Məhkəmə qərarları › İş №2(060)-3358/2022

Sumqayıt Şəhər Məhkəməsi Qərardad — İş №2(060)-3358/2022

10.05.2022 · Müqavilələrin ləğv edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(060)-3358/2022 10.05.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Qoşqarlı Rəşad Nizami oğlunun sədrliyi, Məhkəmə iclas katibi Hacıyeva Yeganə Müslüm qızının katibliyi ilə İddiaçı Mənzil Tikinti Kooperativinin Сavabdeh Cavabdeh qarşı «yaşayış evinin tikintisinin sərməyələşdirilməsi barədə müqavilənin ləğv olunması tələbinə» dair açıq məhkəmə hazırlıq iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Mənzil Tikinti Kooperativi məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, İddiaçı Mənzil Tikinti Kooperativi ilə сavabdeh Cavabdeh aralarında 30.06.2020-сi il tarixdə LM/A052 ilə bağlanmış ««yaşayış evinin tikintisinin sərməyələşdirilməsi barədə» müqavilə ləğv olunması, сavabdeh Cavabdeh tərəfindən ödənilmiş pul məbləğinin 10 faizi vurulmuş maddi zərər kimi İddiaçı Mənzil Tikinti Kooperativinin hesabında saxlanılması və qalan məbləğlər mənzil başqa şəxsin mülkiyyətinə verildikdən sonra сavabdehə qaytarılması, сavabdeh Salehova Cavabdeh 251,40 manat pul tutularaq İddiaçı Mənzil Tikinti Kooperativinin hesabına keçirilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iddia ərizəsini icraata qəbul etmiş və qanunamüvafiq prosessual hərəkətlər etdikdən sonra məhkəmə hazırlıq iclasını 10 may 2022-ci il tarixə təyin etmişdir. İddiaçı Mənzil Tikinti Kooperativi adından etibarnamə üzrə səlahiyyətli nümayəndə Vəkil ərizə ilə müraciət edərək, mülki işin məhkəmə baxışına təyin etmədən ərizəni və ona əlavə olunmuş sənədləri ona geri qaytarılmasını xahiş etmişdir. Azərbaycan Respublikasının MPM-nin 170.1-ci maddəsinə əsasən məhkəmə baxışına hazırlığın icraatı dayandırıla və ya xitam edilə bilər, yaxud iddiaçının vəsatəti ilə ərizə qaytarıla bilər. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikasının MPM-nin 170.1, 263-cü maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: İddiaçı Mənzil Tikinti Kooperativinin сavabdeh Cavabdeh qarşı «yaşayış evinin tikintisinin sərməyələşdirilməsi barədə müqavilənin ləğv olunması tələbinə» dair iddia ərizəsi baxılmadan geri qaytarılsın. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Sumqayıt Şəhər Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Rəşad Qoşqarlı

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar