Məhkəmə qərarları › İş №2(060)-3289/2022

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-3289/2022

24.06.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin azaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-3289/2022 24.06.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Tanrıverdiyeva Günel Cəbrayıl qızının sədrliyi, Əsədli İlahə Yusif qızının katibliyi ilə İddiaçı Cavabdeh qarşı alimentin miqdarının dəyişdiriməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı alimentin miqdarının dəyişdirilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ilə birgə nikahlarından doğulmuş xx.xx.2014cü il təvəllüdlü X10 və xx.xx.2017-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanılması üçün müəyyən edilmiş 320.00 manat sabit pul məbləğində aliment miqdarının dəyişdirilərək ondan cavabdehin xeyrinə hər ay hər uşağa görə 100.00 manat, ümumilikdə 200.00 manat sabit pul məbləğində aliment tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh ilə xx.xx.2013-cü ildə rəsmi nikah qeydiyyatından keçməklə ailə qurmuşdur. Birgə nikahdan xx.xx.2014-cü il təvəllüdlü X10 və xx.xx.2017-ci il təvəllüdlü X12 adlı iki uşaqları anadan olmuşdur. Cavabdehlə bir müddət birgə yaşayıb birgə təsərrüfat idarə etmişdirlər. Lakin, sonradan xasiyyətləri uyğun gəlmədiyinə görə ailə münasibətləri tədricən pozulmuş və Sumqayıt şəhər məhkəməsinin 2(060)-196/2018 saylı, xx.xx.2018-ci il tarixli qətnaməsi ilə aralarında olan rəsmi nikah qeydinin pozulması, birgə nikahlarından doğulmuş uşaqlarının anasının yanında qalması və uşaqlarının yetkinlik yaşına çatanadək saxlanılması üçün ondan hər ay hər uşağa görə 100.00 manat, ümumilikdə 200.00 manat sabit pul məbləğində aliment tutulması qət edilmişdir. Bundan sonra, Sumqayıt şəhər məhkəməsinin 2(060)-7684/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsi ilə aliment miqdarının dəyişdirilməsi və cavabdehlə birgə nikahlarından doğulmuş xx.xx.2014-cü il təvəllüdlü X10 və xx.xx.2017-ci il təvəllüdlü X6 yetkinlik yaşına çatanadək saxlanılması üçün ondan hər ay hər uşağa görə 130.00 manat, ümumilikdə 260.00 manat sabit pul məbləğində aliment tutulması qət edilmiş və Sumqayıt Apellyasiya Məhkəməsinin MK-nın 2(105)-4360/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsi ilə Sumqayıt şəhər məhkəməsinin 2(060)- 7684/2019 saylı, xx.xx.2019cu il tarixli qətnaməsinin ləğv edilməsi, aliment miqdarının artırılaraq ondan hər ay hər uşağa görə 160.00 manat, ümumilikdə 320.00 manat sabit pul məbləğində aliment tutulması qət edilmişdir. Məhkəmənin diqqətinə çatdırmaq istəyir ki, AR Konstitusiyasının 17-ci maddəsinə görə, uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək ata-ananın hər ikisinin borcudur. O, uşaqlarını saxlamağa borclu olduğunu bilir, lakin, valideynlər öz uşaqlarının maddi imkanları daxilində təmin etmək iqtidarında olurlar. Bu səbəbdən də müxtəlif qazancı olan valideynlərin uşaqları da valideynlərinin qazancına uyğun təmin edilirlər. O, hazırda heç bir yerdə işləmir, aylıq gəlir və qazancı yoxdur. Ona görə də iddiaçıya 320.00 manat sabit pul məbləğində aliment vermək iqtidarında deyil. Bundan başqa, 2020-ci ilin sentyabr ayında o, X8 ilə yeni ailə qurmuş və birgə nikahdan xx.xx.2021-ci il təvəllüdlü X13 adlı bir uşaqları anadan olmuşdur. İddiaçı qeyd etdiklərinə əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada (SMS xəbərdarlığın AZEMİS vasitəsi ilə göndərilməsinə dair bildirişə əsasən) xəbərdar edilməsinə baxmayaraq iş üzrə tərəflər məhkəmə iclasına gəlməmiş, iddiaçı məhkəməyə ərizə ilə müraciət edərək məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini xahiş etmiş, cavabdeh isə gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Azərbaycan Respublikası MPM-in 185.5-ci və 185.6-cı maddələrinə əsasən məhkəmə işə tərəflərin iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Məhkəmə tərəfindən işin halları müəyyən edilərkən aşağıdakı sübutlara istinad olunmuşdur. İş materiallarında olan AZ-İİ 421414 saylı nikah haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, İddiaçı ilə X3 xx.xx.2020-ci il tarixdə Sumqayıt Asan Xidmət X2 rəsmi nikaha girərək ailə qurmuşlar və bu nikah 2021 saylı akt qeydilə rəsmiləşdirilmişdir. Nikahdan sonra arvada Aslanova soyadı verilmişdir. İş materiallarına əlavə olunmuş AZ-İV 608646 nömrəli doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətinə əsasən İddiaçı ilə X4 birgə nikahından xx.xx.2021-ci il təvəllüdlü X13 adlı bir övladları doğulmuşdur. İşdə olan ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə xx.xx.2022-ci il tarixli arayışdan görünür ki, ilkin məcburi mediasiya sessiyası üçün 50 (əlli) manat məbləğində mediasiya xərci İddiaçı tərəfindən ödənilmişdir. İşdə olan Sumqayıt Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli, 2(105)-4360/2019 saylı qətnaməsindən görünür ki, həmin qətnamə ilə iddiaçı X.A.Aslanovanın verdiyi apelyasiya şikayəti təmin edilmiş, Sumqayıt Şəhər Məhkəməsinin 20 sentyabr 2019-cu il tarixli, 2(06Q)-7684/2019 saylı qətnaməsi iddiaçı X.A.Aslanovanın apelyasiya şikayətinə münasibətdə qismən ləğv edilmiş, iddiaçı X7 cavabdeh İddiaçı qarşı müəyyən edilmiş alimentin miqdarının artırılması tələbinə dair iddiası təmin edilmiş, Sumqayıt Şəhər Məhkəməsinin 28 mart 2018-ci il tarixli, 2(060)-196/2018 saylı qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarının artırılıb, xx.xx.2014-cü il təvəllüdlü X10 və 27.01,2017-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay, hər bir uşaq üçün 160 manat olmaqla, cəmi 320 (üç yüz iyirmi) manat sabit pul məbləğində alimentin tutularaq iddiaçı X9 verilməsi qərara alınmışdır. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin: - 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. - 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 19-cu maddəsinə əsasən uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifəsidir. Göründüyü kimi, qanunverici uşaqların saxlanmasını, onların maddi-məişət tələbatının ödənilməsini uşaqla birgə yaşayıb-yaşamamasından asılı olmayaraq uşağın hər iki valideyninin üzərinə bir vəzifə olaraq qoymuşdur. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016cı il tarixli qərarında göstərilmişdir ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır (“Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsi). Nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatın aliment kimi digər valideyndən tutulmasına əsas verir. Aliment ödəyən əmək qabiliyyətli valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və qazanca malik olmaması onu uşağı saxlamaq, qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir. Alimentin miqdarının dəyişdirilməsi (artırılması və ya azaldılması) barədə tələbə baxarkən məhkəmə alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində hansı dəyişikliyin olduğunu müəyyən etməli və alimentin miqdarının dəyişdiriləcəyi təqdirdə bunun uşağın maddi vəziyyətinə təsirini nəzərə almalıdır. «Azərbaycan Respublikasında 2022-ci il üçün yaşayış minumumu haqqında» Qanunun 1-ci bəndinə əsasən, 2022-ci il üçün yaşayış minimumu uşaqlar üçün 193 manat məbləğində müəyən edilmişdir. Qanunun bu tələbindən çıxış edərək məhkəmə hesab edir ki, 2022-ci il üçün bir uşağın yaşayış minumumu 193 manat müəyyən edildiyindən, iddia tələbi bu əsasa görə də təmin edilməməlidir. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, iddiaçıdan uşaqlarına görə tutulan alimentin məbləği (160 manat) hal-hazırda Azərbaycan Respublikasında 2022-ci il üçün uşaqlar üçün müəyyən edilmiş yaşayış minumumundan (193 manat) azdır. Bu səbəbdən məhkəmə hesab edir ki, iddiaçının yenidən ailə həyatı qurması və daha bir övladının olması xx.xx.2014-cü il təvəllüdlü X10 və xx.xx.2017-ci il təvəllüdlü X1 üçün müəyyən edilmiş alimentin azaldılması üçün yeganə əsas ola bilməz. Eyni zamanda məhkəmə hesab edir ki, iddia tələbi həddində - bir uşağa görə 100 manat, ümumilikdə 200 manat məbləğində aliment müəyyən edilməsi xx.xx.2014-cü il təvəllüdlü X10 və xx.xx.2017-ci il təvəllüdlü X5 mənafeyinin əhəmiyyətli dərəcədə pozulmasına səbəb ola bilər. Məhkəmə onu da qeyd edir ki, iddiaçının heç bir yerdə işləməməsi də əvvəlki nikahdan olan uşaqlarının saxlanılması üçün müəyyən edilmiş alimentin məbləğinin azaldılması üçün əsas ola bilməz. Belə ki, iddiaçı əmək fəaliyyəti ilə məşğul olmasını istisna edən hər hansı bir xəstəlikdən əziyyət çəkməsi, əlil olması və s. hallara dair məhkəməyə hər hansı sübut təqdim etməmişdir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, İddiaçı Cavabdeh qarşı alimentin miqdarının dəyişdirilməsi tələbinə dair iddiası təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə dövlət rüsumu ilə bağlı hesab edir ki, iddia təmin edilmədiyindən dövlət rüsumu və mediasiya xərci iddiaçıya aid edilməlidir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında təqdim olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutub, məhkəmə qət etdi: İddiaçı Cavabdeh qarşı alimentin miqdarının dəyişdirilməsi tələbinə dair iddia ərizəsi təmin edilməsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Günel Tanrıverdiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar