Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-3396/2023 06.11.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ X3 Fikrət qızının sədrliyi Məhkəmə iclas katibi Vəlixanova Pəri Murtuza qızının katibliyi ilə İddiaçı və Cavabdeh iştirakları ilə İddiaçı Cavabdeh qarşı «müqaviləyə xitam verilməsi və zərərin ödənilməsi tələbinə dair» iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onunla (İddiaçı) Cavabdeh arasında 05 dekabr 2022-ci il tarixdə bağlanmış nəqliyyat vasitəsinin özgəninkiləşdirilməsi haqqında müqaviləyə xitam verilməsi, NİSSAN NOTE markalı **-ER-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin ümumi məbləğinin iyirmi beş faizi yəni, 4687, 50 (dörd min altı yüz səksən yeddi manat əlli qəpik) manat məbləğində pulun, 1541 (bir min beş yüz qırx bir) manat borç məbləğinin, 180 (bir yüz səksən) manat xərclərin, 302, 60 (üç yüz iki manat altmış qəpik) manat cərimənin və 500 (beş yüz) manat nəqliyyat vasitəsinə vurulmuş zərərin və 92 (doxsan iki) manat dövlət rüsumunun, cəmi 7304,10 (yeddi min üç yüz manat on qəpik) manat pulun Cavabdeh tutularaq İddiaçı ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, onunla (İddiaçı) Cavabdeh arasında 05 dekabr 2022-ci il tarixdə nəqliyyat vasitəsinin özgəninkiləşdirilməsi haqqında müqavilə bağlanmışdır. Müqaviləyə əsasən Cavabdeh tərəfindən Nissan Note markalı, ** ER *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin dəyəri olan 18750 (on səkkiz min yeddi yüz əlli) manat pul məbləğini ilkin ödəniş olaraq hər yeddi gündən bir 266 (iki yüz altmış altı) manat, qalıq ödənişi isə xx.xx.2024-cü il tarixədək ödənilməli idi. Bundan başqa hər ayın sonu 200 (iki yüz) manat ödənilməsinə də Cavabdeh tərəfindən razılıq verilmişdir. Göstərilən müqavilə şərtlərinə Cavabdeh tərəfindən əməl edilmədiyi üçün 05 dekabr 2022-ci il tarixli müqaviləyə 05 aprel 2023-cü il tarixdə xitam verilməsi ilə əlaqədar pretenziya məktubu göndərilmişdir. Göndərilən pretenziyaya cavab olaraq cavabdeh tərəfindən heç bir ödəniş edilməmiş, bundan başqa müqavilənin şərtləri pozulmuş, ödənişlərin razılaşdırılmış qaydada edilməsinə riayət edilməmiş, nəqliyyat vasitəsinə maddi zərər vurulmuşdur. Bundan başqa nəqliyyat vasitəsinə altı ədəd hər biri 30 (otuz) manat olmaqla mühərrik yağı əlavə edilmişdir. Məhkəmənin nəzərinə çatdırmaq istərdi ki, cavabdeh nəqliyyat vasitəsinin istismarından qazanc əldə etmişdir. Onun nəqliyyat vasitəsindən istismarı zamanı nəqliyyat vasitəsi aşınmaya məruz qalmış və bir çox detal yararsız hala düşərək yenisi ilə əvəz edilməsinə zərurət yaranmışdır. Müqavilə üzrə hər yeddi gündən bir ödənilməli olduğunuz məbləğ (17 həftə) cəmi 4522 (dörd min beş yüz iyirmi iki) manat təşkil edirdi. Cavabdeh isə cəmi 3781 (üç min yeddi yüz səksən bir) manat ödəniş etmişdir. Bundan başqa müqavilənin 4.4-cü bəndinə əsasən müqavilə öhdəliklərini yerinə yetirmədən avtomaşın geri qaytarılarsa avtomaşının ümumi məbləğinin 25 (iyirmi beş) faizi cərimə kimi tətbiq olunacaqdır. Məhkəmədə İddiaçı iddia ərizəsini müdafiə etdi, eyni məzmunlu izahat verdi və təmin olunmasını xahiş etdi. Məhkəmədə Cavabdeh iddia tələbini qismən qəbul edərək bildirdi ki, hazırda maşın iddiaçıdadır və həmin maşınla taksi fəaliyyəti göstərilir. Onun maşınla bağlı cəriməsi olub, qalan hissədə onun iddiaçıya heç bir borcu yoxdur. O, müqavilə əsasında göstərilən ödənişləri vaxtında etmişdir. Bununla bağlı ödəniş qəbzləri var. Bundan əlavə o, müqavilədə göstərilən 25%-i o, yalnız avtomobili geri qaytardığı halda ödəməli idi. O, hər həftə ödənişlərin etmişdir. Hazırda aralarında bağlanmış müqavilənin xitamın etiraz etmir. Eyni zamanda onun adına yazılmış cərimələr onun tərəfindən ödənilməmişdir. İddia tələbinin 500 və 1541 manat hissəsi ilə ümumiyyətlə razı deyildir. Avtomobil onun tərəfindən vurulsada, həmin məbləglə razı deyil. 180 manat dəyərində onun avtomobilinə mühərrik yağ verilmişdir ki, o həmin məbləği ödəyə bilməmişdir. Göstərilənləri nəzərə alaraq, iddia tələbinin etiraf etdiyi hissədə təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli “Nəqliyyat vasitələrinin özgəninkiləşdirilməsi haqqında müqavilə”nin surətindən görünür ki, İddiaçı mülkiyyətində olan “Nissan Note” markalı, 2011-ci il buraxılışlı, ** ER *** dövlət qeydiyyat nişanlı avtomobili 18240 manata Cavabdeh satmışdır. Müqavilənin 3.1-ci bəndinə əsasən sonuncu ilkin ödəniş olaraq hər 7 (yeddi) gündən) bir 266 (iki yüz altmış altı) manat pulu xx.xx.2024-cü il tarixədək ödəməyi öz öhdəsinə götürmüşdür. Müqavilənin 4.4-cü bəndinə əsasən müqavilə öhdəliklərini yerinə yetirmədən avtomaşın geri qaytarılarsa avtomaşının ümumi məbləğinin 25 (iyirmi beş) faizi cərimə kimi tətbiq olunacaqdır. İşdə olan Pretenziya məktubundan görünür ki, İddiaçı Cavabdeh yaranmış borcun ödənilməsi üçün 3 (üç) gün vaxt vermişdir. İşə əlavə olan ödəniş qəbzlərindən görünür ki, 302,6 manat məbləğində cərimələr ödənilmişdir. İş materiallarında olan Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 9/5640 saylı, xx.xx.2023-cü il tarixli ekspert rəyindən görünür ki, iş materiallarında olan “Grand Auto” servis mərkəzi tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli qüsur aktındakı məlumatlara əsasən avtohissələrin qiymətləri nəzərə alınmaqla 2011-ci il buraxılışlı “Nissan Note” markalı, ** ER *** dövlət qeydiyyat nişanlı avtomobilin təmir xərci hadisə baş verən tarixə təxminən 540 manat müəyyən edilir. “İnsan Hüquqları və X2 Haqqında Konvensiya”nın 6-cı maddəsinin 1-ci bəndinə görə, hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 421.1-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ləğv edilməsi əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. Həmin Məcəllənin 421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Mülki Məcəllənin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 21.3-ci maddəsinə zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 103.1-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88‐ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Qeyd olunan hüquqi normalardan çıxış edərək məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməli, tərəflər arasında bağlanmış müqavilənin 4.4-cü bəndinə əsas tutaraq 4687.50 (dörd min altı yüz səksən yeddi manat 50 (əlli) qəpik məbləğində pul (18.750x25:100), 180 (bir yüz səksən) manat çəkilən xərclər, 302,60 (üç yüz iki) manat 60 (altmış) qəpik cərimə və 500 (beş yüz) manat nəqliyyat vasitəsinə vurulmuş zərər cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Odur ki, məhkəmə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin ekspertizasının rəyini sübut növü kimi qəbul etmir. İddia tələbi 1541 (bir min beş yüz qırx bir) manat hissəsində təmin edilməməlidir. Belə ki, iddiaçı həmin borcun yaranmasına əsas olan hər hansı bir sübut məhkəməyə təqdim etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmələr yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 124.1. maddəsinə görə, işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. İşdə olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin ekspertiza xərcinə dair bildirişindən görünür ki, aparılmış ekspertiza tədqiqatının dəyərləri 100 (bir yüz) manat təşkil edir. Məhkəmə hesab edir ki, ekspertiza tədqiqatının dəyərləri 50 (əlli) manat Cavabdeh alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Az.MEM, VÖEN **********, AZ34CTRE********************, X1, KOD 210005, VÖEN 140155071, m/h AZ 41 NABZ 013601**********3944 SWİFT Bik: CTREAZ22 hesabına ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Ona görə də iş üzrə ödənilmiş dövlət rüsumu cavabdehdən tutularaq iddiaçının xeyrinə keçirilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 80-ci maddəsinə əsasən, məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 106.1-ci maddəsinə görə, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217-ci maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia qismən təmin edilsin. İddiaçı ilə Cavabdeh arasında 05 dekabr 2022-ci il tarixdə bağlanmış nəqliyyat vasitəsinin özgəninkiləşdirilməsi haqqında müqaviləyə xitam verilsin. Cavabdeh NİSSAN NOTE markalı **-ER-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin ümumi məbləğinin iyirmi beş faizi yəni, 4687 (dörd min altı yüz səksən yeddi) manat 50 (əlli) qəpik məbləğində pul, 180 (bir yüz səksən) manat xərclər, 302 (üç yüz iki) manat 60 (altmış) qəpik cərimə və 500 (beş yüz) manat nəqliyyat vasitəsinə vurulmuş zərər və 92 (doxsan iki) manat dövlət rüsumu, cəmi 5762,10 (beş min yeddi yüz altmış iki) manat 10 (on) qəpik pulun tutularaq İddiaçı ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Ekspertiza tədqiqatının dəyərləri 50 (əlli) manat Cavabdeh alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Az.MEM, VÖEN **********, AZ34CTRE********************, X1, KOD 210005, VÖEN 140155071, m/h AZ 41 NABZ 013601**********3944 SWİFT Bik: CTREAZ22 hesabına ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər. Sədrlik edən: Gülnarə Tağızadə
Məhkəmə qərarları › İş №2(060)-3396/2023
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-3396/2023
06.11.2023 · Müqavilələrin ləğv edilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver