri üzündən boşdayanma hallarını təsdiq etmək üçün ilkin vaxt qrafikinin əvəzinə özünün möhürü və ad, soyadı, ata adı göstərilməyən 3 nəfər şəxsin imzaladığı sənədləri təqdim etmişdir. 01 iyul 2022-ci il tarixli məhkəmə iclasında dindirilən şahidlər – X3, X4 və X5 həmin sənədləri imzaladığını bildirsə də, həmin şəxslərin səlahiyyətli şəxs olmalarına dair sənədlər məhkəməyə təqdim edilməmişdir. Sifarişçinin Podratçı qarşısında olan öhdəliklərinin göstərildiyi müqavilənin 6-cı bəndində tunelqazan maşınla bağlı gömrük xərclərinin ödənilməsi barədə hər hansı bir müddəa öz əksini tapmamışdır. Həmçinin qeyd olunmalıdır ki, 2020-ci ilin iyul ayının 1-də "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən podrat müqaviləsindən imtina edildiyi halda aparat 4 ay 10 gün sonra - 2020-ci il noyabrın 10-da ölkədən çıxarılmışdır. Sumqayıt Kommersiya Məhkəməsinin qətnaməsi İddiaçı MMC tərəfindən verilmiş ilkin iddiaya münasibətdə əsassız və qanunsuzdur. Sumqayıt Kommersiya Məhkəməsi sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxmamış, onları düzgün qiymətləndirməmiş, qətnaməsini tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmamışdır. Məhkəmə İddiaçı MMC-nin özünün müqavilə üzrə üzərinə götürdüyü öhdəliklərə tam əməl etməməsi nəticəsinə gəlsə də, bu nəticəni əsaslandıran səbəbləri nəzərə almamışdır. Belə ki, iddiaçının nümayəndəsi Şəhram Safarinin məhkəmə iclasında verdiyi izahatı ilə müəyyən olunduğu kimi, özügedən tunelqazan maşının İddiaçı MMC tərəfindən İran İslam Respublikasından 2019-cu ilin sentyabr ayında Gəncə şəhərinə gətirilməsinə baxmayaraq, cavabdehin qazıntı işləri üçün düzgün yer seçməməsi, iş yerini hazır etməməsi səbəbindən elə ilk gündən işin icrası mümkünsüz olmuş, boşdayanma hallarına yol verilmişdir. Məhkəmə heç bir əsas olmadan iş yerinin daşlıq ərazidə seçilməsinin və bu səbəbdən boşdayanmalara yol verilməsinin, 23 dekabr 2019-cu ilə kimi cəmi 22 metr uzunluğunda tunel qazılmasının məsuliyyətinin iddiaçıya aid olduğuna inanmış, lakin nəzərə almamışdır ki, Podrat Müqaviləsinin 6.12-ci maddəsinə əsasən iş yerinin təcrübəli mütəxəssis kartoqraf, geodeziya mühəndisi ilə təmin olunması məhz Sifarişçinin öhdəliyinə daxil olmuş, lakin o, bunu etməmişdir. Məhkəmə həmçinin nəzərə almamışdır ki, bundan sonra da işin müqavilədə nəzərdə tutulmuş müddətlərdə aparılmaması cavabdehin müqavilənin 6-cı maddəsində göstərilmiş iş yerinin hazırlanması, aparatın normal fəaliyyəti üçün qaldırıcı kran, qoşqulu və adi yük maşını, zəruri sayda işçi qüvvəsi, su və materialların təmin edilməsi (mad. 6-2), şaftların yer dəyişməsi və daşınmasını, mikrotunelinq aparatından çıxan torpaq və materialların daşınması, layihənin icra müddətində Podratçının işçi qüvvəsinin daşınması üçün öz hesabına nəqliyyat vasitəsi ilə təmin edilməsi, 7 nəfərdən artıq olmamaqla Podratçının işçi qüvvəsinin məskunlaşması üçün bütün avadanlıqlarla təchiz olunmuş 2 mənzillə təmin olunması (mad. 6-4), aparat üçün zəruri olan hallarda və miqdarda bentonit və hidravlik yağlarının əldə edilməsi, hazırlanması və daşınması, tələb olunan sayda dizel generatorlarının təmin edilməsi, onların yanacaqla təmin olunması, şaft yerinin standart borularla təmin olunması və s. öhdəliklərini yerinə yetirməməsi nəticəsində baş vermişdir. Cavabdehin müqavilə öhdəliklərini yerinə yetirməməsi iddiaçı tərəfindən 10 noyabr 2019-cu ildə cavabdehin elektron ünvanına ünvanlanmış və iş materiallarına əlavə olunmuş “28 oktyabr 2019-cu ildə Bakıdakı ofisdəki son görüşümüzə görə və həmçinin Gəncə mikrotunelinq layihəsi üçün imzalanan müqaviləyə uyğun olaraq aşağıda göstərilən mövzular və məsələlərlə bağlı dərhal hərəkətiniz gözlənilir və tələb olunur. 1-tələb olunan sənədlərin və hesabatların imzalanması üçün məsuliyyət daşıyan nümayəndənizin rəsmi təqdimatı, 2müzakirə edildiyi və razılaşdırıldığı kimi İddiaçı MMC-nin bank hesabına 13000 AZN qalan ödəniş, 3-hazır olduğumuzdan və 07 noyabr 2019-cu ildən gözlədiyimiz üçün 1000 mm borunun olamamsı ilə əlaqədar düzgün bir plan və cavab gözləyirik. Hər bir hörmətlə xatırladıram ki, dərhal cavab veriləcək və mənəvi və qanuni olaraq tədbir görüləcəkdir.” mətnli məktubla təsdiq olunmuşdur. Göründüyü kimi, iddiaçı müqavilənin 13-cü maddəsinə əsasən, cavabdehdən öz nümayəndəsini təqdim etməsini xahiş etmişdir. Lakin həmin məktuba cavab verilməmişdir. Buna görə Podratçı boşdayanmaları cavabdehin nümayəndəsi olmadan özü rəsmiləşdirmək məcburiyyətində qalmışdır. Məhkəmənin mövqeyinə görə, boşdayanmaların sənədləşdirilməsi üçün İddiaçı MMC Müqavilədə nəzərdə tutulmuş ilkin vaxt qrafiki təqdim etməmişdir. Lakin iş materiallarına əlavə edilmiş sənədlərlə müəyyən olunmuşdur ki, İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin təqsiri üzündən boşdayanma hallarını təsdiq etmək üçün ilkin vaxt qrafikinin əvəzinə özünün möhürü və ad, soyadı, ata adı göstərilməyən 3 nəfər şəxsin imzaladığı sənədləri təqdim etmişdir. Məhkəmə iclasında dindirilən şahidlər – X3, X4 və X5 həmin sənədləri imzaladıqlarını təsdiq etmişlər. Lakin məhkəmə həmin şəxslərin səlahiyyətli şəxs olmalarına dair sənədlərin olmadığına əsaslanaraq onların izahatlarını əsassız və MPMnin 76-cı maddəsinin tələblərinə zidd olaraq sübut kimi qəbul etməmişdir. Məhkəmə bu zaman nəzərə almamışdır ki, müqavilənin 6.2-ci maddəsinə əsasən iş yerinin lazım olan işçi qüvvəsi ilə təmin olunması cavabdehin öhdəliyinə aid olsa da, onun həmin öhdəliyini yerinə yetirməməsi nəticəsində iddiaçı həmin işçiləri özü tapıb işlətməyə məcbur olmuşdur. X3, X4 və X5 izahatlarında bu xüsusatı təsdiq etmiş, ilk ayın əmək haqqlarını "xxxx" MMCnin təsisçisi Məmmədəli Cəfərovdan aldıqlarını, sonrakı aylarda maaşlarının İddiaçı MMCnin nümayəndəsi Səhram Səfəri tərəfindən ödənildiyini, habelə boşdayanmalar barədə sənədlərin həqiqəti əks etdirdiyini və buna görə həmin sənədləri imzaladıqlarını təsdiq etmişlər. Məhkəmə gömrük xərclərinin "xxxx" MMC tərəfindən ödənilməli olmasına münasibətdə əsassız olaraq qeyd etmişdir ki, Sifarişçinin podratçı qarşısında olan öhdəliklərinin göstərildiyi müqavilənin 6-cı bəndində tunelqazan maşınla bağlı gömrük xərclərinin ödənilməsi barədə hər hansı bir müddəa öz əksini tapmamışdır. Məhkəmə bu zaman Sifarişçinin öhdəlikləri barədə olan 6-cı maddəsinin düzgün qiymətləndirməmişdir. Belə ki, Müqavilənin 6-1-ci maddəsinin şərtlərinə görə tunelqazan aparatın daşınaraq gətirilməsi (İran İslam Respublikasından) və layihə yerində yerləşdirilməsi üçün lazım olan xərclərin Podratçıya ödənilməsi, zəruri olan icazə və lisenziyaların alınmasında lazım olan işlərin görülməsi, eləcə də Podratçının xeyrinə olan vaxtlarda aparatın xaric olunması üçün lazım olan zəmanətlərin verilməsi Sifarişçinin (cavabdehin) öhdəliyində olmuşdur. Bu maddənin tələbindən görünür ki, aparatın ölkəyə gətirilməsi və geri qaytarılması üçün nəzərədə tutulmuş bütün xərclər, o cümlədən gömrük xərcləri cavabdeh "xxxx" MMC tərəfindən ödənilməlidir. Lakin 2020-ci ilin mart ayının əvvəllərində məlum olmuşdur ki, cavabdeh "xxxx" MMC müqavilə üzrə üzərinə götürdüyü həmin öhdəliyi yerinə yetirməmiş, İran İslam Respublikasından gətirilmiş və 6 ay müddətinə 06 mart 2020-ci ilə kimi müvəqqəti idxal xüsusi gömrük proseduru altına yerləşdirilmiş tunelqazan aparata tətbiq edilmiş gömrük rüsumu və vergisindən ibarət gömrük xərclərini ödəməmişdir. Şəhram Safarinin izhatında göstərdiyi kimi, iddiaçı cavabdehdən bu öhdəlyini yerinə yetirməsini tələb etmiş, cavabdehin Nailə adlı mühasibi cavabdeh tərəfindən DGK-nin Qərb Ərazi Baş Gömrük İdarəsinin hesabına 27583,44 manat məbləğində gömrük rüsumu ödənilməsi barədə ödəniş tapşırığının surətini təqdim etmişdir. Lakin iddiaçı tərəf həmin sənədi Gömrük İdarəsinə təqdim edərkən onun saxta olduğu, heç bir ödəniş edilmədiyi müəyyən olunmuşdur. İş materiallarında olan İddiaçı MMC tərəfindən cavabdeh "xxxx" MMC-nin elekton poçt ünvanına göndərilmiş 17 iyun 2020-ci il tarixli məktubun “Gömrük maliyyəsinin verdiyi göstərişə əsasən Mart ayına qədər ödəniş sizin tərəfinizdən ödənilməmişdir. Sizin nəzərinizə çatdırıram ki, müqavilənin 6-cı maddəsinə əsasən göstərilmiş ödəniş sizin qanuni məsuliyyətinizdədir. Buna görə Sizə bildiririk ki, bu məsələ ilə bağlı hər hansı bir qanuni tədbir görüləcəyi təqdirdə digər mümkün hallar da daxil olmaqla müvafiq hüquqi tədbir görmək üçün başqa seçimimiz olmayacaqdır. Yuxarıda göstərilən nəticələrin qarşısını almaq üçün bu mövzuda ən qısa müddətdə tədbir görməyinizi xahiş edirik” məzmunu tərəflər arasında gömrük xərclərinin cavabdeh tərəfindən ödənilməsi barədə razılaşmanın olmasını təsdiq edir. Cavabdeh bu məktuba bir gün sonra, 18 iyun 2020-ci ildə belə cavab vermişdir: “Ağa salam. Sizin göndərdiyiniz məktubla tanış olduq ancaq sizin qeyd etdiyiniz 6-cı maddə bizdə olan müqavilədə yaxşı oxunmadığına görə həmin maddənin fotosunu bizə göndərəsiniz. Bundan sonra iddiaçının nümayəndəsi Shahram Safari müqavilənin surətini cavabdehin nümayəndəsi Məhəmmədəli Cəfərova göndərmiş, lakin sonuncu pulunun olmaması səbəbindən ödənişləri etməyəcəyini bildirmişdir. Bu barədə tərəflər arasında baş vermiş danışığı əks etdirən “Whatsapp” yazışmasını təqdim etsələr də, məhkəmə heç bir səbəb göstərmədən onu qəbul etməmişdir. Həmin danışıqda Məhəmmədəli Cəfərov pullarının olmadığı səbəbindən ödəniş etməyəcəklərini bildirmişdir. Məhkəmə bununla bağlı öz mövqeyini əsaslandırmaq üçün 2020-ci ilin iyul ayının 1-də "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən Podrat müqaviləsindən imtina edildiyi halda aparatın 4 ay 10 gün sonra - 2020ci il noyabrın 10-da ölkədən çıxarılmasına istinad etsə də, bunun məhz cavabdehin öhdəliklərini yerinə yetirməməsi nəticəsində baş verdiyini nəzərə almamışdır. Məhkəmə həmçinin nəzərə almamışdır ki, cavabdehin digər bir öhdəliyini yerinə yetirməməsi, əcnəbi işçilər üçün iş vizası almaması səbəbindən iddiaçının nümayəndələri Safari Shahram və Mahmoudi Behrouz Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 575.1.4 və 578.1-ci maddələri ilə məsuliyyətə cəlb edilərək 3400 manat məbləğində inzibati cərimə ödəməyə məcbur olmuşlar. Halbuki Müqavilənin 6.7-ci maddəsinə əsasən, layihə başa çatanadək təkrarlı şəkildə vizanın alınması, podratçı və onunla gəlmiş olanlar üçün Azərbaycan Respublikasında oturum almaq Sifarişçinin öhdəliyində olmuşdur. Məhkəmə iddiaçının nümayəndəsinin qarşılıqlı iddiaya verdiyi etiraza əsaslanaraq səhvən həmin cərimələrin "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən ödənilmiş 80000 ABŞ dollarla əhatə olunması nəticəsinə gəlmişdir. Halbuki, həmin etirazla da müəyyən olunmuşdur ki, iddiaçının cavabdehin öhdəliklərini yerinə yetirməməsi nəticəsində çəkdiyi əlavə xərclər həmin məbləğlə əhatə olunmur və daha çox məbləğdədir. Göründüyü kimi, məhkəmə maddi və prosessual hüquq normalarını pozaraq düzgün tətbiq etməmiş, gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halları aydınlaşdırmamış, məhkəmə tərəfindən müəyyən edilmiş, iş üçün mühüm əhəmiyyəti olan halları sübut etməmiş, müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətlər üzrə səhv nəticəyə gəlmiş və düzgün olmayan qətnamə qəbul etmişdir. Cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, qarşılıqlı iddia ərizəsi ilə bağlı məhkəmə öz qətnaməsində qeyd edir ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti 36000 (otuz altı min) ABŞ dolları məbləğində pulun İddiaçınə geri qaytarılmasını zəruri edən halları təsdiq edən mötəbər sübutları məhkəməyə təqdim edə bilməmişdir. İş üzrə bütün hallar onu sübut edir və tərəf də etiraf edir ki, qeyd olnan məbləğdə pulu almışdır. Lakin razılaşdırılmış işi tam görməmişdir. Burda sübut olunması çətin bir şey yoxdur. İddiaçı xarici hüquqi şəxs iddiasını onunla əsaslandırmışdır ki, guya “2019-cu ilin iyun ayında İddiaçı ilə cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti arasında Gəncə şəhərində 5000 metr məsafədə 1000 millimetrlik ölçüdə mikrotunelinq işlərinin həyata keçirilməsi ilə bağlı podrat müqaviləsi bağlanmışdır. Müqavilənin şərtlərinə görə sifarişçi icra layihələrini təsdiq etdikdən, müvafiq torpaq mexanikası analizləri həyata keçirildikdən sonra podratçı tərəfindən “Full Face” aparatı vasitəsi ilə diametri 1000 millimetr ölçüdə tunel qazılaraq eyni ölçülü boru çəkməklə ayda 170 metr uzunluğundan az olmayaraq, cəmi 5000 metr məsafədə mikrotunelinq işləri görülməli, sifarişçi tərəfindən həmin işlər qəbul olunaraq dəyəri ödənilməlidir. Həmçinin sifarişçi müqavilədə nəzərdə tutulan işlərin görülməsi üçün tunelqazan aparatın İran İslam Respublikasından gətirilməsi ilə bağlı zəmanətin verilməsini, zərurət olarsa, xüsusi icazə və lisenziyaların alınmasını, aparatın daşınaraq layihə yerinə yerləşdirilməsini və bununla bağlı xərclərin ödənilməsini, iş yerinin hazırlanmasını, aparatın normal fəaliyyəti üçün qaldırıcı kran, qoşqulu və adi yük maşını, zəruri sayda işçi qüvvəsi, su və materialların təmin edilməsini, şaftların yer dəyişməsi və daşınmasını, mikrotunelinq aparatından çıxan torpaq və materialların daşınmasını, layihənin icra müddətində podratçının işçi qüvvəsinin daşınması üçün öz hesabına nəqliyyat vasitəsi ilə təmin edilməsini, 7 nəfərdən artıq olmamaqla podratçının işçi qüvvəsinin məskunlaşması üçün bütün avadanlıqlarla təchiz olunmuş 2 mənzillə təmin olunmasını, şaftların quraşdırılması və layihənin icrası üçün qazıntı və bərkitmə işlərinin görülməsini, lazım olan sayda bacaların tikilməsini, aparat üçün zəruri olan hallarda və miqdarda bentonit və hidravlik yağlarının əldə edilməsini, hazırlanmasını və daşınmasını, tələb olunan sayda dizel generatorlarının təmin edilməsini, onların yanacaqla təmin olunmasını, şaft yerinin standart borularla təmin olunmasını, iş yekunlaşdıqda tunelqazan aparatın podratçı tərəfindən ölkədən çıxarılmasına zəmanətlərin verilməsini və s. öhdəsinə götürmüşdür. Lakin cavabdeh öz üzərinə götürdüyü öhdəliyi yerinə yetirməmiş və guya boşdayanmaların cavabdehin öhdəliyinin icrasını gecikdirməsi səbəbindən onları lazımı ləvazimatlar və işçi qüvvəsi ilə təmin etməyərək aparatın ölkədən çıxarılmasında onlara ziyan vurmuşdur. Cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən podrat müqaviləsi üzrə öhdəliyini icra etmədiyinə görə podratçıya ödəməli olduğu 596500 ABŞ dolları məbləğində kompensasiyanın ödənilən anda manatla məzənnəsinin, vurduğu 72004,76 manat ziyan məbləğinin və dövlət rüsumu kimi ödənilmiş 1311 manat pulun tutularaq İddiaçınə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş edir.” Tərəf bu barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İlk olaraq bildirirlər ki, iddiaçı da onu qəbul edir ki, razılaşdırılmış məbləğ tam olaraq ödənmişdir. Bu barədə mübahisə yoxdur. Lakin iddiaçı öz işini görə bilməmiş, dəzgah sınmış və müqavilə şərti pozulmuşdur. Tərəflər arasında baş vermiş münasibətlər üzrə iddia qaldırılan günə heç bir pul-borc öhdəlik münasibətləri qalmamış, tərəf faktiki mövcud olmayan borcluluğu mübahisələndirmişdir. Hazırda iddiaçı məhkəməyə müraciət edə bilmək hüququndan sui-istifadə edərək əsassız tələb irəli sürmüşdür. İddia tamamilə əsassızdır və təmin oluna bilməz. Ona görə də, hazırkı iddia sübut edilən əsaslara malik deyildir və rədd olunmalıdır. Belə ki, iş materiallarından görünür ki, iddiaçı xarici hüquqi şəxsin təsisçisi cavabdehlərin ona birgə fəaliyyətdən mərhələlərlə borclu qaldıqlarını iddia edir, lakin bu borcun hansı münasibət üzrə predmetindən, nə vaxt, kim tərəfindən malların qəbul edilməsinə dair mötəbər sənədləri ortaya qoymadan və borcun haradan yaranmasına dair heç bir sübut təqdim edə bilmədən mübahisə açmışdır. Hazırki iş üzrə iddiaçı bildirir ki, guya onlar müqavilədən əmələ gələn öhdəliyə əməl etməyərək müqavilə şərtlərini yerinə yetirməmişlər. Lakin fakt odur ki, razılaşmada göstərilənlərdən savayı sonrakı dövr ərzində iddiada qeyd olunan boşdayanmalar üzrə sübutlar göstərilmir. Bu isə nəticə etibarı ilə iddianın əsassızlığına dəlalət edən hal formalaşdırmaqdadır. Mövcud işdə çoxlu sayda mənbəyi özünə bəlli olan qaimə və atklar var. İddiaçı tərəf bu sənədlərdə onların bir imzasını və əlaqəli olduqlarını təsdiq edən sənəd ortaya qoya bilmir.Özünün yazıb cızmaqara etdiyi hesablaşma kitabını təqdim edir. İddiaçının birtərəfli qaydada yazaraq məhkəməyə təqdim etdiyi sübutlar isə yuxarıda qeyd olunan hesablamaların doğruluğuna əsas ola bilməz. İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATLARİ Məhkəmə kollegiyasının əvvəlki iclaslarında iştirak edən iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı nümayəndəsi Nümayəndə apellyasiya şikayətinin dəlillərini müdafiə edərək şikayətin təmin olunmasını, birinci instansiya məhkəməsinin qətnaməsinin ilk iddia tələbinin təmin edilməməsi hissəsində ləğv edilməsi və ilk iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi Vəkil apellyasiya şikayətinin dəlillərini müdafiə edərək şikayətin təmin olunmasını, birinci instansiya məhkəməsinin qətnaməsinin qarşılıqlı iddia tələbinin təmin edilməməsi hissəsində ləğv edilməsi və qarşılıqlı iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etdi. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı, 372.7-ci maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası iş materiallarını nəzərdən keçirərək, apellyasiya şikayətlərinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayətləri təmin edilməməli və birinci instansiya məhkəməsinin iş üzrə qəbul etdiyi qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası ilk öncə qeyd etməyi zəruri hesab edir ki, tərəflər arasında bağlanmış müqavilənin Azərbaycan dilinə tərcümə olunmuş 8-ci bəndində tərəflər arasında mübahisənin olduğu halda, mübahisənin İran İslam Respublikasının qanunları ilə həll edilməli olması təsbit edilsə də, məhkəmə kollegiyasının iclasında tərəflər bunu tərcümənin düzgün olmaması ilə təsdiq etdilər və əksinə hazırki mübahisəyə «müqavilənin dili» adlanan 18-ci bəndə əsasən Azərbaycan Respublikasının Qanununun tətbiq edilməli olduğunu bildirdilər. İş materiallarına əsasən müəyyən olunur ki, Gəncə şəhərində “Full Face” aparatı vasitəsi ilə 5000 metr məsafədə 1000 mm. ölçüdə mikrotunelinq işlərinin görülməsi üçün sifarişçi "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə podratçı İddiaçı arasında 2019-cu ilin iyun ayında podrat müqaviləsi bağlanmışdır. Həmin müqavilənin 3-cü bəndinə əsasən 1000 mm-lik “Full Face” Mikrotunellinq aparatı, onun digər əlavə cihazlarının əldə edilməsi, dizel generator və separation plant istisna olmaqla, tərəflər arasında razılaşdırılmış növbəli iş qrafikası çərçivəsində təcrübəli mütəxəssis operatorlar və onların köməkçilərinin təmin edilməsi, o cümlədən onların maaşlarının və zəhmət haqlarının Podratçının hesabına ödənilməsi, mikrotunnelinq cihazının təmiri və servis xərcləri, həmçinin onun ehtiyat hissələri və digər istehlak materialları tamamilə Podratçının hesabına təmin olunmalıdır. Həmin müqavilənin 4-cü bəndinə görə 1000 mm-lik boru vasitəsi ilə mikrotunnelinq işləri müqavilə üzrə iş həcminin nəzərə alınması ilə icra layihələri Sifarişçi tərəfindən təsdiq olunandan və torpaq mexanikası analizləri həyata keçəndən sonra orta hesabla 30 gündən ibarət bir ay müddətinə 170 m uzunluğunda mikrotunnelinq işləri görülməlidir, lakin işin həcmi Sifarişçinin tələbi və hər iki tərəfin razılığı əsasında daha da artırıla bilər və bu barədə tərəflər arasında imza olunan sənəd Müqavilənin ayrılmaz tərkib hissəsi kimi Müqaviləyə əlavə olunur. Həmin müqavilənin 6-cı bəndinə görə sifarişçinin öhdəliklərinə daxildir: Layihənin xərclərini ödəmək, lazım olan xüsusi icazələri və lisenziyalar: almaq, aparatın gətirilməsi üçün tələb olunan zəmanətlərin verilməsi, aparatın sahədə yerləşdirməsi və işin sonunda cihazın Podratçı vasitəsi ilə ölkədən çıxarılması üzrə lazım olan zəmantələrin verilməsi, qaldırıcı kran, qoşqulu və adi yük maşını, lazım olan bütün işçi qüvvəsi, çən və digər materialların lazım olan sayda və miqdarda təmin etməsi: ilkin quraşdırma üçün aparatın daşınması, şaftların yer dəyişməsi və daşınması, mikrotunnelinq aparatından çıxan torpaq və materialların daşınması, aparatın istifadəsi üçün çənə tökülmək üçün və aparatda işlənmək üçün uyğun keyfiyyətə malik olan su lazım olan miqdarda, işlə əlaqədar cihazların və aparatın daşınması və yerdəyişməsi və digər işlərin görülməsi, layihənin icrası müddətində podratçının işçi qüvvəsinin daşınması üçün öz hesabına nəqliyyat vasitəsini təmin etməsi, maksimum 7 nəfər olmaqla podratçının işçi qüvvəsinin məskunlaşması üçür. yaşayış üçün bütün avadanlıqlarla təchiz olunmuş (o cümlədən istilik sistemi və kondisioner) iki ədəd mənzilin təmin edilməsi, şaftların quraşdırılması və layihənin icrası üçün qazıntı və bərkitmə işlərinin görülməsi və sonradan layihə sənədlərində göstərildiyi kimi lazım olan sayda bacaların tikilməsi, lazım olduğu təqdirdə aparat üçün tələb olunduğu miqdarda bentonit və hidravlik yağın əldə edilməsi, daşınması və hazırlanması, tələb olunan zəmanətlərin verilməsi, tələb olunan bütün xərclərin ödənilməsi, pul köçürmələri və bank əməliyyatları üçün lazım olan bank hesabının açılması və işçi qüvvəsi üçün Azərbaycan Respublikasının vizalarının lazım olan dəfələrdə alınması ilə bağlı podratçı ilə əməkdaşlığın edilməsi, podratçıya tətbiq olunan bütün güzəştlərin, o cümlədən vergi, ƏDV, SMF və s. kimi ödənişlərdən azad olma və güzəştlərin Podratçı üçün təmin etməsi Sifarişçinin öhdəliklərinə daxildir. Qeyd: işlə bağlı tətbiq olunan vergi və ƏDV məbləği hər bir ay üzrə Podratçı şirkətinin mühasibi tərəfindən hesablanır və ödəniş üçün Sifarişçiyə göndərilir. Sifarişçi həmin məbləğləri Podratçının hesabına köçürməyə borcludur. Tələb olunan sayda dizel generatorların təmin edilməsi və onların təmir və saxlanma xərcləri həmçinin yanacaq xərclərinin təmin edilməsi, o cümlədən həmin dizellərin və onlarla əlaqədar materialların daşınması üçün lazım olan bütün işçi qüvvəsinin təmin edilməsi, Mikrotunnelinq cihazı və Podratçının digər qurğular və cihazları üçün lazım olan elektrik enerjisinin təminatı və avadanlıqlar üçün iyimi dörd saatlıq gözətçi və qoruyucunun təmin edilməsi, lazım olan sayda palçıq və lehmə nasoslarının təmini və lazım olan miqdarda boruların və elektrik lövhəsinin təmini, Podratçı tərəfindən işə başlananda, yaxud iş əsnasında sahəyə gətirilən bütün cihazlar və avadanlıqlar üzrə mülkiyyət hüququ sırf olaraq Podratçıya məxsusdur və heç bir şəxs bunlara qarşı mülkiyyət iddiası qaldıra bilməz. 5-ci bənddə deyilən hallar istisna olaraq şaftların texniki xüsusiyyətləri və icra işləri Podratçının nəzarətindən xaric olduğu üçün bununla əlaqədar məsuliyyət, tam təhlükə, mühəndislərin məsuliyyəti və bütün digər işçi qüvvəsi və cihazlar və avadanlıqlar üçün Azərbaycan Respublikası və ya İranda fəaliyyət göstərən tanınmış sığorta şirkətləri vasitəsi ilə uyğun sığorta təmin edilməli və sığorta müqaviləsi Podratçıya təqdim edilməlidir. Sifarişçi bir nəfər mütəxəssis və lazımı iş təcrübəsinə malik olan geodeziya mühəndisi təmin etməlidir. Mikrotunnelinq işləri üçün lazım olan hər bir iş növbəsinə 7 nəfər işçi qüvvəsinin təmin edilməsi, o cümlədən mütəxəssis işçilər və fəhlələr, şaft yerində layihənin məsləhətçisi tərəfindən təsdiq olunmuş standart boruların təmini və sahəyə və iş yerinə daşınması. Həmin müqavilənin 7-ci bəndinə görə sifarişçinin öhdəliyinin icrasını gecikdirməsi nəticəsində Podratçıya dəyən ziyanlar kompensasiya olunmalıdır (Müqaviləyə əlavə olunan ilkin təqvim planı əsas götürülür). Bir gündən yeddi günə qədər gecikmə üçün hər gecikdirilmiş günə 700 (yeddi yüz) dollar kompensasiya ödənilir, yeddi gündən iyirmi gün arasında gecikmə üçün hər gecikdirilmiş günə 2000 (iki min) dollar kompensasiya ödənilir, iyirmi gündən çox gecikmə olarsa hər gecikdirilmiş günə 4000 (dörd min) dollar kompensasiya ödənilir. Cərimənin məbləği Müqaviləyə əlavə olunan təqvim planı əsasında və son günə qədər hesablanır. Həmin müqavilənin 14-cü bəndinə əsasən işlərin (öhdəliklərin şərhində göstərilən qaydada) icrası ilə əlaqədar diametri 1000 mm olan, bərklik dərəcəsi maksimum 50 MPa olan gil və qumsal yerlərdə mikrotunnellərin icrasının hər bir paqon metri üçün 550 (beş yüz əlli) ABŞ dolları Maddə 3-də göstərilən qaydada hər mərhələnin əvvəlində köçürmə yolu ilə Sifarişçi tərəfindən Podratçıya ödənilməlidir. Qeyd 1: hər mərhələ dedikdə, iki şaftın arası nəzərə tutulur ki, Müqaviləyə əlavə olunan layihələrdə öz əksini tapıb. Qeyd 2: hər bir mərhələ üzrə Podratçının gördüyü işlər Podratçının və Sifarişçinin nümayəndələri tərəfindən imza olunan protokol vasitəsi ilə təsdiqlənir. Əgər yol verilən həddi nəzərə alaraq işdə bəzi qüsurlar olarsa, onda Podratçı həmin qüsurları aradan qaldırır və yenidən hər iki tərəfin nümayəndəsi vasitəsi ilə təsdiqlənir. Qeyd 3: ödənişdə baş verən gecikmələr: təqdim olunan forma (1) Sifarişçi tərəfindən 72 saat ərzində yoxlanmalı və təsdiqlənməlidir. Ödəniş isə təsdiqləndiyi andan etibarən 24 saat ərzində edilməlidir. Əgər Ödənişlərin edilməsində hər hansı bir gecikmə baş verərsə, gecikmə 10 gündən daha çox müddət olmamaq şərti ilə, hər bir gün gecikmə üçün 300 ABŞ dolları cərimə tətbiq olunur. Gecikmə 10 gündən daha çox olduğu halda Podratçı Müqaviləyə xitam verə, cihazları və işçi qüvvəsini sahədən xaric edib öz ölkəsinə qaytara bilər və bütün xərclər və ziyanlar Sifarişçi hesabına ödənilməlidir. Qeyd 4: Müqavilə üzrə ilkin ödəniş (avans) 50,000 ABŞ dolları təşkil edir və həmin məbləğ aparatın Azərbaycan Respublikasına daxil olduğu tarixdən sonra ödənilməlidir. Növbəti ödənişlərin hər birindən 4 (dörd) faiz həcmində məbləğ çıxılma yolu ilə həmin ilkin ödəniş qaytarılır belə ki, işin sonunda həmin ilkin ödəniş tam qaytarılmış olur. İkinci ilkin ödəniş 50.000 ABŞ dolları həcmindədir və avadanlıqların sahədə quraşdırılması və tam hazır vəziyyətdə olmasından sonra həyata keçir. Qeyd 5: 1000 mm-lik mikrotunnelin qazması işinin başlama tarixi birinci ilkin ödəniş edildiyi tarixdən etibarən 15 gün sonra olmalıdır. Hər bir mərhələdə ödənişlər Podratçı tərəfindən rəsmi və yazılı formada Sifarişçiyə bildirilir. Birinci instansiya məhkəməsində ilk iddia tələbi ilə bağlı aparılmış araşdırma zamanı müəyyən edilmişdir ki, İddiaçı müqavilə üzrə üzərinə götürdüyü öhdəliklərə tam əməl etməmiş, özügedən tunelqazan maşın İran İslam Respublikasından 2019-cu ilin sentyabr ayında Gəncə şəhərinə gətirilmiş, müqavilənin 4-cü bəndində 1 ay müddətinə orta hesabla 170 metr uzunluğunda mikrotunelinq işlərinin görülməsi qeyd olunsa da, İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin elekton poçt ünvanına göndərdiyi 23 dekabr 2019-cu il tarixli məktubda 22 metr mikrotunelinq işləri görüldüyü qeyd olunmuş, İddiaçı tərəfindən 2020-ci ilin iyul ayına kimi cəmi 80 metr uzunluğunda mikrotunelinq işləri görülmüş və öhdəliyə tam əməl edilmədiyindən 2020-ci ilin iyul ayının 1-də "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti müqavilədən imtina etmişdir. Bundan əlavə, İddiaçı boşdayanma hallarına görə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən müqavilənin 7-ci bəndinə əsaslanaraq 596500 ABŞ dolları məbləğində kompensasiyanın ödənilən anda məzənnəsinin tutulması hissə ilə bağlı məhkəmə qeyd etmişdir ki, müqavilənin 7-ci bəndinə əsasən sifarişçinin öhdəliyinin icrasını gecikdirməsi nəticəsində podratçıya dəyən ziyan kompensasiya olunarkən müqaviləyə əlavə olunan ilkin vaxt qrafikinin əsas götürüldüyü qeyd olunsa da, İddiaçı həmin sənədi məhkəməyə təqdim edə bilməmiş, İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin təqsiri üzündən boşdayanma hallarını təsdiq etmək üçün ilkin vaxt qrafikinin əvəzinə özünün möhürü və ad, soyadı, ata adı göstərilməyən 3 nəfər şəxsin imzaladığı sənədləri təqdim etmiş, 01 iyul 2022-ci il tarixli məhkəmə iclasında dindirilən şahidlər – X3, X4 və X5 həmin sənədləri imzaladığını bildirsə də, həmin şəxslərin səlahiyyətli şəxs olmalarına dair sənədlər məhkəməyə təqdim edilməmişdir. Eyni zamanda İddiaçı müqavilənin 6-cı bəndinə istinad edərək özügedən tunelqazan maşınla bağlı ödənilmiş 68604,76 manat gömrük xərcləri və iş vizası alınmadığından iki əcnəbi işçinin inzibati məsuliyyətə cəlb edilərək inzibati cərimə olunmasına görə ödənilmiş 3400 manat pul olmaqla, cəmi 720004,76 manat zərərin əvəzinin "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən tutulmasını xahiş etsə də, məhkəmə araşdırması zamanı İddiaçı nümayəndəsi Nümayəndə və İddiaçı direktor müavini X2 izahatında özügedən tunelqazan maşın Azərbaycan Respublikasına gətirilərkən 4597 manat pulun "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən ödənildiyini bildirmişlər. Məhkəmə həmçinin qeyd etmişdir ki, sifarişçinin podratçı qarşısında olan öhdəliklərinin göstərildiyi müqavilənin 6-cı bəndində tunelqazan maşınla bağlı gömrük xərclərinin ödənilməsi barədə hər hansı bir müddəa öz əksini tapmamışdır. Həmçinin qeyd olunmuşdur ki, 2020-ci ilin iyul ayının 1-də "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən podrat müqaviləsindən imtina edildiyi halda aparat 4 ay 10 gün sonra - 2020-ci il noyabrın 10-da ölkədən çıxarılmışdır. Bununla yanaşı İddiaçı nümayəndəsi Nümayəndə etirazında bildirmişdir ki, cavabdehin təqsirinə görə iki əcnəbi işçinin iş vizası alınmadığından iddiaçı inzibati məsuliyyətə cəlb edilmiş və nəticədə 3400 manat inzibati cərimə ödənilmişdir. Birinci instansiya məhkəməsində qarşılıqlı iddia tələbi ilə bağlı aparılmış araşdırma zamanı müəyyən edilmişdir ki, müqavilədə hər metrə görə 550 ABŞ dolları ödənilməsi qeyd olunsa da, tərəflər işin dayanmaması üçün hər metrə görə 1000 ABŞ dolları ödənilməsi barədə şifahi razılığa gəlmişlər və buna görə köçürmə yolu ilə 51000 manat, nağd şəkildə 50000 ABŞ dolları (cəmi 80000 ABŞ dolları) ödənilmişdir. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən alınmış həmin məbləğ iş vizası alınmadığından iki əcnəbi işçinin inzibati məsuliyyətə cəlb edildiyinə görə tətbiq edilmiş inzibati cəriməyə, işçilərin əmək haqqına, onların mənzillə təmin olunmasına, dizel yanacağı, su təchizatı, torpağın daşınması və s. üçün xərcləmişdir. Yuxarıda qeyd olunanlarla əlaqədar birinci instansiya məhkəməsi ilk və qarşılıqlı iddia tələblərinin təmin edilməli olmaması ilə bağlı qərara gələrkən həmçinin aşağıdakı maddi hüquq normalarına istinad etmişdir: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 752.1-ci maddəsinə əsasən podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 753.1-ci maddəsinə əsasən sifarişçi podratçıya şərtləşdirilmiş muzd ödəməyə borcludur. Həmin Məcəllənin 762-ci maddəsinə əsasən podratçı sifarişçi üçün podratı elə icra etməlidir ki, podratın nəticəsi qüsurlardan, üçüncü şəxslərin hüquqlarından və ya iddialarından azad olsun. Podratın nəticəsi şərtləşdirilmiş keyfiyyətə uyğun gəlirsə, qüsurlardan azad sayılır. Keyfiyyət şərtləşdirilmədikdə podratın nəticəsi müqaviləyə uyğun istifadə və ya adi istifadə üçün yararlı olduğu halda qüsurlardan azad sayılır. Podratçının sifariş edilmiş podrat nəticəsini deyil, başqa podrat nəticəsini təqdim etməsi və ya podratı kəmiyyətcə yerinə yetirməməsi, əgər bunu icra əvəzinə qəbul etmək açıq-aşkar mümkün deyildirsə, qüsurlara bərabər tutulur. Yuxarıda qeyd olunanlardan göründüyü kimi birinci instansiya məhkəməsinin qətnaməsi iş üzrə müəyyən olunmuş həqiqi hallara və tərəflərin müqavilə üzrə qarşılıqlı hüquq münasibətlərinə uyğun əsaslandırılmışdır. Apellyasiya şikayətlərinin dəlilləri ilə bağlı isə məhkəmə kollegiyası həmçinin aşağıdakıları qeyd etməyi zəruri hesab edir. İşin araşdırılmış hallarına əsasən müəyyən olunmuşdur ki, Gəncə şəhərində “Full Face” aparatı vasitəsi ilə 5000 metr məsafədə 1000 mm. ölçüdə mikrotunelinq işlərinin görülməsi üçün sifarişçi "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə podratçı İddiaçı arasında podrat müqaviləsi bağlanmış, həmin işlərin görülməsi üçün İddiaçı MMC "xxxx" MMC-dən 51000 manat köçürmə yolu ilə, 50000 ABŞ dolları (manatla 85000 manat) isə nağd şəkildə, cəmi 136000 manat (80000 ABŞ dolları) məbləğində pul almış, İddiaçı tərəfindən özügedən tunelqazan maşın İran İslam Respublikasından 2019-cu ilin sentyabr ayında Gəncə şəhərinə gətirilmiş, müqavilənin 4-cü bəndində 1 ay müddətinə orta hesabla 170 metr uzunluğunda mikrotunelinq işlərinin görülməsi qeyd olunsa da, ərazidə süxurların bərk olması səbəbindən tunelqazan maşın 20 metr uzunluğunda mikrotunellinq işləri gördükdən sonra sıradan çıxmış və belə olan halda İddiaçı MMC tərəfindən öhdəliyə tam əməl edilmədiyindən 2020-ci ilin iyul ayının 1-də "xxxx" MMC tərəfindən müqavilədən imtina edilmiş və müqavilə qarşılıqlı razılıq əsasında şifahi qaydada ləğv edilmiş, İddiaçı MMC özügedən tunelqazan maşını tikinti ərazisindən, Azərbaycan Respublikasının ərazisindən isə 2020-ci ilin noyabr ayının 10-da çıxararaq aparmış, həmin vaxt tərəflər arasında mübahisə olmamış, münasibətlər qarşılıqlı güzəşt əsasında həll olunmuş, tərəflər arasında olan mübahisələr cavabdehin təsisçisinin vəfat etməsindən sonra yaranmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 389.1-ci maddəsinə əsasən mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Həmin Məcəllənin 421.1-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. Həmin Məcəllənin 423.1-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi haqqında razılaşma, əgər bu Məcəllədən, müqavilədən və ya işgüzar adətlərdən ayrı qayda irəli gəlmirsə, müqavilə ilə eyni formada bağlanır. Həmin Məcəllənin 424.2-ci maddəsinə əsasən müqavilə ləğv edilərkən tərəflərin öhdəliklərinə xitam verilir. Həmin Məcəllənin 424.3-cü maddəsinə əsasən müqavilə dəyişdirilərkən və ya ləğv edilərkən, əgər tərəflərin razılaşmasından və müqavilənin dəyişdirilməsi xarakterindən ayrı qayda irəli gəlmirsə, müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi haqqında tərəflərin razılaşmasının bağlandığı andan, müqavilə məhkəmə qaydasında dəyişdirildikdə və ya ləğv edildikdə isə müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi haqqında məhkəmə qərarının qanuni qüvvəyə mindiyi andan öhdəliklər dəyişdirilmiş və ya xətm edilmiş sayılır. Məhkəmə kollegiyası qeyd edir ki, tərəflər arasında bağlanmış müqavilə yazılı deyil, şifahi formada ləğv olunsa da, tərəflər qarşılıqlı razılıq əsasında ləğv olunmuş müqavilənin nəticələrini qəbul etmişlər. Buna görə tərəflərin hazırki iş üzrə iddia tələbləri formal xarakter daşımaqla əsassızdır. Belə ki, tərəflər müqavilənin ləğvi formasına əməl etməsələr də, müqavilənin ləğvinə dair razılaşmanı öz hərəkətləri ilə təsdiq etmişlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 324.1-ci maddəsinin tələbləri baxımından müqavilənin ləğvi haqqında razılaşmanın özü də əqddir. Həmin maddəyə görə əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Həmin Məcəllənin 351.3-cü maddəsinə əsasən əgər əqdi onun barəsində mübahisə etmək hüququna malik şəxs təsdiq edirsə, bununla o, mübahisə etmək hüququnu itirir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya şikayətlərinin dəlilləri əsassızdır və həmin dəlillər birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsas ola bilməz. Buna görə də apellyasiya şikayətləri təmin edilməməli və birinci instansiya məhkəməsinin hazırki iş üzrə qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini təmin etmədən saxlaya bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 384.0.1, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçı və cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətləri təmin edilməsin. Sumqayıt Kommersiya Məhkəməsinin 13 sentyabr 2022-ci il tarixli, e-2-2(119)- 248/2022 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar