Məhkəmə qərarları › İş №2(060)-3194/2020

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-3194/2020

24.11.2020 · Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-3194/2020 24.11.2020 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Tanrıverdiyeva Günel Cəbrayıl qızının sədrliyi, Məmmədova Şəhrəbanu Rəhim qızının katibliyi, İddiaçı, Cavabdeh Sumqayıt Şəhər Profilaktik Dezinfeksiya Şöbəsinin müdiri X5 iştirakı ilə, İddiaçı cavabdeh Sumqayıt Şəhər Profilaktik Dezinfeksiya Şöbəsinə qarşı əmək haqqının ödənilməsi tələbinə dair mülki işə xx xxxxxx 2020-ci il tarixdə Sumqayıt Şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona ödənilməmiş (Prezidentin 2019-cü il minimal əmək haqqının 01 mart 180 AZN, 01 sentyabr 250 AZN olması haqda sərəncamlarının pozulması) 4 ayın əmək haqqının verilməsi, xx xxxx 2020-ci ildən, halhazırki vaxta kimi çörəyə möhtac qoyduqlarına görə (karantin vaxtı) təminat verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Sonradan İddiaçı iddia ərizəsinə əlavə ilə məhkəməyə müraciət edərək, cavabdehdən 4 aylıq əmək haqqı kimi 470 manat, 2019-cu ilin 01 mart tarixindən 01 avqust ayına kimi əmək haqqına verilməmiş əlavə 250 manat, 2019-cu ilin 01 avqust tarixindən xx xxxxxx 2020-ci ilə kimi verilməmiş minimal əmək haqqına əlavə 400 manat, xx xxxxxx 2020-ci ildən 01 mart tarixinə kimi verilməmiş minimal əmək haqqına əlavə 160 manat məbləğində pulun və karantin vaxtında mart, aprel aylarında çörəyə möhtac qoyduqlarına görə 500 manat təzminatın, ümumilikdə 1780 manat məbləğində pulun tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə edərək bildirdi ki, o, 2005-ci il iyul ayından Sumqayıt şəhər Profilaktik Dezinfeksiya şöbəsində hal-hazırki vaxta kimi Dezinfektor çalışır. Axrıncı illər əmək haqlarının verilməsində yaranmış qanun pozuntusunu görə 4 aylıq əmək haqqı verilməmişdir. (2018-2109-cu illər) 2019-cu il Prezidentin minimum əmək haqqının 01 martdan 180 AZN, 01 sentyabrdan 250 AZN olması haqqında sərəncamına məhəl qoyulmamışdır. Sistemə salınmasına baxmayaraq 130 AZN, 170 AZN əmək haqqı hesablanmışdır. xx xxxx 2020-ci ildən hal-hazırki vaxta kimi şöbənin işçisi olmasına baxmayaraq ona əmək haqqı verilmir. Əmək kitabçası ala bilmir, sistemdən çıxarılmır. Karantin vaxtı onu çörəyə möhtac qoyublar. Dezinfeksiya stansiyasının (yəni baş idarənin) nəzarətsizliyi, laqeydliyi üzündən bütün nöqsanlar baş verir. Onu işdən qanunsuz olaraq çıxarıblar, sonradan müvafiq idarələrə şikayət etdikdən sonra işə bərpa ediblər. Qeyd etdiklərinə əsasən, iddiaçı iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdeh Sumqayıt Şəhər Profilaktik Dezinfeksiya Şöbəsinin müdiri X6 iddia tələbinə etiraz edərək bildirdi ki, o cavabdeh idarədə müdir işlədiyi dövrdə əmək haqları ödənilmişdir. İddiaçı işdən çıxarılması ilə əlaqədar Əmək Müfəttişliyinə və başqa yerlərə şikayət etmiş, sonradan işə bərpa edilmişdir. O özünün rəhbər olduğu dövrə görə iddiaçıya ödənilməli olan iki aylıq əmək haqqını ona ödəmişdir. Qalan borc ondan əvvəlki müdirin dövrünə düşür. Bundan əlavə ölkədə baş verən hadisələrlə əlaqədar cavabdehin müxtəlif şirkətlərlə bağladığı müqavilələr ləğv olunmuşdur. Bu səbəbdən müəssisənin fəaliyyəti dayandırılmışdır. Hal-hazırda müəssisənin heç bir fəaliyyəti və gəliri yoxdur. Bununla əlaqədar cavabdehin nümayəndəsi iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə tərəfindən işin halları müəyyən edilərkən aşağıdakı sübutlara istinad edilmişdir: İşdə olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti 7 saylı region üzrə Dövlət Əmək Müfəttişliyi tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2020-ci il tarixli **********8 saylı məktubun surətindən görünür ki, həmin məktubla bildirmişdir ki, o və bacısı X1 Respublika Gigiyena və X3 şəhər Profilaktik Dezinfeksiya şöbəsinin rəhbərliyi tərəfindən əmək hüquqlarının pozulması barədə Döviət Əmək Müfəttişliyi Xidmətinin Sumqayıt regional ərazi şöbəsinə etdiyi müraciətə tərəflərindən baxılmışdır. Sumqayıt şəhər Profilaktik Dezinfeksiya şöbəsinin Sumqayıt regional ərazi şöbəsinə təqdim etdiyi xx.xx.2020-ci il tarixli 01 saylı rəsmi məlumatına və təsdiqedici sənədlərə əsasən müəyyən olunmuşdur ki, onun son-haqq hesabının və bacısı M.Məmmədovanın əmək haqqlarının ödənilməməsinin səbəbi kimi müəssisənin maliyyə təsərrüfat fəaliyyətinin pisləşməsi səbəbindən gəlirlərinin olmamasıdır. Həmçinin müəssisənin təqdim etdiyi sənədlərə əsasən müəyyən olunmuşdur ki, onunla bağlanmış əmək müqaviləsinə qanunvericiliyin tələbləri pozulmaqla xx.xx.2020ci il tarixdə xitam verilmiş və son haqq hesabı işdən çıxdığı gün ödənilməmişdir. Bu səbəbdən də Azərbaycan Respublikası Əmək Məcəlləsinin 76.2-ci və 83.2-ci maddələrinin tələbləri pozulduğundan işəgötürən barəsində İnzibati Xətalar Məcəlləsinin 192.4-cü və 192.6-cı maddələrinə əsasən x xxxxxx 2020-ci il tarixli, ******* saylı İnzibati xəta haqqında Protokol tərtib edilmişdir. Eyni zamanda müəssisənin rəsmi məlumatında (hesaba vəsait daxil olduqca) ona və bacısına ödənişlərin hissə-hissə ödəniləcəyi qeyd edilmişdir. Qeyd olunanlarla razılaşmadığı təqdirdə onun və bacısının məhkəmə orqanlarına müraciət etmək hüquqları vardır. Məhkəmənin sorğusu əsasında Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Gigiyena və X2 şəhər dezinfeksiya Stansiyası tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2020-ci il tarixli 80 saylı məktubla bildirimişdir ki, Sumqayıt şəhər Profilaktik Dezinfeksiya şöbəsi Dezinfeksiya stansiyasının tabeliyində deyil. Sumqayıt şəhər Dezinfeksiya stansiyası dövlət büdcəsindən maliyyələşir. Sumqayıt şəhər Profilaktik Dezinfeksiya şöbəsi isə təsərrüfat hesablıdır. Özü-özünü maliyyələşdirir. Özünün rəhbəri, mühasibi, peçatı və ştampı var. 2020-ci ilin yanvar ayından maliyyə borcları ilə əlaqədar və fəaliyyət göstərmək üçün müqavilələr olmadığından idarənin işi dayandırılmışdır. Buna görə də əmək haqqı ödəmək iqtidarında deyil. Bu günkü günədək İddiaçı əmək haqqı borcu 331.80 manatdır. İşçi İddiaçı xx.xx.2020-ci il tarixdən Sumqayıt şəhər dezinfeksiya stansiyasında sanitar qadın vəzifəsinə işlə təmin olunmuşdur. Məhkəmənin sorğusu əsasında Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti Sumqayıt regional ərazi şöbəsi tərəfindən xx.xx.2020-ci il tarixli **********3 saylı məktubla İddiaçı Dövlət Əmək Müfəttişliyi Xidmətinin Sumqayıt regional ərazi şöbəsinə etdiyi müraciətinə əsasən aparılmış araşdırma ilə bağlı aidiyyəti sənədlər məhkəməyə göndərilmişdir. Həmin məktuba əlavə edilmiş sənədlərdən görünür ki, Sumqayıt Şəhər Dezinfeksiya Şöbəsinin müdiri X6 Azərbaycan Respublikası İXM-nin 192.4 və 192.6-cı maddələrində nəzərdə tutulmuş inzibatı xətani törətdiyinə görə barəsində xx.xx.2020-ci il tarixli MN seriyalı ******* saylı İnzibati xəta haqqında protokol tərtib edilmişdir. Belə ki, İddiaçı əmək müqaviləsinə Əmək Məcəlləsinin 76-cı maddəsinin tələblərinə əməl edilmədən xitam verilmiş, ona son haqq-hesab Əmək Məcəlləsinin 83.2-ci maddəsinin tələblərinə zidd olaraq verilməmişdir. İnzibati tənbeh vermə haqqında xx.xx.2020-ci il tarixli MN seriyalı ******* saylı qərarın surətindən görünür ki, Sumqayıt Şəhər Dezinfeksiya Şöbəsinin müdiri X6 Azərbaycan Respublikası İXM-nin 192.6-cı maddəsində nəzərdə tutulmuş inzibatı xətanı törətməkdə təqsirli bilinərək 1500 manat məbləğində cərimə edilmişdir. İşdə olan xx.xx.2020-ci il və xx.xx.2020-ci il tarixli ödəniş tapşırıqlarından görünür ki, İddiaçı AZ21İBAZ******************** saylı hesabına 2020-ci ilin yanvar və fevral aylarına görə hər ay 165 manat olmaqla əmək haqqı ödənilmişdir. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, məhkəmə tərəfindən müəyyən edilmişdir ki, İddiaçı cavabdeh Sumqayıt Şəhər Profilaktik Dezinfeksiya Şöbəsindən qanunsuz olaraq işdən azad edilmiş, bundan sonra işə bərpa edilmişdir. İddiaçı bununla əlaqədar olaraq ona 4 aylıq əmək haqqının verilmədiyini bildirir. Lakin iş materiallarından görünür ki, iddiaçının tələb etdiyi 4 aylıq əmək haqqının iki ayı (2020-ci ilin yanvar və fevral aylarına görə) ona ödənilmişdir. Qalan 2 aya görə ödənilməli olan 331,80 manat məbləğində əmək haqqı isə ödənilməmişdir. Bu səbəbdən məhkəmə hesab edir ki, həmin hissədə iddia tələbi təmin edilməlidir. Əmək Məcəlləsinin 83-cü maddəsinə əsasən əgər işçi ilə bağlanmış əmək müqaviləsində onun ləğv edilməsinin sənədləşdirilməsi barədə bu fəsildə müəyyən edilmiş qaydalardan fərqli olan başqa qaydalar nəzərdə tutulmayıbsa, onda istər işçi, istərsə işəgötürən tərəfindən və istərsə də tərəflərin iradəsindən asılı olmayan hallarda bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslara və qaydalara müvafiq olaraq əmək müqaviləsinin ləğv edilməsi işəgötürənin əsaslandırılmış əmri (sərəncamı, qərarı) ilə rəsmiləşdirilməlidir. Əmək müqaviləsinə xitam verilməsi barədə işəgötürənin əmri (sərəncamı, qərarı) onun tərəfindən imzalanmalı və müəssisənin möhürü ilə təsdiqlənməlidir. Bu əmrin surəti, işçinin əmək kitabçası və işəgötürənin son haqq-hesabı (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əmək haqqı və digər ödəmələr) ilə birlikdə sonuncu iş günü işçiyə verilməlidir. Məhkəmə hesab edir ki, hazırkı iş üzrə iddiaçı qalan hissələrdə iddia tələbinin əsası kimi istinad etdiyi halları sübut edə bilməmişdir. Belə ki, o, məhkəməyə bu halları təsdiq edən hər hansı sübut təqdim etməmişdir. Halbuki, məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir (Mülki Prosessual Məcəllənin 14.1-ci maddəsi). Həmin Məcəllənin 14.2-ci maddəsində isə qeyd edilir ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Göründüyü kimi, mülki icraatda məhkəmə həqiqətin müəyyən edilməsinə yalnız tərəflərin təqdim etdikləri sübutlar çərçivəsində nail ola bilər. Bu baxımdan tərəflərin təqdim etdikləri sübutların obyektiv, qərəzsiz və hərtərəfli araşdırılması mülki prosessual qanunvericilikdə məhkəmənin üzərinə qoyulmuş əsas vəzifələrdən biridir. İstinad olunan Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 77.1-ci maddəsində sübutetmə vəzifəsi tərəflər arasında bölüşdürüldüyündən iddiaçı və cavabdeh, yəni tərəflər öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları özləri sübut etməlidirlər. İddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Məhkəmə onu da qeyd edir ki, iddiaçı ona cavabdeh tərəfindən minimum əmək haqqından az əmək haqqı verildiyini bildirsə də, məhkəməyə bununla bağlı da hər hansı sübut təqdim etməmişdir. Eyni zamanda iş materiallarından görünür ki, cavabdeh Dövlət Əmək Müfəttişliyi Xidməti Sumqayıt regional ərazi şöbəsi tərəfindən iddiaçıya əmək haqqının vaxtında ödənilməməsinə görə (İXM-nin 192.4 və 192.6-cı maddələri ilə) inzibati məsuliyyətə cəlb edilsə də, işçiyə müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş minimum əmək haqqından aşağı məbləğdə əmək haqqı verilməsinə görə (İXM-nin 192.3-cü maddəsi ilə) inzibati məsuliyyətə cəlb edilməmişdir. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. (Mülki Prosessual Məcəllənin 81-ci maddəsi). Məhkəmə qeyd edilənlərə əsasən hesab edir ki, iddia qismən təmin edilməli, cavabdeh Sumqayıt Şəhər Profilaktik Dezinfeksiya Şöbəsindən 331,80 manat məbləğində pul tutularaq İddiaçı ödənilməli, iddia qalan hissədə təmin olunmamalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233, 360cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh Sumqayıt Şəhər Profilaktik Dezinfeksiya Şöbəsindən 331,80 (üç yüz otuz bir manat səksən qəpik) manat məbləğində pul tutularaq İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Günel Tanrıverdiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar