Məhkəmə qərarları › İş №2(060)-3183/2025

Sumqayıt Şəhər Məhkəməsi Qərardad — İş №2(060)-3183/2025

02.06.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(060)-3183/2025 02.06.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Şirəliyeva Vəfa Zavrulla qızının sədrliyi, Quliyeva Günay Tahir qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “alimentin təyin edilməsi” tələbinə dair iddia ərizəsinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia qaldıraraq Cavabdeh ilə rəsmi nikahlarından anadan olmuş 16 noyabr 2020-ci il təvəllüdlü X2 və 07 sentyabr 2022-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanması üçün cavabdehdən əmək haqqı və digər gəlirlərinin 1/3 hissəsi qədər aliment tutularaq İddiaçı ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək əlavə olaraq bildirdi ki, uşaqların yetkinlik yaşına çatana qədər saxlanması üçün cavabdehlə aralarında barışıq sazişi bağlanmışdır. Həmin barışıq sazişi qüvvədədir. Ləğvi ilə əlaqədar məhkəməyə müraciət etməmişdir. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməyinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə hesab edir ki, İddiaçı Cavabdeh qarşı “alimentin təyin edilməsi” tələbinə dair mülki işin icraatına xitam verilməlidir. Belə ki, iddiaçının məhkəmə iclasında verdiyi izahat əsasında müəyyən olunur ki, tərəflər arasında mediasiya prosesi nəticəsində barışıq sazişi bağlanmış və tərəflər öz aralarında aliment məbləği ilə bağlı razılığa gəlmişlər. Hal hazırda iddiaçı tərəflər arasında mediasiya yolu ilə həllini tapmış məsələyə məhkəmədə yenidən baxılmasını istəyir. Məhkəmə qeyd edir ki, qanunvericilikdə mübahisəli məsələ ilə bağlı mediasiya prosesi nəticəsində barışıq sazişi bağlandıqdan sonra yenidən iddia icraatı qaydasında həmin məsələyə baxılması imkanı nəzərdə tutulmamışdır. Belə ki, tərəflər arasında barışıq sazişi bağlandığından və mübahisəli məsələ həll olunduğundan artıq mövcud olmuş mübahisəyə məhkəmədə baxılması zərurəti də aradan qalxmış olur. Məhkəmə qeyd edir ki, məhkəmədə mübahisəli məsələ ilə bağlı iddia qaldırmamışdan öncə mediasiya vasitəsilə tərəflər arasında barışıq sazişinin bağlandığı halda yenidən eyni mübahisəli məsələ ilə bağlı iddia icraatı qaydasında məhkəmədə iddia qaldırılması yeni yaradılmış mediasiya institunun əhəmiyyətini də şübhə altına almış olur. “Mediasiya haqqında” Qanunun preambulasında mediasiya mübahisələrin alternativ həlli üsullarından biri kimi təsbit edilmişdir. Mediasiyanın məqsəd və prinsiplərini müəyyən edən həmin Qanunun 4-cü maddəsindən göründüyü kimi, mediasiya tərəflər arasında münaqişə səviyyəsinin azaldılması və onları razı salacaq şəkildə mübahisənin həllini təmin etmək məqsədini daşıyır. Eyni zamanda tərəflər arasında mediasiya prosesi nəticəsində barışıq sazişinin bağlanması onlar arasında artıq mübahisənin mövcud olmadığını ehtiva edir. Həmin proses nəticəsində bağlanmış barışıq sazişi könüllü icra müddətində icra edilmədikdə isə tərəfin hüququnun müdafiəsi vasitəsi kimi onun məcburi icra edilməsi üçün qanunvericilikdə xüsusi prosedur müəyyən edilmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 40-7-ci fəsli ilə mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişi icra olunmadığı təqdirdə xüsusi icraat qaydasında həmin sazişin məhkəmə tərəfindən təsdiq edilməsi məsələsinə baxılması nəzərdə tutulmuşdur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 355-23.1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, İddiaçı Cavabdeh qarşı “aliment” tələbinə dair mülki işin icraatına xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 153, 263, 264-cü maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı Cavabdeh qarşı “aliment” tələbinə dair mülki işin icraatına xitam verilsin. İddiaçıya izah olunsun ki, barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, həmin sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə ərizə ilə xüsusi icraat qaydasında məhkəməyə müraciət etmək hüququ vardır. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətinə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Sumqayıt Şəhər Məhkəməsinə şikayət verilə bilər. Hаkim Vəfa Şirəliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar