Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-3286/2021 09.04.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Süleymanova Almaz Məhərrəm qızının sədrliyi, Əsədov Naib Abdulhüseyn oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “alimentin miqdarının azaldılması” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Cavabdeh qarşı “alimentin miqdarının azaldılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Sumqayıt Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(105)-3767/2019 saylı, xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ilə müəyyən edilmiş X1 üçün hər ay ondan tutulan alimentin həcminin azaldılaraq hər ay qazancının və başqa gəlirlərinin ¼ həcmində alimentin tutulub cavabdehə verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandımışdır ki, Sumqayıt şəhər Məhkəməsinin 2(060)- 5582/2019 nömrəli, xx xxxx 2019-cu il tnrııxli qətnaməsi ilə X3 ona qarşı nikahın pozulması və aliment tələbinə dair iddiası təmin edilərək onun qazancının və başqa gəlirlərinin 1/4 hissəsi miqdarında aliment tutularaq Cavabdeh verilməsi qət edilmiş, iddiaçı qətnamədən narazı qaldığı üçün Apelyasiya Məhkəməsinə müraciət etmiş, Sumqayıt Apelyasiya Məhkəməsinin Mülk Kollegiyasının 2(105)-3767/2019 nömrəli xx xxxxxx 2019 saylı qətnaməsi ilə ondan qazancının və başqa gəlirlərinin ¼ hissəsi və sabit pul məbləğində 85 manat alimentin tutulması qət edilmişdir. Qeyd olunan qətnamədən kassasiya şikayəti versə də kassasiya şikayəti təmin edilməmiş, qətnamə dəyişdirilmədən saxlanılmışdır. Baxmayaraq ki, o, rəsmi qaydada işləyir, artıq 2 ilə yaxındır ki, ondan qazancının və başqa gəlirlərimin ¼ hissəsi və sabit pul məbləğində 85 manat alimentin tutularaq Cavabdeh ödənilir. Bu hal isə onun onsuz da ağır olan vəziyyətini daha da ağırlaşdırır. Qeyd olunan məbləği ödəmək çətin olsa da hər ay vaxtlı-vaxtında alimenti ödəmişdir. Lakin sonradan o, xx xxxxxx 2019-cu il tarixdə ikinci dəfə nikaha daxil olmuşdur. xx.xx.2020-ci ildə onun yeni nikahdan X6 adında bir oğlu dünyaya gəlmişdir. Artıq onun (aliment çıxıldıqdan sonra) yerdə qalan aylıq qazancı ailəni dolandırmağa kifayət etmir və onun maddi vəziyyətində dəyişikliklər və çətinliklər yaranmağa başlamışdır. O, “X4” MMC-də çilingər işləyir, onun aylıq əmək haqqı 300 manat təşkil edir. Aldığı məvacib onun aylıq təminatına çatmır. Ailəni maddi cəhətdən dolandıra bilmir. Ona görə də hesab edir ki, ondan tutulan alimentin həcmi ədalətli qaydada azaldılmalıdır. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia tələbini müdafiə edərək eyni məzmunlu izahat verdi və iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə hazırlıq iclasında iştirak edən cavabdeh iddia tələbini qəbul etmədiyini bildirmişdir. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia rədd edilməlidir. Mülki iş materiallarında olan: Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)-1801/2020 saylı xx xxxx 2020-ci il tarixli qərarından görünür ki, Sumqayıt Apellyasiya Məhkəməsi MK-nın 2(105)-3767/2019 nömrəli, xx xxxxxx 2019-cu il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Həmin qərarın məzmunundan həmçinin görünür ki, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-5582/2019 nömrəli, xx xxxx 2019-cu il tarixli qətnaməsi ilə iddianın təmin edilməsi, Cavabdeh ilə İddiaçı arasında Sumqayıt şəhər qeydiyyat şöbəsində xx.xx.2010-cu il tarixdə bağlanmış, 2224 nömrəsi ilə qeydə alınmış nikahın pozulması, birgə nikahdan doğulmuş xx.xx.2012-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana qədər anası Cavabdeh yanında qalması, xx.xx.2012-ci il təvəllüdlü X1 üçün İddiaçı qazancının 1/4 hissəsi miqdarında alimentin tutularaq Cavabdeh verilməsi, alimentin tutulmasının əvvəli xx.xx.2019-cu il tarixdən hesablanması, qətnamənin aliment tələbinə aid hissədə dərhal icra edilməsi qət edilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsi MK-nın 2(105)-3767/2019 nömrəli, xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ilə apelyasiya şikayətinin qismən təmin edilməsi, Sumqayıt şəhər Məhkəməsinin xx xxxx 2019-cu il tarixli qətnaməsi alimentin tutulması hissəsində dəyişdirilməsi, xx.xx.2012-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün İddiaçı hər ay qazancının 1/4 hissəsi və sabit pul məbləğində 85 manat məbləğində aliment tutularaq Cavabdeh ödənilməsi, qətnamənin qalan hissədə dəyişdirilmədən saxlanılması, alimentin tutulması qətnamənin qanuni qüvvəyə mindiyi gündən hesablanması qət edilmişdir. Azərbaycan Respublikası MPM-in 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Tərəflərin birgə nikahda olmaları və bu nikahdan övladının olması, uşağın saxlanılması üçün atadan ananın xeyrinə alimentin tutulmasına dair hallar aşkar olmaqla, həmin faktların yenidən mübahisələndirilməsinə və sübut edilməsinə yol verilmir. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinə İİ bəndinə görə uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Azərbaycan Respublikası Konstitusiyasının 34-cü maddəsinin İV bəndinə əsasən ər ilə arvadın hüquqları bərabərdir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. Uşaq hüquqlarını müdafiə edən orqanlar, birliklər və təşkilatların dairəsini müəyyən edən «Uşaq hüquqları» haqqında Qanunun 4-cü maddəsinə əsasən Azərbaycan Respublikasında uşaq hüquqlarının müdafiəsini müvafiq icra hakimiyyəti, məhkəmə və prokurorluq orqanları, bələdiyyələr, habelə ictimai birliklər, həmkarlar ittifaqı təşkilatları təmin etməlidirlər. Bu orqanlar, birliklər və təşkilatlar fəaliyyətlərində uşaq hüquqlarının üstün mühafizəsi prinsipini əsas tutmalıdırlar. Həmçinin, həmin Qanunun 19-cu maddəsinə əsasən valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Onlar uşağı sağlam böyütməli, ümumbəşəri və milli dəyərlər əsasında tərbiyə etməli, müstəqil həyata hazırlamalıdırlar. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Şərh olunan hüquq normasının məzmunundan da göründüyü kimi qanunverici alimentin miqdarının müəyyən olunması ilə bağlı məhkəmə qərarını daimi və son olaraq qətiləşdirmir, tərəflərdən birinin ailəvə ya maddi vəziyyətində dəyişiklik olduğu hallarda alimentin müəyyən olunmuş miqdarının dəyişdirilməsi və tərəflərin diqqətəlayiq başqa maraqlarının nəzərə alınmasını istisna etmir. Məhkəmə işin hallarına hüquq normalarına göstərişlərinə əsaslanaraq qiymət verib hesab edir ki, hazırkı halda alimentin miqdarının dəyişdirilməsi üçün yetərli əsaslar yoxdur. Belə ki, qanunvericiliyin tələblərindən göründüyü kimi aliment uşağın maraqları nəzərə alınmaqla onların saxlanılması üçün nəzərdə tutulmuş vəsaitdir. Qanunvericiliyin göstərişinə uyğun olaraq uşaqların qanunla nəzərdə tutulmuş minimum maddi təminat almaq hüququ vardır. Araşdırılan mübahisə üzrə alimentin məbləğinin azaldılması uşağın minimum təminatdan məhrum edilməsi ilə nəticələnəcəkdir. Məhkəmənin qənaətincə daha çox qayğıya ehtiyacı olan uşaqların üstün mənafeləri valideynlərin mənafeyindən öndə gəlməklə uşaqların ümdə maraqları nəzərə alınmalıdır. Eləcə də, iddiaçının alimentin miqdarı müəyyən olunduqdan sonra əvvəlki əmlak vəziyyəti ilə hazırkı əmlak vəziyyəti arasında kəskin dəyişikliyin olması ilə bağlı məhkəməyə mötəbər sübut təqdim edilməmişdir. Məhkəmə həmçinin iddiaçının yenidən ailə qurması, həmin nikahından azyaşlı uşağının olmasını alimentin azaldılması üçün yetərli əsas hesab etmir. MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə işin hallarına hüquq normalarına əsasən qiymət verərək bu nəticəyə gəlir ki, iddia əsassız olduğundan rədd edilməlidir. İş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməldir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı Cavabdeh qarşı “alimentin miqdarının azaldılması” tələbinə dair iddiası rədd edilsin. İş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Almaz Süleymanova
Məhkəmə qərarları › İş №2(060)-3286/2021
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-3286/2021
09.04.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin azaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver