Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-3185/2021 20.05.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Abdullayev Emin Ağamusa oğlunun sədrliyi, Məmmədov Rəsul Yasər oğlunun katibliyi, iddiaçının nümayəndəsi, vəkil X2 iştirakı ilə, İddiaçı cavabdeh X4 qarşı alimentin miqdarının azaldılması tələbinə dair mülki işə Sumqayıt Şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı (bundan sonra - iddiaçı) X4 (bundan sonra - cavabdeh) qarşı iddia ərizəsi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək, ünvan 2rixli qətnaməsi ilə müəyyən edilmiş əmək haqqı və pensiya məbləğindən sonrakı sabit pul məbləğində hər ay hər uşağa görə 35 manat olmaqla, ümumilikdə 70 manat alimentin ödənilməsi hissəsinin ləğv olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, ünvan 2rixli qətnaməsi ilə iddiaçı ilə cavabdeh arasındakı nikahın pozulması, 30.09.2011-ci il təvəllüdlü X5 və 08.08.2017-ci təvəllüdlü X1 üçün qazancının və digər gəlirlərinin 1/3 hissəsi və əlavə olaraq hər ay hər uşağa görə 35 manat olmaqla, cəmi 70 manat sabit pul məbləğində alimentin iddiaçıdan tutularaq cavabdehə verilməsi qət edilmişdir. Məhkəmə həmin qətnaməni qəbul edərkən iddiaçının əmək haqqı 280 manat, pensiyasının miqdarı isə 233 manat idi. Hazırda iddiaçı hazırda 800 manat əmək haqqı alır. Qazancı övladlarının normal saxlanmasına kifayət edir. İddiaçının nümayəndəsi məhkəmə iclasında Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 53-cü maddəsinə əsasən iddianın dəyişdirilməsi barədə ərizə təqdim edərək ünvan 2rixli qətnaməsi ilə iddiaçıdan hər ay hər uşağa görə 35 manat olmaqla, cəmi 70 manat sabit pul məbləğində tutulan alimentin ləğv olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçının nümayəndəsi məhkəmə iclasında iddia ərizəsinin məzmununa uyğun izahat verdi və həmçinin bildirdi ki, iddiaçının hazırkı aylıq qazancının 1/3 hissəsi iki uşağın yaşayış minimumuna uyğun saxlanması üçün kifayət edir. Bu səbəbdən iddiaçı məhkəmə qətnaməsi ilə ondan tutulan əlavə sabit pul məbləğində alimentin ləğv edilməsini istəyir. Qeyd edilənlərə əsasən nümayəndə iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Cavabdehə məhkəmə iclasının yeri və vaxtı barədə göndərilmiş məhkəmə bildirişi rabitə orqanı tərəfindən geri qaytarılmışdır. MPM-in 185-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümükün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını və iddia ərizəsinin dəlillərini araşdıraraq aşağıdakı nəticəyə gəlir. İş materialları ilə müəyyən edilir ki, iddiaçı xx.xx.1984-cü ildə anadan olmuş, ünvan 1 ünvanında qeydiyyatdadır. Cavabdeh xx.xx.1986-cı ildə anadan olmuş, ünvan 1 ünvanında qeydiyyatdadır. 16 saylı Mənzil Kommunal Sahəsinin 13.01.2021-ci il tarixli, 55 saylı arayışına əsasən iddiaçı ünvan 1 ünvanında yaşayır. ünvan 2rixli qətnaməsi ilə tərəflər arasındakı nikahın pozulması, birgə nikahdan olan 30.09.2011-ci il təvəllüdlü X5 və 08.08.2017-ci təvəllüdlü X3 cavabdehin yanında saxlanmaları və uşaqların yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün hər ay iddiaçının qazancı və gəlirlərinin 1/3 hissəsi miqdarında və əlavə olaraq hər ay hər uşağa görə 35 manat olmaqla, cəmi 70 manat sabit pul məbləğində alimentin iddiaçıdan tutularaq cavabdehə verilməsi qət edilmişdir. “xxxx” MMC tərəfindən verilmiş 12.01.2021-ci il tarixli arayışda göstərilmişdir ki, iddiaçı həmin müəssisədə aşpaz kimi fəaliyyət göstərir və aylıq əmək haqqı 878,21 manat təşkil edir. Azərbaycan Respublikası Ailə Məcəlləsinə (bundan sonra – Ailə Məcəlləsi) əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar (75.1.). Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur (75.4.). Valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər (78.1.). Ailə Məcəlləsində həmçinin nəzərdə tutulmuşdur ki, aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər (112.1.). Hazırkı iddiada iddiaçı ondan cavabdehin xeyrinə tutulan alimentin məbləğinin azaldılmasını xahiş edir. Buna əsas kimi aylıq əmək haqqının vergi və sığorta haqqı çıxılmaqla 878 manat təşkil etdiyini və həmin məbləğin 13 hissəinin iki uşağın saxlanması üçün kifayət etdiyini göstərir. “Azərbaycan Respublikasında 2021-cu il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikası Qanununda uşaqlar üçün yaşayış minimumu 175 manat müəyyən edilmişdir. İdidaçı ondan cavabdehin xeyrinə tutulan alimentin məbləğinin azaldılmasını xahiş etsə də, ondan alimentin tutulması barədə qətnamə qəbul edildikdən sonra maddi vəziyyətində hər hansı dəyişikliyin olması (maddi vəziyyətinin pisləşməsi) barədə sübut təqdim etməmişdir. Əksinə, iddiaçı əmək haqqının əvvəllər daha az olduğunu qeyd etmişdir. Məhkəmə hesab edir ki, iddiaçının əvvəllər əmək haqqının az olduğu zaman ondan hər ay iddiaçının qazancı və gəlirlərinin 1/3 hissəsi miqdarında və əlavə olaraq hər ay hər uşağa görə 35 manat olmaqla, cəmi 70 manat sabit pul məbləğində aliment tutulduğu halda, hazırda əmək haqqının daha çox olması səbəbindən alimentin azaldılması ədalətli hesab edilə bilməz. Belə ki, iddiaçının aylıq əmək haqqısının 1/3 hissəsi təxminən 292 manat təşkil edir ki, bu da hər uşaq üçün 146 manat alimentin tutulması deməkdir. Hər uşaq üçün tutulan 35 manatı da həmin məbləğlə topladıqda hər uşağa təxminən 181 manat aliment düşür ki, məhkəmə həmin məbləği bir uşğın saxlanması üçün normal hesab edir. Məhkəmə qeyd edir ki, qanunvericiliyə əsasən uşaqlarını saxlamaq valideynlərin vəzifəsidir. Valideynlərdən aliment uşaqların mənafeyi üçün tutulur. Alimentin tutulmasında məqsəd valideynlərin öz vəzifələrini yerinə yetirməsi və uşaqların normal həyat səviyyəsinin təmin edilməsidir. Bu səbəbdən məhkəmə yetkinlik yaşına çatmayan uşaqların mənafeyini nəzərə alaraq iddiaçıdan Sumqayıt Şəhər Məhkəməsinin qətnaməsi ilə uşaqların yetkinlik yaşlarına çatanadək saxlanmaları üçün hər ay iddiaçının qazancı və gəlirlərinin 1/3 hissəsi miqdarında və əlavə olaraq hər ay hər uşağa görə 35 manat olmaqla, cəmi 70 manat sabit pul məbləğində alimentin iddiaçıdan cavabdehin xeyrinə tutulmasını qanuni və ədalətli hesab edir. Qeyd edilənlərə əsasən iddia əsaslı olmadığı üçün təmin edilməməlidir. Göstərilənlərə əsasən və MPM-in 119, 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdeh X4 qarşı ünvan 2rixli qətnaməsi ilə iddiaçıdan hər ay hər uşağa görə 35 manat olmaqla, cəmi 70 manat sabit pul məbləğində tutulan alimentin ləğv olunması barədə iddiası təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsilə Sumqayıt Şəhər Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Emin Abdullayev
Məhkəmə qərarları › İş №2(060)-3185/2021
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-3185/2021
20.05.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin azaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver