Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-3233/2024 03.06.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ X13 Fikrət qızının sədrliyi Məhkəmə iclas katibi Vəlixanova Pəri Murtuza qızının katibliyi ilə, İddiaçının nümayəndəsi Nümayəndə və cavabdeh Nümayəndə iştirakları ilə İddiaçı Cavabdeh qarşı “alimentin hissəvi tutulmadan sabit pul məbləği ilə əvəz edilməsi və aliment məbləğinin azaldılması tələbinə” dair mülki işə Sumqayıt şəhərində açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Sumqayıt Şəhər Məhkəməsinin 03 avqust 2021-ci il tarixli, 2(060)-4581/2021 saylı qətnaməsi ilə 15 dekabr 2009-cu il təvəllüdlü X1 və 07 avqust 2013-cü il təvəllüdlü X2 yetkinlik yaşlarına çatana qədər saxlanmaları üçün təyin olunmuş hər ay qazancının 1/3 hissəsi miqdarında alimentin hissəvi tutulmasının sabit pul məbləği ilə əvəz edilərək, 15 dekabr 2009-cu il təvəllüdlü X1 və 07 avqust 2013-cü il təvəllüdlü X2 yetkinlik yaşına çatana qədər saxlanmaları üçün hər ay hər uşağa görə 125 (yüz iyirmi beş) manat, cəmi 250 (iki yüz əlli) manat və hər ay hər uşağa görə 30 (otuz) manat, cəmi 60 (altmış) manat sabit pul məbləğində alimentin tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbini onunla əsaslandımışdır ki, Cavabdeh onun keçmiş həyat yoldaşıdır. Birgə nikahlarından 15 dekabr 2009-cu il təvəllüdlü X3 və 07 avqust 2013-cü il təvəllüdlü X4 anadan olmuşdur. Sumqayıt Şəhər Məhkəməsinin 03 avqust 2021-ci il tarixli, 2(060)- 4581/2021 saylı qətnaməsi ilə rəsmi nikahlarından anadan olmuş 15 dekabr 2009-cu il təvəllüdlü X1 və 07 avqust 2013-cü il təvəllüdlü X2 yetkinlik yaşlarına çatanadək saxlanmaları üçün təyin olunmuş hər ay qazancımın 1/3 hissəsi miqdarında və hər ay hər uşağa görə 30 (otuz) manat, cəmi 60 (altmış) manat sabit pul məbləğində alimentin tutulması qət edilmişdir. Bildirir ki, o, N saylı hərbi hissədə gizir kimi xidmət edir, vergilər və digər tutmalardan sonra aylıq əmək haqqı 669,86 manat təşkil edir. Sumqayıt Şəhər Məhkəməsinin 03 avqust 2021-ci il tarixli, 2(060)-4581/2021 saylı qətnaməsi qanuni qüvvə almışdır. Həmin qətnaməyə əsasən ondan hər ay 470 (dörd yüz) manat aliment tutulur. Həmçinin qeyd edir ki, 19 mart 2022-ci ildə Abbasova (Əhmədova) Əfsanə Oktay qızı ilə rəsmi nikaha girərək ailə həyatı qurmuşlar. Rəsmi nikahlarından 27 yanvar 2023-cü ildə X11 anadan olmuşdur. Həyat yoldaşı uşaqları azyaşlı olduğuna görə işləmir. Ailənin yeganə qazanc gətirəni odur. Xidməti ilə əlaqədar olaraq Yevlax rayonunun, Malbinəsi kəndində kirayədə yaşayır, digər bir yerdə işləyə bilmir. Hər ay əmək haqqından 470 manat aliment tutulduğu üçün digər övladını və ailəsini saxlaya bilmir. Digər bir yerdən qazancı yoxdur. Uşaqların səhhətini nəzərə alaraq hər ay hər uşağa görə 30 (otuz) manat, cəmi 60 (altmış) manat sabit pul məbləğində alimentin tutulmasına etiraz etmir. Cavabdeh MN-nin X5 işləyir, aylıq əmək haqqısı 800 manatdan artıqdır. Qeyd edir ki, Mediasiya prosesi zamanı cavabdehlə mediasiya sesiyasında barışıq əldə edilməmişdir. Məhkəmədə iddiaçının nümayəndəsi eyni məzmunlu izahat verərək iddia tələbinin əsaslı olduğu üçün təmin edilməsini xahiş etdi. Məhkəmədə Cavabdeh iddia tələbini qəbul etməyərək bildirdi ki, onun iki övladı var. Övladları xəstədir. Onların ayaqlarında qüsur var. O, iki oğlan uşağı böyüdür. Verilən məbləğ belə onların tələbatlarını ödəmir. O, hazırda valideynləri ilə yaşayır. Onun başqa gəliri, köməyi yoxdur. Verilən məbləğ hazırda uşaqların xərcini ödəmir, onların tələbatı günü-gündən artır. Göstərilənləri nəzərə alaraq, aliment məbləğinin azaldılmasına hər hansı bir zərurət olmadığını və iddia tələbini rədd edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iddiaçının nümayəndəsini və cavabdehi dinləyib, iş materiallarını araşdıraraq və iş üzrə sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi əsassız olduğu üçün təmin edilməməlidir. İş materialları ilə müəyyən edilir ki, tərəflər nikaha daxil olmuş, bu nikahdan 15 dekabr 2009-cu il təvəllüdlü X3 və 07 avqust 2013-cü il təvəllüdlü X4 adlı iki övladları doğulmuşdur. Nikahları xx.xx.2010-cu il tarixdə Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2010-cu il tarixli qətnaməsinə əsasən pozulmuşdur. İş materialları ilə müəyyən edilir ki, İddiaçı ikinci dəfə X9 ilə xx.xx.2022-ci il tarixdə nikaha daxil olmuş, bu nikahdan 27 yanvar 2023-cü il təvəllüdlü X11 adlı bir övladları doğulmuşdur. İşdə olan Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-4581/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsinin surətindən görünür ki, xx.xx.2009-cu il təvəllüdlü Abbaslı Məhəmmədəli Pərviz oğlunun və xx.xx.2013-cü il təvəllüdlü X2 yetkinlik yaşlarına çatana qədər saxlanmaları üçün Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2016-cı iltarixli 2(060)15581/2016 saylı qətnaməsi ilə cavabdeh Abbasov Pərviz Rasim oğlundan iddiaçı Cavabdeh xeyrinə tutulan alimentin miqdarı artırılaraq hər ay qazancının 1/3 hissəsi miqdarında və hər ay hər uşağa görə 30 manat olmaqla, ümumilikdə 60 (altmış) manat sabit pul məbləğində müəyyən edilməsi qət edilmişdir. İş materiallarında olan şəxs haqqında elektron məlumatdan görünür ki, Cavabdeh Azərbaycan ordusunun təlim və tədris mərkəzində kiçik tibb bacısı vəzifəsində çalışır və aylıq əmək haqqısı 389 manat təşkil edir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 7-1-ci maddəsinə əsasən, “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 26-cı maddəsinə uyğun olaraq ailə münasibətlərindən irəli gələn mübahisələr mediasiya yolu ilə həll oluna bilər. Ailə münasibətlərindən irəli gələn mübahisələrlə bağlı məhkəməyə müraciət etməmişdən əvvəl “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada ilkin mediasiya sessiyasında iştirak tələb olunur. İş materiallarında olan ilkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi barədə xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, iddiaçının nümayəndəsi və cavabdeh Sumqayıt 1 saylı Mediasiya Təşkilatının mediatoru X6 xx.xx.2024-cü il tarixində saat 12:00-da təşkil etdiyi ilkin mediasiya sessiyasında iştirak etmişlər. Lakin tərəflər ilkin mediasiya sessiyasından sonra prosesi davam etdirmək barədə qərar qəbul etmədilər X12 üçün 50 (əlli) manat məbləğində mediasiya xərcini birinci tərəf İddiaçı tərəfindən ödənilmişdir. Azərbaycan Respublikası Konstitusiyasına əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir (Maddə 17, İİ hissə). Nikah və ailə dövlətin himayəsindədir. Analıq, atalıq, uşaqlıq qanunla mühafizə edilir. Dövlət çoxuşaqlı ailələrə yardım göstərir. Ər ilə arvadın hüquqları bərabərdir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur (Maddə 34). “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 19-cu maddəsinə əsasən, valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. Azərbaycan Respublikasında 2024-ci il üçün “X10” Azərbaycan Respublikasının Qanununa əsasən, 2024-ci il üçün yaşayış minimumu uşaqlar üçün 235 manat məbləğində müəyyən edilmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 56.1-ci maddəsinə əsasən valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. Həmin Məcəllənin 75.1-ci maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda, həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 76.2-ci maddəsinə əsasən bu payların miqdarı məhkəmə tərəfindən tərəflərin ailə və maddi vəziyyəti, eləcə də diqqətəlayiq olan başqa hallar nəzərə alınmaqla azaldıla və artırıla bilər. Həmin Məcəllənin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 27 iyul 2016-cı il tarixli qərarında göstərilmişdir ki, nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, yaşayış minimumunu müəyyən edən qanunvericilik aktlarında göstərilən minimum dolanacaq xərclərinə yaxın məbləğin aliment kimi digər valideyndən tutulmasına əsas olar bilər. Belə ki, aliment ödəyən valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və ya qazanca malik olmaması onu uşağı saxlamaq və maddi təminatı ödəmək vəzifəsindən azad etmir. Qeyd olunan qərarında məhkəmə sonda belə nəticəyə gəlmişdir ki, aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76.2 və 78.2-ci maddələrinə, bu Qərarda formalaşmış hüquqi mövqeyə uyğun olaraq, hər iki tərəfin maddi və ailə vəziyyəti və diqqətəlayiq digər hallarla yanaşı, uşağın əvvəlki təminatının səviyyəsinə də qiymət verməlidir. Bu Qərarın 1-ci bəndində göstərilən hallara qiymət verərkən məhkəmə həmçinin nəzərə almalıdır ki, “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə uyğun olaraq, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. “X10” Azərbaycan Respublikasının Qanununa əsasən, 2024-ci il üçün yaşayış minimumum uşaqlar üçün 235 manat məbləğində müəyyən edildiyini və hazırki halda uşaqların yetkinlik yaşlarına çatanadək saxlanılması üçün alimentin atadan hər ay hər uşağa 125 (bir yüz iyirmi beş) manat olmaqla, ümumilikdə 250 (iki yüz əlli) manat məbləğində alimentin və əlavə olaraq hər uşağa 30 (otuz) manat olmaqla, ümumilikdə 60 (altmış) manat maddi yardımın tutulmasının ananın marağını əhəmiyyətli dərəcədə pozacağını nəzərə alaraq məhkəmə hesab edir ki, uşaqların yetkinlik yaşlarına çatanadək saxlanılması üçün ondan tutulması müəyyən olunmuş alimentin miqdarının azaldılması barədə iddiaçının tələbi təmin oluna bilməz. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 124.2-ci maddəsinə əsasən iddia rədd edildikdə işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər dövlət mədaxilinə məhkəmə xərclərindən azad edilməyən iddiaçıdan alınır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 220.5-ci maddəsinə əsasən qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir; işə qiyabi baxıldığı halda qətnamənin nəticə hissəsində cavabdehin qətnamənin ləğvi üçün ərizə vermə qaydası da əks olunmalıdır. Şərh edilənləri və 2024-ci il üçün yaşayış minimumu ölkə üzrə uşaqlar üçün 235 (iki yüz otuz beş) manat məbləğində müəyyən edildiyini və 15 dekabr 2009-cu il təvəllüdlü X3 və 07 avqust 2013-cü il təvəllüdlü X2 Azərbaycan Respublikası "Uşaq hüquqları haqqında" Qanunun 13-cü maddəsinin tələblərinə əsasən, yəni Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququnun pozulması ilə nəticələnəcəyini nəzərə alaraq, məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən, məhkəmədə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 80-ci maddəsinə əsasən, məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 106.1-ci maddəsinə görə, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217-ci maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75, 78-ci maddələrini və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddiaçı Cavabdeh qarşı “alimentin hissəvi tutulmadan sabit pul məbləği ilə əvəz edilməsi və aliment məbləğinin azaldılması” tələbi təmin edilməsin. İddiaçı tərəfindən ödənilmiş rüsumlar özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər. Sədrlik edən: Gülnarə Tağızadə
Məhkəmə qərarları › İş №2(060)-3233/2024
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-3233/2024
03.06.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin azaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver