Məhkəmə qərarları › İş №2(060)-3308/2020

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-3308/2020

12.10.2020 · Əmr icraatı - Müqavilə tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-3308/2020 12.10.2020 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim İsmayılov Azər İbrahim oğlunun sədrliyi, Əliyev Orxan Elşən oğlunun katibliyi ilə İddiaçı Kreditor ASC-nin cavabdehlər X4 və Borclu Ədalət oğluna qarşı “borcun tutulması tələbinə” dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Sumqayıt şəhər Məhkəməsinin 2(060)-13281/2015 saylı, xx.xx.2015-ci il tarixli məhkəmə əmrinə əsasən xx.xx.1987-ci ildə ünvan 1 mən 33 ünvanında qeydiyyatda olan borclu X5 və xx.xx.1985-ci ildə Kəlbəcər rayonu, Zar kəndində anadan olmuş, Kəlbəcər rayonu, Zar kəndində qeydiyyatda olan, Gəncə şəhəri, Gülüstan qəs, ADAU-6 saylı yataqxanasında yaşayan Borclu Ədalət oğlundan Kreditor ASC-nin xeyrinə 1080,07 manat əsas, 541,48 manat faiz, cəmi 1621,55 (bir min altı yüz iyirmi bir manat, əlli beş qəpik) manat əsas borc və 20 (iyirmi) manat məbləğində ödənilmiş dövlət rüsumu tutulması əmr edilmişdir. Borclu X6 qeyd olunan məhkəmə əmrindən etiraz ərizəsi vermiş və Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərardadı ilə 2(060)-13281/2015 saylı, xx.xx.2015-ci il tarixli məhkəmə əmri ləğv edilərək iddia icraatına keçilmişdir. İddiaçının nümayəndəsi Azərbaycan Respublikası MPM-nin 53-cü maddəsinə əsasən iddia tələbinin həcminin azaldılması barədə ərizə ilə məhkəməyə müraciət edərək göstərmişdir ki, Sumqayıt şəhər Məhkəməsinin 2(060)-13281/2015 saylı, xx.xx.2015-ci il tarixli məhkəmə əmri qəbul edildikdən sonra cavabdehlər ödənişlər etmişlər və cavabdehlərin hal-hazırda iddiaçıya olan kredit borcu 120.67 manat təşkil edir. Qeyd edilənlərə əsasən cavabdehlərdən 120.67 manat kredit borcunun və 20 manat dövlət rüsumunun tutulması barədə qətnamə qəbul dilməsi məhkəmədən xahiş edilir. İddiaçının nümayəndəsi həmçinin ərizə ilə məhkəməyə müraciət edərək, məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsi və iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh X6 ilə iddiaçı Kreditor ASC-nin 1 saylı Sumqayıt filialı arasında bağlanmış xx xxxxxx 2013-cü il tarixli, 726 saylı kredit müqaviləsinə əsasən cavabdehə 24 ay müddətinə, illik 24% ödəmək şərtilə, 2000 manat məbləğində istehlak krediti verilmişdir. Kredit müqaviləsinin irəli gələn öhdəliyin icrasının təmin edilməsi üçün Bankla Borclu Ədalət oğlu arasında xx.xx.2013-cü il tarixli, Z-726 saylı Zaminlik müqaviləsi bağlanılmaqla Zamin borclunun bütün öhdəliklərini icra etməsi üçün müsuliyyəti öz üzərinə götürmüşdür. Kredit müqaviləsinin 1.1 və 1.2-ci bəndinə əsasən cavabdeh müəyyən olunmuş müddətdə kredit məbləğini və ona hesablanacaq faizləri ödəmək barədə öhdəlik götürsə də, bu öhdəliyi yerinə yetirməmiş və banka olan kredit üzrə borcu tam qaytarmamışdır. Qeyd edilənlərə əsasən iddia tələbinin təmin edilməsi məhkəmədən xahiş edilir. Cavabdeh X8 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Belə olan halda məhkəmə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Digər cavabdeh Borclu Ədalət oğlunın qeydiyyatda olduğu ünvanı üzrə məhkəmə bildirişi göndərilmiş, lakin onun faktiki olduğuyer məlum olmadığından məhkəmə, Azərbaycan Respublikasının MülkiProsessual Məcəlləsinin 147-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə, iş üzrə toplanmış materialları tədqiq edib, araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan kredit müqaviləsindən görünür ki, cavabdeh X6 ilə iddiaçı Kreditor ASC-nin 1 saylı Sumqayıt filialı arasında xx xxxxxx 2013-cü il tarixli, 726 saylı kredit müqaviləsinə əsasən cavabdehə 24 ay müddətinə, illik 24% ödəmək şərtilə, 2000 manat məbləğində istehlak krediti verilmişdir. İş materiallarında olan zaminlik müqaviləsindən görünür ki, kredit müqavilədən irəli gələn öhdəliyin icrasının təmin edilməsi üçün Bankla Borclu Ədalət oğlu arasında xx.xx.2013-cü il tarixli, Z-726 saylı Zaminlik müqaviləsi bağlanılmaqla Zamin borclunun bütün öhdəliklərini icra etməsi üçün müsuliyyəti öz üzərinə götürmüşdür. İş materiallarına əlavə edilmiş xx.xx.2020-ci il tarixli, 135000/4280 nömrəli maliyyə arayışından görünür ki, cavabdeh X3 xx.xx.2013-c il tarixli, 726 saylı kredit müqaviləsi üzrə iddiaçı Kreditor ASC-yə 120.67 manat kredit borcu qalmışdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 739.1. və 739.2. maddələrindən görünür ki, kredit müqaviləsinə əsasən borc verən pula mülkiyyət hüququnu borc alana keçirməyi, borc alan isə aldıqlarını müvafiq olaraq pul şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 425.1. maddəsində göstərilir ki, tərəflərdən hər biri öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə hərəkət etməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 427.3. maddəsində göstərilir ki, öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəllənin 428.4. və 743-cü maddələrinin tələbindən görünür ki, əgər borclu ödəniş qabiliyyətini itirərsə və ya şərtləşdirilmiş təminatı azaldarsa, yaxud ümumiyyətlə, belə təminat verə bilməzsə, kreditor dərhal icranı tələb edə bilər. Azərbaycan Respublikasının Mülki Məcəllənin 423.2-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi tələbini tərəf məhkəməyə yalnız müqaviləni dəyişdirmək və ya ləğv etmək təklifindən digər tərəfin imtinasını aldıqda və ya təklifdə göstərilmiş müddətdə, müddət göstərilmədikdə isə otuz gün müddətində ondan cavab almadıqda irəli sürə bilər. Beləliklə, işin müəyyən edilən hallarına əsasən cavabdeh müqavilə öhdəliklərini lazımınca yerinə yetirməmiş, nəticədə isə iddiaçı müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olmuşdur. Azərbaycan Respublikasının Mülki Məcəllənin 448.1. və 448.2. maddələrində göstərilir ki, əgər qanunla və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar və öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Azərbaycan Respublikasının Mülki Məcəllənin 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Həmin Məcəllənin 470.2-ci maddəsinə əsasən zaminlik müqaviləsi gələcəkdə yaranacaq öhdəliyin təmin edilməsi üçün də bağlana bilər. Həmin məcəllənin 472-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Birgə zamin olmuş şəxslər, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Eyni zamanda, iş materiallarından görünür ki, iddiaçı tərəfindən məhkəmə əmrinin verilməsinə dair ərizə ilə məhkəməyə müraciət edildiyi zaman işin əmr icraatı qaydasında baxılması ilə əlaqədar 20 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1. maddəsinin tələbinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.4. maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək bu nəticəyə gəlir ki, iddia tələbi təmin edilməli, X1 və Borclu Ədalət oğlundan müştərək qaydada 120.67 manat kredit borcu və 20 manat məbləğində dövlət rüsumu iddiaçı Kreditor ASC-nin xeyrinə tutulmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. X1 və Borclu Ədalət oğlundan müştərək qaydada 120.67 (yüz iyirmi manat altmış yeddi qəpik) manat kredit borcu və 20 (iyirmi) manat məbləğində dövlət rüsumu iddiaçı Kreditor ASC-nin xeyrinə tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. HAKİM: AZƏR İSMAYİLOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar