Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-323/2024 01.02.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hüseynov Elmir Xoşbəxt oğlunun sədrliyi, Rüstəmli Aytən Kamil qızının katibliyi, İddiaçı, Cavabdehnin nümayəndəsi və vəkili Nümayəndə1 iştirakı ilə, İddiaçı cavabdeh ̇"xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı orta əmək haqqı tələbinə (Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs: Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X2 Xidməti Abşeron Xızı regional şöbəsi) dair mülki işə Sumqayıt Şəhər Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 172.6-cı maddəsinə əsasən xx.xx.2022 xx.xx.2023-cü il tarixləri arasındakı müddət üçün yaranmış orta əmək haqqının iddiaçıya ödənilməsini təmin edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı xx.xx.2022-ci ildə Cavabdehnə radioelektron aparat və cihaz üzrə quraşdırıcı vəzifəsinə işə qəbul olunmuşdur. xx.xx.2022-ci il tarixdə öz ərizəsi ilə (Əmək Məcəlləsinin 69-cu maddəsi) əmək müqaviləsinə xitam verilmişdir. Lakin aradan uzun müddət (təxminən 06 ay) keçməsinə baxmayaraq əmək kitabçası, işdən çıxarılma əmrinin surəti, haqq-hesab sənədləri iddiaçıya təqdim olunmamışdır. Aradan uzun müddət keçdikdən sonra sadəcə X2 Xidməti Abşeron-Xızı regional şöbəsinin vasitəsilə xx.xx.2023-cü ildə əmək kitabçasını əldə etmişdir. Cavabdeh Müəssisə qeyd olunan pozuntu ilə bağlı İXM-nin 192.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə X2 Xidməti Abşeron-Xızı regional şöbəsi tərəfindən barəsində xx.xx.2023 cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Qeyd olunan sənədlər; əmək kitabçası, işdən çıxarılma əmrinin surəti, haqq-hesab sənədləri ilə bağlı xx.xx.2022-xx.xx.2023-cü ilə qədər iddiaçıya heç bir məlumat verilməmiş və qeydiyyatda olduğu ünvana da poçtla göndərilməmişdir. Nəzərə alınmalıdır ki, işçi əmək hüquq münasibətlərində işəgötürənə nisbətən daha zəif tərəfdir. Əmək kitabçasının iddiaçıya təqdim olunmaması nəticəsində iddiaçı 6 ay ərzində işə düzələ bilməmişdir. Bununla da iddiaçıya xeyli maddi ziyan dəymişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək tələbin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında Cavabdehnin nümayəndəsi və vəkili Nümayəndə1 iddia tələbini qəbul etməyərək bildirdi ki, əmək qanunvericiliyinə görə işəgötürənin işçiyə əmək kitabçasının verilməməsində təqsiri olduqda işçinin işə düzələ bilmədiyi müddət ərzində işçiyə orta əmək haqqı ödənilməlidir. Göründüyü kimi bunda əsas məsələ işçinin işə düzələ bilmədiyini sübut etməsidir. Belə ki hər bir tərəf öz tələb və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İddiaçı işsiz kimi işə düzəlmə qaydalarından məlumatı olan şəxsdir, ̇"xxxx" MMC-yə daxil olmamışdan qabaq iddiaçı işsiz kimi qeydiyyatdan keçmişdir. İddiaçı işdən çıxdıqdan sonra, işə qəbul qaydalarından məlumatlı olmasına baxmayaraq, təqdim edilən sənəddən də göründüyü kimi X1 Filialına müraciəti daxil olmamışdır. İddiaçı məhz onların təqsirindən əmək kitabçasının verilməməsi səbəbi ilə işə düzələ bilmədiyini sübut etməmişdir. Nazirlər Kabinetinin qərarına əsasən, əmək kitabçasının poçtla göndərilməsi qadağandır, əmək kitabçası işçiyə əllə verilməlidir, qarşı tərəf də bununla bağlı müraciət etməmişdir. Barələrində inzibati xəta haqqında protokol tərtib olunsa da, həmin protokol sırf maliyyə məsələləri, İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsi ilə bağlı tərtib olunmuşdur. Əmək kitabçası və ya əmrin verilməməsi inzibati xəta tərkibi yaratmır. Tərəflərindən iddiaçıya dəfələrlə zəng olunmuşdur, lakin iddiaçı bir neçə aydan sonra müraciət etmişdir. Qeyd edir ki, ̇"xxxx" MMC Müdafiə Sənayesi tərkibində olan elmi müəssisədir, həmin müəssisədə dərhal əmək haqqı verilə bilmir, iş materiallarından göründüyü kimi 1 həftə keçməmiş iddiaçıya əmək haqqı verilmişdir. Tərəflərindən əmək kitabçasının verilməməsinə görə iddiaçının işə düzələ bilməməsindən söhbət gedə bilməz. Bu səbəbdən də iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X2 Xidməti Abşeron Xızı regional şöbəsi isə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, onun nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin üzrlü səbəbləri barədə məlumat verməmişdir. Əvvəlki məhkəmə iclasında iştirak edən X2 Xidməti Abşeron Xızı regional şöbəsinin nümayəndəsi Nümayəndə2 bildirmişdir ki, İddiaçı xx.xx.2023-cü il tarixdə əmək hüquqlarının pozulması ilə bağlı X2 Xidmətinə müraciət etmiş, bununla bağlı həm müəssisəyə, həm də vətəndaşa dəvət məktubları, sorğu məktubları müvafiq olaraq ünvanlanmışdır. Vətəndaş öz ərizəsində, eləcə də xx.xx.2023-cü il tarixində X2 Xidmətinə təqdim etdiyi izahatında əmək kitabçası və son haqq-hesabın ödənilməsi ilə bağlı probleminin olduğunu bildirmişdir. Eyni zamanda vətəndaş tərəfindən təqdim edilən bank çıxarışlarına baxış keçirilərkən müəyyən olunmuşdur ki, son haqq-hesabın ödənilməsi müəssisə tərəfindən gecikdirilmişdir. Əmək kitabçası ilə bağlı müəssisəyə sorğu məktubu göndərilmiş, X2 Xidməti tərəfindən ünvanlanmış məktubdan sonra vətəndaş əmək kitabçasını götürmüşdür ki, bununla bağlı vətəndaşın izahatı mövcuddur. Məhkəmə, tərəflərin izahatını dinləyib, iş materiallarını araşdıraraq və iş üzrə sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan: İddiaçı əmək müqaviləsinə xitam verilməsi barədə xx.xx.2022-ci il tarixli, 90/k saylı əmrin surətindən görünür ki, İddiaçı ilə bağlanılmış xxxxxxx000200 nömrəli əmək müqaviləsinə “Azərbaycan Respublikasının Əmək Mcəlləsinin 68.2 nömrəli maddəsinin “a”-tərəflərdən birinin təşəbbüsü” bəndinə əsasən xx.xx.2022-ci il tarixindən xitam verilməsi, işçinin xx.xx.2022-ci il tarixindən xx.xx.2022-ci il tarixinə qədər istifadə edilməmiş 5.25 məzuniyyət gününün son haqq-hesabının qanunverciliyə uyğun şəkildə hesablanıb ödənilməsi iqtisadiyyat, maliyyə və mühasibat uçotu şöbəsinə həvalə edilməsi, işçinin əmək kitabçasında lazımi qeydlərin aparılaraq özünə təhvil verilməsi əmr edilmişdir. MŞS/MT030/2023-02064 saylı, xx.xx.2023-cü il tarixli ilkin mediasiya sessiyasında iştirak edilməməsi ilə bağlı arayışdan görünür ki, İddiaçı ilkin mediasiya sessiyasında iştirak etmiş, 50 manat mediasiyaya dair xərci ödəmişdir. İddiaçı İsmyaıl oğlunun Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X2 Xidmətinin Abşeron Xızı regional şöbəsinə verdiyi xx.xx.2023-cü il tarixli izahatın məzmunundan görünür ki, öz ərizəsi ilə ̇"xxxx" MMC-də İddiaçı əmək müqaviləsinə xitam verilmiş, lakin işdən çıxdığı gündən bugünədək (müraciətdəki tarix) nə əmək kitabçası, nə işdən çıxarılma əmri nə də son haqq-hesab sənədləri ona təqdim edilməmişdir. İddiaçı İsmyaıl oğlunun Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X2 Xidmətinin Abşeron Xızı regional şöbəsinə verdiyi xx.xx.2023-cü il tarixli izahatın məzmunundan görünür ki, İddiaçı İsmyaıl oğlunun Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X2 Xidmətinin Abşeron Xızı regional şöbəsinin köməyi vasitəsilə xx.xx.2023-cü il tarixində əmək kitabçası ona təqdim edilmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X2 Xidmətinin Abşeron Xızı regional şöbəsinin xx.xx.2023-cü il tarixli, 3-17-5/2M- 26917/2023 saylı İddiaçı müraciətlərinə dair məktubunun mahiyyətindən görünür ki, onun müraciətdə qeyd etdiyi məsələlərin həlli ilə əlaqədar olaraq müvafiq qaydada müraciət etmək hüququ olduğu bildirilmişdir. MN № ******* saylı, 18 iyul 2023-cü il tarixli inzibati xəta haqqında protokolun surətindən görünür ki, “Neftqazavtomat Elmi-İstehsalat Müəssisəsi"̇ MMC-də əmək müqaviləsinə xitam verilmiş İddiaçı son haqq-hesabının (əmək və məzuniyyət haqları) hesablanıb ödənilməsində qanun pozuntularına yol verildiyindən Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 83.2-ci və 172.4-cü maddələrinin tələbləri pozulmuşdur. İşçinin son haqq-hesabı tam məbləğdə və işdən çıxdığı sonuncu iş günü ödənilməmişdir. Nəticədə müəssisənin direktoru tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. MN № ******* saylı, xx.xx.2023-cü il tarixli inzibati tənbeh vermə haqqında qərarın surətindən görünür ki, müəssisənin direktoru tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta törədildiyindən onun barəsində 800 manat cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilmişdir. Məhkəmə araşdırması zamanı müəyyən olunanlara əsasən məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinə əsasən :
1. Əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər.
2. Əmək müqaviləsinə xitam verilməsinin əsasları aşağıdakılardır: a) tərəflərdən birinin təşəbbüsü. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 172-ci maddəsinin 6-cı bəndinə əsasən işçinin əmək kitabçasının bu Məcəllənin 87-ci maddəsinin üçüncü hissəsi ilə müəyyən edilmiş vaxtda verilməsi işəgötürənin təqsiri üzündən ləngidildikdə, işçiyə işə düzələ bilmədiyi bütün müddət üçün orta əmək haqqı ödənilməlidir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 87-ci maddəsinin 3-cü bəndinə əsasən işdən çıxan işçilərə əmək kitabçası əmək müqaviləsinə xitam verildiyi gün (sonuncu iş günü) verilir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 83-cü maddəsinin 2-ci bəndinə əsasən əmək müqaviləsinə xitam verilməsi barədə işəgötürənin əmri (sərəncamı, qərarı) onun tərəfindən imzalanmalı və müəssisənin möhürü ilə təsdiqlənməlidir. Bu əmrin surəti, işçinin əmək kitabçası və işəgötürənin son haqq-hesabı (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əmək haqqı və digər ödəmələr) ilə birlikdə sonuncu iş günü işçiyə verilməlidir. Həmin Məcəllənin 7-ci maddəsinin 2-3-cü bəndinə əsasən bu Məcəllənin 48-ci maddəsinə uyğun olaraq tərəflər arasında münasibətlərin rəsmiləşdirilməsi və müvafiq qeydlərin aparılması üçün əmək kitabçası təqdim edildikdə tərəflər arasında yaranan münasibətlər əmək münasibətləri hesab edilir. Həmin Məcəllənin 48-ci maddəsinin 1-ci bəndinə əsasən-Əmək müqaviləsi bağlanarkən işçi əmək kitabçası, habelə şəxsiyyətini təsdiq edən sənədi təqdim edir. 3-cü bəndinə əsasən- Məcburi köçkün, onlara bərabər tutulan şəxs və ya qaçqın statusu olan, habelə Azərbaycan Respublikasında ilk dəfə əmək fəaliyyətinə başlayan işçilərlə, əcnəbilərlə və vətəndaşlığı olmayan şəxslərlə əmək kitabçası təqdim edilmədən əmək müqaviləsi bağlanıla bilər. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, İddiaçı xx.xx.2022-ci ildə ̇"xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətində radioelektron aparat və cihaz üzrə quraşdırıcı vəzifəsinə işə qəbul olmuş, xx.xx.2022-ci ildə öz ərizəsi ilə əmək müqaviləsinə xitam verilmişdir. İddiaçı əmək müqaviləsinə xitam verilməsi barədə xx.xx.2022-ci il tarixli, 90/k saylı əmrdən də göründüyü kimi İddiaçı ilə bağlanılmış xxxxxxx000200 nömrəli əmək müqaviləsinə “Azərbaycan Respublikasının Əmək Mcəlləsinin 68.2 nömrəli maddəsinin “a”-tərəflərdən birinin təşəbbüsü” bəndinə əsasən xx.xx.2022-ci il tarixindən xitam verilməsi, işçinin xx.xx.2022-ci il tarixindən xx.xx.2022ci il tarixinə qədər istifadə edilməmiş 5,25 məzuniyyət gününün son haqq-hesabının qanunverciliyə uyğun şəkildə hesablanıb ödənilməsi iqtisadiyyat, maliyyə və mühasibat uçotu şöbəsinə həvalə edilməsi, işçinin əmək kitabçasında lazımi qeydlərin aparılaraq özünə təhvil verilməsi əmr edilmişdir. Buna baxmayaraq işçinin əmək kitabçası, işdən çıxarılma əmrinin surəti və son haqq-hesab sənədləri müəssisə tərəfindən ona təqdim edilməmişdir. Bununla əlaqədar olaraq iddiaçı aidiyyatı qurumlara müraciətlər etmiş, İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X2 Xidmətinin Abşeron Xızı regional şöbəsinin köməyi vasitəsilə xx.xx.2023-cü il tarixində əmək kitabçası ona təqdim edilmişdir. Göründüyü kimi işçinin işdən çıxdığı sonuncu iş günündən əmək kitabçasının ona təqdim edildiyi xx.xx.2023-cü il tarixləri arasındakı müddət üçün yaranmış orta əmək haqqı iddiaçıya ödənilməmişdir. İddiaçı bununla bağlı aidiyyatı orqanlara müraciət etsə də, müraciətindəki məsələnin həlli ilə əlaqədar ona məhkəmə müraciət etmək hüququ izah edilmişdir. Ona görə də iddiaçı hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. İddiaçı iddia tələbini müdafiə edir, cavabdeh iddia tələbini qəbul etmir. Cavabdehin nümayəndəsi və vəkili qeyd edir ki, iddiaçının əmək müqaviləsinə xitam verildikdən sonra onun yenidən başqa işə düzəlmək istəməsi və bununla bağlı ondan əmək müqaviləsi tələb olunmasını sübuta yetirməlidir. Məhkəmə cavabdehin vəkilinin qeyd etdiyi bu fakta tənqidi yanaşaraq qeyd edir ki, işçi işdən çıxdıqdan sonra başqa işə qəbul olunması ilə bağlı yazılı ərizə təqdim etsə belə, hər hansı bir müəssisə tərəfindən onun əmək kitabçasının təqdim edilməməsi ilə bağlı işə qəbul oluna bilməməsi barədə ona arayış verilməsi nəzərdə tutulmamışdır. Hazırki halda işçiyə əmək müqaviləsinin və tələbdə qeyd edilən digər sənədlərin Əmək Məcəlləsində qeyd edildiyi müddət ərzində hansı səbəbdən qaytarılmaması, bunun üzrlü səbəbləri (əgər varsa) sübut edilməlidir, belə sübutlar cavabdeh tərəfindən məhkəməyə təqdim edilməmişdir. Cabavdeh əmək kitabçasının işəgötürəndə qalmasını məhz iddiaçının həmin kitabçanı gəlib götürməməsi ilə əsaslandırsada, buna dair sübut təqdim edə bilmir, Məhkəmənin cavabdehə ünvanladığı suala cavabdan da aydın olur ki, cavabdeh kitabçaının iddiaçıya verilməsinə dair hər hansı bir addım atmamışdır. Əmək kitabçası işçiyə yalnız onun tərəfindən Əmək Müfəttişliyinə edilən şikayətdə sonra verilmişdir. Əmək Məcəlləsinin normalarına əsasən iddiaçı əmək kitabçası təqdim etmədən digər işə qəbul edilə bilməzdi. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 172.6-cı maddəsinə əsasən xx.xx.2022-ci ildən xx.xx.2023-cü il tarixləri arasındakı müddət üçün yaranmış orta əmək haqqı cavabdeh “Neftqazavtomat Elmi-İstehsalat Müəssisəsi"̇ MMC-dən alınaraq İddiaçı ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2, 217.3 və 217.4-cü maddələrinə əsasən mahiyyəti üzrə işə baxan məhkəmə tərəfindən qətnamə tərəflərin məntiqi izahı əsasında deyil, yalnız tərəflərin təqdim etdikləri sübutlardan istifadə etməklə, məhkəmə iclasında müəyyən edilmiş həqiqi hallar və tədqiq olunmuş sübutlar üzrə çıxarılır. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
qət etdi:
İddia tələbi təmin edilsin. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 172.6-cı maddəsinə əsasən xx.xx.2022-ci ildən xx.xx.2023-cü il tarixləri arasındakı müddət üçün yaranmış orta əmək haqqı cavabdeh “Neftqazavtomat Elmi-İstehsalat Müəssisəsi"̇ MMC-dən alınaraq İddiaçı ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Elmir Hüseynov